hacklink Adalet.az | BƏZİ MÜLAHİZƏLƏR Adalet.az | BƏZİ MÜLAHİZƏLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BƏZİ MÜLAHİZƏLƏR

59615    |   2013-01-26 01:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu qısa yazı çərçivəsində millət olaraq tarixdə nə cür iz saldıq, biz nə cür bir xalqıq, indi haralardayıq, bunlarla bağlı bəzi fikirlərimi bölüşmək arzusundayam.

Osmanlı Dövləti 19-cu əsrdən başlamış sürətlə tənəzzülə doğru gedərkən onu xilas etməyin çarələrini axtaranlar, ancaq tapa bilməyənlər vardı. Belə bir psixoloji atmosferdə Türkiyənin milli himnini yazan Məmməd Akif Ərsoy;

"Bir zamanlara biz də millət, həm də nə millətmişiz

Gəlmişiz dünyaya millət nədir, milliyət nədir öyrətmişiz!" - deyirdi.

Haqsız da deyildig Bu millət dünya tarixində o boyda ad qazanmış, o boyda imperiyalar yaratmış, neçə-neçə xalqı öz hakimiyyətində yüzillər boyu əmin-amanlıq içində saxlamış, Tanrının yer üzündəki ordusu sifətini qazanmışdı. Ancaq bu millət 13-cü əsrdən başlayaraq nə elmə fikir vermiş, nə yeni texnoloji tapıntılara imza atmış, nə də öz-özünü qırmaqdan bezib-usanmışdı. İyirminici əsrə gəldikdə Azərbaycan adlı diyarımızdan ulu şairimiz Mirzə Ələkbər Sabirin səsi yüksəlirdi. Onun diliylə desək nə Ağqoyun-Qaraqoyun olub bir-birimizi qırmaqdan usanırdıq, nə də əcnəbilər seyrə balonlarla gedərkən biz avtomobil minirdik. Bugünkü kimi yadımdadır, 1960-cı illərdə kəndimizdə şəhərdə Tarım Bakanlığının bürosunda satılan qırmızı badımcan (kəndimizdə pomidora qırmızı badımcan deyilir) toxumlarını camaat nəinki alıb-əkmək, ona əlini də toxundurmurdu. Deyirdilər ki, ona gavur, yəni xristian əli dəyib, murdardır. Aradan on il ötəndən sonra kəndlilərimiz daşdanıb Avropaya işləyib çörək qazanmağa getdilər.

Bizim millət olaraq, 7 min illik bilinən tariximiz və mədəniyyətimiz məlumdur. millət olaraq Asiya, Avropa və Afrika qitələrində min illər boyu hökm sürmüşük, müxtəlif imperiyaları yaratmışıq, bunu bilməyən yoxdur. Tarixi yaratmışıq, ancaq onu özümüz öz yazımızla, öz qələmimizlə haralarasa həkk etməmişik, ya da həkk etmişik, ancaq o vaxtlar yazdıqlarımız hələ də əlimizə keçməyib. "Divanı Lüğətit Türk" və "Dədə Qorqud" dastanları da təsadüfən tapılmayıb!?

Özgə millətlərin xalqları müəyyən bir coğrafi sahədən eşiyə çıxmadığı halda Türk xalqları əsrlər boyu ulu babalarımızın rəhbərliyində bu coğrafiyadan o coğrafiyaya, o iqlimdən bu iqlimə üz tutublar və ayrı-ayrı yerlərdə millətimizin möhürünü basıb silinməz izlər buraxıblar. Ayrı-ayrı yerlərdə, ayrı-ayrı hökmdarların buyruğu altında və ayrı-ayrı adlarla tarix səhnəsində çıxış etmişik, ancaq onları hələ də küllü bir tarix kitabında cəmləşdirə bilməmişik, bilmirik. Hələ də mərhum milli şairimiz Məmməd Araz demişkən "dilimizin haralısan damarı"nı sındıra bilməmişik. Bu gün sinəmizi qabağa verə-verə, döşümüzə döyə-döyə deyirik ki, biz qərb mədəniyyətini mənimsəmişik! Gəlin görək bu doğrudanmı belədir!? Bir fransıza, almana və ya italyana sual versən ki, "haralısan?" dönüb üzünə mat-mat baxar, necə yəni haralısan! O fransızdır, almandır və ya italyandır, hansı kənddə, hansı şəhərdə doğulması və yaşaması ona yerliçilik fikrini qəti şəkildə aşılamır, ancaq bizə isə yox!.. Bütün dünyanı gəzib-dolansanız "yerlibazlıq, yerliçilik, məhəlliçilik" sözlərini Türk xalqlarının yaşadıqları məkanlardan özgə yerlərdə tapa bilməzsiniz. Yaxın Şərqdə, Qafqazda, Kiçik Asiyada, Asiya qitəsində nəhəng mədəniyyətlər yaradan və sayı bu gün üç yüz milyona çatan Türk milləti niyə belə darmadağındır. Hələ də deyirik sən Qazağsan, sən Qırğızsan, sən Tatarsan, Türkmənsən və ya nəsən, nəsən. İngilis, Fransız, Alman, İtaliyan və digərləri, gedib Afrikadan, Ərəbistandan gətirdiyi insanlara öz ana dilini və mədəniyyətini öyrədib özünü dünya səhnələrində sinəsini gərə-gərə onlarla təmsil edir, xüsusilə idman sahəsində onlarla uğur qazanır, biz hələ də öz tarixi şəxsiyyətlərimizin adını tariximizdən əbədilik götürmək, öz ulu babalarımızın səhvlərini görməmək, bir-birimiz arasında yadların saldığı və qardaşlığımıza əngəl törədən maneələri möhkəm-möhkəm saxlamaq uğrunda sinə cırırıq.

İngilisler bu gün 57 milyon əhaliyə malikdir, ancaq dilləri dünyanın ünsiyyət dilinə çevrilib. Lüğətlərində, hakimiyyətləri altındakı xalqlardan götürdükləri və özününküləşdirdikləri sözlərin sayı 580 mini ötür.

Amerika qitəsi 1492-ci ildə tapıldı, yəni biz İstanbulu tutduqdan 39 il sonra. Tapılan təzə qitəyə doluşan xüsusilə ispanyollar, portuqaliyalılar, ingilislər, fransızlar və digərləri Afrikadan tutub apardıqları kölələri yüz illər boyu qarın toxluğuna işlətdilər, onlara heyvandan da pis rəftar elədilər. Biz isə hakimiyyətimiz altındakı xalqlara hər cürə azadlığı tanıdıq. Axırda onların bəziləri, afrikalılara o divanı tutanların barmağıyla ayağa durub bizi arxadan xəncərlədilər, Anadoluda, Azərbaycanda soyqırımlar törətdilər. Ulu babaları kölələşdirilən nəsillərin yetirmələri gün gəldi Avropada, Amerikada siyasi xadimlərə çevrildilər və bizdə soyqırım törədənləri bizim qırdığımızı da iddia etdilər, hələ də edirlər. Mən şəxsən bu məsələdə onları günahkar hesab etmirəm, günahkar özümüzük. Biz hələ də öz gücümüzün-qüdrətimizin fərqində deyilik, öz mədəniyyətimizin əlçatmaz sərhədlərə malik olduğundan xəbərsizik.

Ulu Tanrı, bəşəriyyətə yolladığı axırıncı səmavi kitabının ilk ayətində "oxu" deyə əmr edir və digər bütün ayətlərində tez-tez "sizə ağıl verdim fikirləşəsiniz, dərs götürəsiniz" deyir. Haçan ağlımız başımıza gələcək, elmin aydınlıq yoluna düşəcəyik, haçan silkinib özümüzə qayıdacayıq bilmirəm, ancaq qayıdacağımıza inanıramg Qayıdarkən də Anadoluda üsyanlar törətdirib kölgəsində böyüdüyü xalqa divan tutanlar, Azərbaycanda Xocalı Soyqırımını gerçəkləşdirənlər gəlib qarşımızda quyruqlarını bulayıb ayağımıza şırvanacaqlar, onları qışqırdanlar isə yenə dönüb qışqırtdıqlarını günahkar kimi gətirib bizim qabağımıza qoyacaqlar, süddən çıxmış ağ qaşığa dönəcəklər.

Sabahlarımızın aydınlıq səhərləri üçün, bunları yaxşı fikirləşməliyik deyə düşünürəm.

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK