ANA SƏHİFƏ / YAZARLAR

NİŞANÇI

Onun taleyində nişangah olmaq da var

10968    |   2016-04-29 17:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əbülfət MƏDƏTOĞLU



Neçə gündü ağlımdan çıxmır. Elə, ilişib qalıb orda. Və mən də ağlımda ilişib qalan bu fikrin girovuna çevrilmişəm. Özü də girovluğun nə demək olduğunu az-çox bilə-bilə. Nə etmək olar? Görünür «ağıla gələnlər başa gəlir» deyənlər yanılmayıb. Bunu elə-belə demirəm. Deməyə əsasım, sübutum var. Belə ki…

Dövlət Universitetində təhsil aldığım illərdə dünyanın bir nömrəli problemi, mətbuatın gündəlik diqqət yetirdiyi məsələ Fələstin idi. Demək olar ki, hər axşam Moskvanın «Zaman» xəbərlər proqramında elə o vaxtkı dövlət televiziyamızın «Günün ekranı»ındə də daha çox Fələstindən ganışılırdı. Söz adamları daha çox Fələstindən, Kuba inqilabından yazırdılar. Mən də o illərdə «Fələstin qaçqınları» adlı bir şeir yazmışdım. Mövzu da fələstinli uşaqlar idi. Zaman keçdi, həmin o ürəyimin, ağlımın diktəsi ilə yazdığım şeirin gerçək mənzərəsini öz doğmalarımın timsalında, öz soydaşlarımın tərcümeyi-halında gördüm, izlədim, yaşadım. Ona görə də indi ağlıma gələnlərin başıma gələcəyindən yaman qorxuram. Elə bilirəm ki, instinkt olaraq qəbul etdiyim informasiyalar, məni duyğulandıran məqamlar mütləq hərlənib-fırlanıb yenə qarşıma çıxacaq, yenə mənim həyatımda təcəssüm olunacaq. Məhz bu səbəbdəndir ki, bütün ciddi-cəhdlə düşünməkdən, duyğulanmaqdan özümü qorumağa, uzaq tutmağa çalışıram. Bu isə mənə həm çox baha başa gəlir və həm də heç alınmır da. Ona görə ki, mən qəm çəkənəm. Suçəkən kimi harda olsa mütləq qəmi çəkirəm özümə, qəmə bələnirəm. Elə bil mayam qəmlə tutulub, xəmirim qəmlə yoğrulub. Bəlkə bu doğrudan da belədir. Amma hər nədisə narazı deyiləm, asi də düşmürəm. Ona görə ki, çiynimdə bir vətəndaş, bir insan, bir övlad yükü var. Və mən bu yükü gücüm çatdığı qədər, ayağım yeridiyi məsafə boyu daşımalıyam, aparmalıyam. Necə ki, qarışqa yeriyir, necə ki, qarışqa daşıyır, mən də elə olmalıyam, elə etməliyəm. Axı, bu torpaq ürəyində gəzməyə, üzərində dayanmağa və üzərində özünü təsdiq etməyə verdiyi haqqın da dəyərini gözləyir. İstəmir ha, tələb etmir ha, sadəcə gözləyir. Özü də adamın gözünün içinə baxa-baxa gözləyir. O yerə qədər gözləyir ki, axırda ondan bir çimdik gözlərə səpilir…

Hə, mən o, ağlımda ilişib qalan fikrin caynağından qurtarmağın yolunun ip ucunu tapmaq üçün bircə ümid gələn ünvan tanıyıram. O da sözdü. Ona görə də sözün qapısına gedirəm, sözün qapısını döyürəm və sözdən təsəlli almaq, sözdən yapışıb ağlımda ilişib qalan fikirdən qurtulmaq istəyirəm, xilas olmağa çalışıram. O söz isə:


Sağlığın, varlığın dəyər ölçüsü,

Vətən sərhəddidir, Vətən bayrağı.

Uğrunda ölməyi bacarmadıqsa,

Torpaq unudacaq Vətən olmağı.


Hə, deyəsən bir az səbbim alındı, bir az nəfəsim genəldi. Dərindən nəfəs almaq, ətrafa bir az fərqli baxmaq istəyirəm. Çünki Sona Vəliyevanın bu misraları mənim o ağlıma ilişib qalan fikrin çözümü üçün ipucudur. Axı, mən əvvəldə dedim, ağlıma gələnlərin başıma gəldiyini. Bax, indi də ağlıma bu torpağın haqqını qaytarmaq, bu torpağın borcunu ödəmək və bu torpağı çiyində vətən kimi qaldırıb saxlamaq hakimdi. Axı, sağ olmaq üçün, sağlamlıq arzulamaq üçün, sağlığa, sağlamlığa qovuşmaq üçün torpaq sözün böyük mənasında Vətən olmalıdı. Təkcə səni qidalandıran, səni üzərində mal-mülk sahibi kimi ağına-bozuna baxmadan çapıb-talamaqdan özünə döndərən Vətən. Yəni özünün qonaq saymadığın, özünün müvəqqəti qonaq hesab etmədiyin Vətən. Axı, insan özünü torpağın üzərində daha çox qonaq sayır və gəlimli-gedimli dünyada müvəqqəti olduğuna daha çox könül verir, fikir, diqqət ayırır. Və hətta ona beşgünlük də deyir. Amma nə olur-olsun beş gün yaşayıb üzərində gəzdiyin torpağı vətən etməlisən, Vətən bilməlisən. Onda həyata baxış da, çevrəndəkilərə münasibət də tamam fərqli olacaq. Onda biləcəksən ki:


Ağlama, içim göynədi,

Çəkə bilmərəm bu yası.

Tanrı da taxtında təkdi,

Ağlama, şəhid balası.


Hə, Sona xanımın kövrək misralarında əslində çox qətiyyətli, çox ərkyana və çox da səmimi bir gerçəklik var. Bu gerçəklik mənə görə şəhid balasının vətəni olan torpağa bizim baxışımızdı, bizim yanaşmamızdı. Çünki biz torpağı Vətən edən şəhidin övladının ağlamasına soyuqqanlı yanaşırıq. Bəzən o yaşı silmirik də. Bax onda biz torpağı Vətən edə bilmədiyimizin yumuşaq desəm, xəcalətini çəkməliyik. Çünki torpağı vətən edən şəhidin qanı bahasına yaşayırıq, yeyirik, içirik, gəzib dolaşırıq. Amma vuruşmaq barədə, qazi olmaq haqqında düşünmək ağlımızdan gəlib keçmir. Eh, nə isə…

***

Bəli, hər bir insanın iç dünyası var. Onun işığından asılı olmayaraq, həmin dünya mütləq mənada qapalı olur. Qapı-pənəcərəsini heç kim görmür. Tanımır. O vaxta qədər ki, o adamın özü bu qapı-pəncərəni bir balaca açıq qoyur və yaxud onun nəfəsliyini qarşısındakının önündə açır. Bax, onda sən üzbəüz dayandığın adamın içini görürsən və dərhal da az qala 360 dərəcə sürətlə ağlından bir sual gəlib keçir. Zaman-zaman tanıdığın, gördüyün adam içini gördüyün adamdımı? İç dünyası ilə üzbəüz qaldığın adamdımı? Bax, həmin o sualın cavabı illərlə tanıdığın adamın gördüyün tərəfi ilə üst-ütə düşəndə rahatlanırsan. Vay onda olur ki, iç dünyasını gördüyün adam illərlə tanıdığın adamdan yerlə göy qədər uzaq olur. O uzaqlıq elə həmin andan səni də indicə içini gördüyün adamdan uzaqlaşdırmağa başlayır. Uzaqlaşa-uzaqlaşa da ayırdığın, itirdiyin, həsr etdiyin, qurban verdiyin, daha nələr, nələr hamısı bir xatirə lenti kimi çözələnir. İçində nələr qırılır, içində nələr ölür…

Hə, bu təsvir etdiyim mənzərənin yaxşı tərəfi də var. Yəni Mövlanənin dediyi kimi, iç və çölün üst-üstə düşdüyü məqam. Mən o məqama qayıdıram, fikrimi o məqama kökləyirəm. Çünki tanıdığım, mənə doğma bir adamın daşıdığı vəzifə, seçdiyi peşə məni buna kökləyibdi. Belə baxanda çox sadə, necə deyərlər, çəlimsiz bir cavandı. Hətta zarafatla qohum-əqraba deyir ki, külək bərk əssə onu götürüb apara bilər. Amma bu adam bu çəlimsiz canıyla, o bir dəri, bir sümük olan vücuduyla bu torpağın üstündə elə bir işin qulpundan yapışıb ki, bəlkə də onun bu işlə məşğul olduğunu yüzə yüz bilməyənələr eşitsələr inanmazlar. Amma bu bir gerçəkdi, bu bir həqiqətdi. O, nişançıdı. Səngərin müxtəlif yerlərində görmək olur onu. Və hər dəfə də mən ondan soruşanda çox təmkinli bir şəkildə özünəməxsus təbəssümü ilə məni elə yola verir ki, heç ruhum da incimir. Harda xidmət keçdiyini, hansı silahdan istifadə etdiyini demək olar ki, özündən və komandirindən başqa bilən yoxdu. Amma mən bilirəm ki, o nişançıdı və onu da bilirəm ki, bu sakit təbiətli və son dərəcə necə deyərlər, qartal baxışlı oğlanın heç tələsməklə, heç əsəbləşməklə, lap belə özündən çıxmaqla işi yoxdu. Yerişi də adidi, söhbətləri də, hərəkətləri də. Bircə baxışından başqa… bircə diqqətindən başqa…

Bax, mən onun vurğuladığım son cizgisini ağlımda, ürəyimdə çox vərəqləmişəm. Oxuduğum kitablarla, baxdığım filmlərlə, hətta internet imkanlarıyla da müqayisələr aparmışam, araşdırmalar etmişəm. Və nəhayət, birmənalı şəkildə anlamışam ki, nişançı səhv etməməlidir… nişançı tələsəməlidir… nişançı tərəddüd etməməlidir… nişançı əsəbləşməməlidi… və nişançı özünü idarə etməyi bacarmalıdır. Çünki o, həm də nişangahdı! Onun özü, mərmisi, atəşi birdi. Hər şeyi bir mərmi, bir atəş həll edir. Problem bir mərmiylə, bir atəşlə aradan qaldırılır. Və yaxud, bir atəş, bir mərmi nişançını nişangah edir!..

Deməli, bütün bu yazdıqlarımın mənə etdiyi təsir, məni öz aurasında saxlamağı həmin o, əvvəldə dedyim, o ağlımda ilişib qalan fikirdən qaynaqlanır, fikrin təsir gücüdü. Ona görə də mən özüm də sözün həqiqi mənasında hiss etmədən o düşüncələri misralara çevirdim və gördüm ki:


Dayanıb səngərdə gözü hədəfdə,

Sıxıb əsəbini dırnağı, dişi.

Dözümdü, təmkindi, bir də sərrastlıq,

Nişançı olanın birinci işi.


Mərmi bir, hədəf bir, atəş də birdi…

Şansı qaçıranda özü vurulur.

Talehi, məqsədi atəşdən aslı,

Həyatı bir mərmi üstə qurulur…


Sakit görkəmiylə qartal baxışı,

Bəlkə də təzaddı, bəlkə də sirdi.

Nişançı olanın nişangah olmaq,

Şansı da həmişə təəssüf ki, birdi!..


***

Yazdığım bu mövzunun baş qəhrəmanı Vətəndi. Və bu vətənin də bir yarası var. O da işğal olunmuş torpaqlarımıdı. Deməli, o yara bizim hər birimizin gözünün önündədi, canındadı, ürəyindədi, ağlındadı. Mən bu fikri tam qətiyyətlə deyə bilmirəm. Ona görə ki, torpağın vətən olması üçün nəyin əsas şərt olduğunu biz hamımız hələlik birmənalı qəbul etməmişik… biz hamımız özümüzü o həqiqətə, o şərtə kökləməmişik, inandırmamışıq. Ona görə də bir az ehtiyatla və daha çox da öz adımdan danışıram, yazıram. Üstəlik, qəmçəkən olduğumdan qəmli adamlar da daha çox mənim qarşıma çıxır, daha çox onlarla görüşürəm, bir yerdə oluram. Lap elə son iki-üç gündə övladı, valideyni şəhid olmuş bir neçə soydaşımızla həmsöhbət olmuşam. Onların sifət cizgilərini təkcə gözələrimə yox, həm də ürəyimə köçürmüşəm. Amma gözlərinə baxa bilməmişəm. Çünki o gözlərdəki ifadələr yazıya gəlmir, misralara oturmur, sığışmır. Və mən də həmin o misralara sığışmayan ifadələrin məni də mühakimə etdiyini anladığıma görə, gözlərimi o baxışlardan gizlətməyə də çalışmışam. Axı, onlar bu torpaqda, yəni vətən etdikləri torpaqlarda daha böyük haqq sahibidilər… daha böyük etiqada, diqqətə, sevgiyə, qayğıya, təsəlliyə ehtiyacları var. Və bütün bunlar həmin o şəhid övladlarının, şəhid valideynlərinin yazılı və yazılı olmayan qanunlarla qismətlərinə, talelərinə çıxmış bir haqdı. Özü də böyük hərflərlə yazılan HAQQ!!!

Hə, indi səngərdə ağır silahlar dillənir… danışır… torpağı göyə sovurur… can alır… ev viran qoyur. Bütün bunlar hamımızın bildiyi və hamımızın hər gün eşitdiyi xəbərlərdi. Az qala artıq biz bu xəbərlərə alışırıq, onları eşitməyə vərdişkar oluruq. Bax, mənim qorxduğum məqamlardan biri də vərdişkar olmaqdı. Əgər biz düşmənin törətdikdərinə alışsaq, vərdişkar olsaq, çətin olacaq. Ona görə torpağı vətən etməliyik. Vərdişlərdən, vərdişkarlıqdan qurtulub silahdan yapışmalıyıq. Lap nişançıdan nişangaha çevrilsək də. Və…

Və bir də biz axı tək deylik! Biz minlərlə, milyonlarlayıq! Və biz həm də BİZ olmağı bacarırıq! Bunu sübut da etmişik! 20 Yanvarda da, elə aprelin ilk günlərində də!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK