ANA SƏHİFƏ / YAZARLAR

«BÖYÜK OYUN» MƏNİ NİYƏ KÖVRƏLTDİ?!

Aqil Abbas

31232    |   2016-04-12 16:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«Xəzər-Lənkəran»la «Neftçi»nin «Böyük oyun»u son illər izlədiyim, hətta «Barselona-Real» matçından da maraqlı gəldi. Hətta kövrəldim də. Ağdamın 2 saylı məktəbində oxuduğum illər, məktəbin həyətində top qovaladığımız zamanlar gözümün qabağından keçdi.

Xosrov müəllim (jurnalist Vasif Quliyevin dayısı) topu atırdı ortalığa, qov ki qovasan. Mən bu məktəbə Ağcabədinin bir kəndindən sonralar gəldiyim üçün bir az «çujoy» sayıldığımdan (bunlar da şəhər uşağı), çox zaman «zalatoy zapas»da otururdum, gözləyirdim görüm kimin qolun-qılçın əzəcəklər ki, «Abbasov qardaşları» da məharətini göstərsin.

Bəli, Xosrov müəllim topu atırdı ortalığa, qov ki qovasan. Azarkeşlərimizin sayı da «Xəzər-Lənkəran»-«Neftçi» «Böyük oyun»un azarkeşlərinin sayından bir az çox olardı. Amma bizim azarkeşlər bizi söymürdülər, bir-birləri ilə dalaşmırdılar ki, polis gəlib dalaşanları saxlasın.

Xosrov müəllim topu atırdı ortalığa, «bey-beqi». Bizim də «Böyük oyun» olurdu, rus bölməsinin uşaqları ilə oynayanda. O zamanlar rus bölməsində oxuyanların hamısına elə rus kimi baxırdıq. Ölümünə oynayırdıq. Başqa vaxtlar hakimsiz oynasaq da, rus bölməsi ilə oynayanda meydançaya hakim də çıxırdı. Özü də hakimi başqa məktəbdən gətirirdilər ki, tərəfkeşlik etməsin. Çox vaxt hakimliyi də məşhur futbolçumuz Vüqar Nadirovun atası General Ərşad (Qarabağ müharibəsində batalyon komandiri, döyüşlərdə qəhrəmancasına şəhid oldu) edərdi. İndi hakimlər çox vaxt «Neftçi»nin tərəfini saxladığı kimi, General Ərşad da təbii ki, bizə üz görürdü.

«Xəzər-Lənkəran»la «Neftçi»dən fərqli olaraq bizim məşqçilərimiz yox idi ki, həftə səkkiz mən doqquz dəyişəydilər. Kapitanların (kapitanlar da adətən vurub-tutan oğlanlar olurdu) sözü və hərdən yağlı söyüşləri uşaqların oyununu tənzimləyirdi. Allahverdi Bağırovun (Qarabağ döyüşlərində şəhid oldu, batalyon komandiriydi, Azərbaycanın Milli Qəhrəmanı) ən ağır bir söyüşü vardı: «Ay səni çörək tutsun».

«Xəzər-Lənkəran»la «Neftçi»nin «Böyük oyun»unu çox maraqla izlədim, hətta «Barselona»-«Real» Madrid matçından da maraqlı gəldi mənə. Kövrəldim də. Orta məktəbdə oxuduğum illərdəki top-top oynamağımız gəlib keçdi gözlərimin önündən. Bax, biz də «Xəzər-Lənkəran»la «Neftçi» kimi gözəl top-top oynayırdıq. Sadəcə olaraq, bizim məşqçilərimiz yox idi, bir də bunların topu bizim topdan çox bahalıdı. Həm də biz köynəklərimizə nömrələri rənglə yazırdıq, bunların köynəkləri «zavadskoy» yazılıdı.

P.S. Və bizim top-top oynadığımız uşaqların çoxu Qarabağ müharibəsində şəhid oldular və elə qaldılar Ağdamda!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK