deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Əgər kino yoxdursa..." Adalet.az | "Əgər kino yoxdursa..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Əgər kino yoxdursa..."

Gənc kinorejissor Fariz Əhmədov: "Bəs "Dolu", "Sahə", "Çölçü" kimi filmlər necə çəkilir?

24348    |   2013-01-19 08:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mayak"ı bizə göstərən

Fariz Əhmədov 1983-cü il doğumludu. Günlərin birində dostunun təkidi ilə "Pantomima" Teatrına gedən Fariz oradan fərqli hisslərlə ayrılıb. Həmin gün "Leyli və Məcnun" tamaşasına baxandan sonra coğrafiya ilə bağlı öyrəndiklərini bir kənara qoyaraq sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə vermək qərarına gəlib. Həmin ali məktəbdə Natiq Rəsulzadədən ssenari yazmağın, Cəmil Quliyevin "Bilik" Maarifçilik Cəmiyyətində açdığı kurslarda kinorejissorluğun sirlərini öyrənib. Rüstəm İbrahimbəyovun Kino Məktəbində yaxşı prodüser kimi yetişməyi mənimsəyib. Moskvadakı Ümumittifaq Kinematoqrafiya İnstitutunun qırmızı diplomlu məzunudu. Bu nüfuzlu ali məktəbdə SSRİ xalq artisti Aleksandr Proşkinin kursunu bitirib.

Lahıc haqqında çəkdiyi 8 dəqiqəlik filmi kinoda ilk işi sayır. Debüt işindəcə adından söz etdirməyi bacarıb. "Lahıc" Berlin festivalında iştirak edib. Ötən ildən "Azanfilm" animasiya filmləri studiyasının direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan kinematoqrafçılarının son illərdə çəkdiyi bəzi filmlər son illər sərhədlərimizi aşaraq dünyanın müxtəlif ölkələrində nümayiş olunur, festivallarda mükafata layiq görülür. "Dolu", "Sahə", "Çölçü", "40-cı qapı", "Xoca", "Mayak" milli kinomuzu xaricdə uğurla təmsil edən filmlərdi. Götürək elə sonuncunu. Gənc kinorejissor Fariz Əhmədovun çəkdiyi "Mayak" 15-dən çox ölkədə baxılıb. Müxtəlif festivallarda böyük maraqla qarşılanan və mükafat qazanan bu ekran əsəri 2013-cü ildə də xeyli dəvətlər alıb. Filmin il ərzində İtaliyada, Almaniyada, Ukraynada və digər bir neçə ölkədə göstərilməsi planlaşdırılır.

"Mayak"ı hər yerdə tanıdanı tanımaq istərmisiz?

- Çəkdiyin "Mayak" ortadadı və böyük maraqla qarşılanıb. Bəlkə elə söhbətimizin əvvəlində "Mayak"a tərəf boylanaq...

- Moskva Dövlət Kinematoqrafiya İnstitutunun məzunu kimi "Mayak" mənin diplom işimdi. Film Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" ənənəvi müsabiqəsinin nəticəsinə əsasən və nazirliyinin dəstəyi ilə çəkilib. Ssenari müəllifi Esmira Əyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyev, montaj rejissoru Rövşən Vaqifoğlu, kreativ prodüseri Cəmil Quliyev, prodüserləri Rəşad Qasımov və Rasim Salmanovdu.

Rollarda əməkdar artistlər Məmməd Səfa, Gülzar Qurbanova, Elşən Rüstəmov və gənc aktyor Ər Toğrul Kamalov çəkiliblər. Kino kollektiv sənət olduğu üçün "Mayak" indiyə kimi qazandığı uğurları adını çəkdiyim bu insanların istedadı və əziyyəti hesabına əldə edib. Texniki heyətin də zəhmətini qeyd etmək lazımdı. Ümumiyyətlə, film üzərində 30-a yaxın insan çalışıb. Fürsət düşmüşkən onların hər birinə minnətdarlığımı yetirirəm. İstənilən ekran əsəri bir neçə prosesdən keçərək bitkin hala gəlir. Şəxsən mənim özüm üçün bu mərhələlərdən ən maraqlısı çəkiliş prosesidi.

- "Azərbaycanda çəkilən filmləri Biləcəridən o yana göstərmək mümkün deyil" kimi fikirlər səsləndirmək artıq çoxdandı ki, dəbə minib. Amma son illər bəzi filmlərimiz xaricdə nümayiş olunur, nüfuzlu festivallarda iştirak edir. "Mayak" xaricdə necə baxılır?

- Filmi ali təhsil aldığım Ümumittifaq Kinematoqrafiya İnstitutunda göstərərkən müəllimlərim xoş sözlər dedilər, görülən işi müsbət qiymətləndirdilər. Onların əksəriyyəti müxtəlif kinofestivalların münsiflər heyətində təmsil olunduğundan "Mayak"ın nüsxələrini götürdülər. Filmin belə demək mümkünsə, dünya premyerası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq festival çərçivəsində baş tutdu. Festival Dubay merinin himayəsi altında keçirilir, büdcəsinə və səviyyəsinə görə A kateqoriyalı festivallardan heç də geri qalmır. Premyera da daxil olmaqla 15-dən çox ölkədə nümayişi, 20-dən çox festivala dəvət alması göstərir ki, bizim film alınıb.

- Deməli əcnəbi tamaşaçılar "Mayak" vasitəsi ilə cəmiyyətə vermək istədiyiniz mesajları anlayırlar. Onda heç uzağa getmək lazım deyil, elə "Mayak"ın rejissorundan soruşum, dünya miqyasında qəbul olunmaq üçün necə filmlər çəkmək lazımdı? Və yaxud, filmləri necə çəkək?

- Əvvəla onu deyim ki, yalnız kinofestival üçün film çəkmək, bütün çəkilən ekran əsərlərindən bunu gözləmək yanlış yanaşmadı. Filmi tamaşaçı üçün çəkmək lazımdı. Şəxsən mən "Mayak" üzərində çalışanda hansısa festivalın münsiflər heyətini yox, tamaşaçını fikirləşmişəm. Hesab edirəm ki, tamaşaçı ilə sadə dildə danışmaq lazımdı.

Məlum məsələdi ki, kino incəsənətin digər növlərindən daha çox maliyyə tələb edir. Maliyyə olmadan bu sahədə bircə addım belə atmaq mümkün deyil. Amma bu kinoda pul hər şeyi həll edir anlamına da gəlməməlidi. Bu gün qonşu İranda çox az bir büdcə ilə çəkilən filmlər ən mötəbər kinofestivallarda uğur qazanır.

- Konkret Azərbaycana qayıtsaq...

- 70 il sovetlər birliyində təmsil olunmuşuq. Milli kinomuzun tarixi də böyük bir mərhələdə sovet dövrü ilə bağlıdı. O zamanlar da Azərbaycan kinosu Gürcüstan və Qazaxıstan kinosundan öndə deyildi. Baxmayaraq ki, bizdə kino onlardan daha əvvəl yaranıb. Milli kinomuzun dünyaya çıxmasına gəlincə, burada bir vacib məsələyə önəm vermək lazımdı. Müasir təfəkkürlü, mükəmməl təhsil, güclü yaradıcılıq emalatxanası görmüş gənclərin kinoya gəlməsinə nail olmalıyıq. Düzdü, dünya kinosunda Tarantino və digər nümunələr də var. Amma mənim fikrimcə, təhsil məsələsinə önəm vermək lazımdı.

- Bildiyim qədər ilə Mədəniyyət və Turizm Nazirliyi milli kinomuzun kadr hazırlığına, gənclərin xaricdə təhsilinə diqqət göstərir...

- Bu baxımdan kinoda bəxti gətirən nəslin nümayəndəsiyəm. Bizim vaxtımızda dövlətin gənclərlə bağlı faydalı layihələri həyata keçdi. Filmlər çəkmək üçün bizə şərait yaradıldı. Mən Moskvada ali məktəbə daxil olandan sonra Təhsil Nazirliyi təhsil haqqını ödəməkdən imtina etdiyini bildirdi. Mədəniyyət və Turizm Nazirliyinə müraciətimdən 3 gün sonra nazir Əbülfəs Qarayev məni qəbul etdi və bu məsələ müsbət həll olundu. Nazirlik gənc kadrların nüfuzlu xarici ali məktəblərdə təhsil almalarında maraqlıdı və bunun üçün imkanlar yaradır. Mən bu mövqeyi təqdir edirəm.

- Uzun müddətdi ki, kino xadimləri, eləcə də sıravi tamaşaçılar arasında mübahisə gedir. Bəziləri milli kinomuzun tənəzzüldə olmasını iddia edir. Bu fikrin əksini sübut etməyə çalışanlar da xeyli çoxdu. Fariz Əhmədov hansı tərəfi haqlı sayır?

- Dünyanın hər yerində güclü filmlə yanaşı zəifi də çəkilir. Son illərdə Azərbaycanda kino sahəsində görülən işləri, çəkilən zəhməti qiymətləndirməmək məsələyə qərəzli yanaşma olardı. Azərbaycanda kino yoxdursa bəs "Dolu", "Sahə", "Çölçü" kimi filmlər necə çəkilib? Bir vaxtlar Qarabağ ağrılarından söhbət düşəndə yalnız "Fəryad"ı göstərə bilirdik. Bu gün isə Azərbaycan kinosu "Dolu" kimi bir film ortaya qoyub. Bu yaxınlarda Mirbala Səlimov "Qırmızı bağ" filmini təqdim edəcək. Mən bu ekran əsərindən də çox şey gözləyirəm.

Son 10 ildə kinomuzun əldə etdiyi inkişafı, dövlətin bu prosesə marağını vurğulamamaq insafsızlıq olardı. Azərbaycan dövlətinin kinoya ayırdığı vəsaitlə yaxşı filmlər ortaya qoymaq mükündü. Amma bu gün Azərbaycan kinosunda kadr qıtlığı var. Yaxşı dramaturq, güclü səs rejissoru, quruluşçu rəssam, montajçı, işıqçı, qrim ustası tapmaq çətindi. Kinomuzda 20 ilə yaxın məcburi bir fasilə yarandı. Həmin fasilənin acı izlərini bu gün də görürük. Ən ağrılı yerimiz isə kinoprokatın olmamasıdı. Azərbaycanın hansısa bir filmi nə vaxtsa "Oskar" da ala bilər, Kann festivalında qalib də gələ bilər. Lakin bizim tamaşaçı həmin filmə harda baxacaq? "Nizami" Kino Mərkəzindən başqa bir dənə də olsun kinoteatrımız işləmir. "Mayak"a Kazanda 5 minə yaxın tamaşaçı baxıb. Bakıda isə...Tamaşaçının filmə kinoteatrda baxmaq ənənəsini bərpa etmək lazımdı.

- Hər halda buna cəhdlər edilir. "Dolu" filminin "Nizami" Kino Mərkəzində bir neçə dəfə təqdimatı keçirilib, hər dəfə də anşlaq olub. Bu günlərdə "Nizami" Kino Mərkəzinin qarşısından keçəndə bilet kassalarının qabağında böyük növbənin şahidi oldum. Gənclər Türkiyə istehsalı olan "Evim sensen" filminə bilet almaq üçün növbəyə durmuşdular...

- Güclü filmlər çəkməklə yanaşı bayaq dediyim kimi prokat sistemini hökmən bərpa etməliyik. Bu proses paralel getməlidi. Bu məsələdə biz kino işçilərinin üzərinə böyük məsuliyyət düşür. Kinoteatra gələn tamaşaçıya bircə dəfə zəif film təqdim etsək o bir də bilet alıb gəlməyəcək.

- Tamaşaçını kinoteatra cəlb etməyi düşünən Fariz Əhmədov yəqin ki, "Mayak"la kifayətlənməyəcək. Səndən hansı böyük ekran əsəri gözləyək?

- "Mayak"ın ssenari müəllifi Esmira Əyyubla yeni bir ssenari üzərində çalışırıq. Nağıl, macəra janrında bir uşaq filmi olacaq. Bu il işləri yekunlaşdırıb gələn ildən çəkilişlərə başlamaq fikrindəyik.

- Aktyorları hansı metodla seçirsən?

- Mənim öz aktyorlarım var. "Mayak"da əvvəldən bilirdim ki, ananı yalnız Gülzar Qurbanova yarada bilər. Ssenari yazılan ərəfədə Məmməd Səfanın "Yuğ"da bir tamaşaçına baxmışdım və görürdüm ki, filmdəki ata obrazı Məməd müəllimin boyuna biçilib. Belə istedadlı və peşəkar insanlarla çalışmaq hər bir yaradıcı adama zövq verir.

Yeni filmdə də həmin aktyorlar üçün rollar yazılır.

Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK