hacklink Adalet.az | 20 YANVAR MƏNƏ NƏ DEYİR Adalet.az | 20 YANVAR MƏNƏ NƏ DEYİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

20 YANVAR MƏNƏ NƏ DEYİR

57626    |   2013-01-19 08:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

20 yanvar günü genetik yaddaşımıza əbədiyyətə kimi silinməyəcək şəkildə həkk olunmuş məşum bir gündür. Bu gün, işğalçı yad bir qüvvənin çağdaş silahlarla təchiz olunmuş əsgərləri, Bakı küçələrində qabaqlarına kim çıxdısa qəddarcasına gülləbaran edərək məsum insanları qətlə yetirdilər. Həmin hərbi qüvvələr, on dörd yaşındakı körpədən tutmuş yetmiş yaşlı qocaya, küçədə hər bir şeydən bixəbər yeriyən hər vətandaşdan, maşınlarında alim dostlarını gözləyən ziyalılara kimi tanklarla əzib xışladılar və adlarını bəşər tarixinə qara bir ləkə kimi həkk etdilər.

Bəli, 20 yanvar tarixi, Azərbaycan xalqının təkcə o gün başına gəlmiş və ya o tarixdə başlayıb o gün də qurtarmış bir bəla deyildir; yüz illər əvvəlindən başlayaraq ondan da sonra davam edən işğalçı təcavüzlərin davamıdır.

Bu cür bir bəşəriyyət dramının yaranmasından əvvəl də, sonra da daim fikirləşdim; Azərbaycan torpaqları o bəlalara niyə şahidlik elədi, Xocalı Soyqırımı kimi hadisələr niyə başına gəldiə!

Axı Azərbaycan Türkləri həddən artıq qonaqpərvər, humanist, haqqı-haqqaniyyəti qiymətləndirən, ziyalı düşüncəyə sahib, əlindəki-ovcundakı hər bir şeyini qonşusuyla bölüşən bir xarakterə malikdir! Tarix boyu heç vaxt təcavüzkar olmayıb, heç bir xalqın mədəniyyətinə, dilinə, dininə, nəsəbinə çəp baxmayıb. Bütün bunları nəzərə aldıqda belə bir sual yaranır: Azərbaycanın tarix boyu başından bəla buludlarının əskik olmamasının əsas amili və ya amilləri nələrdirə!

Mənim fikrimcə bu sualın və ya suallara veriləcək cavabın birincisi Azərbaycan torpaqlarının özüylə, ikincisi də Türk dünyasının vəziyyətiylə birbaşa rabitəlidir.

Azərbaycan, yeraltı sərvətləri və yerüstü gözəllikləri ilə dünyanın cənnət guşəsidir. Digər tərəfdən bura Şərq və Qərb arasında keçid, körpü rolunu ifa edir. Şərqli və qərbli işğalçı qüvvələr tarix boyu bu cür gözəl və önəmli strateji məkana yiyələnməyə çalışıblar. Bura deyilə bilər ki, tarixin hər dövründə imperialistlər üçün tramplen olmuşdur. Sözün burasında Rusların Böyük Pyotr dedikləri çarın vəsiyyəti yadıma düşdü. Pyotr vəsiyyətində nə deyirdi: "İstanbulu hökmən ələ keçirin və oranı tutmadığınız müddətcə rus xalqı özünü heç vaxt təhlükəsiz hesab etməsin. Unutmayın ki, İstanbula hakim olan dünyaya da hakim olar! Qafqazı tutun, Asiyanı işğal edin və Hind okeanına çatın, isti dənizlərə enin. İranın şimalından bir koridor yaradıb Ağdənizə (Aralıq dənizi) ayağınız dəysin". Yəni bugünkü İraqın və Suriyanın qüzey hissəsini də ələ keçirin. Aradan üç yüz il keçib, bəs indi nə dəyişibə!

Bunlar çar Pyotrun vəsiyyətinin bir hissəsidir. Gəlin bir də qərbli özgə bir işğalçı liderin dediklərinə baxaq (Bundan əvvəlki yazılarımda da işarə etmişdim). 1876-cı ildir. Evangelist, ifrat xaçpərəst İngiltərə başnaziri William Evart Gladstone Avam palatasında əlində "Qurani-Kərim" olmaqla çıxış edərək deyir: "Bu kitab Türklərin əlində olduqca onlar bəşəriyyətə mərəz yayacaqlar, bunu məhv etməliyik və Türkləri Kiçik Asiyadan (Anadolu) çıxarıb Asiyaya qovmalıyıq". Avropalı imperialistlərin 175 il davam etdirdiyi Səlib Yürüşlərinin də əsas məqsədi bu deyildiə!

Biz nə ingilisə, nə rusa, nə də özgə bir millətə düşmən nəzəriylə baxdıq, baxırıq, baxacayıq, ancaq bizim barəmizdə kimin nə fikirləşdiyini də bilməyə məhkumuq və buna görə də tədbir görməliyik.

Hər şeydən qabaq Anadolu ilə Azərbaycan coğrafiyaları bir-birinin təbii davamıdır və buralarda yaşayan xalqlar tarix boyu bir olub, qardaşlıq əlaqələri heç vaxt pozulmayıb indən belə də pozulmayacaqdı. "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir; Biz bir millət, iki dövlətik" deyən rəhbərlər o sözləri dilucu deməmişdilərg Onlara o sözləri ortaq tariximiz, vahid qan yaddaşımız dedirtmişdig Səlib Yürüşləri nəticəsində və ya digər vaxtlarda olsun əgər Anadoludakı Türklər ordan çıxarılsa idi həmin bəla Azərbaycanın da başına gələcəkdi. Qüzeyli işğalçı bir çarla, qərbli işğalçı bir baş nazirin Azərbaycan və Anadolu türklüyünə eyni prizmadan yanaşmaları bizim üçün maraqlı, yuxudan oyadıcı deyildirmiə! Mən, əsrlər əvvəlində həyata keçirilmək cəhdinə düşülmüş o cür fikirlərin bu gün də çağdaş prinsiplərlə eynilə davam etdirildiyini düşünürəm, buna inanıram.

Mən 20 Yanvar hadisəsinə bu prizmadan baxıram. Çarlıq, 19-cu əsrin əvvəlindən tutmuş Azərbaycanı qarış-qarış işğala başladı. Müqəddəs torpaqlarımızı parçaladı, Araz çayını iki qardaşın arasına paslı bir xəncər kimi sancdı. İngilis ordularının da 20-ci əsrin əvvəllərində bu torpaqları işğala gəldiyini yaddan çıxarmamalıyıq.

Azərbaycan xalqının 1918-ci illərdə Anadolulu qardaşlarının da köməyi ilə öz istiqlalını qazandığı illərdə, Qərbi Azərbaycan torpaqlarına ingilislərin planı və rusların xüsusi rəhbərliyi ilə dünyanın müxtəlif yerlərindən gətizdirilib yerləşdirilən ermənilərə də müstəqil bir dövlət yaradıldı. Anadoluda Azadlıq Hərbinin davam etdirildiyi illərdə ruslar və qərbli güclər təzyiq edərək Azərbaycan hökumətinin Qərbi Azərbaycan torpaqlarından müvəqqəti şəkildə imtina etməsinə nail oldular. Orda yaradırılan vassal xarakterli erməni dövlətçiyi sonrakı illərdə rusların forpostuna çevrildi. Müstəqil Azərbaycan dövləti 1920-ci ildə Çarlığı ləğv edən, ancaq onun dövlət siyasətini hərfi-hərfinə yerinə yetirən bolşeviklər tərəfindən qanlı qırğınlar törədilərək işğal edildi. Sovet dövründə Zəngəzur, Göyçə, Dilican ermənilərə, Borçalı və Dərbənd də digərlərinə ruslar tərəfindən bağışlandı. Bu siyasətin özülündə də Türkiyə ilə Asiya türklüyünün təbii rabitəsini sındırmaq fikri vardır. Bu siyasət bu gün də özgə adlar altında və PKK hadisəsində olduğu kimi özgə əllərlə davam etdirilir.

Azərbaycan xalqı, 1980-li illərdən başlayıb Sovet imperiyasının laxlayıb dağılacağını hiss etdi və öz müstəqilliyini təkrar qazanmaq məqsədiylə kütləvi şəkildə təşkilatlandı və Xalq Cəbhəsinin öncüllüyündəki Xalq Hərəkatını həyata keçirməyə başladıqda çarlığın davamçısı kommunist Ruslar intiqam hissilə ayağa durub 20 Yanvar hadisəsini törədərək Azərbaycan xalqına gözdağı vermək istədi. Birinci və İkinci Dünya Müharibəsini törədib milyonlarla insanın məhvinə və milyonlarla ocağın sönməsinə səbəb olanlar da daim Azərbaycanı, Bakı neftini caynağına keçirməyin xəyalı ilə yanıb qovrulmuşdu. İkinci Dünya Müharibəsi vaxtı Sovet ordularının alman ordularına qələbə çalmasının ən böyük amili Bakı neftidir. 20 Yanvarı törədənlər Bakı neftinin əllərindən getməsinə görə bu bəşəriyyət dramını yaratmışdır. Azərbaycan torpaqlarının müstəqillik əldə edildikdən sonra işğalla üzləşməsinin və indiyə kimi işğalın davam etməsinin yeganə səbəbi də Bakı neftinin və Azərbaycan kimi strateji bir coğrafiyanın onların əllərindən sürüşüb çıxması, əbədilik öz yiyələrinin olmasıdır.

Bu düşüncələrin işığında ən başda dilə gətirdiyim suala və cavablarına qayıtmaq istəyirəm. Azərbaycanın və bizim qan yaddaşımıza müqəddəs vətən torpaqlarının 1828-ci ildə parçalanaraq bölüşdürülməsi, bölünən torpaqların işğalçılar tərəfindən özgələrinə peşkeş çəkilməsi, Qanlı Yanvar, Xocalı Soyqırımı və Qarabağ torpaqlarının işğalı kimi həkk olunan hadisələrin birinci səbəbi bu müqəddəs vətən parçasının həddən artıq strateji mövqeyə və yeraltı-yerüstü sərvətlərinə malik olmasıdır. İkinci səbəbi isə Türk dünyasının Hun, Göytürk, Səlcuqlu, Osmanlı və yaratdığı digər imperiyalarda olduğu kimi ogünkü gücünü, vəhdətini əldən verməsi, elmi və texnoloji sahədə dünya miqyasında ixtiralara imza atmamasıdır. Toplumlarımızın elmin aydınlıq yolunu seçəcəyinə əzbərçiliyin kor bataqlığında sonqulub qalaraq nəsillərimizi cahil buraxması, dünyanı layiqincə dərk edə bilməyən xalqlarımızın yad qüvvələr tərəfindən bir-birinə yadlaşdırılmasıdır. əgər imperatorlarımız bir zamanlar taxt uğrunda bir-birini düşmən gözündə görməsə və potensiyal qüvvələrimiz öz-özümü qırıb bizi taqətdən salmasaydı, Türk dünyası eynilə Avropa Birliyi və İngilis Millətlər Topluluğu kimi mədəni, iqtisadi və siyasi sahələrdə, NATO kimi hərbi sahədə bir vəhdət yarada bilsəydi, Azərbaycanın başına o bəlalar gəlməzdi, gələ bilməzdi. Mənim fikrimcə 1990-cı ilin 20 yanvar günü yaranan qırğının əsas amilləri bunlardır. Bu səbəblər, qardaş xalqlarımıza, dövlətlərimizə, nəsillərimizə və dövlətlərimizi idarə edənlərə ithaf olunur.

Tanrı məkanını cənnət eləsin milli şairimiz Arif Nihat Asya:

"Kalk yiyidim, yinə

dağ başını duman aldı...

Parçalandı bir kıtanın

toprakları,

Aslan payını,

aslan olmayan aldı..."

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK