ANA SƏHİFƏ / YAZARLAR

KÖPƏYƏ EHSAN

29555    |   2016-02-20 09:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Söhbət heç də adi köpəkdən getmir. Və adi köpəyin də heç bir günahı yoxdur. İt var ki insana on il, iyirmi il çörək verdiyi adamdan daha sədaqətli çıxır. Bunu tək mən demirəm, bunu həm də görənlər və bilənlər xatırlayırlar. Söhbət ondan gedir ki, böyük satirik şair Seyid Əzim Şirvaninin gözəl bir satirik şeiri var: "Köpəyə ehsan". Və bu satirik şeir biz orta məktəbdə oxuyanda dərsliyimizə salınmışdı. Rəhmətlik Azərbaycan dili və ədəbiyyat müəllimimiz Ənvər müəllim bu şeiri hamımıza əzbərlətmişdi. Sinifimizdə elə bir şagird yox idi ki, o şeiri bilməsin. Hətta iş o yerə çatmışdı ki, ömründə bir şeir belə əzbərləyib yadında saxlamayan və dəcəlliyi ilə seçilən Təvəkkülün oğlu Şiraslan da şeiri əzbərləmişdi...
Bir neçə ay bundan əvvəl gözəl ziyalı və yazıçı-publisist Səməndər Məmmədovla dərdləşirdik. Soruşdum ki, ay Səməndər müəllim, Seyid Əzim Şirvaninin "Köpəyə ehsan" şeirini indi şagirdlərə əzbərlətdirə bilirsiniz, ya yox? Səməndər müəllim çox bikef görkəm aldı və dilləndi:
- Ay rəhmətliyin oğlu, sən nə qoyub nə axtarırsan, o şeiri çoxdan ədəbiyyat dərsliyindən çıxarıblar.
Sözün düzü, bu xəbəri eşidəndə matım-qutum qurudu və təəccübümü gizlədə bilmədim. Dedim ki, belə şey ola bilməz. Səməndər müəllim yenidən dilə gəldi:
- İnanmırsan, get orta məktəbin dərsliklərini vərəqlə. Əgər o şeiri orda tapsan, harda istəyirsən sənə orda dostlarınla birgə qonaqlıq vermək mənim boynuma.
Mən də ərinmədim, orta məktəbin ədəbiyyat dərsliklərini hamısını gözdən keçirdim. Amma heç birində o şeirə rast gəlmədim. O qədər səviyyəsiz mətnlərə, hekayələrə və şeirlərə rast gəldim ki, az qaldı ətim tökülə. Bu barədə çox da danışıb qanınızı qaraltmaq istəmirəm.
Ancaq "Köpəyə ehsan" satirasının məzmununu xatırlamaya bilmərəm: bir varlı kişinin iti ölür, o da iti insan kimi kəfənə tutub aparıb qəbiristanlıqda dəfn etdirir. Bu xəbəri eşidən kəndin mollası hay-həşirlə özünü çatdırır o varlı kişinin yanına. Gözünü yumub, ağzını açır və başlayır o ki var varlı kişinin əleyhinə danışmağa. O da bir az dinləyir və sonra da dillənir:
- Ay molla, bu elə-belə it deyildi ey, çox ağıllı və çox sədaqətli köpək idi. Rəhmətlik ölməmişdən əvvəl də vəsiyyət elədi ki, kəndin mollasına pul-pənə və hədiyyə verim.
Molla pul söhbətini eşidən kimi çöhrəsinə gülüş hopur və dillənir:

İt demə, o dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.

Böyük satirik şair bu misralarla dinin adından şəxsi məqsədləri üçün istifadə edən, camaatın cibini soyan mollaların iç üzünü açıb ifşa edir. Sözümün canı odur ki, bu gün də məmləkətimizdə həmin mollaların o qədər prototipi var ki, saymaqla qurtarmaq olmaz. Molla var ki, adını, soyadını düzgün yaza bilmir və ərəbcə bir söz belə yadında deyil, ancaq nə olsun, əlinə müqəddəs kitabı götürüb gedir qəbiristanlıqda dayanır və "Yasin" oxuyur. Əgər o "Yasin"dən başı çıxırsa, Allah ona yox, mənə lənət eləsin! Düz oxumursa da onun özünə lənətlər olsun!
Molla da var ki, yüz oyundan çıxır, yüz dələduzluq edir və fırıldağından əl çəkmir. Yaxın dostlarımızdan biri deyir ki, şər qarışanda Yasamaldakı qəbiristanlığa getmişdim. Atamın-anamın qəbrinə bir otuz metr qalmış gördüm ki, bir kişi kəhildəyir. Bir az da yaxınlaşanda gördüm ki, qəbiristanlığın mollalarından biridir. Bir qadını yoldan çıxarıb zina edir. Arxadan ona bir təpik ilişdirdim, molla şalvarını çəkib dabanına tüpürərək aradan çıxdı. Sonra da qadını danladım ki, ayıb deyil, belə əxlaqsız iş görürsən. O da dedi ki, Allah bu mollanın evini yıxsın, məni şeytan kimi yoldan çıxardı, dedi ki, ağappaq, qəşəng xanımsan, bir azdan sonra sən də ölüb yüz ilin ölülərinə qovuşacaqsan, öz kefini çək, istirahətində ol. Bax beləcə köpəyoğlu məni yoldan çıxardı...
Belə mollalar da var, ancaq savadlı, Allahı sevən və haqqın yolu ilə gedən mollalar da kifayət qədərdi. Bunlar çox gözəl, amma məni yandıran bu savadsız, cahil mollalara inanıb onların arxasınca gedən avam insanlardır. Yenə yadıma böyük Üzeyir Hacıbəyovun bir felyetonu düşür: "Bizim şeyxin qırx arvadı var". Həmin şeyx də ürəyi arvad istəyəndə ata minib kəndlərə gedər və hər axşam bir evdə qalarmış. O qaldığı evdə də camaat yığışarmış başına, molla başlayarmış boş-boş danışmağa. Axırda da deyərmiş ki, bəs mən möhkəm qulunc olmuşam, kimsə mənim belimə küpə qoymalıdır. Ordakı yaltaqlardan biri o dəqiqə çıxış yolu taparmış, bildirərmiş ki, filankəsin qızına siğə elə, o da gəlsin sənin belinə küpə qoysun. Molla da siğə edərmiş və o qız da gəlib axşam onun yanında qalarmış...
Ancaq ermənilərin keşişi isə kəndləri gəzəndə görürmüş ki, hansısa bir elm adamı nəsə bir şey icad edib göyə baxır. Yeni cismlərə baxmaqda çox maraqlıymış. Keşiş də həmin alimə deyir ki, qoy camaatı çağırım gəlib sənin o cihazınla göyə baxsın və elm öyrənsin. Üstəlik də gərək elə bu kənddə də yeni məktəblər və elm mərkəzləri açaq. Görürsünüzmü bizim lotu şeyximiz Üzeyir bəyin felyetonunda hansı əməldən çıxır, erməni keşişi isə xalqına və millətinə elm öyrədir.
Bizim millət cəhalətə, mövhumata həmişə meylli olub. Gözünü açıb kitab oxumaq, elm öyrənmək əvəzinə cahil, nadan insanların nağıllarına qulaq asıb. O nağıllar ki məclislərdə mollalar tərəfindən uzun illərdir danışılır. Düzdür, savadlı axundlar, mollalar var, amma onları barmaqla saymaq olar.
Türmədən çıxan, dələduzluq edən, əvvəllər kolxoz sədri işləyən bir də görürsən ki, pul qazanmağın yolunu mollalıqda görür və bu cahil, avam adamlar da onların söhbətlərinə ağızlarını ayırıb, gözlərini yumub elə qulaq asırlar ki, guya kişinin oğlunun ağzından dürr tökülür. Hansı ki kolxoz sədri işləyəndə camaatı soğan kimi soyub, bir adamı pulsuz işə qoymayıb. Siz deyin, bu cür şarlatanlara, minsifətlilərə qulaq asmaq olarmı?!



YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK