Baş bankirin modelyer qızının yeni kolleksiyası Türkiyə mətbuatında

128281    |   2016-02-09 13:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya şöhrətli "De Grisogono” zərgərlik brendinin dizayneri Favaz Qruozi modelyer Günel Rüstəmovanın işlərini bəyəndiyini söyləyib.

 

Modelyer Günel Rüstəmovanın "De Grisogono” markası ilə birlikdə təşkil etdiyi moda gecəsi Türkiyə mətbuatında yer alıb. Belə ki, Tülün Şahin iştirak etdiyi moda nümayişindən reportaj hazırlayıb.

 

"De Grisogono” zərgərlik brendinin yaradıcısı Favaz Qruozi Tülün Şahinə müsahibə verib.

Dünya şöhrətli zərgərlik  brendinin yaradıcısı  F. Qruozi müsahibəsində əməkdaşlıq etdiyi Günel Rüstəmovanın yeni kolleksiyası haqqında fikirlərini bölüşüb:

 

"Onunla Parisdə bir şirkət vasitəsilə tanış olmuşuq. Artıq iki ildir ki, Günellə birlikdə çalışırıq,  may ayında 3 ilimiz tamam olacaq. Həm də o, son dərəcə istedadlı xanımdır”.

 

Günel Rüstəmova da müsahibəsində dünya şöhrətli zərgərlə birlikdə dəfilə təşkil etməkdən məmnunluğunu ifadə edib: 

 

"İkimiz də bir-birimizin işlərini bəyənir və bir-birimizi tamamlayırıq. Favaz Qruozinin dizaynlarını çox sevirəm. Bu əməkdaşlıqdan zövq alıram”.

 

Modelyer açıqlamasında yeni kolleksiyasında boz və şərab rənglərinin üstünlük təşkil etdiyini bildirib:

 

"Yeni kolleksiyasının ilham mənbəyi uşaqlıdan bu günə qədər filmlərdə gördüyüm, kitablarda bəyəndiyim qadın qəhrəmanlar olub. Libaslarda dizaynerin işlərini də əks etdirməyə çalışmışıq”.

 

Xatırladaq ki, Azərbaycanlı modelyer, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın rəhbərlik etdiyi "Gyunel" moda evinin yeni kolleksiyası Parisdə nümayiş olunmuşdu. Şouda dizaynerin qiymətli zinət əşyaları ilə yanaşı, Günelin "Gyunel” markasının yeni kolleksiyası da təqdim edilib. "De Grisogono” zərgərlik brendinin yeni kolleksiyasını təqdim edən modellər Günelin libaslarını geyinib.



İmza:Publika.az
SON XƏBƏRLƏR
2018-06-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK