ANA SƏHİFƏ / YAZARLAR

ÇƏTİN XİDMƏT

32563    |   2016-01-30 11:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dünyaya gələndə kiçik bir parçaya, dünyadan gedəndə boyunun ölçüsü qədər bir parçaya bükülürsən. Heç birinin də cibi yoxdu. Amma sən bu dünya malından ikiəlli yapışmısan. Xeyir ola!?.".
Ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, vətəndaşların rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrinin uğurla icra olunması, dövlət orqanlarında işlərin operativ həlli, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması, ASAN xidmətinin tətbiqi, korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl işlərin görülməsinə təşəbbüslər təqdirəlayiqdir. Lakin bütün bunlarla yanaşı insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığı, vətəndaşların müraciətlərinə, problemlərinə laqeyd münasibət, həmçinin insan hüquqları sırasında xüsusi yeri olan, digər hüquqlardan istifadə də böyük əhəmiyyət daşıyan müraciət etmək hüququnun pozulma halları hələ də mövcuddur. Və bu yarıtmaz xidmətlərinə görə o məmurlar nəinki narahat olur, heç yuxarı instansiyaların tapşırıqlarına belə məhəl qoymurlar. Bu harınlıq, qudurğanlıq halını almış mənzərə xalqın qəzəbinə, hədsiz narazılğına səbəb olur. Artıq insanlar üçün "ASAN xidmət"dən başqa bütün idarə-müəssisələrdə sənəd düzəltmək üçün getmək əzaba, işgəncəyə çevrilib. Elə bir dövlət idarəsi, xidmət sahəsi yoxdur ki, əsəbləşmədən, məmnunluqla işlərini həll edib ordan ayrılasan. Mütləq ya süründürməçiliklə, ya rüşvətlə üzləşməyə məhkumsan. Bu siyahıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən tutmuş, Dövlət Torpaq və Xəritəçəkmə, Əmək və Əhalinin Sosial Təminatı şöbələrinin yerlərdəki məmurlarının "iş prinsipləri", təhsil, səhiyyə və sair önəmli sahələri başdan yazmaq lazımdı. Qanunları asanlıqla pozaraq, prezidentin əhalinin yaşayışını yaxşılaşdırmaq uğrunda apardığı siyasətə, verdiyi tapşırıqlara əhəmiyyət vermədən öz postlarına ləkə gətirən belə məmurların nəyə, kimə arxalanaraq öz "iş metodlarını" davam etdirdikləri və bununla da əhalini "reallıqla barışmağa" sövq etmələri əhalidə çaşqınlıq yaradır. Artıq insanlar işlərinin heç bir idarədə rüşvətsiz həll olunmayacağına o qədər əmin olunublar ki, "ASAN xidmə"tin xidməti hər dəfəsində insanları təəccübləndirir. Eyni zamanda sevindirir, məmnun edir.
Əslində alternativ variantın - ASAN xidmətin yaranması o məmurların öz işlərinin öhtəsindən gələ bilmədiklərinin açıq-açıq sübutudur. Bundan nəticə çıxarıb, öz yarıtmazlıqlarını düzəltmək əvəzinə daha da harınlayaraq, son nəfəslərində daha çox qazanmaq istəyindədirlər. İstənilən bir idarədən əsəbləşmədən, məmnun çıxan birini görməzsən.
DƏDRX-in üç il süründürməçiliklə bir qovluq sənəd yığdırıb, sonra da o sənədlərin əhəmiyyətsiz olduğunu söyləmələri və birinci xanımın işə qarışması ilə yarım saata həll olunduğunu görəndə onların nə qədər kiçildiyini, rəzil hala düşdüyünü bir görsəydiniz...
Dövlət poliklinikalarında hər dəfə dava salmadan, qanundan leksiyalar oxuyub kabinetdəkilərin nəzərinə çatdırmadan pulsuz müayinə mümkün deyil. Və bu leksiyadan sonra sənə düşmən kimi münasibəti, əlacsız qalıb həll etmələri də başqa aləm olur. Kaş ki, səhiyyənin xidmətini də ASAN xidmətə həvalə etmək mümkün olsaydı... o zaman xəstə bunların əlində bir az da artıq "xəstələnməkdən" qurtularılar.
Bu siyahını uzatdıqca uzatmaq olar. Üzləşdiyim hər haqsızlıq, hər yarıtmazlıq, özbaşınalıq içimdə bir ümidsizlik yaradır. Belə məmur özbaşınalığı ucbatından istedadların, qiymətli insanların ölkəmizdən küsüb, qürbətə üz tutmalarını qəbul edə bilmirəm. Qardaş ölkədən iş təklifi olsa da, qəbul edə bilmirəm, Vətənimi tərk edə bilmirəm. Onsuz da doğulduğum yurdu bir dəfə tərk etməyə məcbur olduq. Məncə hər inciyən vətəni tərk etməməlidi, əksinə həyatını çətinləşdirənlərin həyatına zəhər qatmalıdı. Rüşvəti ona rahatlıqla yedizdirməməlidi.
Prezident Ilham Əliyev bütün sahələrdə şəffaflığın olmasını, işlərin səmərəli aparılmasını ölkənin uğurlu inkişafı üçün vacib hesab edərək 2015-ci il yanvarın 27-də Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda vətəndaş-məmur münasibətlərinə də toxunub: "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır...".
Bəli, məmurlar xalqın xidmətçiləri olmalıdırlar, düşməni deyil.
Dövlət orqanlarında vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, bu sahədki problemlərin həllinə yardım göstərilməsi dövlət qurumlarının fəaliyyətində şəffaflığln artmasına səbəb olacaq. Vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanan sosial hüquqların, sosial qanunvericiliyin və digər hüquqların pozulması problemlərinin ictimai rəyin diqqətinə gətirilməsi məsələsində yeni bir mexanizmin inkişafına töhfə verəcək. Yerlərdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığının aradan qaldırılmasına xidmət edən müzakirələrin açılmasına təkan verəcək.
Ancaq göründüyü kimi bu heç də asan olmayacaq. Çünki yırtıcı canavara dönmüş o məmurlar öz xislətini tərgitməyəcək. Bu problemi həll etmək üçün köklü dəyişikliklər, yəni onların dördəlli yapşdıqları postlarından uzaqlaşdırmaq, xalqın canından sorduqlarını burnundan gətirmək lazımdı. Kənardan seyr etsəniz vətəndaş-məmur münasibəti deyil, canavar-quzu təsəvvürü yaranır. Bəzi məmurlar hələ də vətəndaşların hüququnu qorumaq əvəzinə pozmaqla məşğuldur Onlara görə vətəndaş həmişə haqsız durumdadır.
"Vətəndaş hüquqlarınızı bilirsnizmi?" adlı sorğu rayonlarda yaşayan insanların hüquq və azadlıqlarına dair məlumatlılıq səviyyəsi öyrənilib. Məlum olub ki, bölgələrdə paytaxtla nisbətdə insan hüquqları ilə bağlı problemlərin daha çox olması diqqət çəkir: " Xüsusilə məmur bürokratiyası, məhkəmə sistemi ilə bağlı narazılıqlar bu baxımdan diqqətçəkəndir".
Deputat, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə deyir ki, Vətəndaş-məmur münasibətləri prezident İlham Əliyevin vətəndaşlarla görüşü zamanı yaranan münasibət kimi olmalıdır.
İnsan və vətəndaş, onun hüquq və azadlıqlarının ali dəyərlər olması və bu dəyərlərin qorunması Azərbaycan dövlətinin ali məqsədini təşkil edir. Və hər bir dövlət məmuru tutduğu posta bu məqsədlə gəlməlidir.



YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK