viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SƏNİ İNTERNETDƏ GÖRÜBLƏR... Adalet.az | SƏNİ İNTERNETDƏ GÖRÜBLƏR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏNİ İNTERNETDƏ GÖRÜBLƏR...

37167    |   2013-01-12 02:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

- Xala, səni internetdə axtarırlar!

- İnterpolda axtarmasınlar, internetin qorxusu yoxdu!

Səsindən, zarafat eləmədiyini indi fərq etdim. Sən demə, bir tanış ailənin Orxan adlı oğlu google-da kimisə axtararkən soyadım uyğun gəldiyindən mənim adımı görüb və o, öz axtardığını unudub, mənim səhifəmlə maraqlanıb. Sonra da qohum-əqrabasına zəng vurub Tahirin xalasını internetdə gördüyünü təlaşla(!!!) xəbər verib. "Gördün aaz, o da... Tay kimə etibar qaldı." O birisi də: "Aaz, ola bilməz, yaxşı bax..." "Allah haqqı odu!" dialoqu ilə bir-birinə xəbər verərək məni internetdə axtarmağa başlayıblar!..

Əvvəlcə gözüm yaşarıncaya qədər güldüm bu xəbərə. Onların dəhşətli bir hadisə olubmuş kimi gözlərini bərəldib, əlini ağzına apararaq sanki facebook səhifəsində deyil, fahişəxanada (ifadəmə görə üzr istəyirəm -F.R) görüblərmiş kimi "ola bilməz!" deməklərini təsəvvür edib, təkrar-təkrar gülməyə davam etdim. Amma sonra bu cahilliyin qarşısında köməksiz olduğumu anlayıb, məyus oldum. Bu qədər inkişafın içində bu qədər cahillik, nadanlıq görmək, türklər demiş, "fazla gəldi" mənə... Əli əleyhissalamın kəlamını xatırladım: Cahilləri başa salmağa çalışmayın, mən heç nəyə nail olmadım!

Allah sizə rəhmət eləsin, böyük Sabir, Mirzə Cəlil! Həyatınızı, ömrünüzü millətin maariflənməsinə sərf etsəniz də, millətimiz dəyişmir ki, dəyişmir... Baxın, XXl əsrin adamlarıdı bunlar! XlX əsrin əvvəlindən bəri zərrə qədər də nə maarifləniblər, nə də cahillikdən uzaqlaşıblar. "Qəzet almış Hacı Əhməd də!!! Baa, oğlan, nəmənə..." ilə "Onu internetdə gördüm! Ola bilməz!!!" ifadələri nə qədər də oxşar bədbəxtliklərimizdəndi... İki əsr ərzində səviyyədə, intellektdə, beyinlərin inkişafında... irəliyə bircə addım da ata bilməyən yazıq bizlər!

Orxanların dünyagörüşü bazar səviyyəsindən, inkişafı yeni kələklər, fırıldaqlar öyrənərək kimə necə mal sırımaqdan, maraq dairəsi evlənmə verilişləri, arvad paltarı geyinərək tamaşaçıdan ucuz gülüş qoparanlar və düşük seriallardan ibarətdir. Ona görə də İmam Əlinin tövsiyəsini yada salıb susuram. Amma dərd bununla bitsəydi nəydi ki...

Dünyada baş verən yeniliklər, bir çox ölkələrdə hələ yeni-yeni reklamı edilən elektrik və ya texniki avadanlıqlar bizim ölkədə çoxdan istifadə olunur. Biz işbazlarımızın fərasəti sayəsində bunlara nail oluruq. Məsələn, uzun illər dövlətçilik təcrübəsinə malik qonşu Türkiyədə bu məsələlərə bir az ehtiyatla yanaşılır deyəsən. Çünki, məsələn onların televiziya kanallarında reklam olunan mobil telefonlar bizim əyninə şalvar, yeməyə çörək almağa pulu çatmayan gənclərimiz üçün artıq köhnəlmiş model hesab edilir. Yaxud, notebooklar. Rahatlıq, vaxtdan səmərəli istifadə, elm artırmaq üçün istifadə olunmalı bu texniki vasitələr çox zaman bizdə vaxt öldürmək, yumşaq desək, avaralanmaq, "qız tutmaq"(!), sevgili tapmaq, qeybət etmək üçün işlədilir.

Əlbəttə, söz yox ki, bizim elmli, bilikli gənclərimiz də var və internet bu yolda onların əvəzsiz köməkçisidir.

Facebook dostluğunun bir çox müsbət tərəfləri var. Yeni insanlar, maraqlı fikirilər, dostlar arasında paylaşılaraq düşündürən, güldürən, ağladan, təəsüfləndirən, maarifləndirən şəkillər, yazılar, statuslar, şərhlər gününün bir neçə saatını, dəqiqəsini boşa xərcləmədiyini sübut edir. Bu imkanlardan istifadə edərək çox şey öyrənir, həm də vitual dostlarının daxili aləmini kəşf edirsən. Üzünü belə görmədiyin, yaxud başqa keyfiyətlərlə tanıdığın, bəzən gündəlik həyatda əhəmiyyət vermədiyin bir insanın dostluqdakı fikir və mülahizələrini oxuyub onun haqqında nə qədər yanıldığını hiss edirsən. Belə səviyyəli insanların olduğuna, hələ də hər şeyin sonu olmadığına sevinirsən. Yazılan statusa bildirilən şərh və münasibətlərdən hər kəsin savadı da, tərbiyəsi də, səviyyəsi də müəyyən olunur. Bəzən isə tərbiyəsinə şübhə etmədiyin birisinin virtual aləmdəki həngamələrini görüb məətəl qalırsan! İnsan çox mürəkkəb məxluqdu...

Gəlin görək neçə faiz istifadəçilər internetdən maariflənmək, kitablar oxumaq, yeni əsərlərlə tanış olmaq, dünyadakı yeniliklərə baş vurmaq, maraq dünyasını genişləndirmək üçün istifadə edir. Porno filmlər, erotik şəkillər, gündəlik xəbərlərlə maraqlananda isə yuxarıdakı mövzunu xatırladan başlıqları olan xəbərləri tıklamaq, ən yaxşı halda sevgili axtarışı... Bu, istifadəçilərin bəlkə səksən faizinin gündəlik marağıdır. Düzdü, Facebookda da hamı elm dəryası deyil. Bəzən dostluq təklifi alanda baxırsan doğulduğu, təhsil aldığı məkana, iş yerinə, yaşına fikirləşirsən ki, bunun dostluq təklifini qəbul etmək olar. Qəbul edən kimi isə - mənasız suallar, özünüreklam, bayağı , savadsız yazı tərzi, kimsən, haralısan, görüşə bilərikmi, şəkildə çox gözəlsən - dən tutmuş başqa ucuz komplimentlərə qədər mənasız şeylər... Bunlara baxıb bəzən orxanları qınamırsan. Oxumuşlarımızın düşüncəsi bu qədər bəsit olduğu halda orxanlara nə hacət...

"İnternetdə" məni axtaranlar! Çox əziyyət çəkməyin. "Ədalət" qəzetinin facebookdakı səhifəsinə girsəniz, kifayətdi. Amma kaş ki, o axtardığınız vaxtı mənə yox, elmə, inkişafa, maariflənməyə sərf edəydiniz! Mən oxuduqlarımı oxusanız, mənim maraq dünyama yaxınlaşsanız, mənim virtual dostlarımı tanısanız, onların bildiklərinin yüzdə birini mənimsəyə bilsəniz, bəlkə cahillik girdabından bir az uzaqlaşmış olarsınız. İçinizdəki qurdları, məkri, nadanlığı dondurub, bütün gününüzü sərf etdiyiniz qeybətlərin vaxtını bircə kitab, yaxud qəzet-jurnal oxumağa sərf etsəniz, uduzmazsınız, inanın!

Bəlkə bunları yazmaqla boşuna zəhmət çəkirəm? Əli əleyhissalam nə demişdi: Cahilləri başa salmağa çalışmayın, mən heç nəyə nail ola bilmədim!

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK