ANA SƏHİFƏ / YAZARLAR

DƏLİLƏR ŞƏHƏRİ

32491    |   2015-12-26 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nədədi bu şəhərin cazibəsi? Nədən füsunkar təbiəti - yaşıl meşələri, göz yaşı kimi dumduru bulaqları, zümzüməsi könül oxşayan çayları, gül-çiçəkli düzləri, qürurlu dağları, dərin dərələri, saf suyu, təbii meyvə - tərəvəzi, səmimiyyətli insanları ilə gözəl olan kənd həyatını bu cazibə unutdurur çoxlarına? Şəhərdəki sərbəstlikmi, kənddə bir çox ölçü və meyarların, mental qadağaların, qınaqların, bir sözlə ictimai qınağın hələ də qalmasımı, yoxsa burada şəraitin rahatlığı(?!).
Bir xarici tələbənin Bakı haqqındakı müsahibəsindən oxuyuram: "Bu şəhərdə hamı acıqlıdı, əsəbidi..." Bu sözlərin doğruluğuna əmin olmaq üçün günümüzə diqqət yetirək...
Hər gün əhalinin bəlkə də səksən faizi nəqliyyat vasitəsi kimi, avtobuslardan istifadə edir. Əhaliyə bu xidməti daha da yaxşılaşdırmaq üçün son illər ölkəmizə iritutumlu avtobusların gətirilməsi, mikroavtobusların sıradan çıxmasına və bununla da istifadəçilərin rahat yolçuluğuna şərait yaratmış oldu. Avtomatik idarəetməyə keçid, sərnişinlərin kimsəyə ehtiyac olmadan hara necə gedəcəyini dayanacaqlarda quraşdırılmış aparatların köməyi ilə müəyyən etməsi, ödəniş kartlarına mərhələli keçid və sair də inkişafın müyyən mənada irəliləyişindən xəbər versə də, əsas amil unudulur. Sərnişinlərlə davranış mədəniyyəti bizim sürücülərdə demək olar ki, yox dərəcəsindədir. Sükan arxasına keçən hər kəs özünü avtobusun yox, az qala cəmiyyətin idarə edəni sayır. Hamısı əsəbidir, sanki psixi problemləri olanları sürücülüyə qəbul etmək şərt olub.
Məlum olduğu kimi, bir çox xarici ölkələrdə sərnişindaşımada işləyəcək sürücülər buna görə dörd il təhsil almalı və bir il də usta sürücülərin yanında təcrübə keçməlidirlər. Və bu təhsil müddətində onlar sərnişinlə rəftar qaydaları, sürücü mədəniyyəti, bəzi tibbi biliklər və sair haqda məlumatlandırılırlar. Bu çox təqdirəlayiq bir haldır və bunu hər səhər, axşam evdən işə, işdən evə gedərkən sürücülər tərəfindən əsəbləşdirilən sərnişinlər daha yaxşı anlayır. Yollardakı tıxaclar bəs deyilmiş kimi avtobusların içindəki basabasdan da sərnişinin mənzil başına çatanadək keçirdiyi əsəbi vəziyyətlərdən dəfələrlə yazılıb. Hər gün bu marşrutdan istifadə edənlərin hamısına tanış olan "bir az mehriban olun", avtobusda ayaq basmağa yer olmadığı halda "arxaya çəkilin, orta bomboşdu", sərnişinlərin narazılığına baxmayaraq basabas avtobusla növbəti dayanacaqda, düşən varmı?- sorğusuna, "yox!" cavabı alsa da, marşrutu saxlayıb, guya yerdə qalanı düşünürmüş kimi: sıxlaşın, o da getmək istəyir, deyərək özünə haqq qazandırır. "Əyləc basma" məharəti isə mən istifadə etdiyim 119 nöməli avtobus sürücülərinin hamısında eynidi - hər dəfəsində sərnişinlər bir-birinin ayağını tapdalamalı, bir yerini əzməli, yaxud yıxılmalıdı. Enərkən isə sıxlıqdan nəfəs almaq mümkün olmayan avtobusun yalnız ön qapısını açan gənc sürücü ondan arxa qapını açmağı xahiş edənlərə: - Aça bilmərəm, bizim millət qaçan millətdi. Sonra qaçanların pulunu kimdən alacam - deyir.
Bu tarıma çəkilmiş əsəblə işə getmək və orada da hansısa birinin mənasız bir sözünü eşitmək isə adamı daha da haldan çıxarır.
Dükan-bazar "od tutub yanır". Son olaylar, yəni devalvasiyanın güclü dalğasının ölkəmizdən də yan keçməməsi onsuz da aldığı maaşla güclə dolanan insanları dəliyə döndərib. Çörək çəkisi azaldılaraq eyni qiymətə satılır. Bir ölkədə ən ağır vəziyyət çörəyin bahalaşmasıdı. Dövlət qurumları "süni qiymət artımı" haqda nə qədər xəbərdarlıq etsələr də, yerlərdə qiymət bahalaşmasından qaçmaq mümkün deyil. İndi maaşımıza uyğun tənzimlədiyimiz gündəlik keçimimizi bir daha nəzərdən keçirməyə məcbursan. Məşhur şəxsin söylədiyi kimi: "Qənaətcil olmalıyıq!".
Məktəbdə, mağazada, ticarət mərkəzlərində, xəstəxanalarda... hər yerdə əsəbi adamlara rast gəlirsən. Hippokrat andı əvəzinə balasının canına and içən, pasiyentinin xəstəliyindən əvvəl maddi vəziyyətini öyrənməyə çalışan pulgir həkilmərimizə, balalarımızı savadsızlığa sürükləyən vecsiz müəllimlərimizə, yerlərdə özlərini "yer allahı" hesab edən məmurlara, xarici ölkələrdən idxal olunan geni dəyişdirilmiş məhsulların qidamıza qatılmasına, aşağı keyfiyyətli İran kartofunu "atamın goru haqqı Gədəbəy kartofudu!"- deyə, müştəriyə sırımaq istəyən satıcıya, yerli limonu tanıya bilən adamın üzünə duraraq "Allaha and olsun öz həyətimdən dərmişəm" deyərək yalan danışan qadına... necə əsəbləşməyəsən? Bu hələ son deyilg
Əli əleyhissalam buyurur: "Doğrudan da insanlar pulun (var-dövlətin) quludurlar. Belələri yoxsullara alçaldıcı gözlə baxır və yoxsulların sözlərinə etina etmirlər". İnsanları dünyanın quluna çevirən amil onların hədəflərinin dünya (maddiyyat) olmasının nəticəsidir. Belə insanlar ağılın bəhrə və faydasından məhrum olmuş, nəfsani istəklərinin və həvəslərinin əsirinə çevrilmişlər.
...Rayondan gələn kişinin dayanacaqda qızğın mübahisə edən gənclərə yaxınlaşıb nəsə soruşması ilə sanki dayanacaqda bomba partladı, səs-küy ətrafı bürüdü: "Ayə dərden alem, mən saa nə dedem ki, yolu soruşdum dana! Ayə bu xarava şəhərdə camaatın hamısımı dəlidi, yoxsa maa ras gələnlər, dəlilər şəhərinəmi gəldim mən?"... 


YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK