viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Dəli yığıncağı"mı?! Adalet.az | "Dəli yığıncağı"mı?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Dəli yığıncağı"mı?!

17285    |   2015-12-19 10:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncədə ingilis Lalbyuzu müsəlman elədilər

Lalbyuz - Əməkdar artist İlham Hüseynov,
Pırpız Sona - Xalq artisti Pərvanə Qurbanova

Azərbaycan incəsənətində özünəməxsus izi olan Gəncə Dövlət Dram Teatrı son illər qazandığı uğurlarla əvvəli şöhrətini qaytarmağa çalışır. Tez-tez Azərbaycanda və xarici ölkələrdə keçirilən festivallara qatılan bu qədim sənət ocağı beynəlxalq səviyyəli tədbirlərdən mükafatlarla qayıtmağı da bacarıb.
Gənc və istedadlı rejissor İradə Gözəlovanın bu təcrübəli yaradıcı kollektivə baş rejissor təyin olunmasından sonra Gəncə Dövlət Teatrından daha maraqlı tamaşalar gözlənilirdi. Bir neçə gün öncə Bakıya qastrola gələn teatr paytaxt tamaşaçıları qarşısında yaradıcılıq hesabatı verdi. Gəncədən Bakıya "Dəli yığıncağı"nı gətirən kollektiv gözləntilərin səbəbsiz olmadığını sübut etmək imkanı qazandı. Və yaxşı mənada teatr ictimaiyyətini təəccübləndirməyə nail oldu. Gəncə Dövlət Dram Teatrı cəmi bir günlük paytaxt səfərinə məsuliyyətlə yanaşmışdı və ən yeni işlərindən birini Bakıdakı tamaşaçılara təqdim etmək istəyirdi. Seçilən əsərin Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" komediyası olması həm də kollektivin iddiasının göstərici idi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşaya baş rejissor İradə Gözəlova quruluş verib, quruluşçu rəssam Elnur Axundov, musiqi tərtibatçısı isə Tünzalə Mustafayevadır.

Kim dəli, kim ağıllı?

Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi ədəbiyyatımızın şedevrlərindən sayılsa da, yalnız bir dəfə səhnəyə qoyulub. Dahi dramaturqun ötən əsrin 20-ci illərində qələmə aldığı bu əsər ilk dəfə yalnız 1978-ci ildə tamaşaçılara təqdim edilib. SSRİ xalq artisti, professor Mehdi Məmmədovun quruluşunda hazırlanan və Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan "Dəli yığıncağı" o zaman böyük maraqla qarşılanıb.
Təxminən 40 illik fasilədən sonra bu pyes gənc və istedadlı rejissor İradə Gözəlovanın fərqli yozumunda Gəncə səhnəsində tamaşaya qoyulub.
Gəncəli aktyorların ifasına baxmaq üçün Səməd Vurğun adına Dövlət Rus Dram Teatrına toplaşan tamaşaçılar elə ilk epizoddan fərqli bir "Dəli yığıncağı" görəcəklərinə əmin oldular. Tamaşa müəllifin yazdığı kimi deyil, rejissorun düşündüyü kimi başlayır - şəhərə ingilis həkimin gəldiyi xəbəri yayılır. Və məlum olur ki, amerikalı Lalbyuzun tapdığı dərman cəmi 3 gün ərzində şəhərdəki bütün dəliləri sağaltmaq gücünə malikdir.
Şəhərin adlı-sanlı din xadimləri sayılan Fazil Məhəmməd (Əməkdar artist Elxan Abbasov), Məkkə Məhəmməd (Əməkdar artist Ramiz Vəliyev), Hacı Naib (Əməkdar artist Faiq Qasımov), Kərbəlayi Türbət (Mətləb Təhmazi) isə dəlilərin müalicə olunmasını istəmirlər. Onların fikri başqadır-dəli qardaşlarının arvadlarını almaq barədə düşünür, bu çirkin niyyətləri üçün dini xürafatdan da istifadə edirlər. Fazil Məhəmməd qardaşı Molla Abbasın (Salam İsmayıl) arvadı Pırpız Sonanı (Xalq artisti Pərvanə Qurbanova) almaq üçün özünü hətta imamın naibi kimi təqdim etməkdən belə çəkinmir.
Əsərdə Doktor Lalbyuzun cəmi bir neçə cümləlik sözü var. Belə bir çətin ortama düşən Lalbyuz kimin dəli, kimin ağıllı olduğundan baş aça bilmir və "Hamısı dəli" - deyib qaçır. Fazil Məhəmməd kimilərin qarşısına isə Molla Abbas çıxır. Yəni Mirzə Cəlilin bu pyesində qəhrəman Molla Abbasdır.
Hadisələri qabaqlayıb onu da deyək ki, tamaşa boyu səhnədə baş verənlər göstərir ki, quruluşçu rejissor klassik dramaturqun mətninə müdaxilə edərək Doktor Lalbyuzu (Əməkdar artist İlham Hüseynov) qəhrəman kimi göstərir.
İstedadlı aktyor İlham Hüseynovun inandırıcı boyalarla tamaşaçılara çatdırdığı Lalbyuz rejissorun traktovkasında əsl İslamın mahiyyətini anlayaraq bu dini qəbul edir və sonda hamını doğru yola yönəldə bilir.
Əsərdə olduğu kimi, tamaşada da əsas obrazlardan biri Pırpız Sonadır. Görkəmli aktrisa, Xalq artisti Şəfiqə Məmmədovadan sonra bu rolu oynamaq böyük məsuliyyət tələb edirdi. Teatr ictimaiyyəti illər idi ki, səhnədə ikinci Pırpız Sonanı maraqla gözləyirdi. Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Pərvanə Qurbanova bu obrazın öhdəsindən gələrək yeni bir Pırpız Sona təqdim etməyi bacardı. İstedadlı aktrisanın ifasındakı Sona təbii və inandırıcıdır. Əri Molla Abbasla, qaynı Fazil Məhəmmədlə və Doktor Lalbyuzla Sonanın səhnələri maraqla baxılırdı.
İradə Gözəlovanın quruluşunda təqdim edilən, komik situasiyalarla zəngin, dinamik, müasir, bəzən də mübahisələr doğuracaq məqamları olan "Dəli yığıncağı" rəssam işi, musiqi seçimi, Samir Abbasov (Hacı Bağdad), Sevda Orucova (Məşədi Zeynəb), Ramin Hüseynov (Farmasyon Rüstəm), Kamil Nazimoğlu (Sərsəm Heydər), Rauf Hüseynov (Cinni Mustafa) Vasif Vəsfinur (Tərcüməçi), Nailə Əhmədova (Əminə), Sevinc Hüseynova (Səkinə), Şəlalə Rüstəm (Ummukülsüm) Elnur Abbasov (Həzrət Əşrəf) və Murad Meyfəliyev (Fərraş Şimrəli) kimi aktyor və aktrisaların uğurlu ifası sayəsində maraqla qarşılandı. Gəncə Dövlət Dram Teatrının kollektivi Bakı tamaşaçıları qarşısında verdikləri sənət imtahanından da üzüağ çıxdılar. Tamaşadan sonra tanınmış sənət adamlarının "Dəli yığıncağı" barədə qəzetimizə dedikləri fikirlər bunu bir daha sübut etdi.

Bəs onlar nə düşünür?

Xalq artisti, Dövlət mükafatları laureatı, professor Şəfiqə Məmmədova: "Bu axşam səhnədə gördüklərim çox xoşuma gəldi, belə bir klassik əsərə gənc rejissor İradə Gözəlovanın verdiyi quruluşu, onun yozumunu xüsusi qeyd etmək istərdim. Aktyorların oyunu barədə də xoş sözlər deyə bilərəm.
"Dəli yığıncağı"ndakı Pırpız Sona obrazının səhnədə ilk ifaçısı mən olmuşam və düşünürəm ki, yaratdığım Sona daha əlçatmaz idi. Pərvanə Qurbanova tamam fərqli Pırpız Sona təqdim etdi və tamaşaçılar tərəfindən bəyənildi. Tamaşa üzərində çalışan hər kəsi, Gəncə Dövlət Dram Teatrının bütün kollektivini bu uğurlu yaradıcılıq işinə görə alqışlayır və təbrik edirəm".
Əməkdar artist Füzuli Hüseynov: "Maraqlı, dinamik bir tamaşaya baxdıq. Teatr ictimaiyyəti "Dəli yığıncağı" pyesinə professor Mehdi Məmmədovun verdiyi ilk quruluşu yaxşı xatırlayır. Nəzərə almaq lazımdır ki, aradan 40 ilə yaxın vaxt keçib və İradə Gözəlova Mirzə Cəlilin bu əsərinin müasir bir yanaşmaya ehtiyacı olduğunu bir rejissor kimi sübut elədi. Dövr, zaman dəyişirsə teatr bu prosesdən kənarda qala bilməz və ətrafda baş verənlərə öz yeni baxışını təqdim etməlidir. Bu baxımdan Gəncə Dövlət Teatrının təqdim etdiyi bu yanaşmanı müsbət qiymətləndirmək lazımdır".
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarlı: "İlk növbədə deyim ki, Gəncə Dövlət Dram Teatrının "Dəli yığıncağı" əsərinə müraciət etməsi çox cəsarətli addımdır. Çünki Cəlil Məmmədquluzadənin bu tragikomediyası təkcə dramaturqun yaradıcılığında deyil, bütövlükdə Azərbaycan teatrı və dramaturgiyasında xüsusi yeri olan əsərdir. Bu əsər ideya qatında, yəni, "kim dəli-kim ağıllı" məsələsində yeni olmasa da mövzuya, ideyaya yanaşma, onun həlli baxımından tamamilə fərqlidir və sənətin əbədi mövzularından birinə həsr edildiyindən həmişə aktualdır. Cəsarət amili həm də onunla əlaqədardır ki, Mehdi Məmmədovun Akademik Milli Dram Teatrında quruluş verdiyi şedevr - "Dəli yığıncağı" tamaşası və orada korifey sənətkarların ifası bu gün də Azərbaycan tamaşaçısının yaddaşındadır. Bu mənada Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovanın "Dəli yığıncağı"na quruluş vermək kimi riski qəbul etməsini yüksək qiymətləndirmək və xanım rejissoru bu sınaqdan uğurla çıxması münasibəti ilə təbrik etmək lazımdır. Xüsusən ona görə ki, rejissor tamamilə fərqli və baxımlı bir quruluş ortaya qoya bilib. Tamaşa yeni yozumu və bitkinliyi ilə diqqəti cəlb edir. Burada son dövr tamaşalarımızda çox az rast gəldiyimiz uğurlu rejissor-rəssam işbirliyindən yaranan harmoniyanı xüsusi vurğulamaq istərdim. Səhnə tərtibatında "işləməyən" element, detal demək olar ki, yoxdur. Əksinə hər şey əsərin ideyasına, rejissorun yozumuna xidmət edir. Yenə də həmin işbirliyindən doğan və tamaşaya xüsusi dinamika verən mizan quruluşunu və əsərin ruh qatını dərinləşdirən musiqi həllini də rejissorun uğurlarından saymaq lazımdır. İdeya müstəvisində razılaşmadığım məqamlar və bəzi aktyor ifalarında çatışmazlıqlar olmasına baxmayaraq düşünürəm ki, Gəncə Teatrının "Dəli yığıncağı" tamaşası son illərdə Azərbaycan səhnəsində tamaşaya qoyulmuş ən maraqlı tamaşalardandır".


 


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK