nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Adsız yazı Adalet.az | Adsız yazı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Adsız yazı

Vüqar Abbasov

58843    |   2015-12-07 13:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nizami Gəncəvi:
Səni boğmaq istəyən dərin bilgili düşmən
cahil dostdan yaxşıdır, belə söyləyirəm mən.


Azərbaycanımız böyük bir faciə yaşadı, sözlə izah edə bilməyəcəyimiz qədər böyük. Hadisə vaxtı orda olanların, onların yaxınlarının çəkdiklərini yazmağa sözlər bəs etməz. Canı yandı insanların. Tanrı dünyasını dəyişənlərə rəhmət etsin. Hadisəni duyunca gözüm qaraldı, mənim üçün həqiqətən ətraf qaranlığa qərq oldu, hər tərəf qapqara idi, eynən neft rəngində. Lakin bu olaya yanaşmamız, sosial şəbəkələrdə yazılanlar mənə lap dəhşətli, daha qaranlıq gəldi və bu dəhşətdən, qaranlıqdan nə qədər boylansam da irəlidə bir işıq görə bilmədim. Günəş sanki doğrudan da "Günəşli”də qürub etdi. İnformasiya azlığından hərə bir mənbəyə əsaslanıb fikir yürüdürdü, meydanın kimin əlində olması isə bilinmirdi. Aidiyyatı şəxslər isə yenə də susur və bununla da kimlərəsə meydan vermiş olurdular. Yanmaqda olan neftin qara dumanları arasında heç nə görünmürdü deyə ortaya atılmış müxtəlif versiyalar ayaq açıb yeriyirdi. Hamı ittiham edirdi və həm də özümüzü qınayırdıq. Nədənsə XX əsrin sonlarında baş vermiş faciələrimizi xatırladım, onda da hər hadisədən sonra ilkin olaraq özümüzü ittiham edirdik. Ancaq o zaman böyük bir ziyalı ordumuz var idi, onlar öz işıqları ilə olayları aydınlada bilirdilər. İndi isə işığımız sönmüş durumdaydıq...

Ötən bu illər ərzində ölkədə elə bir savadsızlıq ordusu, elə bir cahillik yaradılıb ki, kənardan bizə xoş söz deyəcək hər kəsin əlindən tutub gedəcək duruma düşmüşük. Bir dəfə yazmışdım, həm də lap çoxdan, yazmışdım ki, bir gün bu cahilliyimizdən həm dövlət, həm də bizi cahilləşdirənlər zərər görə bilər. Artıq görməkdəyik - zərəri deyirəm. Görən gözlərimiz isə korlaşmağa doğru gedir. Təəssüf, çox təəssüf! Bu başdan qeyd edim ki, bu sözlər hamımıza deyil, çoxumuza aiddir.

Kaş ki məlum faciə baş verməyəydi. Ancaq verib! Hadisə doğrudanmı texniki nasazlığın, ehtiyatsızlığın nəticəsində baş verib? Kaş ki başqa sahələrdə ehtiyatsızlıq etmiş olmayaydıq! Ancaq ehtiyatsızlıq edirik, bildiyimizi də, bilmədiyimizi də danışır, yazır və bir-birimizi ittiham edirik.
Deyirlər ki, Xəzər həmin gün küləkli olub və səbəblərdən biri kimi də məhz bunu göstərirlər. Ancaq Xəzər ilk dəfə idimi belə küləkli olurdu?! Yaxud "Günəşli” dünənmi qurulmuşdu? Məncə də burda küləyin rolu danılmazdır. Ancaq bu "küləy”in hardan əsdiyi araşdırılmalı deyilmi? Ancaq şimal küləyi bu qədər güclü ola bilərdi! Hadisələrin ardıcıllığına baxsaq, ortaya maraqlı mənzərə çıxmırmı? Rusiya təyyarəsi Türkiyə sərhəddini pozduğu üçün sərhəddi pozulan dövlət tərəfindən vurulur. Bu məsələdə İranla Ermənistanın Rusiyanın yanında olmasında təəccüb edəcək bir şey yox idi. Azərbaycanımız isə təbii ki, Türkiyənin yanında olduğunu hər mənada və açıq-aşkar nümayiş etdirdi. Ardınca nə oldu? Nardaran hadisələri. Nardaran da indinin Nardaranı deyil. Həmin ərəfədə olayların İrandan idarə olunduğunu düşünənlərimiz az olmadı, elə mən də elə düşündüm və bu gün də elə düşünməkdəyəm. Davam edək və gələk Türkiyənin baş naziri Davudoğlunun Azərbaycana olan son səfərinə, hər iki dövlət rəhbərlərinin verdiyi birlik, bərabərlik bəyanatlarına. Hər iki dövlət rəhbərləri; "Azərbaycan hardadırsa, Türkiyə də ordadır,” "Türkiyə hardadırsa, Azərbaycan ordadır” - demədilərmi? Hamımız bundan qürurlanmadıqmı? Elə bu səfərin dərhal ardından baş verən son olay. Sizcə bunlarda bir əlaqə yoxdurmu? Şimal ayısı buna sevinə bilərdimi? Başqa sözlə, şımal ayısı bunu cavabsız qoyardımı? Zatən bizim bütün faciələrimiz ordan gəlməyibmi? Bütün bu ardıcıllıqlar təsadüfdürmü? Məncə, deyil.
İndi böyük imtahan qarşısındayıq. Bu imtahandan isə ancaq birlikdə qalib çıxa bilərik. Hardasa oxumuşdum, yazılmışdı ki, bir xalqın birləşməsi üçün ona bir düşmən lazımdır. Dərhal düşmənə qalib gəlmək istəyi o xalqı mütləq birləşdirəcək, yəni düşməndən də xeyir qazanmaq olar, yetər ki, onu istəyəsən. Bizim düşmənimiz isə bir deyil! Azərbaycanın dövlət sərhəddinin (qurudan) uzunluğu 2647 km-dir ki, bunun cəmi 19 km-indən bizə təhlükə gəlməz.

Təbii ki, mən yazdıqlarımın həqiqət olduğunu iddia edə bilmərəm. Bunlar olsa-olsa mənim düşündüklərimdir. Bəlkə də belə deyil. Bəlkə də doğrudan da, baş vermiş hadisəyə bizimkilərin texniki ehtiyatsızlığı səbəb olub. Tanrı Azərbaycanımızı, dövlətimizi, dövlətçiliyimizi qorusun!

Vugarabbasov@hotmail.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK