hacklink Adalet.az | KÜLƏK ƏKƏN... Adalet.az | KÜLƏK ƏKƏN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KÜLƏK ƏKƏN...

66726    |   2015-12-05 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət qabaq Fransanın paytaxtı Parisdə İŞİD-in daha bir əməlinə şahid olduq. İnsanların kütləvi olduğu bir məkanda intihar partizanları özlərini partlatdılar və yüzdən artıq insan həlak oldu. Hadisənin üstündən az da olsa bir az zaman keçib və daha soyuqqanlı fikirləşə bilərik deyə düşünürəm.
Biz türklər müsəlman olmazdan qabaq da insan deyilən bu şərəfli məxluqa önəmlə, hörmətlə yanaşırdıq. Onun alçaldılmasına, şəxsiyyətinin təhqir olunmasına əsla nə razı olardıq, nə də özümüz o işi görərdik. İslam dinini qəbul etdikdən sonra da mifoloji çağlardan bəri qəbul etdiyimiz səmavi xarakterli Tanrıçılıq inamının müəyyən xüsusiyyətlərini davam etdirdik, etdiririk. İnsana insan kimi yanaşırıq, onun şəxsiyyətinin ayaqlar altında çığnanmasına, hər bir xalqın öz mədəniyyətini davam etdirməsinə, adət-ənənələrini yaşatmasına nəinki mane olmaq hətta yardımcı da oluruq, olmuşuq.
Bəs qərblilər necəə Vatikanın rəhbərliyində təşkil edilən və üç yüz ilə yaxın davam edən Səlib Yürüşlərinin ən başdakı iştirakçısı Fransızlardı. Onlar bu yürüşləri təşkil edərkən, "kafirlər (yəni biz Türklər) dinimizi əlimizdən alıb, onlar ərəb Yarımadasındakı müqəddəs məkanlarımızı (ə) təhqir edir, bizim torpaqlarımıza (ə) yiyələniblər, onları Kiçik Asiyadan qovub gəldikləri yerə yollamalıyıq...!" tərzində yalan məlumatlar yayır və Xristian dininə mənsub olanları müsəlmanların əleyhində qışqırdırdılar. Qərblilər hər iyirmi beş ildə bir ayağa durub Səlib Yürüşlərini təşkil etdilər, milyonlarla insanın qanının sel kimi axıdılmasına, milyonlarla ocağın sönməsinə səbəb oldular.
İndi olmurlar?
Aydınlanma çağından güc alıb yeni-yeni texnolojilər ixtira etdilər və 17-ci əsrdən etibarən müstəmləkəçilik siyasətlərini həyata keçirdilər. Amerika, Afrika, Avstraliya, Hindistan kimi yerlərdə yaşayan yerli xalqlara hücumlar çəkdilər, əliyalın insanları müasir silahlarla kütləvi şəkildə qətlə yetirib soyqırımlar törətdilər.
Fransızların Əlcəzairdə 19-cu yüzillikdə həyata keçirdiyi cinayətləri vəhşi kaftarlar da etməzdi, etməyib. Kaftarlar sadəcə olaraq qarınlarını doyura bilmək məqsədi ilə vəhşiləşirlər, qarınları doyduqdan sonra çəkilib yuvalarına gedirlər. Fransızlar isə elə etmədilər. Özlərinə qarşı olan Əlcəzairli ərəbləri tutub çöl-biyabanda qazıb yerə quyladıqları ağaçlara, yerdən də uzaq başı bir metr yüksəkliyə bağladılar. Onların iyini alan çaqqallar, kaftarlar, qurdlar gəlib o yazıq insanları ayaqlarından başlayıb diri-diri söküb yedilər, o yazıqlar bu cür qətlə yetirildilər.
Aylar keçdi, illər dolandı gəlib bəşəriyyətin iyirmi birinci əsrinə çatdıq. Elmin, mədəniyyətin bəxş etdiyi səviyyə insanları aya və ulduzlara, səmanın ən ucqar bölgələrinə apardığı bir vaxtda həmin qərblilər uydurma bəhanələrlə öncə İraqa hücum çəkdilər, sonra Liviyaya üz tutdular, axırda da Suriyani qan gölünə döndərdilər. İndi Suriya coğrafiyası qərbli imperialistlər ilə rusların güclərini nümayiş etdirdiyi bir meydançaya dönüb.
Ahaaay yazıq insanlıq..!
Qərblilər, 18-ci əsrdə Məhəmməd bin Əbdülvəhhabı, Britaniya Müstəmləkələr Nazirliyinin məşhur casusu Hempher vasitəsi ilə itildib ortaya salaraq Vəhhabiliyi necə yaratdılarsa, İŞİD adlı bir təşkilatı da həmin yolu izləyərək yaratdılar, ancaq bir fərqlə, İŞİD-i qanlı qatilə döndərərək.
Vəhhabilik, Vəhhabi olmayan müsəlmanların malını, canını və namusunu özləri üçün halal qəbul edir. İŞİD də, digər müsəlmanların başını Allahu Əkbər deyərək kəsmir? Deməli Vəhhabiliyin bir pillə irəlisi İŞİD imiş... Qərbin möhtəşəm ixtirası (?)
İlana balası qənim olan kimi, İŞİD-in bir əməli özlərinə toxunar-toxunmaz qərblilər dünyanı çaxnaşmaya saldılar. Suriyada, İraqda, Liviyada hər Allahın günü yüzlərlə məsum insanlar qətlə yetirilərkən, Parisdə Charlie Hebdo və axırıncı olaraq da bir diskotekada yaradılan terror aktı ilə vay-şüvən qopardılar. Bu cənablar, Türkiyənin paytaxtında yüzdən artıq insan həlak olarkən sadəcə olaraq bir başsağlığı mesajı yaymaqla kifayətləndi, Xocalı Soyqırımında isə kora, lala, kara dönmüşdülər.
Riyakar qərblilər, öz yaratdığınız balanızın əməlindən niyə narazılıq edirsiniz? İŞİD səflərində sizin ölkələrinizdə dünyaya gəlib, sizin məktəblərinizdə təhsil alanlar döyüşür, yəni sizin yetişdirdikləriniz. Sizin cəmiyyətinizdə yetişib vəhşiləşənlər öz dindaşlarının başını Allahu Əkbər nidalarıyla kəsərkən, o vəhşiləri yetişdirən toplumun, məktəblərin, müəllimlərin, çevrələrin əvəzinə bəşəriyyətin xilası üçün yollanan müqəddəs İslam dinini günahlandırırsınız, niyə? Bircə dəfə də Allahu Əkbər deyib sizə qənim oldular, niyə yeri-göyü çaxnaşmaya salırsınız? İŞİD sizin yaratdığınız çağdaş "Təpəgöz"dür, gedin Təpəgözünüzü dilə tutub öyüd-nəsihət verin ki, bu əməllərindən əl çəksin. Ancaq ən əvvəl siz özünüzü yığışdırmalısınız. Neft və qaz, Tanrı tərəfindən şərəfləndirilərək yaradılan, bütün varlıqların ən ləyaqətlisi olan insandan daha dəyərli deyil, bunu bəri başdan qəbul edin. Həqiqi mənada şərəfli bir varlıq kimi Tanrı tərəfindən yaradılan insana uyğun rəftar etməyə, öz əməllərinizi sorğulayaraq fikirləşməyə başlayın. Müsəlmanlar da azı sizin kimi insandır, onları insan gözündə görün. İnsan olduğunuzu isə yaddan çıxarmayın...
Atalar nə gözəl deyib; külək əkən tufan biçər...




YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK