hacklink Adalet.az | İTİRİLMİŞ İL, İTİRİLMİŞ İLLÜZİYALAR VƏ İTKİN İNSANLAR Adalet.az | İTİRİLMİŞ İL, İTİRİLMİŞ İLLÜZİYALAR VƏ İTKİN İNSANLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İTİRİLMİŞ İL, İTİRİLMİŞ İLLÜZİYALAR VƏ İTKİN İNSANLAR

53050    |   2012-12-29 01:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mən sizə Tanrı kimi inanırdım, amma siz mənə həmişə yalan demisiniz".

(Etel Lillian Voyniç. "Ovod")

Sevmədim mən bu uzun illəri. Yəni illər onsuz da uzun olur da, amma fevral ki, 29 gün oldu - mən əzəl gündən itkilər haqqında düşünməyə başlayıram. Belə bir takıntım var. Belə illərdə həmişə kimisə itirirəm, atam da belə ildə ayrıldı məndən. Amma həm də ayrılmadı - insanın fiziki yoxluğu ağrılı, acılıdı doğru. Amma canlı ölülərin varlığı, ya da belə deyim, səninçün ölmüş canlının yoxluğu daha betər hüzn verir. Lap qorxu filmlərində olan kimi canlı kimisə dəfn edirsən, tamaşa edirsən cabalamağına - qışqırır, bağırır, imdad diləyir. Baxırsan, susursan. Dilin susur, ürəyin danışır. "Sən məni öldürdün axı, inamı öldürdün içimdə" . Yalan eşitmədik böcəkdən, quşdan, insandı insana yalan danışan... Qorxu filmlərində olan səhnələr - canlı ölülər... Deyəsən gəlib cıxdıq ilin sonuna, birtəhər ötüşdürdük deyə-deyə... Düzdü, deyirdilər dünya dağılacaq... Sonra dedilər gördüz dağılmadı - cahil insanlar. Allahın bu böyüklüyündə sevgiylə yaratdığı dünya dağılarmı heç? Dağılan bizim özlüyümüzdə yaratdığımız yalançı dünyalardı - təməli yalan və təmənna dolu. Bir boylansaq içimizə, nə qədər belə xarabalıq var. Yıxılacaq təbii... Qarışıq il oldu - hadisələri bol və nəticəsiz. Ən çox yaddaqalanlar. İtkinlər...

***

İnsanlar balaca bir cəmiyyət formalaşdıran kimi özlərinə lider axtarırlar. Ya da bir tapınaq. Nümunə. Kiməsə oxşamaq, kimdənsə imdad diləmək arzusu var insan oğlunun içində. Fərq eləməz necə oldu, necə gəldi - qalibləri mühakimə eləmirlər axı. Əsas odu ki, bir nəfər tapıb ona sitayiş edəsən (ola bilər ki, bu sitayiş obyektini sabah ayaqlar altında əzərsən də). Bu gün varmı? Off, nə gözəl rahat yatmaq da olar, səhər dinc yaşamaq da olar - obraz var...

Yunan mifologiyasından gəlir söz -HERO... Qəhrəman yəni. Bizim dilimizdəki versiyasına qayıdacam hələ... İndi bunun ətrafında fırlanım bir az. HERO tapmışkən... Kimdi bu axı? Niyə lazımdı insanlara? Tanrı yaratdıqları kimi onu da yaradıb başına dönürlər.

Sən demə, bunun əsası varmış - mifologiyaya görə HERO, yəni qəhrəmanlar tanrıların yerdəki fanilərlə sevgisindən doğulan insanlardı (sevgi məsələsi var hər halda).Tanrılar ölməzdi, amma onlardan doğulanların belə imtiyazı yox. Miflərdə Ölməz valideynin fani övladına əbədi həyat vermə cəhdləri süjet kimi keçir. Fetida oğlu Axillesi yeraltı Stiks çayında çimdirir, dabanına su dəymədiyindən zəif yeri qalır. Axillesin dabanı. Məşhur Troya müharibəsi - burda da Fetida hər vəchlə oğluna yardım etməyə çalışır, hətta Olimpdəki bütün əlaqələrindən (indiki dillə desək) də istifadə edir. Döyüşün yunanlar üçün uğurlu olmasını Zevsdən xahiş edir (Burda da tanışlıq və əlaqə faktorları var gördüyünüz kimi ). Amma əlahəzrət Təsadüf və ya Zərurət işə qarışıb artıq. Daban zəifdi. Məşhur döyüş və Axilles həlak olur (dabanından aldığı yara öldürür) döyüşdə. İlahə Fetida oğlunu ölümsüz edə bilmir. Ya da belə yanaşsaq, bəlkə edir ölümsüz. Neçə əsrdi insanlar bu əfsanəni yaşadırlar. Axillesin öldüyü gün olmayıb məncə. Fetida istəyinə çatıb. Fiziki ölümlər çox adidi... Heroizm insanı əbədiləşdirən bir məfhum... Deməli, fani (sözün bütün çalarlarında) insanların əbədiyyət arzularına bir cığırdı qəhrəman.

Antik ədəbiyyat bu obrazlarla çox zəngindi. Homerin "İliada""Odisseya"sı ilk baxışda satrapların, çarların tarixini əks etdirsə də, eposun əsas qəhrəmanları yenə elə Qəhrəmanlardı. Maraqlıdı eləmi, əsərlərdə, hadisələrdə, gündəmdə də əsas fiqurlara qəhrəman deyirlər. Şah, çar, xan, lider filan yox - elə Qəhrəman. Bütün dillərdə belədi, deməli insan təfəkküründə öndə gələn obraz budu. Bəlkə də insanlar Qəhrəmanı Tanrıya bərabər tutduqlarından bütün möcüzələri, qeyri-adilikləri onlardan gözləyirlər Hökmdarlardan yox, Qəhrəmanlardan, Heraklından tutmuş Teseyinə qədər. Antik yunan mifləri öz yerini Roma reallıqlarına verəndə də eyni mənzərə görünür.

***

Baxırdım və anlamırdım, niyə belə həşirdi. Qəhr olsun... sakitləşin bir az, cənablar. Ayın yeri Günəşlə tərs düşməyib, okeanlar gölə sıgdırılmayıb, göydən yerə bircə alma da düşməyib. Hər şey öz axarında, hər zaman necəydisə elə gedir. Yanan yanır, dağılan dağılır, artan artır, yıxılanın da vaxtı gələndə yıxılır... Zatən, başqa cür gördüyümüz olmuşmuydu? Qəhr olsun... Biz cəmiyyət olaraq bu il Qəhrəman obrazını çox müzakirə etdik. Haqlı-haqsız günün qəhrəmanına çevrildi o oğlan... Nəticə isə o oldu ki... Bir taqıma (lap kiçiyindən başladım) rəhbərlik edə biləcək bir igidin karyerası başlamadan bitdi. Zəif yerlər vardı bu olayda - bitməmiş müharibə və formalaşmamış insan cəmiyyəti. O oğlan illüziyalarından qurtula bilməmişdi (nəyəsə inanırdı), cəmiyyət isə qışqırıb bağırmaq istədiyi mövzuların bu şəkildə həllini həzm edə bilmədi. Uzaqdakılar yaxınlaşdı və bu anda insanlar arzuladıqları yaxınların nə qədər əlçatmaz olduğun dərk etdilər elə bil. Və qəzəb, kin yağmuru yönəldi bu gəncə - şüurlu ömrünün böyük əksəriyyətini kazarmalarda, məhbəsdə keçirən, özü bilmədən qəhrəman elan olunan, özü də anlamadan taxtdan endirilən bu oğlan itkin düşdü aramızdan. Sözün bütün mənalarında. İndi o yoxdu, insanlar yeni qəhrəmanları müzakirə edirlər. Fərq eləməz bu qəhrəmanlar müsbətdi, ya mənfi. Amma müzakirə konusu var yenə... Göstərilənlər görünən olmadı... İnam yox idi... Yalan vardı...

***

Hər kəs deməyəcəm, böyük çıxar, amma kimlərinsə içində öz qəhrəmanları var. İnanır ona və möcüzə gözləyir. Uzaqların yaxına gəlməsini gözləyir. Olmur möcüzə. Yoxdu o qəhrəman. Onun da öz yalanları və doğruları var, öz zəif yerləri var. Və sən bu zəiflikləri müşahidə edə-edə öz dünyanı yıxırsan. Uduzan isə sənsən nəticədə. İllüziya idi və itirdin. Bundan ağır nə ola bilər ki... Canlı ölü siyahın artdı qəlbində, ya da itkin insanlar siyahısı. İndi fikirləşirəm ki, nəinki insanlar, hətta sözlər də ölür. Ev tapşırığı kimi leksik lüğətdə bütün xoş sözləri xatırlamaq istəyirsən, yadına düşənlər ağrı verir. Heç sözlərdən belə küsdüyüm olmamışdı. Sözü bu qədər sevən mən, əzizləyən mən, sözə tapınan mən - qəzəbləndim sözlərə. Nəyə lazımmışsınız? Əzizlənmiş bir cocuğun əlində sındırılıb atılan oyuncağa bənzədiniz... Leksik luğətimə zaman-zaman əl gəzdirməm lazım... Amma ac olduğum sözlər çoxdu...

***

açtık çok açtık çok açtık

kadın istedik tanrı istedikg

ve bir kadın aldık çarşıdan birşeyler umarak

kadın dediler, soy dediler soyduk.

giysilerini soyduk kadının ve şeylerini

ve salt kadın dediler, salt kadındı şimdi o

salt erkek bekliyordu, şimdi biz salt erkeğiz

salt erkeğiz ve çok açız dayanamadık

soymayı sürdürdük kadını gözlerimizle

ve soyduk giysilerini kadının ve şeylerini

ve soyduk saçlarını dudaklarını ve gözlerini tardye gibi.

ve soyduk birşeyler umarak derilerini etlerini

ama hep birşeyler umarak soyduk herşeylerini

ne çıktı karşımıza biliyormusunuz sonunda

salt kadın yerine salt kemik,

ve kemikler arasında kirli bir yürek,

çirkin korkunç bir iskelet.

oysa hep başka düşlemiştik kadını

en iyi en güzel ve sıcacık

ve de temiz yürekli / yani kadın

yani kadın /

biz çok açtık kadın istedik

yani kadın, yani sevgi, yani aşk.

ama en iyi en güzel ve sıcacık

ve de temiz yürekli

yani kadın

Nə istədiyinizi özünüz də bilmirsiz... Qadınların ürəyi kirli olanda, çirkin skelete dönəndə fərq edirsiniz o ürəyi. Heç yazığınız da gəlmir və bir gün özünüzün necə tənha olacağınızı anlayacaqsınız... Gec olacaq... Kardinal Montanelli inandığı həqiqətlərə qurban verdi Arturu. Sonra anlayanda gec idi...gArturmu itkin? Kardinal Montanellimi? Mən Arturu yaşatdım hər zaman qəlbimdə...gİtki olmadı...gHisslərinizdən niyə utanırsınız? Bu miqyas nə qədər genişdirsə sən də o boydasan. Kainat böyüklüyündə də ola bilərsən, ürəyinin fiziki qabaritləri boyda da... Artur... Xoşbəxt kəpənək... Yaşasa da, ölsə də. Yaşadı hər zaman...

***

- Siz öz yalanınızla məni şəkər plantasiyalarında kölə vəziyyətinə salanda mənə çoxmu yazığınız gəlmişdi? Bunu sizə deyəndə siz dəhşətdən titrəyirsiz... Ay yumşaq ürəkli müqəddəs adam! Sizin vur-tut bir oğlunuz olub! Deyirsiniz ki, səni sevirəm... Yaman da sevirsiniz! Sizin məhəbbətiniz mənə baha oturdu. Yoxsa siz elə zənn edirsiniz ki, hər şeyi yenə yoluna qoyarsınız, məni də əvvəlki Artur eləyə bilərsiniz? Elə bir adamı ki, çirkli yavaxanalarda qab-qacaq yuyub, saxladıqları heyvanlardan da pis olan fermerlerin tövlələrini təmizləyib. Elə bir adamı ki, aclıq çəkib, onu ayaq altına salıb tapdalayıblar, onun üzünə tüpürüblər, o əl açıb dilənib, kif basmış yemək tör-töküntüsünü istəyib, lakin bunu da verməyiblər, çünki bu şeyləri yemək itlərin haqqı idi! Ah, mən bunları sizə niyə deyirəm! Sizin sayənizdə başıma gələn müsibətləri saymaqla qurtarmaz. İndi də durub mənə məhəbbətinizdən dəm vurursunuz!

"Ovod" əsərindən...

"Sən dünyanın ən inamsız adamısan və mən bunun əlacını bilmirəm". İnamsızlığın əlacı yox ki... Var ya da... Biz yerin bilmirik. Nəyə inanacağımızı çoxdan bilmirik, çoxdan. İtirilmiş illüziyalardı... İllüziyaların arxasınca getmək... Bunları fikirləşəndə məhbəsdəki Arturun Kardinalın ardınca hönkür-hönkür ağlamasını xatırlayıram. Padre, nədən biricik oğlunu atdın, həşəratlara yem elədin? Və səhərə yaxın günəşin ilk şəfəqləriylə işıqlanan otağımın tavanında öz inamsızlığıma çarə axtarıram. Tavanda axtarılan gerçəklər... sadəcə gerçəklər... istəklər yox... İtdi bu il... Yaxınlar daha da uzaqlaşdı, illüziyalar dağıldı...gQəhrəmanlar öldü... Yenə ədəbi qəhrəmanlara sığınmaq , onların həqiqətlərinə inanmaq və bundan məsud olmaq... Arturu da qadın yaratmışdı... Amma ürəyi kirlənməmiş, skeletə dönməmiş... Görünür, onun gördüyü, sevdiyi insanlar illüziyaları dağıtmaq istəmədilər... Ya da gücləri çatmadı... Güclü qadın... Ay aman, mən bu güclü sözünə də nifrət edirəm. Leksik lügətimin itkin sözlərindən biri...

***

İsmini unutduğum film. Gərək ki, altmışların italyan filmi idi. Bir fraqment indiyə qədər xatirimdədi - əriylə həftəsonu tətilinə gedən qadın səhər ayılıb qaldığı məkanın həyətinə çıxanda onu sevdiyinə inandığı kişini görür. İri planda gözləri yadımdadı - bir neçə saniyənin içində dəyişməyi yadımdadı. Yorgun, bezgin gözlər və birdən qəfil ildırım kimi toqquşan baxışlar... Bir neçə saniyədə səadət yaşayan ruh. Sonra susqunluq anları, maşına oturub gedən insanın baxışlarla yola salınması. Əslində baxış da deyildi - gözünün ucuna bir dünya sevinc və həyat dolmuş qadın. Bir neçə vaxt sonra qadına gerçəyi deyir sevgilisi, daha doğrusu "sevgisizi". Onların münasibətləri tapşırıq imiş, o adam da bu qadını nəyəsə inandıra biləcək kimsə. Hər halda dürüstlük edir o kişi, düzünü deyir ona. Amma bu həqiqət onu məhv edəcək həqiqətdi. Qapının bağlanması filmin son kadrlarıdı, o tapındığı sonuncu ümidinə qapadır hər şeyi. Ümidə bağlanan qapı isə intihara açılır... Təfərrüatlar yadımda deyil - bir gözləri xatırlayıram (elə qapı kimi açılmış), bir də bağlanmış qapı və təxmin edilən sonluq... Niyə xatırladım axı bu filmi?.. Hə, inamın itməyi... İtməyi də yox... Olmaması... Nə dünənində, nə bu günündə, nə də sabahında...

***

- Padre!

- Görünür, bunun nə demək olduğunu lazımınca başa düşməmisən. Bunu başa düşməyin də çətindir, çünki çox cavansan. Sən yaşda olsaydım mən də başa düşməzdim, Artur! Sən mənim üçün öz oğlum kimisən, bunu anlayırsanmı? Sənə baxmaqdan doymuram, gözümün işığısan. Səni yanlış bir addım atmaqdan çəkindirmək, həyatını qorumaq üçün mən ölməyə də hazıram. Ancaq indi acizəm... Mən səndən tələb etmirəm ki, söz verəsən... Səndən xahiş edirəm, dediklərimi yaddan çıxarma, ehtiyatlı ol. Qəti qərara gəlməmişdən əvvəl yaxşı fikirləş.

Bu atası olduğunu bilməyən Arturun Montanelli ilə söhbətidi. Yeniyetmə Arturun. Sonra "gözümün işığı" dediyi adama inamın ölməsi Arturu da intihara aparır. Hamı üçün ölür... Rivares kimi qayıdır və yenə onlar bağlı olduqları həqiqətlərin əsiri olurlar... Bu ideyalar, bu həqiqətlər nə qədər insanı intihara aparıb görəsən? Ya da itkin insanlar siyahısına salıb?!

***

"Cemma, mən sizi hələ siz biçimsiz qız olanda, çit paltar geyib siçan quyruğu kimi nazik hörük qoyanda sevirdim. Yadınızdadırmı, bir gün sizin əlinizi öpdüm, siz də həzin səslə xahiş etdiniz ki, "bir də belə şey etməyin". Bilirəm, bu yaxşı hərəkət deyildi, lakin siz bunu əfv etməlisiniz. İndi də sizin adınız yazılan kağızı öpürəm. Belə çıxır ki, mən sizi iki dəfə öpmüşəm, ikisində də sizin razılığınız olmadan..." Bu, Arturun edamdan əvvəl yazdığı məktubdu hər zaman sevdiyi qadına... Bu sözləri hər zaman sevdim mən, unutmadım. Zalım müəllimin verdiyi ev tapşırığı deyildi... Bu sözləri lüğətdən də çıxarmaq olmayacaq... Bu ədəbiyyatdı təbii. Kişinin dilinə qadının yazdığı sözlər qoyulub. Amma fərqi varmı? Onlar yaşayırlar və bizi də yaşadırlar. İtkin olmayan, qeybə çəkilməyən yalnız odu. ƏDƏBİYYAT İl deyil, illüziya deyil, insan deyil... İnam yalnız orda yaşaya bilir.

***

PADRE!!! Mən bir xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də...

P.S Sevmədim mən bu uzun illəri. İtirdim hər zaman...

P.P.S. Andın nə mənası var? İnsanı bir şeyə bağlayan and deyil. Əgər adam hiss edirsə, özü də dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim olub - bu bəs edir. Bundan başqa adamı heç bir şey bağlaya bilməz...

İradə Tuncay

iradetuncay@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK