Gözəllik, sağlamlıq və zənginlik bəxş edən Colors of Life

27620    |   2015-12-04 13:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cavan, sağlam və gözəl olmaq hər kəsin arzusudur. Amma çoxlarına da müyəssər olmur. Bunun üçün müxtəlif yollara, xüsusən də cərrahi əməliyyatlara müraciət edilir. Ancaq məlumdur ki, cərrahi müdaxilə müəyyən müddət formada saxlasa da, daxili orqanların disfunksiyası yenidən gözəllik və sağlamlığı əldən alır. İnsanın sağlam və cavanlığının ən doğal yolu təbiətin özüdür: onu bizə bəxş etdiyi nemətləridir.

Dünyada bir neçə aparıcı şirkətlər təbiətdən birbaşa istehsal olunan orqanik məhsulların istehsalı ilə məşğuldur. Bunlardan biri də fransanın Colors of Life şirkətidir. Cəmi 5 ildir yaranmasına baxmayaraq, şirkət özünü bütün dünyada təsdiqləyib. Hazırda dünyanın 50-dən artıq ölkəsində Colors of Life brendinin təmsilçiliyi açılıb. Azərbaycan da ötən il bu qurumun üzvlüyünə qoşuldu. Bu məqsədlə Colors of Life şirkətinin yaradıcılarından rəhbərlərindən biri Serj Jilardi Bakıya təşrif buyurdu. Bu münasibətlə keçirilən tədbirdə Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Fransa, Norveç, İngiltərə, Baltikyanı ölkələrdən şirkətin təmsilçiləri, eləcə də məhsuldan yararlanan qonaqlar qatılmışdı.

Tədbiri giriş sözü ilə açan Colors of Life-ın top lideri Gülnarə Qordiyenko diqqətə çatdırdı ki, 2009-cu ildə yaranmış şirkət qısa müddət ərzində çoxsaylı istifadəçiləri ətrafına toplaya bilib. Həyatına rəng qatmaq istəyən hər bir kəs bu şirkətin məhsulları ilə maraqlanıb. Qeyd etdi ki, şirkətin heç bir mağazası yoxdur, yalnız nümayəndəlikləri var. İstifadəçilər bu nümayəndəliklər, eləcə də internet vasitəsilə məhsulu sifariş edə bilərlər: "Biz reklam etmirik, sadəcə zəncir qururuq. Bəyənən insanlar bir-birlərinə məsləhət görürlər”.

Daha sonra Gürcüstan üzrə top lider Levan Mçedlişvili çıxış edərək qeyd etdi ki, cəmiyyət inkişaf etdikcə qida ölməyə başlayıb: "Təbii qidaların yerini yarımfabrikatlar tutub. İnsanları qınamalı da deyil, çünki bu qəbildən olan məhsullar dadlı olur. Bununla da özümüz bilib-bilməyərəkdən canımıza ziyan vururuq. Belə qidalardan bağırsaqlara yığılan şlaqlar səbəbindən təzyiq, şəkər xəstəliyi, ürək-sinir problemləri, mədə-bağırsaq xəstəlikləri baş alıb gedir”.

Şirkətin Azərbaycan üzrə təmsilçisi Rüstəm Pataxov isə məhsullar haqqında məlumat verdi. Bildirdi ki, Colors of Life cəmi 5 məhsulla xidmət göstərir: Təbii toz halında içki, gündüz və gecə kremləri, gözaltı krem və məlhəm. Bu məhsulların hər biri estetik əməliyyat qədər təsirlidir. Bir müddət istifadədən sonra üz qırışlarını sallaqlığını aradan qaldırır. Məhsullar Afrikada bitən Baobab ağacının meyvə və yağlarından hazırlanır. Bu ağac uzunömürlüdür, 3-5 min il yaşaya bilir. Bundan başqa məhsulların tərkibinə mərcan, yabanə gilas və faydalı tropik meyvələr qatılır.

Sonda isə Serj Jilardi çıxış edərək Colors of Life-ın konsepsiyası barədə məlumat verdi. O qeyd etdi ki, bu şirkətin məhsullarından istifadə ilə yanaşı, həm də maddi gəlir əldə etmək mümkündür: "Şirkətimiz sizə cavanlıq, sağlamlıq, gözəllik və zənginlik təklif edir. Bütün bunları bir arada tapmaq, asan məsələ deyil. Beş il müddətinə qurduğumuz zəncirlər vasitəsilə dünyanın hər yerindən olan minlərlə insan həm sağlamlıq, gözəllik və zənginlik qazanıb”.

Qeyd edək ki, Serj Jilardi 5 günlük səfəri çərçivəsində Bakıda ustad dərsləri keçəcək.  


Şəfiqə ŞƏFA




İmza:
SON XƏBƏRLƏR
2017-05-29
2017-05-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın gecə işdən evə dönür. Ərini yuxudan oyatmamaq üçün səssizcə yatağa girmək istəyir. Yorğanın altında iki ayaq əvəzinə dörd ayaq görür. Bundan əsəbləşən qadın əlinə bir zopa alıb ikisinin də başına vurur. Mətbəxə keçəndə isə ərinin oturub qəzet oxuduğunu görür. Əri başını qaldıraraq deyir:

- Əzizim, rayondn ananla atan gəlib, mən də yataq otağımızı onlara verdim ki, rahat yatsınlar. Bax gör hələ yatmayıblarsa salam ver və görüş, ayıbdı.




digər lətifələr
ARXİV
FACEBOOK