ANA SƏHİFƏ / YAZARLAR

DOSTUM RAUF ARİFOĞLUNA

63826    |   2015-11-23 18:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hörmətli Rauf bəy!

«Yeni Müsavat»da Ağcabədi ilə bağlı bir məktuba rast gəldim. Məktubun müəllifi Ağcabədini və Ağcabədidə baş verən hadisələri heç bir fakta söykənmədən sərt tənqid edib. Və bu tənqid onun təxəyyülünün məhsuludu. Məsələn, yazır ki, Hüsülü-Qiyamadınlı yolu bərbad vəziyyətdədi. Yol yeni çəkilməsinə baxmayaraq, guya dağılıb. Yaxud yazır ki, Qarqar çayı üzərində salınmalı körpü niyə tikilməyib? Və guya bu körpünün tikintisi üçün ayrılan maliyyə vəsaiti mənimsənilib. Bundan başqa, guya məktəblərdə vəziyyət acınacaqlıdır. Sonra yazır ki, guya Maliyyə İdarəsinin rəisindən icra başçısının xoşu gəlmədiyi üçün onu tutduğu vəzifədən azad edib. Və sair və ilaxır.

Ağcabədini yaxşı tanıyıram. Ağcabədidəki ən xırda hadisədən belə xəbərdar olan bir şəxs kimi müəyyən məsələlərə aydınlıq gətirmək istəyirəm. Əvvəla son illər Ağcabədinin kənd yollarının yaxşılaşdırılması üçün dövlət başçısının sərəncamı ilə maliyyə ayrılıb və demək olar ki, Ağcabədinin bir çox kəndlərini birləşdirən yollar müasir standartlara uyğun da tikilib. Hətta bu yollardan birinin açılışında möhtərəm prezident İlham Əliyev özü də şəxsən iştirak edib. Və yolun başlanğıcından son nöqtəyədək də avtomobili özü idarə edib. Bu, Kəbirli-Qaradolaq yoludu. Təxminən 10-dan çox kəndi birləşdirir. İkincisi, o deyilən Hüsülü-Qiyamadınlı yolu… Bu yol da 10-dan çox kəndi birləşdirir və həmin yol da müasir standartlara uyğun çəkilib və Hüsülüdən Qiyamadınlıya olan məsafə təxminən 25 km-ə qədər yoldu və bu yolu15 dəqiqəyə qət edə bilərsiniz. Rahat və təhlükəsiz. Həmin yol Qarqar çayının içindən keçir. Orda da körpü tikilməlidi, özü də uzun bir körpü. Qısası desək, bahalı bir körpü. Çünki Qarqar çayının həmin ərazidə yatağı çox genişdi. Həmin körpü layihələşdirilib, təsdiq olunub və indi tikintisinə başlanılıbdı. Əgər həmin körpünün maliyyə vəsaiti yeyilibsə, nə ilə tikiləcək?

Bundan başqa, digər bir yol da Ağcabədi-Ağdam şosesindən ayrılıb Şərəfxanlıdan başlayaraq bir neçə kəndi əhatə etməklə Hüsülü-Qiyamadınlı yolunun Kürdlərdən keçən ərazisində Qiyamadınlı yolu ilə birləşir.

Bundan başqa, yenə Ağcabədi-Ağdam yolunda Bayat kəndindən Hacılılar kəndinə gedən yol da müasir standartlara uyğun tikilib və indi də o yoldan Qaraxanlıya bir qol ayrılır və orda da təmir işləri gedir.

Onu da qeyd edim ki, artıq kənddaxili yolların da abadlaşdırılmasına başlanılır.

Qaldı məktəblərə. Ağcabədidə təhsil ön plandadı. Ən çox diqqət təhsilə ayrılıb. Məktəblərin tikintisinə, təmirinə və maddi-texniki bazasının gücləndirilməsinə. Son illər Ağcabədidə təkcə Heydər Əliyev Fondunun yardımı ilə onlarla məktəb tikilib və təmir edilib. Və həmin məktəblər heç bir cəhətdən Bakıda tikilən məktəblərdən geri qalmır. Bircə fakt deyim ki, əgər 2005-ci ildə Ağcabədidə ali məktəblərə cəmi 89 nəfər şagird qəbul olunmuşdusa, bu rəqəm hər il artımla davam edir və 2015-ci ildə ölkənin ali məktəblərinə 321 nəfər ağcabədili gənc daxil olub. Bu, Ağcabədidə təhsilə göstərilən diqqətin təzahürüdü.

Maliyyə İdarəsinin rəisi ilə icra başçısı Şahin Məmmədov 10 ildi birgə çalışır, düz 10 ildi. Və bu il maliyyə idarəsinin rəisini də vəzifədən icra hakimiyyəti başçısı deyil, Maliyyə Nazirliyi çıxarıb, özü də gərək ki, yaş senzinə görə.

Hörmətli Rauf bəy!

Niyə bu məktubu sizə ünıvanladım? Çünki həmin şikayət məktubu sizin rəhbərlik etdiyiniz qəzetdə dərc edilib. İkincisi də istəyirəm ki, Ağcabədiyə növbəti səfərimdə sizin əməkdaşlarınızın birini özümlə rayona, Qarabağa qonaq aparım. Tək Ağcabədiyə yox, Ağdama da, Bərdəyə də, lap Füzuliyə də. Və mənim dediklərimin özü şahidi olsun. Həm Ağcabədinin necə inkişaf etdiyini, həm də Qarabağ bölgəsindəki inkişafı özü görsün.

Hörmətlə:

Qələm dostunuz Aqil ABBAS




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-01-20


VİDEO