ANA SƏHİFƏ / YAZARLAR

Çəkilməz Vətən dərdi

39935    |   2015-11-07 09:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyirmi iki il ötdü o müdhiş gündən. İyirmi iki ilin ayrılığı məsafəcə uzun görünsə də ruhən, qəlbən çox yaxındı, sanki dünən olmuş kimi...
6 noyabr - taleyin bir insan həyatına yazdığı ironiya idi - həm toy günü, həm ölüm günü...
İtkilər insan həyatının sarsıdıcı məqamlarıdı, həmin an özünü itirmə, yaxud özünü yenidən tapma imtahanıdı. İlk ən böyük itkidə etdiyin fəryadın səsi ömür boyu qulaqlarında əks-səda verir. Özün öz səsindən diksinib dəhşətə gəlirsən. Demək bu yalnız filmlərdə deyilmiş, həyatın acı gerçəkliyini hər kəs özü yaşadığı an hiss edir. İlk sarsıntı heç unudulmur, sonrakılarasa yavaş-yavaş alışırsan. Dərdlər sənə yükləndikcə, özündə ona qarşı "immunitet yaradırsan". Dərd sənə güc gəldikcə sən daha da möhkəmlənirsən. Üzün gülür, içindəsə dərdlərin savaşı gedir - ürəyini yandırmağa, ciyərini parçalamağa çalışan dərdlərin savaşı. İçindəki bu təlatümləri nadanlar üzündən oxunmasın deyə gülümsəməyə məcbur olursan. Boşuna demirlər, ağlayanın bir dərdi olar, gülənin min dərdi.
...Soyuq bir payız günündə Qarabağın bir kəndində el adətiylə qurulan toy mağarında səslənən xoş diləklər, səmimi arzular beş ildən sonra acı bir təəsüflə üzləşdi. 1993-cü ildəki çoxlu sayda itkilərimizin sayına o toydakı bəyin də itkisi əlavə olundu - yurdundan didərgin düşərək, həyatdan kam almadan, balalarının böyüdüyünü görmədən...
Yaxınlarına isə yaşatdığı bu itki, dərin iz buraxan bir yara oldu, çünki onunla birlikdə yurd yeri də yağmalandı, talandı, əldən çıxdı. İki böyük itkini bir ürəyə sığışdırmaq çox çətindi, dözülməzdi. Amma insan dözürmüş, yaşayırmış...ölmürmüş - "...mən sənsiz ölmədim, məni bağışla!".
Vətən ayrılığından ümidlə ona sığınaraq təsəlli tapmaq istərkən onun da səni tərk etməsi çox dayanlmaz bir çaşqınlıqdı. Söykəndiyin dağın uçması arxanın yerə gəlməsidi. Yaxınını itirənlər onun yoxluğunu uzun müddət qəbul edə bilmirlər. Onun addım səsinə bənzəyən hər səsdən, onun tərzində qapı döyən olanda, onun ətrinin qoxusu gələndə qapıya qaçmaq istəyir, onun gəldiyini düşünürsən. Ona bənzər adamlar görəndə yolunu dəyişib, "onu" bircə dəfə görmək üçün ona bənzəyənin ardınca getdiyinin fərqində olmursan. Onun haqqında danışanda sağmış kimi indiki zamanda danışırsan, onunla qurduğun xəyallara dalıb bunları kiməsə anladanda - səni dəli zənn edənlərin baxışından özünə gəlməyə məcbur olursan. Balalarının sual dolu, ananı da itirmək qorxusuyla gözlərinə dirənən baxışlarından real həyata qayıtmağa məcbur olursan. Onlara bunu yaşatmağa haqqın olmadığını anlayırsan bu baxışlardan və bundan sonra çəkdiklərini yalnızca, içinə gömməyə, içində çəkməyə məhkum olursan. Get-gedə böyük dərd sandığın bu itkinin üstünə yeniləri gəldikcə alışırsan dərd çəkməyə. Dözürsən - Allah heç kəsə çəkə biləcəyindən artıq yük verməz - inamıyla dözürsən. Ətrafdan təcrid olunub sənin olur, özəl olur, içində qalır, kimsənin anlamadığı, kimsəni sənin kimi yandırmayan bu dərd başqalarına adi hal kimi görünür. Hərə öz "doğma" dərdiylə dərdlidir. Amma ömür boyu əvvəlki kimi çəkmirsən, zaman adlı müəllim çox şeyi anladır insana. Səbir öyrədir, dözüm öyrədir, alışqanlıq tövsiyə edir. Amma bəzən təptəzə qalanları olur. Tez-tez o birilərin arasından üzə çıxır, özünü xatırladır, unutmaq istəsən də unuda bilmirsən, o səninlə birgə məzara girir...
İyirmi iki il ötdü o müdhiş gecədən. Müdhiş sözü həmişə məndə bir əndişə, təlaş yaradan söz olub. Müdhiş sözünün ardınca həmişə dəhşətli bir hadisənin etirafını gözləmişəm. Bəli, o gün də mənim üçün müdhiş bir gündü.
Noyabrın 6-da qar yağmışdı Bakıya. Düşmənin azğınlığı, minlərlə gəncimizin torpaqlarımızın müdafiəsi üçün döyüşə atılmasına və nizamsız döyüşdə şəhid olmalarına səbəb olmuşdu. Təbiətin şaxtası içimizə çökən bu itkilərin sazağını daha da artırmışdı.
Onu yola salanda ardınca baxdım. Sanki son dəfə uğurladığım hissi içimə dolmuşdu. Deyə-gülə evindən çıxan adamın arxasınca səbəbsiz göz yaşlarımı saxlaya bilmirdim. Əslində ruhun, ürəyin xəbər verdiyini - fəhmi anlamadığımız zaman səbəbsiz deyirik. O səbəb cismimə, ruhuma ayan olduğu halda mən səbəb axtarırammış...
Türkiyə türklərinin çox sevdiyim deyimlərindən biri oğul itirərkən - Vətən sağ olsun! - demələridi. Biz də deyə bilərdik, amma Vətən sağdımı? Deyil! Vətənin başında min bir dərdi var. Araz boyda ayrılıq dərdi var, Dərbənd, Göyçə, Zəngəzur, Qərbi Azərbaycan kimi itki dərdi var. Şəxsi dərdlərimizi içimizdə gömüb dayana bilirik. Vətən, yurd, torpaq dərdi çəkilməzdir!

Fəridə RƏHİMLİ



İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK