ANA SƏHİFƏ / YAZARLAR

SEÇİM ANI…

Əbülfət MƏDƏTOĞLU

35642    |   2015-10-31 10:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz üç məqamda seçə bilmirik

İnsan Yer üzünün ən güclü, ən qüdrətli və ən müdrik varlığıdı. Bunu mən demirəm, yəni bu heç də mənim ixtiram və yaxud mənim gəldiyim nəticə deyil. Bu, Tanrının yaratdığı və hər kəsi, hər şeyi idarə etmək qüdrətinin bəxş etdiyi bir varlığın digər canlılardan fərqidi. Yəni məhz düşünməsinə, idarə etmək qabiliyyətinə, gücünə görə insan Yer üzünə qədəm qoyub və Allahın «Ol!» dediyi andan bu günə qədər gəldiyi yolda özünü təsdiq edən varlığın görünən, məlum olan xüsusiyyətidi. İnsan «Ol!» kəlməsindən bu günə qədər məhz özü də nələrinsə olması üçün həmişə can atır. Və demək olar ki, həmin o can atdıqlarına da qovuşa bilibdi. Amma çox qəribədi ki, Allahın ol deyib olmasına hər cür şərait yaratdığı insan üç məqamda acizdi. Onun birincisi atanı seçməyidi, ikincisi ananı seçməyidi, üçüncüsü doğulacağı yeri seçməyidi. Yəni bu üç məqamın heç birini insan seçə bilmir – nə valideynlərini, nə də doğulacağı yeri.

Çox qəribədi ki, bu üç məqamı seçə bilməyən insan həyatda hər şeyi seçir - yaşamaq yerini də… dostu da… yarı da… peşəni də… yeyəcəyini də, geyəcəyini də, alacağını da… verəcəyini də!.. Maraqlıdı, bu qədər seçim imkan olan insana Allah nədən valideynlə, doğum yerini seçmək imkanını verməyib.

Zaman-zaman bu sual ətrafında düşünürəm. Amma gerçək bir cavaba gəlib çıxa bilmirəm. Amma yadıma nədənsə bir müdrik kəlam düşür. Yəni o kəlam məni həmin sualdan cavaba doğru bir az itələyir, bir az çəkib aparır. O kəlamı deyim siz də bilin.

Aqillər söyləyir ki, bir məşhur pəhləvanın yanına bir cavan oğlan öyrənməyə gəlir, pəhləvanlığın sirlərini. Həmin o məşhur pəhləvan da buna özünün bildiyi 40 sirdən 39-nu öyrədir. Və günlərin birində özündən razı həmin o cavan pəhləvan ustadını meydana çağırır, onunla güləşəcəyini bəyan edir. Təbii ki, yaş sözünü deyir, amma ustadlıq da ustadlıqdı də. Vəziyyət bir az gərginləşəndə ustad həmin 40-cı sirlə, yəni üsulla cavan pəhləvanın kürəyini yerə vurur.

Pərt olmuş gənc pəhləvan ayağa qalxıb hay-küy salır ki:

- Yox, sən mənə qırxıncı üsulu öyrətməmişdin, ona görə məni yıxdın.

Ustad da gülümsəyib deyir ki, qırxıncı üsulu da mən bu gün üçün saxlamışdım.

Bəli, mən də həmin məntiqdən çıxış edib düşünürəm ki, böyük Yaradan biz insanlara da nə vaxtsa daha böyük, az qala Allahlıq iddiasına düşmək fikrimizin önündə həmin o valideynləri və doğum yerini seçə bilməmək üsulunu öyrətməyib, verməyib. Hər halda, bu mənim öz düşüncəm, öz mülahizəmdi, kimlərsə təbii ki, başqa cür də düşünüb mülahizələr irəli sürə bilərlər. Sadəcə mən söylədiyim o kəlam və ümumiyyətlə seçimlə bağlı dilə gətirdiyim fikirlər bu günün öz şinelindən çıxıb. Yəni bizlərlə seçki günü arasında artıq saatlarla ölçülən zaman qalıb. Ona görə də bu zaman bir növü götür-qoy etmək, seçim qərarı vermək üçün bir növü sonuncu şansdı. Bu sonuncu şansdan yararlanma, gerçəyin yanında olmaq, gerçəyi seçmək isə bizim müstəsna hüququmuzdu. Təki seçimimizdə yanılmayaq. Axı biz zaman-zaman etdiyimiz seçimlərin hamısında həmişə dürüst olmamışıq. Ona görə də özümüzə təsəlli üçün «olub keçənə güzəşt deyərlər» fikrini formalaşdırmışıq. Elə bu məqamda da xatırladım ki, elə bunun özü də Allahın bizə bir təsəlli lütfüdü. O lütf növbəti addıma, növbəti seçimə, növbəti münasibətə bir növü yaşıl işıq yandırır, fürsət verir. Deməli, bütün hallarda seçim dediyim bəlli məqamlardan başqa hər kəsin öz ixtiyarındadı.

Burada bir gerçək də var. Onu da qeyd etmək, onu da vurğulamaq bizim ədalətli olmağımıza şübhə yeri qoymaz. Təkcə məmləkətimizdə yox, ümumiyyətlə dünyada Allahın özünün seçib şərəfləndirdiyi seçilənləri var. Onlar böyük aydınlar, böyük mütəfəkkirlər, böyük sərkərdələr, böyük şəxsiyyətlər, bir sözlə dahilərdi. Və bu seçilənlər Allah tərəfindən seçildikləri üçün biz sıravi insanlara son dərəcə yaxın və son dərəcə də əlçatmazdılar. Biz onlara baxıb, onların ardınca gedib nizamlanırıq.

Bəli, bugünün gerçəyi ola bilsin ki, sabah bir az şübhəli, bir az narahat görünə bilər. Bu, zaman məsələsidi. Amma ağıllı seçim bütün zamanlarda şübhəyə, narahatlığa, nigarançılığa yer qoymur. Necə deyərlər, dırnaq ilişəsi heç bir nöqtə qalmır. Bax, bu mənada insanın ürəklə, ağılla, yəni gerçək məntiqlə etdiyi seçim onun həyatının ən uğurlu, ən maraqlı və həm də ən qətiyyətli anının ifadəsidi. Mənim bildiyim, mənim əmin olduğum bir şey var. O da seçim halında ağılla ürəyin bir nöqtədə birləşməsi, bir ünvana dayaq nöqtəsi kimi söykənib, güvənib qərar verməsidi. Təəssüf ki, biz seçim anında bəzən ya laqeydlik göstəririk, ya da…

Bəli, məhz seçim anını bizim iç dünyamızla ətrafımızın o andan sonra başlanan təmasının üz tutacağı yoldu… açacağı qapıdı… qədəm qoyacağı dünyadı. O dünya seçdiyimizlə daha gözəl, daha işıqlı, daha mənalı olur. Amma seçimdə yanılanda, onda təəssüf etməklə heç nəyi düzəltmək olmur. Ömür boyu bir ağrı, bir nisgil, bir həsrət səni izləyir, səni hər yerdə suallarla üz-üzə qoyur.

Baxıram, səssizcə durub baxıram

Nə meh var, nə də ki, yarpaq tərpənir…

Gözümü sancmışam şəkilli daşa-

O daş altındakı torpaq tərpənir!

Sıxmışam dilimi lalam elə bil

Amma danışıram səsim içimdə…

Nə olar bir anlıq sən də dinə bil-

Səninlə bir kəlmə kəsim içimdə…

Torpağın altında diridi ruhum

Dəfn olub istəyim – şəkil başdaşı…

Köhnə ölü oldu – kiridi ruhum-

Çəkil ürəyimə, çəkil, başdaşım!..

***

Biz məqsədə, mərama doğru düşünüb yol gedəndə və ümumiyyətlə bu barədə qərar verəndə həmişə çevrəmizə də diqqət yetirməyi uyğun bilirik. Yəni ağıllı adamlar istənilən bir addımı atmamışdan öncə özünə və çevrəsinə baxır. Ondan sonra addımını atıb necə deyərlər, qolunu çırmayıb altına girdiyi yükü aşırmağa çalışır. Düzdü, bəzən elə söyləyirlər ki, «ağıllı düşünənə qədər dəli vurub çayı keçir». Və bunun ardınca da onu da söyləyirlər ki, «qızğın başda ağıl olmaz». Amma mən bu deyimlərin hər ikisini normal qəbul etsəm də, mənim daha çox ağılla, təmkinlə, səbirlə verilən qərarlara, çıxarılan hökmlərə sayğım var. Onların dürüstlüyünə daha çox inanıram. Bax, bu mənada həyatın enişli-yoxuşlu yollarının dolanbaclarının hər nöqtəsində sualla qarşılaşan insanlara qəlbən acıyıram. Çünki onlar çayı vurub keçməyi daha üstün tutduqları üçün sonradan daha çox sualla qarşılaşırlar və təntiyirlər, büdrəyirlər, hətta sıradan da çıxırlar. Bunu isə içində azacıq Allah xofu və işıq olan bəndə həmcinsinə heç vaxt arzu etməz.

Bizim ətrafımız indi bir ağzı bağlı qazanın öz içində qaynamasını daha çox diqqətə təqdim edir. Hər yerdə mövzu da eynidi, söhbət də və söhbətlərin qəhrəmanları da. Elə bil bu ağzıbağlı qazanın içindən nə isə çıxacaq və bütün söz-söhbətlər də, bütün dedi-qodular da, bütün mülahizələr də ona qoşulub ya həyatımızdan, cəmiyyətimizdən çıxıb gedəcək, ya da həll olunacaq. Məncə bu çox sadəlövh bir yanaşmadı, gözləntidi. Çünki insan və onun yaşadığı həyat məhz problemləri ilə həmişə maraqlı olub. Və insan da həyatın problemlərini çözə-çözə nəsildən-nəslə daşınan problemlərin də bir növü daşıyıcısına çevrilibdi. Deməli, o qazanda nə qaynayır qaynasın, onun ağzı heç vaxt açılmayacaq. Ona ümid bəsləmək, ondan nə isə ümid gözləmək sadəlövhlükdü.

Son zamanlar mən daha çox bir məntiqə, bir istəyə üstünlük verirəm. Yəni ona daha çox güvənirəm. Belə ki, hər kəs öz içində vicdanı ilə üz-üzə dayanıb nəyin gerçək olduğuna qərar verə bilirsə və həmin gerçəyi də həyatının mənasına çevirirsə, onda onun üçün tərəddüd də, narahatlıq da, hətta basqılar belə ötüb keçən olur. Çünki o, gerçəyin ətəyindən tutub gerçəyin ardınca gedir. Necə deyərlər, faciə onda baş verir ki, küyə gedəsən, ilığımı dəniz sayasan. Bax, bu yerdə, bu məqamda edilən yanlışlığa görə kimisə qınamaq da olmur. Çünki axına özün qoşulursan, özü də gözü bağlı şəkildə…

Hə, elə bu fikirləri diktə etdiyim məqamda son günlər kağıza köçürdüyüm bir şeir yadıma düşdü. Hiss etdim ki, yazdıqlarımın, dediklərimin poetik ifadəsi bu şeirdə də özünü göstərə bilir.

Mən

əkdiyim çubuqlar

göyərmədi-

ağac olmadı…

bu çubuqlar

gün görmədi

küləklər də

təzə bir

saç yolmadı

tumurcuq da

düyülmədi

çiçək də açmadı…

deməli

açmayan çiçəklər də

saralmadı,

solmadı…

sizi bilmirəm

mən bir daha

susub durdum

axı

ən böyük arzum da

göyərməyən çubuq kimi

ayaq üstə qurudu! -

içimdə…

***

Hər dəfə yazı yazanda, qələmlə, kağızla üz-üzə dayananda özümə bir sual verirəm. Görəsən biz bu qədər düşünürük, daşınırıq, lap elə mənim özüm bu qədər fikirlərin, qayğıları, problemləri canımda-qanımda daşıyıb sonra onu kağıza köçürürəm. Başqalarına da hardasa problemə çevirirəm… Bax, bunu yazmağa, oxumağa dəyərmi? Ümumiyyətlə, buna zərurət varmı?

Bəli, mən hər dəfə bu sualı özüm özümə verib, özüm də özümü həmin sualların cavabı ilə ovuduram. Yəni düşünürəm, inanıram ki, yazdıqlarım hardasa kiminsə acısının, yanğısının üstünə bir iynə ucu boyda su çiləyir. O su odu söndürmür. Amma dimdiyində su daşıyan göyərçinin gücü nəyə çatırsa, mənim də yazdığım onun bir nümunəsi, bir göstəricisidi.

Deməli, istənilən yazı, istənilən söz ürəklə, məsuliyyətlə yazılanda, düşüncə və təfəkkürlə təqdim olunanda mütləq nəyəsə yarıyır, nəyəsə təsir edir. Ən azından sənin özün təklikdən, təklənməkdən müəyyən qədər xilas ola bilirsən. Bax, bu məntiqlə də mən hər şənbə sizin qapınızı döyürəm. İndi bu döyülən qapının sahibləri seçim sahibləridilər, onlar qərar verməlidi. Deməli, bütün hallarda qərar seçənindi, hökm seçənindi! Nəticənin seçənlə seçiləni hansı məsafədə saxlayacağı, bu zaman məsələsidi, zaman işidi. Ona görə də siz də tələsməyin, siz də tərəddüd etməyin, siz də qətiyyətsiz olmayın. Axı seçim sizindi!..

Yazımın əvvəlində böyük Yaradanın bizə üç seçimdən başqa bütün seçimləri etmək imkanı verdiyini dilə gətirmişdim. Həmin seçimlərin içərisində dostdan da, yardan da söz açmışdım. Zənnimcə, yazını xoş ovqatla bitirmək və yarından yarıyanların seçiminə daxildən gələn bir alqışla, bir xoş niyyətlə demək istəyirəm:

Canımı acıdırsan

Didirsən sətir-sətir

Sən acının topasın

Bir yoluq götür, gətir-

Çəkim!

Bu gecə heyrətdəyəm

Ay bədirdən də bədir

Mənə ümid çubuğu -

Nə olar götür, gətir -

Əkim!

Çəkdirdiyin acının

Verdiyi ümid sənsən!

Sən mənə bu dünyanı

Bölüb vermisən tən-tən -

Təkim!

Bəli, seçim hər kəsin öz əlindədi. Seçiminizdə yanılmayın və bilin ki, valideyn və doğum yerindən başqa hər şeyi seçmək mümkündü.




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK