hacklink Adalet.az | KÖÇÜMÜZ Adalet.az | KÖÇÜMÜZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KÖÇÜMÜZ

17088    |   2015-10-17 11:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ulu babalarımızdan qalan və indilərdə "işi gördükcə nizam-intizam yaranar, iş görüldükcə öz yolunu tapar" anlamında bir söz var, "köç yolda düzülər".
Bugünkü yazımda, siyasi gərginliklərdən, adı var özü yox olan İslam dünyasında hər Allahın günü neçə-neçə ocaqlar söndürən terror aktlarından, İslam toplumlarının Qərb dünyası qarşısında düşdüyü zəlalətdən yan keçib qədim vaxtlarda babalarımızın yaylağa köçməsindən və bu hadisənin tələb etdiyi nizam-intizamdan söhbət açmaq istədim.
Gəlin Türk mədəniyyətinin əvəzsiz əsəri "Kitabı-Dədə Qorqud"a bir nəzər salaq. Bayandur xanın qarşısında Qara Gönə, sağında nəvəsi, Salur Qazanın oğlu Uruz, solunda Qazılıq Koca Oğlu Bəy Yəğənək dayanardı. Salur Qazanın divanında isə qarşısında oğlu Uruz, sağında qardaşı Qara Gönə, solunda dayısı Oruz əyləşərdi. Bu cür əyləşmə və yer tutma nizamının banisi Oğuz Xaqanın oğlu Gün Xanın vəziri İrqıl Atadır.
Bu gün Türkiyənin cənub bölgəsində yaşayan Türkmən tayfalarının da yaylağa köçməsi özünə məxsus mərasimlərə və nizam-intizama malikdir. Onlar həmişə Bolqar dağına yaylağa gedirlər. "Yaylağa köç başlanır" xəbərindən sonra obada arı yuvası kimi bir fəaliyyət müşahidə olunur. Tayfanın başçısı hərəyə bir iş tapşırır. Ancaq yüklərin hazırlanması işi tamamilə qoca nənələrin ixtiyarındadır. Onların icazəsi olmamış bir çöp belə hər hansı yerə sancıla bilməz. Onlar qabqarılmaq işini obanın ən qədim ənənəsinə və qanun qaydasına görə tənzim edirlər. Köç vaxtı cavan qızlar və gəlinlər ən gözəl libaslarını geyinib yola düşürlər. Yaylağa köç ildə bir olduğuna görə hardasa bu hadisəyə müqəddəs bir amal kimi yanaşılır. Yolda qatarı idarə edəcək "qatar başı qız"ın seçkisi aparıldıqdan və başçı qız təyin olunduqdan sonra obanın ən ulu şəxsi "köç başlansın!" deyə əmr verir, öz atının başını buraxır və köç qatarı yerindən tərpənib yola düzülür. İlk düşərgəni əlbəttə obanın başında gedən ən yaşlı və ən hörmətə layiq ulu şəxsiyyət hər kimsə, o təyin edir. Axşamlanacaq yerə çatdıqda onun əmri ilə oba yerişini dayandırır və yüklər heyvanların dalından endirilir, ocaqlar qalanır, qız gəlinlər yemək-içmək işinə başlayır.
Anadoluda yaşayan Elbəyli Türkmən tayfalarında bəylərin köçdə və çadırların da müəyyən bir nizam daxilində yerləşdiyi müşahidə olunur. Oymaq bəyi ən qabaqda gedir. Köç qatarının düzülməsində, düşərgə salınacaq yerdə kimin çadırı harda tikiləcək, o müəyyən bir qaydaya görə olur. Bəyin sağında ikinci bəy, solunda isə üçüncü bəy əyləşir və çadırları da ona görə tikilir. Köç qatarında isə hər oymaq öz nüfuzuna görə yerini təyin edir.
Məsələn, Gavur dağında yaşayan Aydın vilayətinin Türkmənlərinin düşərgə əsnasında çadırları bu nizama görə qurulur: Ən qabaqda və güney tərəfdə bəyin "salamlıq çadırı" ilə öz çadırı yanaşı tikilir. Aş yeri, yəni yemək yeyilən yer salamlıq çadırındadır. Onun arxasında bəyin uşaqları ilə gəlinlərinin çadırları yerləşir. Onların arxasında bəyin qohum-əqrəbaları, şimalda ən arxa hissədə isə kütlə içində o qədər də nüfuzu olmayanların, xidmətçilərin və yoxsulların çadırları tikilir.
Güney Anadolu Türkmənləri Osmaniyə və Çamçatağı yaylaqlarında çadır qurarkən çadırın girəcəyinin daim gündoğan tərəfdə olmasına fikir verirlər. Çadırın sol küncünə "igid dayanacağı" deyilir. Bura bir qurd dərisi sərilir. Ev yiyəsi bir qonaq gəldikdə "igid dayanacağı"nda əyləşmək məcburiyyətindədir. Bunu etməzsə, gələn qonağa düşmənçilik bəslədiyi mənası çıxır. İgid dayanacağının qarşısındakı yerə "Dədə Bucağı" deyilir. Qonaqlar burada əyləşdirilir və onların burada oturdulması onlara göstərilən hörmətin rəmzi ifadəsidir. Dədə bucağının yanındakı yerə "Qonşu Oturağı" deyilir. Burada isə qonağı görməyə və ya evə baş çəkmək məqsədilə gələnlər əyləşdirilir. İgid dayanacağında qonağı qoruyan igidlər də əyləşirlər.
"Ocaq çağı" və ya "İşıq çağı" deyilən yer çadırın güneyində olan ocağın yanıdır. Evdə qonaq olduğu müddət ərzində qadınlar ocağın yanındaca əyləşirlər. Ocağa Güney Anadolu Türkmənləri müqəddəs rəmz kimi baxırlar. Azərbaycanda olduğu kimi Anadolu Türkmənləri də ocağa and içirlər. Onlar ocağın odunu, üstünə su tökərək keçirtməzlər. Ocağa tüpürməz və ona söyməzlər.
Ocaq Türk dövlət gələnəyində mikro dövlət olan ailənin, bir nöqtədə dövlətin simvoludur. Türklər oğlan uşağına tarix boyu "nəslin davamçısı", "ocağın mirasçısı" gözüylə baxıblar.
Dədə Qorqudda Uşun Qoca Oğlu Səğrək boyunda, Əğrəkin hamını basa-basa keçib qabaqda əyləşməsi səbəbi ilə Tərs Uzamış ona qayda-qanunu yada salaraq deyir: "Ay uşun Qocanın oğlu, bu oturan bəylər hər biri oturduğu yeri qılıncı ilə, çörəyi ilə alıbdır. Sən başmı kəsdin, qanmı tökdün, acmı doyuzdurdun, çılpağımı geyindirdinə"
Deməli qədim vaxtlarda otaqlarda müəyyən yerlərdə əyləşmək o qədər də asan deyilmiş. Xalqa və dövlətə layiqincə xidmət edənlər onun bəhrəsini görürmüş və özlərinə yer qazanırmış. Ən qədim vaxtlardan üzü bəri gələnəklərimizin eynilə davam etdirilməsi həm hədsiz dərəcədə gözəldir, həm də insana qürur bəxş edir.
Kaş biri də çıxıb Azərbaycandakı köçləri yazsa, bizlər də oxusaq və arada fərq olub-olmadığını başa düşə bilsək.


Seyfəddin Altaylı,
Ankara,
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK