ANA SƏHİFƏ / YAZARLAR

YAĞIŞ YAĞIR...

34756    |   2015-10-17 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yağış yağır, çoxdan gözlədiyim, həsrətində olduğum yağış...
Yağış yağır, ruhum təzələnir, dinclik tapır, beynimi məşğul edən bütün fikirlər hüzünlü bir rahatlığa çevrilir. O hüznün içində romantik düşüncələrin qoynuna yuvarlanmış oluram - keçmiş, bu gün və gələcək yağış damcılarında birləşərək üzümə, ordan da qəlbimə axır. Yağış yağır... qəlbimin, beynimin dərin qatlarına sirayət edən məmnunluğun mənasını anlamadan sevinirəm.
Ancaq bu səbəbi uzun illər sonra tapdım - müqəddəs kitabımız Qurani-Kərimdə!
Yağış yağan zaman torpaq təzə ruha bürünür, ağaclar yeni həyat tapırlar. Canlılar xüsusi sevincə və şadlığa malik olurlar. Bəli, yağış ölmüş torpağa yenidən can verər. Yağış - İlahi rəhmətdir. Allah bu həyat amilini yerə göndərərək hamını sevincə qərq edir. Allah Təala yağışı pak su, bərəkətli su və İlahi ruzi adlandırıb. Yağış - təharət vasitəsidir: "Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik" ("Furqan" 48). Yağış - bərəkətli sudur: "Göydən xeyir-bərəkət dolu su endirdik". ("Qaf")9. Yağış - İlahi rəhmətdir: "(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!"("Şura" 28). Yağış - İlahi ruzidir: "Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur"("Ğafir" 13). Yağış - sevincə səbəb olar: "Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar". ("Rum" 48). Yağış - möminlərin qədəmlərini sabit edər: "O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi"("Ənfal" 11). Mənəviyyat və yağış: "(Mənə vəhy olundu ki): "Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik"". ("Cinn" 16).
Allah Təala bu ayələrdə buyurur ki, sizin ruziniz səmadandır və Allah yağışı göndərir və yer öz nemətlərini üzə çıxarır. Bundan başqa, yağış paklayıcıdır. Həm zahiri nəcasəti aradan aparar və həm də mənəviyyatı paklaşdırar. Bədr döyüşünə gedən zaman müsəlmanlar toz-torpaq içində idilər. Su yox idi və hamı susuz idi. Şeytan bəzilərinə vəsvəsə edirdi ki, belə halda namaz qıla bilməzsiniz. Uca Allah göydən yağış nazil edir və hamı sirab olub, paklanır.
İmam Əli (ə) buyurur: "Yağış suyundan için ki, bədəni pak edəndir. Xəstəlikləri aradan aparar". Susuz torpaq ruhsuz varlıq kimidir. Nə həyatı vardır və nə də sevinci. Torpaq yağış yağarkən aralanar və yenidən ona həyat gələr. Torpağın yenidən dirçəlməsi: "Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız". ("Zuxruf" 11).
Torpağın canlanması Allahın nişanəsidir: "Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır". ("Casiyə" 5).
Bəli, yağış torpağa can verər və onu yenidən həyata gətirər, cücərdər, məhsul verər. Ancaq bu yağışın mənəviyyatla birbaşa əlaqəsi vardır. İnsan əməlləri yağışın az və çox yağmasına təsir qoyar. Allah əzab vermək istədiyi qəbilədən yağışı kəsər və onları susuzluğa düçar edər. Ya da onlara göydən daş və pis yağış yağdırar: "Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur"("Furqan" 40).
Ancaq nemətini artırmaq istəyi və tövbə edən qəbiləyə rəhmət və neməti olan yağışı nazil edər və onları sevindirər. "Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin". ("Hud" 52).
Bəli, yağış Allahın rəhmət və nemətidir, hər birimiz bunu yaddan çıxartmayaq: "Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar". ("Furqan"50).
Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır.
Dini mənbələrdə dua və onun qəbul olma şərtləri üçün göstərişlər gəlib. Bu göstərişlərdən əlavə bəzi yerlər və vaxtların məxsus xasiyyətləri olduğu üçün onlarda Allahdan istəmək dua etməyə daha çox təkid olunur. Bu barədə olan ayə və rəvayətlərdən bəzisinə işarə edirik:
Allah o kəsdir ki, küləkləri rəhmətdən (yağışdan) qabaq bəşarət üçün göndərdi və asimandan pak edən su endirdi.
Bu ayənin təfsirində İmam Sadiq (ə) atalarından nəql etdiyi bir rəvayətlə buyurur: Əli (ə), hər il birinci dəfə yağan yağışın altında durardı və o Həzrətin (ə) başı, saqqalı və paltarı islanardı. Elə ki, o Həzrətdən (ə) islanmaması üçün tavanı olan yerə getməsini istəyəndə, buyurdu: Bu, Allahın ərşinə yaxın olan sudur...
Onun (Allahın) nişanələrindəndir ki, sizlərə öz rəhmətindən dadızdırmaq üçün küləkləri müjdə olaraq göndərir. Müfəssirlər (təfsir alimləri) bu ayədəki "mübəşşirat" kəlməsini yağışın yağmasına təfsir ediblər.
Amma bu barədə olan rəvayətlər:
İmam Sadiq (ə) buyurub: Dörd vaxt dua etməyə tələsin: Külək əsəndə, günorta azanı vaxtı, yağış yağanda və şəhidin qanından birinci damcı düşən zaman. Çünki bu vaxtlarda asimanın qapıları açılar.
İmam Sadiq (ə)-dən nəql edir: Duanı dörd yerdə qənimət bilin. Quran oxuyanda, azan deyiləndə, yağış yağanda və iki qoşun cihad üçün üzbəüz olanda.
İmam Əli (ə) buyurub: Dua etməyi beş vaxtda qənimət sayın: Quran oxuyan zaman, azan vaxtı, yağış yağanda şəhadət üçün iki cərgə hazır olanda və məzlum dua edən vaxt. Bu vaxtlarda hicab (pərdə) ərşdən götürülər.
İmam Sadiq (ə) buyurub: Üç vaxt duanın qəbul olması üçün Allah- Taala tərəfindən mane və hicab yoxdur: Vacib namazdan sonra dua etmək, yağış yağan zaman və təbiət və adətin əksinə olaraq Allahın qüdrət nişanələrindən birinin yer üzərində zahir olması vaxtı.
Duanın necəliyi və onun şəraitindən xəbərdar olmaq üçün aşağıdakı göstəriciləri mütaliə edin: "Allahım! Bizə dərhal, gecikdirmədən, zərərsiz, faydalı, bərəkətli, razı olduğumuz və dadımıza çatan yağış ver".
"Allahım! Bizə yağış yağdır. Allahım! Bizə yağış yağdır. Allahım! Bizə yağış yağdır".
Yağış eyni zamanda bolluq, çoxluq bildirir.
Yağış haqqında maraqlı məlumatları da nəzərinizə çatdırmaq istəyirəm:
Portuqaliyada yağış işə getməmək üçün üzrlü səbəb hesab olunur.
Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.
Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.
Əslində yağışın iyi yoxdur. Yağışın ətri dediyimiz iyi əslində aktino və sianobakteriyalar ifraz edir. Yağışa iy verən maddə geosmin adlanır.
Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki, ölkədə ildə 250 gün yağış yağır.
Radioda hava proqnozlarının yaranma səbəbi yağış olub. Amerikalı radiostansiya sahibi bir gün yağışa düşdükdən sonra radiosunda sutkada bir neçə dəfə yağış haqda məlumat verən yeni rubrika açıb.
Quraqlıq Bostvanada insanlar yağış mənasına gələn "pula" sözü ilə salamlaşır, həmçinin ölkənin valyutası da "yağış" adlanır.
Kubada yalnız siesta vaxtı, Taylandda isə yalnız gecə yağış yağır.
XVII əsrdə Böyük Britaniyada yağış haqqında qanun mövcud idi. Onun əsasında səhv məlumat verən sinoptiki edam edirdilər.
Əgər insan səhradadırsa yağışın altında tamamilə quru qala bilər. Əslində səhrada yağış olsa da onu hiss etmək mümkün deyil. Belə ki, damlalar yerə çata bilmədən isti havada buxarlanırlar.
Hidrometeorologiya mərkəzinin bütün ifadələrinin konkret mənası var. Məsələn, "qısamüddətli yağış" dedikdə yağış 3 saatdan çox davam etməyəcək, "yağış gözlənilir" dedikdə yarım gündən az davam etməyəcək mənasına gəlir."Əhəmiyyətli yağıntı olmayacaq" yağışın yağmaması mənasına deyil, hər kvadrat metrə 0,3 litrdən çox yağıntı düşməyəcəyi mənasına gəlir.
Cherapundzhi şəhəri(Hindistan) dünyanın ən yağıntılı ərazisidir. Ora il ərzində 25460 mm yağıntı düşür.
Normal yağışın turşululuğu pH 5,6-dır. Əgər turşululuq səviyyəsi daha aşağı olarsa yağışı turşulu yağış adlandırırlar. pH 5,5 olanda bakteriyalar ölür, 4,5 olanda isə həşəratlar, suda-quruda yaşayanlar və balıqlar ölür.
Ohayo ştatının Uaynsberg şəhərində hər il 29 iyulda yağış yağır. Bu artıq 100 ildir ki, davam edir.
Bu gün artıq süni yağış yaratmaq mümkündür. Təyyarədən quru buz parçalarını bulud toplularının üstünə atırlar. Buludda carbon dioxid suyla qarışır və qar dənəsi kimi düşür, yerə düşərkən istilik nəticəsində qızır və yağış damlasına çevrilir. Bu yolla quraqlıqla mübarizə aparmaq mümkündür.
Hər il yerə 519 000 km3 yağıntı düşür (hər km3 miyard ton sudur).
Təxminən 100 milyonda bir insanın yağışa qarşı allergiyası var. Suyun bədəninə istənilən təması qızartı, şişkinlik ilə nəticələnir, yağışa düşəndə isə belə insanlar ölə bilərlər.
San-Fransiskoda metereoloji stansiya 4/6 ehtimalı ilə yağış haqda proqnoz verir. Sadəcə yerli meteoroloqlardan 10-u yağışın yağıb yağmayacağı haqda səsvermə keçirir və nəticəni dinləyicilərə nisbi halda təqdim edirlər.
Ən ağır dolu 1986-cı ildə Gopalganja yağmışdır. Bir dolunun ağırlığı 1 kq-dan çox idi. Bu "yağışdan" 92 nəfər həyatını itirmişdi.
Planetin ən yağıntılı yerləri qışda su çatızmazlığından əziyyət çəkirlər. Yağış sezonundan sonra o qədər quraqlıq qış gəlir ki, sakinlər digər şəhərlərə su almağa getməli olurlar.
Yağış yağır... İnanmıram ki, həm ruhu, həm qəlbi, həm cismi oxşayan bu gözəlliyin, huzurun, romantikanın... həm də hüznün təsiri altında kimsə başqasına pislik haqda düşünsün. Çünki yağış mənəviyyatı da təmizləyir.

Fəridə RƏHİMLİ



İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK