ANA SƏHİFƏ / YAZARLAR

XATİRƏLƏR DÜNYASININ ADAMI

Əbülfət MƏDƏTOĞLU

33691    |   2015-10-16 18:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Orda hər şey yerindədi

Son vaxtlar xatirələrə daha çox üz tuturam. Dünəndən o biri üzdə qalan günlərə daha çox meyl göstərirəm. Bilmirəm, nə qədər ağıllı və məntiqli hərəkətdi, amma özümdən asılı deyil. Necə deyərlər, xatirələr mənə güc gəlir və mən onların təsirindən, onların aurasından çıxmağa çalışsam da, təslim oluram. Və onu da etiraf edim ki, bu təslimçilik mənə xoşdu... Görünür elə xoş olduğuna görə də müqavimətim zəifdi. Sona qədər dayanıb duruş gətirə bilmirəm...

Bəli, mən dünənin adamıyam və dünəndən o yandakı dünənin özü də mənimdi. Yükümü ordan tutub gəlmişəm, sözümü orda şum edib, səpib suvara-suvara, göyərməsini, dən tutub sünbül olmasını gözləyə-gözləyə gəlmişəm. Ona görə də dünən mənim həyatımın özülü və bəlkə də elə birmənalı şəkildə özüdü. Düşünməyin ki, mən müdrik bir kəlam olan "dünəninə güllə atma, gələcəyin səni topa tutar" deyiminə söykənirəm. Doğrudur, bu da var. Amma ən çox xatirələrdi məni dünəndən qopub ayrılmağa qoymayan. Məhz bu yazımı yazmağa köklənəndə də gözümün önündə Nüsrət Kəsəmənli gəlib dayanmışdı. Öz-özümə onun məşhur şeirinin bir bəndini təkrarlayırdım. "İndi daha inciməyin yeri yox"...

Hə, doğurdan da inciməyin yeri yoxdu, qardaş. Biz zamanında çox hadisələrin, çox məclislərin və bir də boyunu ölçüdüyümüz yolların həm müsafiri olduq, həm iştirakçısı. Tanıdım səni və həm də ürəkdən bağlandım sənə. Özün və sözün içimdə ömrümün sonuna qədər əzəmətini qoruyub saxlaya biləcək bir abidə ucaltdın. Mən də hər gün bu abidənin önünə tər çiçəklər qoyub baş əyirəm. Ruhun şad olsun!..

İçimdən bir ah gəlib keçir. Kövrək, həm də içimin acısını, həsrətini çıxara biləcək bir ah. Mən o ahın hardan yarandığını və niyə bu cür kövrək və ağrılı olduğunu çox gözəl bilirəm. Sadəcə bir şeyi anlamıram. Bu ahlar yaranana qədər biz onun qarşısına niyə çıxmırıq? Onu niyə yaranmağa, göyərib oyatmağa imkan verib, sonra təəssüf və təəccüb hissi keçiririk? Məgər Cabir Novruz demiş, sağlığında qiymət verə bilməzdik? Ola bilsin ki, bu sualım uğursuz bir məntiqin nəticəsi kimi görünsün. Hətta oxucularımdan kimsə mənim bu qədər sadəlöhv olduğuma heyrət etsin. Amma inanın ki, içimdən gələn səmimiyyətlə yazıram bu fikirləri. Yəni, mən özüm də daxil olmaqla, hər kəsin ətrafına diqqətli olması doğurdanmı çətindi? Məncə yox! Biz sadəcə laqeydliyi, bu günün işini sabaha saxlamağı, bir az da ətrafımızdakılara yuxarıdan aşağı baxmağı daha yaxşı bacarırıq, buna daha çox meylliyik. Elə ona görə də itirəndən, türk qardaşım demişkən, kayb edəndən sonra nəyi itirdiyimizin, kimi kayb etdiyimizin yeri göründükcə dərk etməyə başlayırıq. Bax onda içimizə dolan ağrı-acı həmin o iynə ucu boyda olan ahı göyərdirir, ona qol-qanad verir və biz də bir dərin köks ötürməklə, dərindən ah çəkməklə guya ki, təsəlli tapırıq, guya ki, özümüzü ovuduruq... Mənə elə gəlir ki, bizim ovunmağımız ruhların görüşündə mümkün ola bilər, başqa cür yox!.. Nə isə...

Bütün hallarda insan özünə təsəlli verməyə müəyyən formalar, nə bilim bəhanələr tapa bilir. Bu elə insanın hardasa özünü idarə etmək, özünü nəzarətdə çaxlamaq keyfiyyətinin bir çalarıdır. Onu da etiraf edim ki, bu təqdirəlayiq keyfiyyət olmasa, insan bəlkə də əndazəsini daha tez-tez aşar, necə deyərlər, özündən tez-tez çıxar və özü ilə birlikdə ətrafdakılara da zərər verə bilər. Görünür, Tanrının bizə bir sevgisi də elə bu yerdə, bu çalarda özünü büruzə verir və biz də həmin o məlum çaların işığına söykənib özümüz üçün təsəlli saydığımız hər bəhanədən yararlanırıq, xüsusilə söz adamları. Yəni xatirələr güc gələndə, içindəki ağrılar səni tərkisilah edəndə və nəhayət, itirdiklərinin yeri göynəyəndə bir tərəfə çəkilmək, özünlə baş-başa qalmaq, qələm-kağıza üz tutmaq, tüstülənən siqaretin barmaqların arasında qaraldığını unutmaq... Bax, bütün bunlar söz adamının həmin o dediyim anda, həmin o dediyim durumda yaşadıqlarının göstəricisidir. Mən də müəyyən mənada o karvanda olduğumdan bütün bunları son vaxtlar daha tez-tez yaşayıram və elə bu məqamda da sizə demək istəyirəm ki:

Kəsir dilim-dilim -

Dilim çoxalır

Mənim ayım ötür -

İlim çoxalır


Bəmim kökdən düşür -

Zilim çoxalır

Qocalır içimdə dərdim, qocalır...

Saralır yarpağım -


Xəşəm olur, bax

Gözdən iraq yerlər

Güşəm olur, bax...

Kövrəlmək get-gedə


Peşəm olur, bax

Qocalır içimdə dərdim, qocalır...

İndi nə geyinsəm gəlir əynimə

Xatirə dumanı enir çiynimə


Heç nə almasam da

Daha eynimə

Qocalır içimdə dərdim, qocalır!..

***

Bu yazını oxuyanlara bir sualım var. Balaca bir arxla axan suyu seyr etmisiniz? Onun qaşısına çıxan maneədə necə ləngidiyini, necə sürətinin aşağı düşdüyünü və nəhayət o maneəni aşmaq üçün necə yavaş-yavaş bir yerə toparlandığını... və nəhayət həmin maneənin üstündən aşandan sonra xilas olmuş kimi, qurtulmuş kimi yolunu necə sürətlə davam etdiyini seyr etmisiniz? Əgər kimsə bu müşahidəni aparıbsa, onda mənim nə demək istədiyimi və nə yazacağımı yəqin ki, təxmin edəcək. Biləcək ki, ruh, söz adamları məhz sızqa suyun axdığı arx kimidi. O vaxta qədər ki, onun gözünün önündə, onun yaddaşında, onun xatirəsində nəsə gəlib dayansın, nəsə onu silkələsin. Bax ondan sonra ürək döyüntüsündən tutumuş, sözün rəngarəngiliyinə qədər hər şey həm sürətlənir, həm də sanki işıq saçır, bərq vurur. Və qələm-kağızla o qədər rahat danışır ki, sadəcə ona qulaq asmaq qalır...

Bəli, mən də yazımın ən şirin məqamında bilgisayar otağına daxil olan bir nəfərin təkcə davranışı yox, həm də görkəmi ilə yaratdığı müsbət auranın təsiri altında ilham pərisinin qapısını döyməyə məcbur oldum. Çünki bu yerdə, bu məqamda sevgidən yazmasan, sevgidən danışmasan günah olar. Necə deyərlər, buyurun, dinləyin:

Bal süzülüən dodaqları qaymaqdı

Əvəzi yox bu qaymağın yay vaxtı...

Sinən üstü Əbülfətə yayalaqdı -

Ordan durub tərpənməyə halım yox...

***

Mən yazının ovqatını şirinləşdirmək üçün nə vaxtsa yazdığım bir qoşmanın son bəndini sizə təqdim etdim. Bunun özü də bir xatirədir. Amma həyatda, yəni mövcud olduğum anda hər şeyi dərk etmək, hər şeyə diqqət yetirmək zənnimcə elə xatirənin özü qədər də şirin və dəyərlidir. Çünki məhz zamanında, yerində olduğun kimi görünüb və göründüyün kimi də olub öz bütövlüyünü büruzə versən bundan heç kim zərər çəkməz. Elə sevginin özündə də məhz bu mənada mən üzümü bütün varlığı ilə sevgiyə, diqqətə, səmimiyyətə, bir sözlə insanlığa kökləmiş dəyərli oxucuya tuturam və demək istəyirəm ki:

Bir quş qanadında, bir at belində

Çapıb dünənimə dəyib, qayıtsam

Çəpərdən boylanan bal kimi tutun -

Kiçik bir budağın əyib qayıtsam -

Küsməz ki, məndən?..


Çıxıb bağ yoluna, bulaq yoluna

Girib dağ çayının dümağ qoluna

Dibində bənövşə yatan koluna

Necəsən? - soruşub, deyib qayıtsam -

Küsməz ki, məndən?..


Ətrin ciyərimə çəkib yarpızın

Öpüb salxımını söyüd barsızın

Məni ilk sevgimdə aldadan qızın

Xatirə qapısın döyüb qayıtsam -

Küsməz ki, məndən?..


Hər gün oxuyuram ömrün dastanın

Anıb xatirəsin mərhum dostların

Mənə süfrə açan bağın, bostanın

Barın ayaqüstü yeyib qayıtsam -

Küsməz ki, məndən?..


Üzüm qürubadı, yolum yenişə

Baxıb gülümsəmə sən bu yerişə...

İçimdə bir ümid varsa, görüşə -

Onunçün bəzənib, geyib qayıtsam -

Küsməz ki, məndən?..

***

Dünyanın bütün bəlli və bəlli olmayan sirlərini çözməyə həmişə can atan insan olubdu. Yəni bütün canlıların içərisində hər şeyə və hər kəsə sonsuz maraq insanın özünəməxsus cxüsusiyyətlərindən biridir. Elə buna görə də insan həmişə yeniliyin həm sorağında olur, həm də onun yaradıcısıdır. Deməli, mən də daxil olmaqla bizim hər birimiz hər gün nəyinsə sorağında oluruq, nəyinsə izinə düşürük və yaxud da nə iləsə, kim iləsə qarşılaşırıq. Bu ilk baxışdan təbii prosesdi. Amma bu təbiiliyin içərisində bir özünəməxsusluq da var. Ancaq hər kəsdən qaçmağı qarşısına məqsəd qoyanlar bilərəkdən, düşünülmüş şəkildə gah laqeydlik sərgiləyir, gah özünü bilməməzliyə vurur, gah da nəyə qadir olduğunu, yəni insanlıqdan uzaq xüsusiyyətlərini bizlərə, ətrafına göstərir. Bax onda həmin o təbii prosesin özünəməxsuluğu bir az adamı həm incik salır, həm də düşündürür. Öz-özünə bir sualı dilinin ucuna gətirirsən. Görəsən insan cildindəki bu bəndə niyə insandan çox heyvana, həşərata, daha nə bilim nəyə bənzəyir? Nəyi öz cildində daşıyır?

Bəli, sual ağırdı, həm də bir az məsuliyyət tələb edəndi. Amma hamımızın mütləq mənada həyatımızda ən azı bir dəfə dilimizə gətirdiyimiz sualdı. Ona görə də mən o sualı kağıza köçürəndə düşündüm ki, oxuyanlar yəqin ki, məni qınamayacaqlar. Çünki onlar da nə vaxtsa həmin sualı özlərinə verirlər. O ki, qaldı insan cildində qalan nəsnələrə, mən inanmıram ki, onların xatirələri olar, onlar xatirələr yaşadalar içlərində. Ona görə inanmıram ki, mənə görə onların heç iç dünyası da yoxdu. Axı iç dünyası anlayışı insana məxsusdu. Deməli, müəyyən mənada onların xatirələrsiz yaşadıqlarını söyləməkdə haqlıyam. Nə isə...

Günün istənilən saatında qapısını döyüb baş-başa qalmaq, sözünü-söhbətini dinləmək istədiyim ən doğma adamım və sirri-sözümü də kimsəyə söyləməyən məni özü qədər sayıb, özü qədər bilən bir güvənc yerim var - o da xatirələrimdi. Ona görə də bəzən saatlarla, günlərlə mən onları rahat buraxmıram. Eləcə dindirirəm, danışdırıram. Bir də görürəm ki, qarışıb onlara çıxıb getmişəm. Böyük Nəsiminin fikrinə şək etmədən indi demək istəyirəm ki, həmin an, daha doğrusu həmin anlarda çıxıb gedən ruhum olur, cismim yox. Cismim kimlərinsə gözü önündə, iş yerində, evdə, küçələrdə, maşınlarda gəzib dolaşır. Ruhum isə xatirələrim olan yerdə. Bax, ona görə də kənardan baxana bir az havalı kimi görünürəm, bir az ümidsiz kimi görünürəm, bir az qayğısız kimi görünürəm, bir az da elə özüm kimi!.. Amma hər nə olur olsun, hər necə görünüb-görünməməyimdən asılı olmayaraq mən elə xatirələr adamıyam! Ona görə də yerin də, ünvanın da xatirələri var. O xatirələrdə mənim könlümə toxunan, məni incidən, məni anlamayan kimsə yoxdu. Sevinirəm ki, sən də həmin o dünyanın əbədi sakinisən.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK