ANA SƏHİFƏ / YAZARLAR

KARDİOQRAM

89849    |   2012-10-20 01:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Di gəl təzə orfoqrafiya lüğəti ilə bu sözün sonuncu "M"-sını cüt qoy, "A"-sını da götür...
   
   Mənim bəxtim elə gətirib ki, son vaxtlar məcbur olmadığım toya da gedə bilmirəm. İnanırsınız ki,"Memar Əcəmi" metro-stansiyasından sonrakı stansiyaları görməmişəm. Heç "Əzizbəyov"un adını "Koroğlu" qoyan vaxtdan bəri gedib Alı kişin oğlunu təbrik də eləməmişəm. Amma bir dənə xəstəxananın, poliklinikanın, hospitalın vaxtını keçirmirəm. Öz poliklinikamızın, vaxtaşırı yatdığım xəstəxanaların həkimləri xasiyyətimə bələddilər, zarafatlarımı bilirlər. Bu yaxınlarda bir özəl poliklikanın müştərisi (onlar pasiyent deyir) oldum. Tibbi baxışdan (onlar medosmotr deyirlər) keçməli oldum. Təfərrüatını gələn yazıların birin də yazaram, hələlik kardioqram məsələsində başıma gələni danışım.
   
   Növbəmi gözləməyin əməlli xeyiri oldu. Yemək yedim, üç partiya nərd oynadım. Yeri gəlmişkən, iki partiyanı uddum, hətta birini "domaşnı" ilə. Məxləs, girdim kardioqram otağına.
   
   Kardioqramla iki qadın məşğul olurdu, yəqin ki, biri həkim olardı, o biri də assisent rejimində işləyən, cins şalvarda və çox, belə lap çox daram, elə bil anatomik baxışdan ürəyin yerinin harada olmasını əyani göstərmək üçün futbolka geyinmişdi. Həkim mənə yaxınlaşdı və soruşdu:
   
   - Xroniki xəstəliyiniz var?
   
   - Var.
   
   - Müalicə edirsiniz?
   
   - Özü keçər.
   
   - Xəstəliyiniz nədir? - elə bil səsində canıyananlıq sezildi.
   
   - Həyatım xəstəlikdig
   
   - Aydındır, onda soyunun, mən sizə qulaq asım.
   
   - Həkim belə də olar, axı mən ağzımla danışıram.
   
   Ağ xalatlı qadın deyəsən eşitdiyi sözü udmaq istədi, amma təşəxxüsünə sığışdırmadı, nəhayət soruşdu:
   
   - Özünü ağıllı sayırsan?
   
   - Əşi yox ee, siz hələ o biriləri ilə danışmamısınız.
   
   - Sizə psixiatr baxıb?
   
   - Əlbəttə.
   
   - Nə dedi?
   
   - Dedi ki, onun yanına on dəqiqə heç kim girməsin...
   
   Nəfəsimə qulaq asandan sonra mənə təklif etdilər ki, kuşetkaya uzanım. Deyəsən həm də qan təzyiqimi, nəbzimin tezliyini ölçmək və kardioqram eləmək istəyirdilər. Bütün bu manipulyasiyaları mənim bədənimdə futbolkasının içərisindəki ilə ətraf mühiti tam bağlayan asistent xanım eləyirdi.
   
   Birdən xanım elə bir söz işlətdi ki, o vaxt Materrasi Zidana söyəndə heç belə söz işlətməmişdi:
   
   -Sizin sinəniz heç xoşuma gəlmir. Heeç xoşuma gəlmir......
   
   Desəm ki, çaşdım, elə bilin ki, heç nə demədim. Nə desəydin eşidərdim, amma bunu yox. Hər halda mən Elton Con deyiləm axı. Qız öz sözlərindən mənim şoka düşməyimi, həm də döşlərini sifətimə elə dirəmişdi ki, bütün üfüq xəttini bağlamasına baxmayaraq qan təzyiqimi ölçmək istəyirdi.
   
   - Amma mənim sizinkindən xoşum gəlir...
   
   - Nə xoşunuza gəlir?- asisstent üstünə qaynar su tökülmüş kimi tullandı.
   
   - Sinəniz!
   
   - Qanacaqsız, sizin nəbziniz də yoxdur!
   
   Şirmanın arxasında olan qışqırığa həkim də boylandı ki, görəsən belə qısa müddət ərzində biz orada nə əməldən çıxırıq. Nəbzim doğrudan da yox idi. Təzyiq vardı, yuxarısı da vardı, aşağısı da, amma alət nəbzi göstərmirdi. Heç sıfırı da göstərmirdi.
   
   Həkim qaşqabaq tökərək deyəsən baxışı tez başa vurmaq üçün soruşdu:
   
   - Nə haqda düşünürsünüz?
   
   Bilmirəm onun gözünəmi, döşünəmi baxaraq səmimi cavab verdim:
   
   - Döşlər haqda...
   
   Əslində başqa şey haqda düşünə də bilmirdim...
   
   Bir neçə dəqiqə ərzində özüm haqda, ümumiyyətlə kişi və qadın arasındakı münasibətlər haqda o qədər sözlər eşitdim ki, rəhmətlik Ziqmund Freyd də eşitsəydi, bu sözləri öz hikmətlərində qeyd etmək üçün qəbirdən qalxardı.
   
   Axır ki, nəbzim tapıldı. Özü də heç də pis deyildi. Hətta kardioqram da göstərdi ki, hələ mövcud ola bilərəm. Amma sinəm məni yaman pərt elədi. Bir neçə dəfə sensorları yapışdırmaq istədilərsə də, gəl dərimi örtən tük qatından keçmirdi. Nəhayət qadınlar birləşib özləri deyən kimi, mənim qırxılmamış sinəmə öz sensorlarını yapışdıra bildilər. Özü də bu zaman öz aralarında kişilərin meymundan çox da irəli getmədiklərini müzakirə edirdilər...
   
   Bəlkə də onlar haqlıdılar. Hər halda həkimdirlər axı. Amma məlum oldu ki, biz bir neçə müddət nəbzsiz də yaşaya bilərikmiş. Heç bəzi qadınların bizim sinəmizi bəyənməməsindən dilxor olmağa da dəyməz. Onlar bizi başqa şeyə görə sevirlər axı. Bizim yaxşılığımıza, xeyirxahlığımza görə sevirlər. Onda gəlin sağlam olaq!..


YAZARIN ARXİVİ

2012-10-20 : KARDİOQRAM
2012-10-06 : NİFRƏT
2012-09-29 : CİNSSİZLƏR
2012-07-21 : YAXŞI SATQIN OL
2012-07-14 : ASAN ÖLÜM?
2012-06-09 : SADƏLÖVHLÜK
2012-03-31 : SİDİK ANALİZİ
2012-03-08 : BU LAP AĞ OLDU
2012-02-11 : YENİ GÜN
2012-01-14 : QİBTƏ
2011-12-24 : GÖZƏL YALAN
2011-12-10 : MƏHƏK DAŞI
2011-12-03 : QINAQ
2011-11-05 : MEY-KUN
2011-10-22 : DÜNYANIN SONU
2011-10-08 : QIMIŞIQ GÜNÜ
2011-10-01 : ANORMALLIQ
2011-09-24 : TƏNHALIQ
2011-08-20 : QARIMIŞLAR
2011-07-30 : NİYYƏT GECƏSİ
2011-07-23 : QOCALIQ BAYRAMI
2011-07-02 : FOBİYA
2011-06-25 : TİRE
2011-06-11 : XOŞBƏXTLİK
2011-06-04 : YADINIZDADI?..
2011-05-28 : OĞLUMA MESAJ
2011-02-23 : ODLA SU ARASINDA
2011-02-19 : GÖRMƏMİŞLİK
2011-02-12 : PALİNDROM GÜNÜ
2011-01-15 : BİSMİLLAH
2010-12-25 : DÜM TƏK-TƏK
2010-10-30 : HAQQIN YOLU
2010-10-23 : BƏD YUXU
2010-08-14 : İSTİ, RAHƏT
2010-07-31 : DİLXORÇULUQ
2010-05-15 : BÖHRAN
2010-05-01 : ZİBİLİZASİYA
2010-04-24 : GET BANANINI YE
2010-03-06 : ADDIMLAR
2010-01-23 : ATHAATDI
2010-01-16 : BUQƏLƏMUNLAR
2009-12-26 : MUZ, YOXSA MIZ?
2009-05-16 : PANİKA
2009-04-25 : QULAQARDI
2009-04-18 : WEEKEND
2009-04-04 : QURTDANQUŞ
2009-03-14 : QARAVƏLLİ
2009-02-28 : QAPQARA QUTU
2009-01-17 : ETİRAF
2008-12-20 : TERAPİYA
2008-12-06 : CƏZANIN DOZASI
2008-10-18 : XORUZUN QUYRUĞU
2008-08-23 : NADANLIQ
2008-08-16 : İCTİMAİ QINAQ
2008-08-09 : WHO IS WHO?
2008-06-14 : KAMPANİYA
2008-04-12 : DƏQİQLİK
2008-02-09 : YAZ VAR, QIŞ VAR
2008-01-25 : İKİ OD ARASINDA
2008-01-23 : ŞƏBƏDƏ
2008-01-19 : ZOĞALLAMA
2008-01-10 : GİRƏVƏ
2007-12-13 : QIŞ QARPIZI
2007-12-08 : QARAVƏLLİ - 5
2007-12-06 : BİZ HARADAYIQ?
2007-11-15 : TƏZƏ TOST VAR
2007-11-10 : QARAVƏLLİ-4
2007-11-06 : DEMOQOQ DAMARI
2007-10-20 : XƏBƏRDARLIQ
2007-10-12 : MOLTANI DUASI
2007-09-25 : HAPPY END AZARI
2007-09-22 : DESERT
2007-09-20 : QARAVƏLLİ - 3
2007-08-24 : DEDİ, DEDİM
2007-08-15 : QARAVƏLLİ-2
2007-08-08 : GİLEYLƏNMƏLƏR
2007-08-04 : SAKİT TƏXRİBAT
2007-07-20 : NÜMUNƏ
2007-07-18 : SINAQ
2007-07-03 : DALAQSANCMALAR
2007-06-23 : DEMOQOGİYA
2007-06-19 : ÖHDƏLİK
2007-06-06 : PAHO!...
2007-06-05 : DOLAMALAR
2007-05-10 : QURBANİZASİYA
2007-01-19 : ÖLMƏK OLAR
2007-01-17 : MƏNƏVİ DƏYƏR
SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK