ANA SƏHİFƏ / YAZARLAR

A.TÜRKOĞLU, HƏR VAXTIN XEYİR!

AQİL ABBAS

77133    |   2015-09-02 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ziya Göyalpın Osmanlı imperatorluğunun süqutu ilə bağlı çox maraqlı və qəribə bir fikri var. Təxminən belədir, deyir ki, Osmanlı imperatorluğu dağılanda məlum oldu ki, türklərin əlində paslanmış və tiyəsi qırılmış bir qılınc qalıb. İndi Elçibəy AXCP-si dağılandan sonra yerində qalan Yurdçuların da artıq paslanmış və tiyəsi qırılmış bir «Azadlıq» qəzetləri qalıb. O paslı və tiyəsi qırılmış qılıncla da «Azadlıq» qəzeti onlar kimi düşünməyənlərə və ümumiyyətlə, kimə gəldi bir yara vurmağa çalışırlar. Vaxtilə çiyin-çiyinə mübarizə apardıqları insanları da ləkələmək üçün, gözdən salmaq üçün ağına-bozuna baxmadan nə gəldi suyu qurumaqda olan dəyirmanlarında üyüdüb tökürlər. Düzdür, bu gün əsas hədəfləri Rauf Arifoğludu. Özlərinin əməkdaşları mükafatlandırılanda bunu özlərinin halal haqları bilirlər. Mən də «Azadlıq» qəzetinin mükafatlandırılan əməkdaşlarının mükafatlarını elə özlərinin halal haqqı sayıram. Amma görəsən niyə başqaları mükafatlandırılanda bu qədər qısqanclıqla yanaşırlar?

Rauf Arifoğlu 1988-ci illərdən meydanda, belə demək mümkünsə, cəbhə vərəqələri yayırdı və sonra cəbhə vərəqələrindən «Yeni Müsavat» qəzeti yaratdı. Yəni sıfırdan Azərbaycan xalqına bir qəzet bəxş elədi. İctimai rəyə təsir edən, ən çox oxunan bir qəzet. Özünün kursu olan, müstəqil bir qəzet, yəni partiyasının da divar qəzetinə çevrilmədi. Və halal haqqı idi, «Əməkdar jurnalist» adı aldı və bununla da Yurdçular onu xalq düşməni elan elədilər və indi də qırğın gedir. Bu qırğını saxlamağa ATƏT-in də gücü çatmaz.

Vaxtilə «Yeni Müsavat» kimi nüfuza və reytinqə malik olan Nəcəf bəyin yaratdığı «Azadlıq» qəzetinə sonradan sahib olanlar, hazıra nazir olanlar isə bu qəzeti Yurdun divar qəzetinə çevirdilər. Və dediyim kimi, indi də tiyəsi qırılmış paslı qılıncları ilə hamını yaralamağa çalışırlar.

Bir neçə dəfə də məni və hətta övladımı hədəfə götürüblər. Cavab verməmişəm, çamırdı da atıblar düşüb yerə və yaxud da elə öz üstlərinə.

Bu günlərdə görürəm ki, yenə mənim haqqımda xoşagəlməz yazılar gedir qəzetdə. Bu yaxınlarda biri yazılmışdı. Müəllif xanım olduğuna görə cavab vermək istəmədim. Hərçənd ki, yazıda mənə və övladlarıma qarğış eləmişdi, yəni bir qadın gərək bunu özünə sığışdırmayaydı. Və bir də ki, nə mən, nə də kimsə kimlərinsə alqışlarıyla yaranmamışıq, kimlərin qarğışı ilə də nəsə olaq.

Maraqlıdır, yazıb ki, qəzetinin adı ilə əməli düz gəlməyən. Heç nə istəmirəm, «Ədalət»in 25 illik tarixində və mənim bir jurnalist, bir ziyalı, bir millət vəkili kimi əməllərimdə bircə ədalətsiz nəsə tapıb qoysun ortaya. Sağ ol deyim, üzr istəyim və əllərindən öpüm.

Maraqlıdır, Leyla Yunus kimi, Arif Yunus kimi bu sıradan olan, Vətənə xəyanətdə suçlanan, müxtəlif cinayət əməllərində suçlanan insanlara bunlar azadlıq tələb edə bilər, Amerikaya, Avropaya və hansı kərtənkələlərə müraciətlər ünvanlaya bilər, onların diqtəsi ilə ölkədə qarşıdurmalar yaratmağa çalışa bilər, amma mən bir ziyalı kimi hələ əməli sübuta yetirilməmiş, hələ istintaqı başa çatmamış, hələ haqqında məhkəmənin hökmü çıxmamış bir gənc haqqında ürək yanğısıyla bir söz deyə bilmərəm?! Və bu sözləri deyəndə də qeyd eləmişəm ki, kimin bu cinayətdə nə günahı varsa onu istintaq müəyyənləşdirməlidir.

Və mən heç vaxt qəzetdə Azərbaycanı bölgələrə ayırmamışam. Kimsəni yeraz, kimsəni kraz, nə bilim nə adlandırmamışam. Amma «Azadlıq» qəzeti qəbiristanlıqları da bölür. Yazır ki, yerazların bərli-bəzəkli qəbirlərindən sonra. O qəbirlərdə yatanları təhqir edir və bunun da fərqinə varmır. Nə isə…

Çox maraqlıdır, bunlar bir-birini haqsızcasına müdafiə edə bilər, amma bunlardan olmayan ziyalılar bir-birləri haqqında, özü də şəxsiyyətləri yox, yaradıcılıqları haqqında iki kəlmə xoş söz deyəndə bunların əsəbləri pozulur. Hansısa bir qələm yoldaşımın mənim hansısa bir əsərim haqqında, ya ədəbi yaradıcılığım haqqında, ya da jurnalistlik fəaliyyətim barədə ikicə kəlmə söz deməyi nədənsə «Azadlığ»ın A.Türkoğlu adlı əməkdaşını havalandırıb. Və götürüb yenə mənim əleyhimə döşəyib. Mən Azərbaycanın qələm sahiblərindən soruşuram A. Türkoğlu adında bir jurnalist tanıyırsınız? Onun nəsə bir yazısını oxumusunuz, hərdənbir «Azadlıq» qəzetində ona-buna daş atmaqdan başqa?

Bağışla da, A.Türkoğlu, indən belə nə yazı yazsam gərək sənlə məsləhətləşim. Nə çıxışım olsa mətnini gətirib sənə əvvəlcədən oxutduracam bunu demək olar, bunu demək olmaz, nəyə bir tərəfli münasibət göstərim, nəyə iki tərəfli? Sən də apar Yurdun rəhbərliyinə oxu, üstünə viza qoyandan sonra ya çap elətdirim, yaxud da ki, gedim çıxış eləyim.

«Azadlıq» qəzetinin azad olmayan əməkdaşlarından da xahiş edirəm getsinlər Razi Nurullayevlə, siyasi rəqibləriylə, müharibə elədikləri mətbuat orqanları ilə münasibətlərini çözsünlər. Məni də bu savaşın içinə atmasınlar. Mənim qəzetim siyasi qəzet deyil. Amma ölkədəki siyasəti gözəl bilirəm




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-17
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK