ANA SƏHİFƏ / YAZARLAR

GÖZ YAŞI...

14334    |   2012-08-18 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Möhübbət kişi kənddəki artezianın suyuyla üz-gözünü, boyun-boğazını möhkəm-möhkəm yudu. Hava isti olduğu üçün bir qədər də sərinləmək istədi. Möhübbət kişi hər səhər hamıdan tez yuxudan qalxar, arteziana gedər, onun suyuyla möhkəm-möhkəm yuyunardı. Bu artezianın suyu heç də başqa yerlərdə olan sulara bənzəmirdi. Ona görə ki, bu su 150 metr dərinlikdən çıxırdı. Buz kimi idi. Adam içəndə doymaq bilmirdi. Elə istəyirdi ki, o sudan əl çəkməsin.
   
   ... Səhər açılanda yenə dəllək Möhübbət evinin bir addımlığında olan arteziana sarı getdi. Ovuclarını açıb yerdən qaynayıb çıxan və ordan tökülən suyu yenidən üzünə vurdu. Üz-gözü və içi bu isti gündə daha da sərinlədi. Bir balaca özündə rahatlıq hiss edib yavaş-yavaş uzun illərdir işlədiyi dəlləkxanaya yaxınlaşdı. Səliqə ilə bir daha ülgücü, baş qırxan maşınını və digər alətləri kənara yığdı. Birdən kimsə ona bir bəd xəbər çatdırdı:
   
   - Möhübbət əmi, xəbərin var Hüseyn kişi keçindi!..
   
   Dəllək Möhübbətin bu bəd xəbəri eşidəndə qaməti əyildi. O boyda kişi yumaq kimi oldu. Sonra başını əllərinin arasına alıb hönkür-hönkür ağladı. O qədər möhkəm ağlayırdı ki, onun səsini yaxınlıqdakı insanlar da eşidirdilər...
   
   Möhübbət kişinin dəlləkxanası ilə Hüseyn kişinin evi arasında bir o qədər də uzaq məsafə yoxuydu. Məktəbi keçirdin, ordan Əli kişigilin çəpərinin yanıyla gedib mamaoğlu Təbrizgilə çatırdın, ordan da rəhmətlik Gülüş kişinin evinin yanından sağa burulub Hüseyn kişigilə gedirdin...
   
   ... Ürəyi ağzından çıxırdı. Və bilmirdi ki, eşitdiyi bu bəd xəbəri necə içində fırlasın. Bircə onu bilirdi ki, 72 ildi tanıdığı Hüseyn kişi qəfil dünyasını dəyişdi. Düzdür, dünya ölüm-itim dünyasıdır. Bir gün gələn, bir gün də getməli idi. Və Hüseyn kişi də bu dünyaya elə-belə gəlməmişdi. Özünü, sözünü və izini qoyub getdi. Hüseyn kişi 72 yaşda bir adamın da toyuğuna kiş deməmişdi. Qabağından qarışqa keçsəydi belə onu tapdamazdı.
   
   Bir anlıq istədi ki, Möhübbət kişi qışqırsın. Elə qışqırdı da:
   
   - Ay Hüseyn, hey!!! Ay Hüseyn, hey!!!
   
   Bir neçə dəfə onu səslədi. Düşündü ki, o, Hüseyn kişi çox nurlu adamımış və Allah onu çox istəyirmiş. Əgər Allah onu çox istəməsəydi, mənim nəvəmin toy günündə rəhmətə gedərdi. Dünən toy sakitliklə başa çatdı, bu gün isə səhər Hüseyn kişi rəhmətə getdi.
   
   ... Onlar yaxın qohum idi. Əgər toy günü Hüseyn kişi rəhmətə getsəydi, onda toy yasa çevriləcəydi. Çünki bir nəsildən olan insanlar həmişə sevincli və ağır gündə bir yerdə olublar. Bir yerdə seviniblər və bir yerdə də qəhərləniblər. Möhübbət kişi öz-özünə:
   
   - Ay Hüseyn, sən nə qədər nurlu adamımışsan. Sən nə nə qədr yaxşı insanimişşəm!..
   
   Bu sözləri təkrarlıya-təkrarlıya Hüseyn kişigilə doğru qaçdı. Hüseyn kişi də toy günü soruşurmuş ki, toy necə keçdi?! Elə toyu olan oğlanın da adı Şənlik idi. Evdəkilər də deyiblər ki, dədə, ürəyini sıxma, toy lap yaxşı gedir. Hüseyn kişini də qəhər boğub və deyib:
   
   - Allah mənə bir gün möhlət versin, sonra özü bilər nə iş görər...
   
   Allah ona bir gün möhlət vermişdi və toyu da sakitliklə başa çatdırmışdılar...
   
   İndi Möhübbət kişi ürəyi ağzından çıxa-çıxa həmin qapıya doğru qaçırdı. Qaçdı, qaçdı və özünü Hüseyn kişinin oğlanlarına çatdırdı. Qapının ağzında duran oğlanları - Raqibi, İlham, Ramili, Ziyanı, Xəyyamı qucaqlayıb hönkür-hönkür ağladı. O qədər ağladı ki, heç kim onu kiridə bilmirdi. Yenə onu sakitləşdirən Hüseyn kişinin qardaşı oğlu Elxan oldu. Bir qədər ağlayıb toxdadı. Sonra cibindəki əl dəsmalını çıxarıb gözlərinin yaşını sildi. Kənara çəkilib köhnə dostları - Seyidəli kişi, Rizvan kişi, Məhəmmədəli kişi, İrəvan kişi və Həşim müəllimlə sakit bir yerdə dayandı. Heç kim bir söz danışmırdı. Hamısı bir-birinin gözünün içinə baxırdı. Gözlərin hamısı doluxsunmuşdu və yaş axırdı...
   
   Möhübbət kişi:
   
   - Heç dilim gəlmir, Hüseynə rəhmət deməyə. Elə bilirəm ki, qıraqdan çıxıb yanıma gələcək və deyəcək ki, niyə damino oynamırsınız?! Bir balaca xəstələnməklə Allah köməyi olmuş Əzrayıla yaxa verdi...
   
   Seyidəli kişi:
   
   - Hərənin bir son günü var. O son günə də hamımız hazır olmalıyıq. Hüseyn kişi də ölümünə hazır idi və heç vaxt Əzrayıldan qorxmurdu. Onsuz da bir cana hamımız borcluyuq. Allah-Təala bu canı bizə veribsə nə vaxtsa alacağına hamımız hazır olmalıyıq...
   
   Həşim müəllim:
   
   - Hüseynin balaları mənim bajım uşaqlarıdı. O, kişi kimi yaşayıb, kişi kimi də dünyasını dəyişib. Görün, Allah nə qədər onu çox istəyirsə Möhübbətin nəvəsinin toyununun səhəri günü öz dərgahına apardı. Allah ona möhlət verdi və çox istədiyinə görə, götürüb öz dərgahına apardı. Onsuz da Hüseyn kişigilin nəsli çox tanınmış bir kökdəndi. Kəbirlini və Pənah xanı hamı yaxşı tanıyır. O kişi də bu kökdəndir. Ona görə də Allah da belələrini çox istəyir...
   
   Hüseyn kişinin dəfnindən sonra dəllək Möhübbət axşam bərbərxanaya qayıtsa da əli qalxıb iş görə bilmədi. Dedi ki, bu gün mən heç kimin saçını və üzünü qırxa bilmərəm. Ona görə ki. hüzürümüz düşüb...
   
   Möhübbət kişinin dəlləkxanası elə-belə yer deyirdi. Çünki Möhübbət kişi də elə-belə adam deyildi. Yadımdadır ki, biz uşaq olanda o saçımızı qırxanda heç vaxt pul almazdı. Nə Vaqif Bəhmənlidən pul alardı, nə mamamoğlu Təbrizdən, nə də məndən. Deyərdi ki, mən sizdən pul ala bilmərəm. Çünki hər üçünüz istedadlı uşaqlarsınız. Ürəyimə damıb ki, siz yekələndə böyük adam olacaqsınız. Yəni hansısa vəzifəni daşıyacaqsınız.
   
   Dəllək Möhübbət yetim uşaqların çoxundan pul almazdı. Düzdür, onlar pul verərdilər, amma o bu pula qətiyyən yaxın durmazdı. Yaxın durmayanda da deyərdi ki, a bala, mənə verdiyiniz pulu aparın ətə, yağa verin, evinizə bir şey alın. O yetim uşaqlar da Möhübbət kişi pul almayanda elə sevinərdilər ki, elə bir dünyanı onlara verərdilər...
   
   Kənddə təzə nə xəbər vardısa, birinci Möhübbət kişinin dəlləkxanasına çatardı. O dəlləkxanaya gələn Həşim müəllim, rəhmətlik Hüseyn kişi, Aşır kişi, Seyidəli kişi, İrəvan kişi və başqaları həmişə kənddə nə baş verdiyini birinci Möhübbət kişidən soruşardılar. Kimin oğlu əskər gedir, kimin uşağı ali məktəbə girir, kimin də balası axmaq bir iş görür...O dəqiqə xəbər dəlləkxanaya çatardı. Orda da "məsələlər" müzakirə edilər, xəbərin yalan və doğru olduğu aydınlaşardı.
   
   ... 70 ildən çox dəlləklik eləyən Möhübbət kişinin heç kimlə iş-güvcü olmazdı. Gözləyərdi ki, Həşim müəllim, Seyidəli, Rizvan kişi, Hüseyn kişi, Aşır kişi nə vaxt dəlləkxanaya gələcək, şirin söhbətlər edəcəklər və damino yarışı başlayacaq. Damino da oynayanda uduzanların çığırtısı və qışqırtısı düz məktəbə qədər gedib çatardı.
   
   Rəfailin dükanının yanından keçib o dəlləkxanaya çatırdın. Elə bir adam olmazdı ki, ordan keçəndə dəlləkxanada ayaq saxlamasın və Möhübbət kişiylə dərdləşməsin. Möhübbət kişi də o qədər şirin danışardı ki, onun söhbətindən doymaq olmazdı. Səddam Hüseyni yaman çox istəyirdi. Deyirdi ki, bu Səddam Hüseyn müsəlmanların nicatı olacaq. Amma hər şey tərsinə baş verdi. Səddam Hüseyn nəinki müsəlmanların nicatı oldu, heç İraqı kafirlərdən qurtara bilmədi. Üstəlik də özünü asdılar. Ancaq yenə Möhübbət kişi Səddam Hüseyni çox istəyir. Deyir ki, hərənin bir siyasi lideri var. Mənim də xoşuma gələn o kişiydi...
   
   Bir neçə gün idi ki, Möhübbət kişinin kefi yoxuydu. Kim onun yanına gəlirdi dilxorçuluğunu o dəqiqə hiss eləyirdi. Hələ Hüseyn kişinin 40-ı çıxmamışdı. Ona görə də Möhübbət kişinin qaş-qabağı açılmır, qanı qaraydı. Bir adam da söz deyən kimi o dəqiqə əsəbləşərdi. Son vaxtlar Möhübbət kişinin o qədər əsəbi olması çoxlarının gözündən yayınmırdı. Əsəbi olmaqla yanaşı, o həm də çox fikirli görünürdü. O qədər fikirli görünürdü elə bil ki, daş daşıyıb yorulmuşdu. Bəlkə də daş daşısaydı, bu qədər yorğunluq hiss eləməzdi. Çünki ən çox dostluq, yoldaşlıq elədiyi adamlar son vaxtlar dünyasını dəyişmişdi: Pəsi kişi dünyasını dəyişmişdi, Asif kişi dünyasını dəyişmişdi, Aşır kişi dünyasını dəyişmişdi, bir neçə gün bundan qabaqsa hər gün bir yerdə olduğu, çörək yediyi və damino oynadığı Hüseyn kişi dünyasını dəyişmişdi.
   
   ... Onların dünyasını dəyişməsi dəllək Möhübbəti yoxdan var eləmişdi. Fikirləşirdi ki, artıq sağı, solu boşalmağa başlayır. Yəni tay-tuşları yavaş-yavaş dünyasını dəyişiblər. Amma görəndə ki, o rəhmətə gedən adamlar haqqında xoş sözlər danışırlar. Bax onda dəllək Möhübbətin ürəyi dağa dönürdü. Çünki dəllək Möhübbət də həmin kişilər kimi əməlisaleh adam idi. Heç kimə pislik eləməzdi, əksinə çoxlarına əl tutardı. Dəllək adamdır da, bundan artıq əlindən nə yaxşılıq gəlirdi...
   
   ... Birdən qapı açıldı, Kamran müəllimi gördü və gözünə işıq gəldi. Çünki Kamran müəllim prokuror idi və həmişə də ağsaqqallara böyük hörmət eləyərdi. Onlarla zarafatlaşar, çətinliklərini soruşar və bu ağsaqqalların ciblərinə pul da qoyardı.
   
   Möhübbət kişi:
   
   - Kamran müəllim, Allah ölənlərinə rəhmət eləsin. Sən çörək itirən adam deyilsən. Eşitmişəm ki, Hüseyn kişi rəhmətə getməmişdən qabaq xəstə olanda ona baş çəkmisən. Oğul, Allah üzünü ağ eləsin. Sənin bu hərəkətini görəndə ürəyim dağa dönür.
   
   Kamran müəllim dəllək Möhübbətin bərbərxanasından çıxıb, maşına əyləşdi və evlərinə sarı getdi. Dəllək Möhübbət bərbərxanadan çölə çıxaraq bir daha onun maşınının arxasınca baxdı. Kövrəldi və gözləri doldu. Sonra da düşündü ki, Allah kənddəki bu cür oğlanların canını sağ eləsin. Onların el-obaya çox böyük köməkliyi dəyir.
   
   ... Radioda Qədir Rüstəmovun "Sona bülbüllər" mahnısı səslənirdi. Möhübbət kişi radioyaya bir az da səs verdi. Sağına, soluna baxıb gördü ki, heç kim yoxdur. Qədir Rüstəmovun naləli səsi onu daha da kövrəltdi. Gördü ki, heç kim yoxdur, uşaq kimi hönkürüb ağladı. Hönkürüb ağlayandan sonra bir qədər sakitləşdi, hss elədi ki, içindəki dərd-kədər az da olsa içindən çıxıb. Arteziana sarı yeridi və üz-gözünü yenidən yudu. Yenidən yudu ki, onun ağladığını və gözü yaşlı olduğunu heç kim hiss eləməsin...
   
   ... Kimsə qaça-qaça dəlləkxanaya tərəf gəldi. Gördü ki, Möhübbət kişi oturub stolda və müştəri gözləyir. Möhübbət kişi müştəri gözləmirdi, sadəcə olaraq, kəndin ağsaqqalı Seyidəli kişini gözləyirdi ki, o gəlib çıxacaq və yenidən dərdləşəcəklər. Çünki Seyidəli kişi gələndə dəllək Möhübbətin dərdi yüngülləşir və yenidən damino oynamağa başlayırdılar. Seyidəli kişi gəldi, dəllək Möhübbətin gözünə işıq gəldi. Amma bu dəfə damino oynamadılar. Bu dəfə rəhmətə gedən dostlarını - Aşır kişini, Pəsi kişini, Asif kişini və Hüseyn kişini xatırladılar...
   
   ... Birdən uzaqdan çalğı səsi gəldi. Kiminsə toyuydu və çalğıçılar maşında əyləşib gəlin gətirməyə gedirdilər. Maşın karvanı Möhübbət kişinini dəlləkxanasının yanından gəlib keçdi. Karvan yavaş-yavaş gözdən uzaqlaşdı...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK