warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | "DÜBEYTİ" Adalet.az | "DÜBEYTİ" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"DÜBEYTİ"

Ədalət Nəsibov üçün

19538    |   2012-08-18 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sən hardan bildin, mən ağlamaq istəyirəm?! Bircə himə bəndəm ki, qaynar damcılar bəbəklərimi dağlayıb yandıra-yandıra dığırlansın üzüaşağı... Sənətkarın insafsızı ələ düşməzmiş. Heç nə vecinə deyil. Nə dərdliyə baxırsan, nə yaralıya. Nə gözü yolda qalan vecinədi, nə ümidləri puç olan. Nə dünyası dağılana yazığın gəlir, nə muradı gözündə qalana. Təki çalasan... Öz içindəki yanğıları bayıra töküb soyudasan qəlbini, rahatladasan ruhunu...
   
   Yox, təkcə buna görə çalmırsan. Qorxursan... Özünü qorumaqçün çalırsan. Hərə bir yolnan ölümsüzlük qazanmalıdı, axı... Sən də... Dədə Qorqud kimi ölümü öldürməkçün çalırsan... Bilirsən ölüm mələyinin sazdan qorxduğunu. Yaxın düşə bilmir sinəsində sazı, əlində mizrabı olana... Böyük Ozan da bilirdi bunu. Dünyadan doyulmaz, demişlər. Doymamışdı yaşamaqdan. Qurdnan qiyamətə qalmaq, dünyanın axırına çıxmaq istəyirdi. Ancaq mümkün deyildi. Olacaqlar olmalıydı. Özü tapdı çarəsini. Çuxasını atdı dəryaya, oturdu üstündə. Gecə-gündüz çaldı qopuzunu. Çox çaldı... Gücü tükənənə, gözləri yumulana qədər çaldı. Hər şeyin bir sonu var, olmalıdı... Yuxu basdı qoca aşığı. Ölüm mələyi çoxdan marıqdaydı... Tez suilanı cildinə girib üzdü Dədənin yanına. Çaldı onu...
   
   
   
   Könülləri çalanı çaldı ilan...
   
   Yuxusunu əbədilik elədi...
   
   
   
   ***
   
   Sənin də gücün bizə çatır. Əlindən gələni edirsən, nə halın var görürsən. Heç birimizə yazığın gəlmir. Qaldırırsan göyün yeddinci qatına... Gəzdirirsən... Sonra da var gücünlə çırpırsan yerə. Yaxşı ki, cismimizə bu divanı tuta bilmirsən. Yoxsa, salamat adam qoymazdın...
   
   Qayanın dibində dayanıb çalırsan. Dərinlikdən daha ucalara qalxır sazının səsi...Bunu da qəsdən edirsən...
   
   Arxandakı ağacın təpəsinə çatmağa nə qədər yol var hələ. Dolama-dolama qaldırırsan başına eşidənləri. Bax o son yarpaqların arasından Günəşin telləri cilvələnir. "İşığı tutmaq asan deyil. Ürəyində işıq yoxsa, qulaq as, gör, o qayanın dibindəki nə çalır?! Nə qanlar eləyir?! Eşitməsən, duymasan, başını qaldırıb mənə baxma!"...
   
   Bəs, deyirdilər, sazı ağladırsan?!... Mən əksini görürəm indi. Bir sədəfli taxta parçası əsir edib səni. Sağa əyir-əyilirsən, sola əyir--əyilirsən. Gözlərini də elə yummusan ki, görən deyər, bir də açmaq fikrin yoxdu... Qorxma, aç... Bax, gör, ağaclar necə baş əyir sənə. Sən çaldıqca xəyallarındakından daha gözəl olub dördbir yanın. Sən eləmisən bunu. Suları qırçınlandırırsan, budaqlara baş əydirirsən, yarpaqları ayaqlarına tökdürürsən...
   
   Deyəsən, günbatan çağıdı, axı... Hələ təpəyə bir cığır da gedir. Düz tənha ağacın üstünə. Həmin tənha ağacın arxasında Günəş batır. Rəngi sapsarıdı... Sən saraltdın yükləydiyin dərdlə onun da rəngini...
   
   Nə biçim sənətkarsan, ay Ustad? Bu nə divan, bu nə zülmdü tutursan səni eşidənə?! Hərdən gözünü açıb gülümsəyirsən. Günəş şüalarından qıyılan gözlərinin işığı adamın iliyinə işləyir. Təzədən sazı qundağına baş qoyub yumursan gözlərini. Körpə anasına sığınıb sinəsini iyləyən kimi qoxulayırsan sazı. O sənə layla deyir, sən də bizə...
   
   Hələ saçların qapqaradı... Neçə başlara qar ələmisən bu çalğınla, bilirsənmi...Yayın ortasında bu yaşıllıqda neçə-neçə yarpağı xəzələ döndərdiyini demirəm, hələ...
   
   Sazın ətini yeyə-yeyə ürəyimizi qana döndərirsən...
   
   İnsan qəlbini nəynən ovutsun, İlahi! Necə dərman tapsın ürək yaralarına?
   
   Sən də bir yandan sökürsən varlığımızı...
   
   Elə bilirsən, fərliyəm mən? O boyda dağı-daşı bir ovuc kül kimi üfürər könül ahlarım...Ağrımı içimə vururam sənə qulaq asanda...
   
   ***
   
   Gözüm qaldı siyah teldə,
   
   Bülbül öldü meyli güldə.
   
   Bir kəsim yox qürbət eldə,
   
   Sən mənə qəmxar ol, yaylaq.
   
   
   
   Bülbülə bəxt yazanın qələmi sınaydı. Hər şeyi bol-bol verdi ona. Gözəlliyi, zərifliyi, ətri... Amma tikanını da bol elədi. Tikandan yapdı qorumasını. Qoymadı bülbül binəva bir ürəknən dolansın gülün başına. Meyli olanın yanında başa vursun ömrünü. Kef düşdü xara-mərdimazara, ara vurana. Bir də şairlərə, söz qoşanlara... Əlinə qələm alan yazdı gülnən bülbülün qara bəxtindən, nakam taleyindən...
   
   
   
   Üstündən karvan yeriməz
   
   Sıxdı dumanların, dağlar.
   
   Yayda, qışda heç əriməz
   
   Quzeylərdə qarın, dağlar...
   
   
   
   Dağlardan da betər günə qoydun bizi. İçimizdə elə sıx dumanlar var ki, özümüz də azırıq, yol tapa bilmirik.
   
   Kim əridəcək, nə əridəcək ürəklərimizin buzunu?!.. Günəşin işığı, istisi çata bilmir oralara...
   
   Bu qədər doğmaların, yaxınların isində könül niyə qürbətdədi, bəs...
   
   
   
   ***
   
   O otlardan, o çiçəklərdən elə bizim kəndin qıraqlarında da var. Çıxar ayaqqabılarını, çirmə balaqlarını. Ayaqlarını astaca qoy torpağa. Gör iliyinə işləyən sərinlikdən ağlın başından gedir, getmir...
   
   Bir də bu çalğının yanğısı...
   
   Hələ o bir parça ağ bulud... Bizim Şamaxı dağlarında da var. Elə bil dünya yaranan gündən asılıb ordan. Nə şimşək parçalayır, nə yağış əridir. Bir topa ağ kədərdi donub dağların zirvəsində. Yolunu gözləyir bu torpağı qoyub gedənlərin...Dağın, dərənin, buludun, şimşəyin yaddaşı möhkəm olur. Adamların yaddaşından qat-qat möhkəm...Unutmağı bacarmırlar... Bağışlamağı da. Amma yol gözləməkləri var...
   
   Gedənləri qaytarmaqları da...
   
   
   
   ***
   
   Qırx ildimi, əlli ildimi qulaq asıram ona. Elə bilirdim anlayıram, duyuram, tanıyıram onu. Qiymətləndirə bilirəm. Yox, yox... Sən demə, heç nə başa düşməmişəm hələ...
   
   Hələ məktəb illərində haqqında yazı oxumuşdum. Məqalənin adını da, müəllifini də unutmuşam. Bir cümləsini isə yaddan çıxarmaq nəinki mümkün deyil, hətta günahdı. Yazırdı ki, Ədalət çalanda qəlbində simlərə yalvarır. Yalvarır ki, qırılmasınlar, onu yarıda qoymasınlar...
   
   İndi mən kimə yalvarım onu dinləyə-dinləyə?! Həmişə üz tutduğumuz Uca Yaradanı da rahatsız eləmək istəmirəm bu anda. Bilirəm ki, O da Ədalətə qulaq asır...Bu çalğı təkcə insanlar üçün deyil... Ayağı torpaqda olanın bu havaları dinləməyə gücü çatmaz. Qalxmalıdı... Başı buludlara dəyməsə, ruhu göylərdə dolaşmasa, "mən də nəsə eşidirəm, duyuram" deyə bilməz heç kəs...
   
   
   
   ***
   
   Daha qulaq asmayacam sənə. Zalımsan...Etdiyi zülmlərdən zövq alansan...
   
   Qulaqlarımı tutub qaçmaq istəyirəm sən çalanda. Param-parça ürəyimi qorumaq istəyirəm...
   
   Bilirsənmi, nədən ötrü?!...
   
   Ölənəcən səni dinləməkdən ötrü...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK