ANA SƏHİFƏ / YAZARLAR

Doktor dedi ki, yalnız...

Berti Foqtsun "Ərəb baharı", Səbuhi Məmmədlinin Suriya səfəri və başqa məsələlər

17238    |   2012-08-18 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Alman xalqının bizə əmanət göndərdiyi Berti Foqts az aşın duzu deyil a... Bütün dünyanın "Ərəb baharı" üzərində baş sındırdığı bir vaxtda futbol üzrə Azərbaycan millisinin alman baş məşqçisi bu problemi bir göz qırpımında həll etdi. Özü də Bakıxanov qəsəbəsi tərəfdə.
   
   Rəhbərlik etdiyi futbolçularla iki-üç ildən bir qələbə qazanan Foqts Ramazan ayında oruc tutan Bəhreyn yığmasının oyunçularını günün bu istisində Bakıxanov qəsəbəsindəki yarı uçuq-yarı sökük stadionda ora-bura qaçırtdı. Ərəblər bir də ayılıb gördülər ki, qapılarından 3 top buraxıblar. Bəs necə, yayın bu yandırıcı istisində saat 18-də futbol oynamaq sizə zarafat gəlməsin. Oyunun vaxtını məhz həmin saata təyin etmək ancaq alman Berti Foqtsun ağlına gələ bilərdi. İş o yerə çatıb ki, Bəhreyn yığmasını çalışdıran ingilis Piter Teylor da Bakının istisindən gileylənib. Teylor deyib ki, isti havada oyunu saat 18-ə təyin edib bizim oruc tutan futbolçularımızı ora-bura qaçırmaq heç yaxşı iş deyil.
   
   Bir vaxtlar "Tottenhem" kimi məşhur klubun şərəfini qorumuş Piter Teylor Bəhreyn millisinin baş məşqçisi kimi məğlub olsa da Bakıda keçirdiyi mətbuat konfransında müsbət insani keyfiyyətlərini ortaya qoydu. Məlum oldu ki, ingilis Teylor alman Foqtsdan fərqli olaraq çalışdığı ölkənin adət-ənənələrini dərindən bilir və belə incə məsələlərə sayğı göstərir. Üstəlik həmişə işinin başındadı. Son 1 ilin cəmi 4 həftəsini İngiltərədə keçirib. Qızının toy mərasimi ilə bağlı vətəninə getməli olub. Amma alman Foqts...
   
   Foqts ayını-gününü Almaniyada keçirir. Hərdən yadına düşür ki, AFFA ona bir vaqon maaş yazır, deyinə-deyinə gəlir Azərbaycana. Bir-iki gün fırlanıb qayıdır dədəsinin evinə. Nə dinimizə hörmət edir, nə dilimizə sayğı göstərir. Ramazan bayramı ilə Novruz bayramını bir-birindən ayıra bilmir. Dövlət Himnimizi öyrənmək istəmir. Açıq-açığına deyir ki, bunu heç məndən gözləməyin də...
   
   Bəhreyn millisinə yoldaşlıq oyununda qalib gələndən sonra bu alman məşqçi özünü lap qəhrəman kimi aparır. "Burda mənəm, Ağ Evə Obama"-deyib AFFA-nın dəhlizində gəzir. Guya böyük bir iş görüb. İsrail yığması ilə rəsmi oyundan öncə Bəhreyn futbolçularını Bakıya gətirib "Ərəb baharı"nı həyata keçirməkdə alman Foqtsun nəsə bir fırıldağı var. Allah betərindən saxlasın...
   
   Sonra elə anlaşılmasın ki, guya bütün iş-gücümü buraxıb ancaq millimizin Bəhreyni udması kimi sıradan bir olayla özümü məşğul edirəm. Qətiyyən belə deyil. Bütün tərəqqipərvər bəşəriyyətə qoşularaq Suriyadakı olayları təqib edirəm. Gözüm hər yerdə Bəşər Əsədi axtarır. Onu da başa düşürəm ki, durum həddindən artıq ciddidi. Əgər Lent. az portalı Səbuhi Məmmədlini Suriyaya göndəribsə deməli vəziyyət həqiqətən də çox ağırdı.
   
   Qələm əhli Səbuhi Məmmədlini yaxşı tanıdığından nəyə işarə vurduğumu yaxşı bilirlər. Getmədiyi yerdən reportaj yazmaqda usta olan Səbuhi indi Türkiyə-Suriya sərhədindən göndərdiyi reportajlarda poz verir. Yəni bu həna o hənadan deyil, vallah-billah bu dəfə həqiqətən də Suriya tərəflərdəyəm.
   
   Ürəyimə damıb ki, Səbuhi Məmmədli dünyanın Bəşər Əsəd problemini çözəcək. Obamanın, Pan Gi Munun, Putinin, Ərdoğanın bacarmadığı işi Səbuhi görəcək. Bu işdə o qədər əminəm ki, hətta öncədən Səbuhiyə şeir də yazmışam:
   
   
   
   Bu necə çətin dövrandı,
   
   Bəşər necə tərs oğlandı.
   
   Doktor dedi ki, yalnız
   
   Səbuhi ona dərmandı.
   
   
   
   Az qalıb, çox az. Bir-iki günə dünyanın Bəşər Əsəddən canı qurtulacaq. Görünür o hələ bizim Səbuhini yaxşı tanımır. Dördəlli yapışdığı hakimiyyətdən gedəndən sonra başa düşəcək ki, Səbuhi nələrə qadirdi.
   
   Atalar boş yerə deməyiblər ki, dinsizin öhdəsindən imansız gələr...


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK