ANA SƏHİFƏ / YAZARLAR

QƏBİR ZİYARƏTİNİN FAYDALARI

37017    |   2015-08-09 23:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan dünyaya gələn gündən hər gün addım-addım ölümünə yaxınlaşır. Yaranışla ölüm arasındakı cüzi məsafəyə həyat deyirik. Bizə bağışlanan, bu ömür deyilən zaman kəsiyi bəzən çoxlarına uzun görünür. Sanki heç ölməyəcəklərmiş kimi bu dünyadan dörd əlli yapışanlar haram yeməklə, pislik etməklə, ev yıxmaqla, qəlb qırmaqla təəssüf ki, özlərinin cəhənnəm odunu hazırladıqlarından xəbərsiz olurlar...
Yaşadığı müddət ərzində hərənin bir missiyası, arzusu, amalı, məqsədi olur. Bəzən də elə-belə məqsədsiz yaşayıb ömrü başa vuranlar da var təbii ki. Ölümsə hamını təəccübləndirir. Yaradılanın bir gün öləcəyini bilsək də, hər dəfə kimsə dünyasını dəyişəndə təəcüblənir, təəssüflənirik. Əsas məsələ isə bu dünyadan köçərkən insanın nə apara bilməsidir. Təbii ki, bu maddiyat olmayacaq. O dünyaya səfərində insanın götürə biləcəyi yeganə şey yaxşı əməl olur. Rəhmətlə xatırlanmaq, anılmaq üçün...
Qəbir ziyarətinin batil, məkruh və yaxud müstəhəb olması barədə islami inanclı insanlar arasında son vaxtlar çox mübahisələr olmaqdadır. Bu barədə səlahiyyətlilərin fikirlərini nəzərinizə çatdırmaq istəyirəm.
Əvvəla, qəbir ziyarəti insana ölümü və axirəti xatırladır və öz axirəti üçün ibrət almağı anladır (Müslim, Cənaiz, 108; Tirmizi, Cənaiz, 59; İbn Macə, Cənaiz, 47-48; Ahmed b. Hanbəl, Müsnəd, I/145).
İnsanı təqvaya yönəldir. Aşırı dünya istəyini və haram işləməyi əngəlləyir. İnsanı yaxşılıq etməyə yönəldir (İbn Macə, Cenaiz, 47).
Saleh adamların qəbirlərini, əsasən də Hz. Peyğəmbərin (s.a.s) qəbrini ziyarət, ruhlara fərəh gətirər və ali duyguların olmasına yardım edər. Hz. Peyğəmbin və Allahın dost qullarının qəbirlərini ziyarət üçün yolculuğa çıxmaq bəyəniləndir. Bir hadisi-şərifdə belə buyurulub:
"Kim, məni öldükdən sonra ziyarət edərsə, sanki hayatımda ikən ziyarət etmiş olur."(Mansur Ali Nasif, ət-Tac, əl-Camiul-Usül, II/190).
Ziyaret; insanın keçmişi, dini mədəniyyəti və tarixi ilə bağlarının güclənməsinə yardımçı olur.
Ziyarətin ölüyə faydası varmı?
Ana-ata, digər qohum-əqraba və dostların qəbirləri, ruhları üçün Allaha dua və istiğfar etmək məqsədiylə ziyarət edilir. Ölülər adına edilən xeyir duaların savabının onlara çatacağı səhih hədis və icma dəlili ilə sabitdir. Ölülər ziyarət edilərkən, onların ruhları üçün Allaha dua edilir, Quran oxunur, edilən yaxşılıqların savabı ona bağışlanır.
Qəbrə ağac əkmək savabdır. Əkilən ağac və bitkinin ölünün ruhundan əzabın xəfiflədilməsinə səbəb olacağına dair hədislər vardır. Xristiyanların etdiyi kimi qəbrə çələng aparmaq məkruhdu.
Dua və istiğfarın ölülərin ruhları üçün faydalı olacağını bu ayeti-kəlimə sübut edir:
"Ey Rəbbimiz, bizi və iman ilə bizdən öncə həyatdan köçmüş, iman etmiş olanlar üçün qəlbimizdə bir kin saxlama" (Haşr, 59/10).
Bu mövzuda varid olan çox hədis var (Ahmed b. Hanbəl, Müsnəd, II/509; VI/252; İbn Mace, Edəb).
Qəbrin başında istədiyin Quran ayələrindən oxumaq olar. Qəbir üstündə Quran oxunması sünnətdir. Çünki Quran oxumanın savabı orada olanlara çatır. Ölünün haqqında Allahın rəhməti umulur. Quran oxumanın ardınca qəbulunu umaraq ölüyə dua edilir. Çünki dua ölüyə fayda verir. (Vəhbə Zühayli, İslam Fikhi Ensiklopediyası, III/91-92)
Qəbri ziyarət edənlərin Yasin surəsini oxuması müstəhəbdir. Çünki Hz. Enesddən rəvayət edildiyinə görə, Rəsulullah (s.a.s) belə buyurub:
"Hər kim qəbiristanlığa girib Yasini oxuyar və savabını ölülərə bağışlayarsa, o gün Allah -Taala onların əzabını yüngülləşdirər. Özünün də bu qəbristanlıqdakı ölülərin sayı qədər savabı olar".
Hz. Peyğəmbər (s.a.s) belə buyurub: "Ölülərinizə Yasin surəsini oxuyun" (İbn Macə, Sünən, Cənaiz, 24; Əbu Davud, Sünən, Cenaiz, 4).
Qəbir ziyarəti edilərkən ölünün üzünə doğru dönərək salam verilməli və dua edilməlidir. Qəbri öpməkdən, üzünü-gözünü sürtməkdən və ətrafında dolanmaqdan (təvafdan) imtina edilməlidir. Çünki bu kimi davranışlar bidətdi və dində yeri yoxdu. (Gəzali, İhya, 1/473; İbn Kudamə, əl-Muğni, 2/422; Şevkani, Neylül-Evtar, IV/117-120;).
Qurani-Kərim hayatımızı tənzim edir. Allaha olan məsuliyətlərimizi göstərir, dünyaya gəliş gayəmizi, nələr etməli olduğumuzu, necə ibadət edəcəyimizi öyrədir və hər şeyin hikmət və mahiyətini anldır. Yəni, Qurani-Kərim bir zikr, fikir, dua və dəvət kitabıdır. Qurani-Kərimin təsir sahəsi sadəcə dünya ilə sərhədlənmir. Onun mömin ruhlara verdiyi feyz həyatdaykən bitmir, eyni şəkildə qəbir aləmində də davam edər, orada ikən də ruhlarımızı şənləndirir, qəbrimizdə nur və işıq olur.
Ölənlərimizin ruhuna Qurandan nələrin oxunması gərək olduğu haqqında Peyğəmbərimiz (s.a.s) belə tövsiyə edir:
"Yasin, Qurnın qəlbidir. Onu bir kimsə oxuyar və Allahdan axirət səadəti diləyərsə, Allah onu məğfirət buyurar. Yasini ölülərinizin üzərinə oxuyun" (Müsned, V/26). Yasin surəsini həm ölüm yatağında olan xəstəyə oxunmaq, həm də ölmüş möminlərin ruhuna bağışlanmaq olar.
Qəbirdəki yaxınlarımız davamlı surətdə bizdən yardım gözləməkdədilər. Bizdən gələcək bir dua, bir Fatihə, bir İxlasla nəfəs ala biləcəklərini düşünün. Çünki qəbir o qədər çətin şərtlərlə iç-içədir ki, ən kiçik bir mənəvi yardım belə onun ruhunu sərinlədəcəkdir. Bir hədisdə Peyğəmbərimiz (s.a.s) belə buyurur: "Ölən qəbrinin içində boğulmak üzrə olub imdad istəyən biri kimidir. Atasından, yaxud qardaşından və ya dostundan özünə çatacaq duanı gözləməkdədir. Nəhayət dua ona çatdığında, bu duanın savabı ona dünya və dünyada olan hər şeydən daha qiymətli olur. Mütləq həyatda olanların ölülər üçün hədiyyələri dua və istiğfardır"(Mişkatü:::l- Mesabih, 1/723).
"Peyğəmbərimiz "Məni qəbrimdə ziyarət edən, gerçək həyatda ziyarət etmiş kimidir. Mən onun verdiyi salamı alaram. Qəbirləri ziyarət edin çünki qəbir insana axirəti xatırladır, öz ölümünü xatırladır" deyə buyurur.
Bəzən ölənlərinin üstündə saçını yolaraq, üz-gözünü cıraraq fəryad edənləri görürük və kənd qadınlarının "əhsən belə qıza, gör anasını necə ağladı!" kimi ifadələri də eşidirk. Sakit ağlayan övlada, bacıya, anaya isə irad tuturlar: Necə anasan (yaxud bacısan, övladsan), səsin də çıxmır. Düzü bu da cahilliyin, nadanlığın bir formasıdır. Çünki o iradı bildirən adam ölü sahibi qədər içdən yana bilməz bu itkiyə. Amma o ifadəni işlətməkdə məqsədin nə olduğunu anlamıram. Bəzənsə bu iradları eşitməmək üçün artistlik edənlər də olur. Bu lap gülməlidir. Od düşdüyü yeri yandırar. Başqalarının sənin dərdini düşünəcəyi yoxdusa, sən niyə ölünü yox, onların nə deyəcəyini düşünürsən. Onsuz da nadan elə nadandı - qeybət eləməyə bir mövzu tapacaq.
İslam bunları qadağan edir. Həzrət Peyğəmber (s.a.s) ağlamaqdan başqa, şüvən qoparmaq, Allahın rizasına qarşı gəlmək, üsyan etmək kimi şeyləri qadağan edir.
Peyğəmbərimiz (s.a.s) oğlu İbrahimi dəfn edərkən gözlərindən yaş gəlir. Əshabə soruşur: "Sən bizə ağlamağı qadağan etdin, amma özünün gözlərindən yaş gəlir". Hz.Peyğəmbər (s.a.s), "Qəlb üzülər, göz də yaş tökər, bu insanın normal halıdır. Mən övladımı itirmişəm, kədərlənmərəmmi. Mənim qadağan etdiyim bağıraraq, çığıraraq, Allahın əmrinə üsyan edərək, şüvən qoparmaqdır. Yoxsa insan qəbrə getdiyi zaman əlbətdə hüzünlənər", deyə buyurur".
Hz. Əli (ə) deyir: "Biz bir cənazə vəsiləsiylə Bakiul-Ğarkadda idik. Rəsulullah (s.a.s) gəldi və yanımıza oturdu. Biz də ətrafında oturduq. Əlində bir çubuq vardı. Çubuğuyla yerə bir şey çızmağa başladı. Sonra; "Sizdən elə biri yoxdur ki, bu an Cənnət və ya Cəhənnəmdəki yeri yazılmamış olsun!" buyurdu. Camaat; "Ey Allahın Rəsulu! Elə isə haqqımızda yazılana etimad edib dayanmalıyıqmı?" soruşdular. "Çalışın! Hər kəs özü üçün yaradılmış olana yetəcəkdir. Cənnətlik olanlar, səadətə aparan əməldə müvəffəq olacaq, pis əməllər əhli olanlar da öz layiqli yerinə götürən əməldə müvəffəq olacaq!"-buyurdu.
Təəssüf ki, qəbir ziyarətləri də çoxlarına bir şey ifadə etmir. Əgər hökmün mənası axirəti xatırlamaqdısa, indi bəziləri məzarları ziyarət etməsə də olar. Baxmayaraq ki, bu ziyarət nemətlərin qədrini bilmək, qiymətini anlamaq, həyatın müvəqqəti, aparacağımız yalnız yaxşı əməllər olduğunu bilməmiz üçündür, neyləyək ki, bu gün insanların bunu anlamayacaq qədər qəlbləri ölüb. Çox az insan ətrafına baxıb, özü üçün ibrət götürmək iqtidarındadır.
Bunları yazarkən Türkiyəli dostlarımızı xatırladım - hər cümə günü ölənlərini, əsasən də atasını ziyarət etməni təxirəsalınmaz bir işi hesab edən Ahmet abi və ailəsini. Saleh əməl sahibi, axirətini daim düşünən bu insanı tanımaq, qəbir ziyarətinin fərzləri haqda yazdıqlarıma gözəl bir nümunə ola bilər.
Bu dünyadan, maddiyatdan dörd əlli yapışıb haqlara girənlər, yetim malı yeyənlər, qəlbləri qıranlar! Müqəddəs kitabımızda qəlb qırmaq insan öldürməyə bərabər tutulur. Unutmayın ki, Cəhənnəmin istisi bu gün Bakıda olduğu qədər - 50% deyil. Özünüzlə oraya daşıyacağınız alovu azaldın, yox edin, dünya istəyindən baş qaldırıb axirəti də düşünün, Allaha iman gətirin! Allah sizləri hidayət eləsin!!!





YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK