ANA SƏHİFƏ / YAZARLAR

İYİRMİ BEŞ İLLİK YOL…

Arxada qalan illərə baxış

229921    |   2016-07-25 10:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ön söz əvəzi:

Bu yazı 25 yaşımızda yazılmışdı, şükürlər olsun ki 26-da gördük, düşündüm ki, 26-da elə 25 gəlib çatdığımız kimi gəlib çatmışıq. Ona görə də , əsrin dörddə birinin havasını təkrar etməyə dəyər.


Hə, bu da 25 il!.. Düz 25 il  bundan öncə Azərbaycan adlı məmləkətdə «Ədalət» adlı qəzet dünyaya gəldi… Düz 25 il bundan öncə həmin o Azərbaycan adlı məmləkətin «Ədalət» adlı qəzeti müstəqil mətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. Yəni bu məmləkətdə azad sözün, azad jurnalistikanın nəfəsini, hərarətini oxucu üzünə açdı «Ədalət». Hər kəs qəzeti ilk dəfə olaraq birinci səhifədən oxumağa başladı. Bu, «Ədalət»in uğuru idi, bu, «Ədalət»in yolu idi. Və 25 ildir ki, bu yol belə də davam edir…

Bəlkə də 25 rəqəmi bir riyazi yanaşma baxımından o qədər də böyük önəm kəsb etmir. Amma 25-i yaş kimi görəndə, təqdim edəndə istər-istəməz gözünün qarşısında boylu-buxunlu, yumruqları düyülmüş, sözü ötkəm, səsi qətiyyətli bir lay divar oğlan canlanır. Deməli, ona güvənmək də olar, ona iş də tapşırmaq mümkündü və hətta ondan qəhrəmanlıq da ummaq. Bax, bu  mənada 25 yaşlı «Ədalət» dolanbac yolları, ağrılı-acılı günləri, Qarabağsız ayları, şəhid qanlarını, ölkədəki xaosu, qardaş qarşıdurmasını və nəhayət, uğurlu bir inkişafı öz canına-qanına hopdura-hopdura, köynəyindən keçirə-keçirə gəlib çatdı sizli-bizli bu günlərə – yəni 25 yaşa!..


Bəli, indi oturub bu 25 illik yolu kimlərlə, necə gəldi düşünürəm… Hansı  çətinliklərdən keçdiyimizi, hansı uğurları qazandığımızı muncuq kimi sapa düzürəm. Bu məqamda ürəyimin dağ boyda olduğu anları da qürur hissi ilə yaşayıram. Üzüldüyümüz məqamları da kədərlə xatırlayıram. Çünki bu bizim həyatımızdı, bu bizim ömür yolumuzdu və bu yolda biz ilk addımları «Azərbaycan» nəşriyyatının 2-ci mərtəbəsində dizimizin üstündə dəhlizdə atmışıq. Ürəyimiz əsə-əsə, həyəcandan əlimiz titrəyə-titrəyə dünyaya bir «Ədalət» gətirmişik. Özü də bu «Ədalət» indiki texnikanın olmadığı, sovet dönəminin primitiv çap maşınları ilə yığılıb işıq üzü görübdü. Onun dünyaya gəlməsində dəyərli Adil Minbaşının, qəzetin ilk redaktoru Aqil Abbasın və onların ətrafında toplaşan Babək Yusifoğlunun, Faiq Qismətoğlunun, Rəşid Faxralının, Lətif Süleymanlının, Məhəmmədəli Mustafanın, Əyyub Kərimovun əməyi danılmazdır. Üstəlik, dünyaya ilk sözünü çatdıran «Ədalət»in bir pöhrə kimi böyüməsində, bir ağac kimi qol-budaq atmasında həmin illərin ziyalılarının, aydınlarının dəstəyi, təqdim etdikləri sanballı materialları doğru sözün həsrətini çəkən oxucular üçün sanki göydəndüşmə olmuşdu. Hamı səbirsizliklə məmləkətimizdə öz izini açan, öz işığını yandırıb hər kəsi ətrafına yığan «Ədalət»in növbəti saylarını gözləyirdi. Hər yeni nömrə oxucuya yeni imzalar da təqdim edirdi. Artıq «Ədalət»in oxucuları mərhum Mirmayıl Cəbrayılovu, Baba Pünhanı, Adil Mirseyidi, Yusif İsmayılı, Yusif Misiroğlunu, Əliyusif Məmmədovu, Pərviz Əliyevi, Ərşad Mirzəni, Oqtay Salamovu, Qeyrət Quliyevi, Çingiz Ələkbərzadəni, Vahid Əlifoğlunu, Tofiq Abdini, Söhbət Səfərlini, Vəsilə Usubovanı, Oqtay Abbasovu, Nəriman Səttaroğlunu, Vaqif Əliyevi sözündən tanıyırdılar. Eləcə də «Ədalət»i oxuyanlar Kamran Nəzirlini, Adil Şirini, Vaqif Bəhmənlini, Rəşad Məcidi, Asif Mərzilini, Asif Talıboğlunu, Daşdəmir Əjdəroğlunu, Nazim Ağamirovu, Faiq Sadıqovu, Zaur Vəliyevi, Mehman Cavadoğlunu, Vahid Qazini, Etibar Cəbrayıloğlunu, Şakir Qurbanovu, Şakir Həşimovu, Ceyhun Musaoğlunu, Nicat Bəşirzadəni, Nicat Rüstəmovu, Elçin Namazı, Rəhman Hacıyevi, Qələndər Xaçınçaylını, Surxay Əlibəylini, Yusif Rzayevi, İsrafil Quliyevi, Səxavət Məmmədovu, Nərgiz Cabbarlını, Murad Nəbibəyovu, Asəf Quliyevi, Füzuli Rüzgarı, Kərim Kərimlini, Kənan Hacını, Hidayət Elvüsalı, Bəsti Əlibəylini, Ağakişi Bahaduru, Samir Sədaqətoğlunu, İqbal Aydınoğlunu, Qəşəm Nəcəfzadəni, Əsəd Cahangiri, Vaqif Yusiflini, Əlövsət Bəşirlini, Sevinc Seyidovanı, Qərənfil Dünyaminqızını, Xatirə Hafizqızı,  Möhtərəm Rəcəbovanı, Ülviyyə Rzayevanı, Kamil Rzakovu, Qəşəm Həşimovu, Rüstəm Hacıyevi, Elşən Quliyevi, Gültəkin Qəhrəmanlını, Vüqar Tofiqlini, Elnur Astanbəylini, Nicat Qafuroğlunu hər gün qarşılayır və onların bir-birindən maraqlı yazılarının yaratdığı ovqatın aurasında sabaha böyük ümidlər bəsləyirdilər. Şükürlər olsun ki, həmin ümidlər az-çox fərqlərlə öz təsdiqini tapdı.

Bəli, «Ədalət»in şinelindən çıxıb indi Azərbaycan mətbuatında böyük nüfuz qazanan, imzasını hər kəsə birmənalı şəkildə sevdirən yazarlar, redaktorlar bu gün öz yolları ilə getsələr də, amma onların müstəqil məmləkətdə ilk sözlərini oxucuya çatdıran «Ədalət» oldu. Sevindirici haldır ki, dünyasını dəyişmiş həmkarlarımız, əməkdaşlarımız öz sağlıqlarında «Ədalət»in səhifəsində olan möhürlərini, yəni imzalarını son anlarına qədər sədaqətlə, şərəflə qorudular və bu dünyadan köç edəndə onların yarımçıq qalan fikirləri, deyilməmiş sözləri tirajlanan «Ədalət»də  susmadı, dayanmadı. Əksinə, onların ruhu da, sözü də bizimlə qaldı, həm də bizim oxucularla.

Bəli, mən 25 il yol gələn «Ədalət»in bu günündən üzü geri boylananda bir məqamı da gördüm və onu xüsusi vurğulamaq istəyirəm. Belə ki, «Ədalət»in təqdimatı ilə «Ədalət»in şinelindən çıxıb müxtəlif vəzifələrə, xüsusilə hüquq-mühafizə orqanlarına işə gedən kifayət qədər müəlliflərimiz olub. Onlar bu gün də vəzifə sahibidilər və bu gün də «Ədalət» onlar üçün doğmadı. Onların arasında Elşad Əliyev, Rafiq Abbasov, Nazim Ağamirov, Elşad Həsənov, Amil Dosiyev, Aydın Ağazadə, Faiq Sadıqov, Rövşən Əhədoğlu və başqaları da var. Deməli,  bütün bunlar göstərir ki, «Ədalət» bir  xalq qəzeti olaraq ilk gündən atdığı doğru, dürüst və ədalətli addımını bu gün də yaşadır, bu gün də davam etdirir. Təbii ki, indi onun ilk baş redaktoru millət vəkili olmaqla yanaşı, həm də qəzetin təsisçisidi və ilk baş redaktoru Azərbaycanın «Əməkdar jurnalist»i, dəyərli yazıçı-publisist İradə Tuncay əvəz edibdi. İndi İradə xanımın rəhbərliyi altında «Ədalət»in köhnə, yəni ilk komandasından olan Babək Yusifoğlu, Faiq Qismətoğlu, Məzahir Əhmədoğlu, Yaşar Nəbiyev, İslam Niftiyev, eləcə də yeni «Ədalət»çilər hər gün sizin oxucu süfrənizə özlərinin dövlətə, dövlətçiliyə, xalqa xidmət edən fikirlərini təqdim edirlər. Mən bu bir növü xatırlatma xarakterli yazını bilgisayara diktə edəndə yaddaşımı demək olar ki, xeyli sağa-sola vərəqlədim. Çalışdım ki, heç kim yaddan çıxıb kənarda  qalmasın. Çünki bizim unutmağa haqqımız yoxdu. Ən azından «Ədalət»çi olduğumuz üçün!..


Və bu yazıya son olaraq demək istəyirəm ki, biz 25 ili bir ailə kimi necə yaşadıq, onu sizdən gizlətmədik. Nə qazandıq sizin gözünüzün önündə oldu və bir də adımızın saflığını, sözümüzün kəsərini sizə güvənib yaşatdıq. Bunun üçün «Ədalət»çilər olaraq Sizə, yəni bizə dayaq olan oxucularımıza təşəkkür edirik. Sağ olun ki, bizi yaşatdınız! Sağ olun ki, bizi yaşadırsınız! Biz də çalışacağıq ki, bu 25 ildə sizinlə olduğumuz kimi, bundan sonra da sizinlə olaq! Bizim və Sizin 25 yaşımız mübarək!!!

 


Köhnə «Ədalət»çi Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK