warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | ÖLÜMÜN ALNINA ADINI YAZDIN... Adalet.az | ÖLÜMÜN ALNINA ADINI YAZDIN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖLÜMÜN ALNINA ADINI YAZDIN...

Vətən, başın sağ olsun!

18310    |   2012-04-20 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)
   
   
   
   Elə mən bu duyğuların içərisində Elşadın Sevinci ilə danışmaq, onun fikirlərini dinləmək istəyirəm. İnanın, bəlkə də o səsi ömrüm boyu unutmayacam. O səsdəki kədəri, o səsdəki sevinci, o səsdəki işığı, o səsdəki inamı, o səsdəki titrəyişi, o səsdəki qeyri-adiliyi dinlədikcə mən bəlkə də təkcə ölüb-dirilmədim, həm də bu dünyanın namərdliyinə açıq-aşkar üsyan etmək, lənət oxumaq, tüpurmək istədim. Güllənin namərd olduğunu bilirdim, amma, sən demə, namərd təkcə güllə deyil, həm də tətikdi, həm də tətiyi çəkən barmaqdı, həm də nişan alandı. Bir sözlə, bu dünyanın özüdü. Bilmirəm, harda oxumuşam, yoxsa eşitmişəm belə bir söz var: "qəhr olası dünya!!!" Görünür, bu qəhr olası dünya hələ çox namərd barmaqların, tətiklərin, güllələrin, insanlığın qəsdinə duranların nazı ilə oynayacaq, onlara meydan olacaq. Nə isə...
   
   - 2004-cü il idi. Oktyabr ayında məscidə getmişdim anamla. Namaz qıldıqdan sonra müəyyən məsələlərə aydınlıq gətirmək üçün ətrafa diqqət yetirəndə gözlərimiz sataşdı. Ondan sualıma cavab istədim. Çox təmkinlə, məntiqlə, özü də əsl din adamı kimi mənə hər şeyi izah etdi. Onu dinlədikcə içimdən qəribə hisslər gəlib keçirdi. Hiss edirdim ki, mənə nə isə olur. Sonralar hisslərimdə yanılmadığıma əmin oldum. 2004-cü ilin oktyabrından başlanan bu tanışlıq 2006-cı ildə bizi birləşdirən nişanla, toyla ömrümüzə həkk olundu. Təkcə yollarımız yox, ömrümüz də, taleyimiz də birləşdi. İl yarım nişanlı yaşadıq, bir-birimizi dərindən öyrəndik. Həmin il yarım ərzində bir dəfə də olsun onun vədinə xilaf çıxdığını, nəyisə düz demədiyini, hansısa məsələdə məni ustalıqla "yola verdiyini" hiss etmədim. Vəd verdiyi görüşə gələ bilməyəcəyini dəqiqləşdirib həmin vaxtdan azı bir saat əvvəl gələ bilməyəcəyini xəbər verirdi. Heç vaxt məni gözlətmirdi. Bir yerdə olanda da hiss edirdim ki, içində bir narahatlıq var. Soruşanda təbəssümlə deyirdi:
   
   - Sevinc, özün bilirsən ki, bizim işimiz bir az fərqlidi. Hər dəqiqə zəng gələ bilər. Ona görə məni başa düşməyə çalış.
   
   Mən də onun dediklərinə artıq öyrənimşdim. Səhər işə yollananda heç vaxt demirdi ki, axşam qayıdanda filan işi görərik. Həmişə sağollaşıb, "hələlik" deyib gedirdi. Mən də bilirdim ki, o "hələlik" deyibdisə, bu axşam, sabah evə gəlməsin. Ancaq telefon əlaqəsini heç vaxt kəsməzdi. Harda olmasından asılı olmayaraq, imkan düşən kimi zəng vurar, məni, uşaqları soruşardı, narahatlığımıza son qoyardı. Bizim toyumuz 2006-cı ilin aprel ayında olub. Həmin gündən mən artıq birmənalı olaraq özüm üçün qətiləşdirmişdim ki, biz hər şeyə hazır olmalıyıq. Çünki onun işi risklərlə dolu idi. Hər dəfə evdən çıxanda hamımızla möhkəm-möhkəm görüşürdü. Qayıdanda da yenə həmin istəklə bizi bağrına basırdı. Suallarımın cavabında həmişə susurdu, yalnız uşaqlardan danışırdı. Onları necə böyüdəcəyindən, necə istiqamətləndirəcəyindən söz açırdı. Televizorda MTN-nin əməliyyatlarından söz gedəndə üzünə baxırdım. Məni anlayırdı və bircə kəlmə deyirdi:
   
   - Mən də orda olmuşam!!!
   
   Hər dəfə evdən çıxanda uşaqları mənə, məni də Allaha tapşırırdı. Deyirdi bir-birinizdən muğayat olun.
   
   Həmin gün çox narahat idim. Gecəni yata bilməmişdim. Səhər oyanan kimi ona zəng çaldım, telefonu bağlı idi. Əməlli-başlı narahatlıq keçirirdim. Qərar tapa bilmirdim. Sonra zəng gəldi. Və... (Ağlayır). İndi onun yoxluğuna inanmaya-inanmaya öz-özümə söz vermişəm ki, oğlanlarımızı atalarının adına layiq böyüdəcəm. Elə edəcəm ki, onlar ataları ilə qürur duyduğu kimi, atalarının ruhu da onlarla qürur duysun. Böyük oğlum Əmmar müəyyən məqamları duyur, amma büruzə vermir. Naim isə hələ 7 aylıqdır, onun heç nədən xəbəri yoxdur. Necə bir ata itirdiklərini böyüyəndə biləcəklər...
   
   Sevinc xanım danışdıqca mən də öz-özümə düşünürəm ki, belə bir atanın övladı olmaq həqiqətən qürurludur. Birdən yadıma məclisdə Elşadın qardaşı Elnurun söylədikləri düşür. Elnur dedi ki:
   
   - Qardaşım uşaqlarının adını özü qoydu. Biz bunu gözləmirdik. Adətən biz tərəflərdə uşağın adını böyüklər qoyur. Amma gözlədiyimiz halda Eşad özü dedi ki, oğlumun adını Əmmar qoyuram. İlk dəfə eşidirdim bu adı. Təəccüb və maraqla üzünə baxdım. O da təbəssümlə bildirdi ki, Əmmar İslam dininin ilk şəhididir. Yəni din yolunda ilk şəhid gedən Allah bəndəsinin adı Əmmardı. İşə bax, talehə bax, şəhidinin adını daşıyanın atası da şəhid oldu. Balaca Naimin də adını özü qoydu, onu da türklərdən götürmüşdü. Amma niyə, bax, onu bilmirəm.
   
   - Elnur müəllim, siz özünüz də mundir geyinmisiniz, yəni polis mayorusunuz. Qardaşınızın hansı xarakterik cəhəti sizin üçün diqqətçəkən olub?
   
   - Ən əsası o həm idmanı, həm də musiqini çox sevirdi, gözəl şəkillər çəkirdi. Qarmonda xalq musiqilərini elə ifa edirdi ki, adamın ruhu rahatlıq tapırdı. Digər tərəfdən ərəb dilini gözəl bilirdi. Ümumiyyətlə, biz dinə bağlı ailəyik. Nəslimiz Qara Seyidin şəcərəsindəndi, seyid Həcərin nəvələriyik.
   
   Həmişə namaz qılıb, oruc tutub. Heç vaxt ucadan danışdığını eşitməmişəm. Dostları çox az idi, hər adamla dostluq etmirdi. Amma istənilən mövzuda onunla danışmaq həm xoş idi, həm rahat, bircə öz işindən başqa. Mən də hüquq-mühafizə orqanında işləyirəm. Amma bir dəfə də olsun o, öz işi barəsində mənimlə də söhbət etməyib. Bir də ki, mənim qardaşım çox inadcıl idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün gücünü sərf etməkdən yorulmur, bezmirdi. Görünür inadkarlığı, intizamlı olmağı və bir də dəyanəti onu hamıya sevdirmişdi. Mən onunla qürur duyuram. Çünki o, söz düşəndə deyirdi ki, zabit üçün ən böyük şərəf vətən yolunda şəhid olmaqdı, düşmənə qalib gəlməkdi.
   
   O, həmin şərəfi qazandı. Onun şəhid olması xəbərini eşidəndə bir anlıq ürəyim sanki dayandı. Sonra hardansa mənə qeyri-adi bir güc, dözüm gəldi. Görünür bu, bizim Allaha bağlılığımızdan qaynaqlanır. Axı şəhidin yeri Tanrı dərgahındadır.
   
   Polis mayoru Elnur Quliyev danışdıqca mənim yadıma Ramiz Rövşənin misraları düşür. Ramiz Rövşən yazır:
   
   
   
   Bu nə səsdi, bu nə azan,
   
   Xəbər gəlir ölümdən
   
   Yer axtarma qəbir qazan-
   
   Mən durmuşam yerimdə...
   
   Doğrudan da şəhid üçün Tanrı dərgahı varsa, onu yer üzündə axtarmağın məncə heç mənası yoxdur. Axı bir də Tanrı sevdiklərini daha tez öz ucalığına qaldırır. Həmin ucalıqda da bir əbədiyyət var. Bu əbədiyyəti hər kəs qazana bilsə, yer üzü yəqin ki, cənnət olar...
   
   Oğul atası, qəhrəman övlad böyütmüş Vəli həkimlə söhbət etmək də mənim üçün asan olmadı. Onun qüruru, dözümü, cərrah mətanəti, iradəsi heyrət doğursa da, ancaq səsindəki azacıq titrəyiş adama dərhal təsir edir. Vəli həkimin dedikləri:
   
   - Oğlanlarım qoşa gələndə həmişə birinci Elşada diqqət yetirmişəm. Addımları çox qətiyyətli olurdu. Yerişindən, pəhləvan görkəmindən bir zəhm tökülürdü. Amma di gəl ki, danışanda doğmaların arasında ipək kimi olurdu. O biri oğlumun xətrinə dəyməsin, mən onunla özüm də bilmədən nədənsə daha çox qürur duyurdum. Bilmirəm bu hiss hardan ürəyimə dolmuşdu. Bəlkə də onu vaxtından əvvəl itirəcəyim mənə bu yolla xatırladılırdı. Amma indi ona təəssüf eləyirəm ki, Elşadın çox işləri yarımçıq qaldı. Bu təəssüflə yanaşı, həm də sevinirəm ki, Elşad vətən üçün şəhid oldu və bir də ölkə prezidentinin onun xidmətlərinə verdiyi qiymət mənə təsəlli oldu. Bir daha inandım ki, vətən öz şəhidini unutmur.
   
   Atanın titrəyən səsi gah ciddiləşir, gah da həlimləşirdi. Açığı onun dediklərinin hamısını yaddaşıma köçürüb yaşatmaq gücündə deyiləm. Çünki belə bir itkinin yaratdığı mühit məni də əməlli-başlı öz qoynuna alıb. Mən də köməyimə çatan Ramiz Rövşənin misralarına söykənib dururam.
   
   
   
   bizdən ayrılıb
   
   ən əziz dostun
   
   yanına getdin
   
   daha nə dərdin?-
   
   yanında dostun var
   
   Allah kimi!...
   
   
   
   Mən bu yazını yazdıqca öz-özümə fikirləşirəm ki, görəsən bəzi həmkarlarım niyə Gəncə hadisələrində dövlət tərəfindən qınanan, ittiham olunan, günahlandırılan tərəflə daha çox maraqlanır. Amma dövlətin mənafeyini qoruyan, xidməti vəzifəsini yerinə yetirən polkovnik-leytenant Quliyev Elşad Vəli oğlunun, eləcə də onun çiyindaşları barəsində susurlar. Məgər vəzifə borcunu yerinə yetirən unudulmalıdı? Onun haqqını kimsə dilə gətirməməlidi? Hər halda, ən böyük həqiqətin kimin tərəfində olduğunu Tanrı daha gözəl bilir və xidməti olanın da mükafatını Tanrı ilə yanaşı, dövlət də həmişə verib və qiymətləndirib. İndi oxuyacağınız bu sərəncam dövlət başçısı tərəfindən imzalanıb.
   
   
   
   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
   
   
   
   Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq və terror aktları planlaşdıran silahlı qrupun zərərsizləşdirilməsində göstərdiyi xidmətlərə görə, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev (ölümündən sonra) "Azərbaycan bayrağı" ordeni ilə təltif edilsin.
   
   
   
   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
   
   
   
   Bəli, bu artıq Elşad Quliyevin göstərdiyi qəhrəmanlığın rəsmi təsdiqidir. Onun ruhunun rahatlığı yəqin ki, övladlarının xoşbəxt günləri ilə yanaşı, Azərbaycanın əbədi müstəqilliyi və torpaqlarının bütövlüyü ilə tapacaqdır. Çünki o, canından artıq sevdiyi dövlət üçün, müstəqil Azərbaycan üçün şəhid olub. Ruhu şad olsun!


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK