hacklink Adalet.az | DAĞLIQ ALTAYDAN-2 Adalet.az | DAĞLIQ ALTAYDAN-2 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DAĞLIQ ALTAYDAN-2

51068    |   2015-07-11 08:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyun ayının 23-ündən bəri Dağlıq Altaydayıq. Uzun illər buraların həsrətini çəkmişdim. Atalar deyib, niyyət haradırsa mənzil oradı. Ulu Tanrı da mənim niyyətimi müsbət qəbul elədi və buraları gəlib görə bildim.
Dağlıq Altayda qaldığımız bu neçə gündə özümü heç qərib hiss etmədim, çünki gəzib-gördüyüm yerlər o qədər doğmadı ki, sanki Türkiyədəyəm və ya Azərbaycanın hər hansı bir guşəsindəyəm, ya da doğma kəndimizdəyəm.
Ayın 28-də dostlarım Namiq Hüseynov və Əhməd Oğuzla birlikdə Dağlıq Altayın eyni adı daşıyan paytaxt şəhərinə getdik. Bizi şəhərin yaxınlığında yərləşən Mayma kəndində 1991-ci ildə Antalyada keçirilən Türk Dünyası Qurultayında tanıyıb dostlaşdığım Ejer Çolakov qarşıladı. O vaxtlar cavan bir oğlan olsa da indi artıq saçlarına dən düşüb.
Ejer Bəy Dağlıq Altayda yaşayan Tarduş tayfasındandı. Sir-sifətindən, gözlərinin halələrindən və onların yaydığı enerjidən öz kimliyini tərəf müqabilinə çatdırırdı, əlbəttə onu başa düşənə. Heç danışmasa da gözlərinə baxıb ürəyindən nələr keçdiyini başa düşürdüm. 1988-ci ildə həyat yoldaşım Fatma xanımla Azərbaycanımıza gəldiyim vaxtlar hansı hissləri keçirmişdimsə o hisslərin yaratdığı duyğu dalğalarında ikinci dəfə idi ləzzətlə üzürdüm.
Ejer bəyin bölgə ilə bağlı verdiyi bir neçə maraqlı məlumatları oxucularımla bölüşmək istədim. Dağlıq Altay türkləri öz tayfalarından olan qızlarla əsla evlənib ailə qurmazlar, çünki o boyun qızları onlar üçün bacı kimidi. Dədə Qorqudda da ailə qurma gələnəyi belə deyildi, İç Oğuz Taş (Dış) Oğuzdan evlənmirdi? Dağlıq Altayda 150-yə qədər türk tayfası var və əhalinin sayı 90 minə qədərdi. Bu tayfaların 30 faizi monqol köklüdü, ancaq onların tamamı türkləşib, yalnız bəzi monqol sözləri Altay Türkcəsinə hopub. Ejer bəyə özümün Bayat tayfasından olduğumu söylədikdə, heyrətlə üzümə baxdı və bizdə də Bayat boyu var - dedi.
Ehey ulu babalarımız, uzaq Sibirdən Balkanlara kimi səpələnə-səpələnə gedib çıxıblar və hara gediblərsə o bölgələrdə öz köklərini də yerləşdiriblər.
Ejer bəyin köməyi ilə Türkiyədə "Altay Bilik" adlı əsərini çap etdirdiyimiz Nikolay Şodoyevin gəlini Natalya xanımla əlaqə saxladıq. Əslində daha əvvəlcə mən nə rusca, nə də Altay türkcəsində danışa bilmədiyimdən Əhməd Oğuz vasitəsilə ona zəng vurmuşduq. Natalya xanım ancaq Dağlıq Altaya getdikdən sonra özüylə əlaqə saxlamağımızı və indidən Nikolay Şodoyevə gəldiyimizi söyləməyi məsləhət bilmədiyini, kişinin bu qoca vaxtında həyəcana qapıla biləcəyini söyləmişdi. Biz də gözləyib şəhərə getdikdən sonra zəng vurmuşduq. Şodoyev Ust Kan qəsəbəsinin Möndür Sokkon kəndində yaşayır və bura Monqolustanla sərhəddir. Sərhəd olduğuna görə də daha əvvəlcədən icazə alınmalıymış. İcazəm olmadığına görə vəziyyəti Natalya xanıma çatdırdıq və o da qayınatası Şodoyevə söyləyəcəyini bildirdi. Bir saat sonra zəng etdi ki, Şodoyevin özü Dağlıq Altaya gələcək və mənimlə görüşəcək.
Möndür Sokkonla Dağlıq Altayın arası 270 kilometrdi. Düzünü deyim Şodoyevin gəlişinə sərhədsiz dərəcədə sevinsəm də, həddən artıq narahatlıq hissi keçirirdim, çünki qoca kişinin o boyda əziyyət çəkməsinə səbəb olurdum. Bizim gələnəyimizdə böyük kiçiyin yox, kiçik böyüyün ayağına gedər. Bu fakt məni dəhşətli narahat elədi, ancaq nə edə bilərdim ki, məndən asılı olmayan atmosfer hər bir şeyə hakimdi.
Ejer bəy bizi Dağlıq Altaydakı El Muzeyinə apardı. Namiq Hüseynov və Əhməd Oğuzla birlikdə muzeyi gəzdik. Olduqca maraqlı arxeoloji tapıntılarla üzləşdim və hamısını kamera ilə qeyd ettim. Muzeydə Türkiyə türkcəsini yaxşı bilən Anatoli adlı bir muzey işçisi mənə kömək oldu.
Ertəsi gün Ejer bəy qaldığım pansionata Amır Aytaşev adlı bir dostu ilə gəldi. Amır Bəy jurnalistdi və Türkiyə türkcəsini çox yaxşı mənimsədiyi aydın görünürdü, özü də Dağlıq Altayda yaşayan İrkit boyundandı, tarix fakültəsini bitirib. Biraz sonra pansionatın qabağında bir maşın dayandı, bir xanımla bir bəy endi. Ejer bəy onları mənimlə tanış elədi. Gələn şəxs, Altay Kubaşov adlı bir qardaşımızdı, özü "Çemal Aymak" qəzetinin baş redaktorudu və Köso boyundandı. Yanındakı xanım isə həyat yoldaşı Aksana xanımdı, o da Oçi qəbiləsindəndi. Altay bəylə yoldaşı məni və Amır bəyi götürüb apardılar Çemal bölgəsinə, ordan da Beşbeltir kəndinə getdik. Kənddə yaşayan bir şamanın evinə daxil olduq. Şamanın həyat yoldaşı bizi çadır tipli bir evə dəvət elədi, çay, arpa qovudu, süd təqdim etdi, oturub çay içib epey söhbət etdik. Sonra şaman gəldi və bizi öz otağına dəvət etdi. Beynimdəki sualların tamamını ona sordum, bir neçəsi xaric hamısını cavablandırdı, evdəki əşyalarla bağlı məlumat verdi. Boynuma istifadə etdiyi gümüş bir güzgünü salıb birlikdə şəkil çəkdirdik, təşəkkür edərək ordan ayrıldıq.
Düzünü deyim mifoloji çağlardan üzü bəri bu ellərdə yaşayan soydaşlarımızın qədim dini inamımızı davam etdirmələri məndə qeyri-adi duyğular oyandırdı. Ulu Tanrı yardımçıları olsun.
Təqribən 200 kilometrlik bir sahəni dolandıq, Erkeley adlı bir xanımın atasının ev muzeyində də olub oranı da lentə yazdım və axşam çağı Dağlıq Altayın yaxın bir yerində tikilən Merkit otelində bizi gözləyən Nikolay Şodoyevlə görüşdük. 81 yaşında olmasına baxmayaraq həddən artıq gümrah bir insandı. Üzündəki nura və fikrinin duruluğuna, ayıqlığına valeh oldum. Onunla olan söhbətimi də kamera ilə qeydə aldım. O gün axşam yenə həmin pansionatda qaldım, ertəsi gün Ejer bəy məni götürüb evlərinə apardı, həyat yoldaşı Nuriyə xanım, oğlu Atxır və balaca qızı Bayana ilə tanış elədi. Ejer bəyin Amır adlı bir oğlu və Ağanak adlı bir qızı daha var, ancaq onlar evdə olmadığından bu gül balalarla tanış ola bilmədim. Həyat yoldaşını və uşaqları götürüb şəhərə getdik. Ejer bəy məni Dağlıq Altay İnstitutuna buraxıb uşağı xəstəxanaya apardı. İnstitutda işləyənlərlə, 1990-cı illərdə İstanbulda Türk Dünyası Vəqfində tanış olduğum Nadya Tıdıkova və gənc araşdırmaçı Güzəliş xanımla epey söhbət elədim. Güzəliş xanım mənə rusca və Dağlıq Altay türkcəsində çap olunan Altay folkloru ilə bağlı yeni kitabını bağışladı.
Qaldığım bu neçə gün ərzində müşahidələrim on illər boyu üstündə təkidlə dayandığım bir faktı bir daha sübut elədi, inamımı təsdiqlədi. Biz deyirik, "it başı xonçada durmaz", Dağlıq Altaylılar deyir "it bajı tepşidə turbas"; biz həddən artıq qəzəblənəndə deyirik "gözünü qan bürüdü", Dağlıq Altaylılar deyir, "Qozünə kan tüsdi".
Ənənələrimiz, gələnəklərimiz, dünya, məişət, el-oba ilə bağlı düşüncələrimiz, axirət inancımız, bir sözlə, hər şeyimiz birdi, ancaq birimiz Oğuz, digərimiz isə Qıpçaq türkcəsində bunları ifadə edirik.



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK