bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | ŞEİR YAZAYDIM QAR İŞIĞINDA... Adalet.az | ŞEİR YAZAYDIM QAR İŞIĞINDA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ŞEİR YAZAYDIM QAR İŞIĞINDA...

50255    |   2012-02-11 08:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim tərəflərdə qar tez əriyir. Göz doyunca seyr eləməmiş, gözəlliyindən zövq almağa macal tapmamış suya dönüb evlərin, binaların damından süzülməyə, axmağa başlayır. Amma yağmağa başlayanda ayrı aləm olur. Aylarla günəşdən təngənəfəs olmuş torpaq da, adamlar da ilk qarı bayram kimi qarşılayırlar. Mənimsə həyəcanım artır, qəlbim təəssüflə dolur: niyə şair deyiləm?! Şair olsaydım, ən çox payıza, küləklərə, qışa, qara şeir qoşardım. Qar yağanda da ən çox şairləri düşünürəm. Hamıdan da çox Musa Yaqubu...g
   
    İlk qar düşən kimi kitabxanaya tələsdim. Şairin ən qalın kitabını qoltuğuma vurub geri qayıtdım. Başqa cür mümkün də deyil. Bilirdim ki, onun şeirləri olmadan bu qışı keçinə, qarın-şaxtanın yaratdığı romantikanı canıma hopdura bilmərəm... Bu gözəlliyin öhdəsindən tək gəlməyə gücüm çatmaz. Kiməsə arxalanmalıyam. Elə ilk səhifələrdən yanılmadığımı hiss elədim...
   
   
   
   Güllərimiz qar altında üşüyür,
   
   Ləçəkləri xırda-xırda töyşüyür.
   
   Qaldırır, bu oxşayır, o döyür,
   
   Yaman isti, soyuğu var dünyanın...
   
   
   
    Bilirdim ki, axtardığımı tapacam. Özü də elə ürəyim istəyən kimi. Bu dünyanın təkcə bədənimizi deyil, ürəyimizi, ruhumuzu, duyğularımızı da isidən və üşüdən istisi, soyuğu haqqında şair sözünə rastlayacam. Bir məşhur şeirində qarın təmizliyinə, paklığına görə soyuqluğunu bağışlayır şair. Amma qar təkcə pak və soyuq deyil. Qar yolları bağlayandı, izləri örtəndi, gözləri qamaşdırandı. Bəyazlığına, təmizliyinə aldananları ülgüc kimi kəsəndi, doğrayandı. Məndən ötrü qar yağanda ən kədərli mənzərə ləpirlərin örtülməsidi. O ləpirlər qar əriyəndən sonra da bilinməyəcək, izsiz-tozsuz itib gedəcək...
   
   
   
   Buynuza qar yağır
   
   Kef içindəyəm.
   
   Bağlı cığırlarda izim darıxır,
   
   Məxfi sənəd kimi seyf içindəyəm...
   
   
   
   Qar ayırandı. Sərhədləri, sağı-solu itirəndi. Üz çevirib gedəni gözdən itdikcə qara nöqtə kimi kiçildəndi, yox edən, bəyazlığa qovuşdurandı. Qar... tənha könüllərin buzunu artırandı, qanı ürəklərdə, yaşı bəbəklərdə dondurandı. Qar tutmuş cığırların, yolların sonu görünmür. Qarlı çöllərin, düzlərin üfüqü olmur. Həsrətli gözlərin nurunu alandı qar...
   
   
   
   Ayazı, şaxtası heç sona yetmir,
   
   Buynuza qar yağır,
   
   könlümə həm də-
   
   Soyuq tənhalıqla heç yola getmir,
   
   Gizli bir gizilti gəzir sinəmdə.
   
   
   
   Qarın yolları-rizləri bağlamasından, ayrı salmasından çox qorxardı nənələrim. Yun əyirəndə, xalça-palaz toxuyanda sızıltılı-sızıltılı bayatı deyərdilər...Bu bayatılarla yola çıxanlarını ayaq saxlamağa, fikrindən daşınıb havaların düzəlməsini gözləməyə çağırardılar. Qadın qəlbi həssasdı, bu havalardan heç gözü su içmir. Ürəyinə nəsə damıb...
   
   
   
   Gəl bu gün getmə bizdən.
   
   Qar yağar, olar dizdən.
   
   Qar yağar, girvə bağlar,
   
   Səni ayırar bizdən.
   
   
   
   Çox ayrılıqlar görmüşdü nənələrim. Ən sonda da yurdlarından- başı qarlı dağlarından, güllü yamaclarından, nanəli, kəklikotulu torpaqlarından ayrılmışdılar. Evə girəndə də, çıxanda da gözlərini uzaqdan qarlı zirvəsi görünən dağlardan çəkmirdilər. Kənddə sazaq olan kimi həsrətlə köks ötürüb: yəqin indi dağlara qar yağır, deyirdilər...Dağları qoyub gəlsələr də, ürəklərində dağlar boyda dərd, nisgil gətirmişdilər...
   
   
   
   Göylərdən sirr dolu bir aləm yağır,
   
   Bu yağan ruhdumu, yoxsa qəm yağır?...
   
   
   
   Varmı göylərdə də ölən, doğulan,
   
   Eh, dünya sirrini harda saxlamır?..
   
   Ramiz,
   
   Göy üzünə daş atan oğlan,
   
   Göy üzü daş nədi, qar da saxlamır...
   
   
   
    Deyəsən, axı, göy üzü kədəri, qüssəni sevmir. Sevsəydi qara çevirib başımıza yağdırmazdı. Kişilərin papağına, qadınların yaylığına səpələyir göylər dərdini-qəmini. Günəş olmasa, ağappaq, tərtəmiz dərd altında batırar bu dünyanı...
   
   ***
   
   Hər şeyi örtsə də, xatirələri örtə, əridə bilmir. Hər qar yağanda təzələnir qarlı-buzlu xatirələr...Səhər ayılan kimi pəncərədən gözlərimizi qamaşdırardı. Ayaqqabılarımıza qar dola-dola ora-bura qaçardıq. Damlardan, budaqlardan sallanan buzları sorar, yerkökü kimi xırtıldadardıq. Qarla açılan səhərlərimizdə ən çox ləpirlər məktəb yoluna düzülərdi. Peçə qalanmış odun yanıb sönən kimi buza dönən sinif otaqlarında əllərimizi hovxura-hovxura yazar, oxuyardıq. Hər dəfə qar yağanda yaba ilə tayadan ot düşürən kənd kişilərini, buğlana-buğlana süd sağan kənd arvadlarını xatırlayıram. Burnumun ucu göynəyir o gözəlliklərdən ötrü. Bir türk mahnısında deyildiyi kimi: Dumanlı-dumanlı oy bizim ellər, oturub ağlarsam, dəlidi, derlər. (Yenə dərdim təzələndi. O qədər uşaqdan heç birimiz şair olmadıq).
   
   ***
   
   Bayırda yenə qar yağır. Kompüterin qabağında otursam da, burnumun ucu, göz qapaqlarım buza dönüb. Görünür, qardan yazanda elə üşüyə-üşüyə yazmaq lazımdı. Yoxsa, dadı-düzü olmaz. Evlərin çoxunda işıq sönüb. Yəqin uşaqların da çoxu şirin yuxudadı. Təbiətin onlara qartopu sürprizi hazırlamasından xəbərləri yoxdu. Binanın blokundan həyətə düşən işıqda qar dənələri parıldaşa-parıldaşa sovrulur. Daş hovuzun böyrünə qısılıb yatan qapqara itin üstünə də ağ dənələr düşür. Doğrudan da, itin canı bərk olurmuş. Bu şaxtada qarın altında yatmağına bax...Təbiətin nə vecinə. Ondan ötrü qar altında yatanla isti yataqda xumarlananın fərqi nədir ki?! Yağmağındadı...
   
   
   
   Könlümdə bir qərib ümid soyuyub
   
   Qar onun üstünə yağır elə bil.
   
   
   
   Görəsən, indi kəndimizdə nə var, nə yox?! Axmaz buz tutubmu?! Yenə bəndin döşünə yığışıb acqarına ulaşan çaqqalların səsi qorxaq itlərin canına üşütmə salırmı?! Şaxtalı havada ac yalquzağın tükürpədici səsindən uşaqların rəngi qaçırmı?...
   
   Görəsən, təbiət gözümüzü bunca gözəlliklərlə doldurub, qəlbimizə ondan az qüssə yükləsəydi, dünya dağılmazdı ki?! Dünyanın gözəllikləri daha doyulmaz olardı, əgər... yer üzündə qəbristanlıqlar olmasaydı. Bu dəqiqələrdə canımda elə bir yanğı var ki, qara-çovğuna baxmayıb, ayaqyalın, başıaçıq Kolanı qəbristanlığına gedərəm, üzümü, sinəmi o qara soyuq daşa sürtüb yalquzaqdan da betər ularam. Elimi-obamı başıma yığıb dan üzünəcən ağlaram. O qədər ağlaram ki, isti göz yaşlarım O Göyçək Oğlanın yatdığı buz torpağı isitsin, səsim qulaqlarına çatsın...
   
   Evin yıxılsın, fələk! Dərd verdiyin qədər dərman da versəydin, barı...
   
   ***
   
   Öz ömrü əbədi olanın fanilərlə, gəldi-gedərilərlə nə işi?!..
   
   
   
   Təbiət demir ki, ömür gödəlir,
   
   Yatır şirin-şirin, bir baxın ona;
   
   Onunçün arxayın uyuyur, bilir,
   
   Bir də qovuşacaq cavanlığına...
   
   
   
   Doğrudan da, düz on gündən sonra ilk çərşənbədi...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK