hacklink Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 6 Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 6 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 6

23284    |   2012-01-14 06:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Türkün dili tək sevgili, istəkli dil olmaz,
   
   Özgə dilə qatsan, bu əsil dil əsil olmaz"
   
    Şəhriyar
   
   
   
   Azərbaycana gələli bir xeyli gün gəlib sovuşdu, ancaq onlar bizim üçün bir an vəsfindədir; çünki günlərimiz dostlarımızın sayəsində eləsinə doludur ki, hardasa günün doğmasını belə unudub özümüzə gecənin tən ortasında evə gedərkən gəlirik.
   
   Sovetlər Birliyi dövründən Azərbaycana miras qalan önəmli qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Bu elm ocağı sovetlərin çöküş dövrünü təqib edən illərdə ağır-axsax yerisə də özünə gəlməyə başlayıb. Akademiyada görkəmli alimlər işləyir və burada çox önəmli elmi fəaliyyətlər yeridilir. Noyabrın birinci günü Elmlər Akademiyasına gedirəm. Nizami ədəbiyyat İnstitutunun rəhbəri, axsaqqalımız Prof. Dr. Bəkir Nəbiyev ilə təkrar qısa çəkən görüşüm olur, ordan çıxıb Türk Dilləri Şöbəsinə gedirəm. Bölmənin rəhbəri Prof. Dr. Məhəbbət Xanım və alimlik statusu almış sevimli tələbələlərinin hamısını tanıyıram, içəri girən kimi hamısı gülər üzlə məni qarşılayır. əyləşər əyləşməz Dr. Elnarə Xanım mənim Azərbaycan Türkcəsi Deyimlər Sözlüyü adlı əsərimdən söhbət açır, "təzəsini haçan buraxacaqsınızə" deyir. Məhəbbət Xanım biraz heyrət, biraz da ərklə incinmiş halda, "Sizin elə bir lüğət hazırladığınızı bilmirdim, təbrik edirəm, bəs ondan bizim bölməyə niyə birini gətirmədiniz, indi sizdən incidim" deyir. Düzü pis vəziyyətdə qalıram, çünkü düz deyir və mən ora birini bağışladığımı zənn edirdim. Yaxşı ki, yanımda biri var, o dəqiqə çıxarıb imzalayıb təqdim edirəm. Məhəbbət Xanım, əvvəlcə mənə, sonra da tələbəsi Elnarə Xanıma təşəkkür edir, zarafatla, "Qızım sən deməsəydin Seyfəddin Bəyin bu lüğətindən xəbərimiz olmayacaqdı, sağol" deyir. Söhbət əsnasında Türkcə ilə bağlı bəzi kitapları alıb onlara yollamağımı xahiş edirlər, xüsusilə Elnarə Xanım qrammatika ilə bağlı bir neçə kitabın adını yazdırır. Ona, "əgər satışda vardırsa hamısını alıb sizə gətirəcəyəm" deyə söz verirəm, sonra da icazə istəyib dururam.
   
   Akademiyanın kitabxanasının müdirəsi Dr. Aybəniz Kəngərli xanımın yanına gedirəm və kitabxana üçün apardığım kitabları təqdim edirəm. 1988-ci ildə Azərbaycana gəldiyimdə bura da gəlmişdim və o vaxt kitabxananın müdirəsi Məhbubə Xanım Həsənova idi, Allah rəhmət eləsin, həddən artıq gözəl insandı. Bura ilə əlaqələrimi o vaxtdan bəridir davam etdirirəm. Aybəniz Xanımın bacısı Gülbəniz Xanım da ordadır. O da gözəl bir araşdırmaçıdır və Hüseyn Cavid Muzeyinin direktorudur. Aybəniz Xanım sözə başlayıb məni Gülbəniz Xanımla birlikdə gələn bir xanıma təqdim edərək, "Akademiyamızın kitabxanası həddən artıq zəngindir və bu zənginlikdə Seyfəddin Bəyin də zəhmətinin payı vardır" deyərək nə qədər həssas və nəzakətli bir şəxsiyyət olduğunu göstərir. Söhbət arasında özünün böyük əməklə hazırladığı "Azərbaycan Folkloru Biblioqrafiyası", "Azərbaycan Folkloru və Kitab Mədəniyyəti" adlı əsərlərini imzalayıb təqdim edir, sonra da Molla Nəsrəddin jurnalının məndə olmayan cildlərini bağışlayır. Bunlardan əlavə sevimli qızı Gülşən əliyeva Kəngərlinin hazırladığı və nəfis şəkildə çap etdirdiyi "Bədii Düşüncə" adlı əsəri də təqdim edir. "Bədii Düşüncə", böyük şairimiz Füzulinin şeir dünyasına və onun mənəvi aləminə necə deyəllər səyahət kimidir. Kitab həddən artıq həssas bir zövq və yüksək duyğuyla hazırlanıbdır.
   
   Akademiyadan çıxıb dostlarım Qafar Çaxmaqlı və Əli Şamil ilə görüşüb əlyazmalar İnstitutuna gedirik. İnstitutun rəhbəri gözəl alim Məmməd Adilov Bəy dünyasını dəyişib, Tanrı məkanını cənnət eləsin, onun yerinə görkəmli şairimiz əli Kərimin oğlu Paşa Kərimov bəy sədrliyi əvəz edir. Məmməd Bəyin ruhuna dua oxuyuram və Paşa müəllimi təbrik edirəm, icazə istəyib institutda işləyən və "Şəlalə Ana" imzasıyla tanınan Şəlalə Hümbətovanın yanına düşürük, bir çayını içib ayrılırıq.
   
   Ordan çıxıb həyat yoldaşımla görüşüb Nizami Muzeyində direktor Rafael Hüseynov Bəylə görüşə gedirik. Ancaq Fatmanın miqreni dəhşətli şəkildə tutubdur, yazıq illərdir onun əlindən bizar olub. Dostum Tariyel Qurbanov səhər-səhər maşını ilə bizi şəhərə gətirəndə hiss etmişdim ki, nəsə olacaqdı. Ağrısı tutdu mu yazıq ölüb-ölüb dirilir. İçəri girən kimi Rafael Bəy onun vəziyyətini görüb həmkarı Səadət Xanıma üzünü tutur, "Səadət toplantı otağını aç Fatma Xanım orda dincəlsin" deyir. Səadət Xanım bütün işini buraxıb Fatma ilə maraqlanır, gah təzyiqini ölçür, gah üstünü basdırır, gah boyun-boğazını sığallayır, ancaq xeyri yoxdur. Rafael Bəy də, Səadət Xanım da, "Bir həkim çağıraq" dedikdə o etiraz edir, düz üç saat haldan hala düşür. Nəhayət biraz sakitləşən kimi "dur get Rafael Bəyi çox gözlətmə görüş, gedək, bu andıra qalmış bizi xəcalətli elədi" deyir. Durub Rafael Bəyin yanına gedirəm, Fatmanı soruşur yaxşıdır deyirəm və iyirmi dəqiqə qədər söhbət edirik. Yeni çap olunan "Yurdun Adı Can" adlı əsərinin Türkiyə Türkcəsinə köçürülməsi və Türkiyədə çap olunması məsələsini danışırıq, ona, "dissertasiyamı qurtarar-qurtarmaz onun köçürülməsi işinə başlayacağam və ən yüksək şəkildə hazırlayacağam" deyirəm. Bir istəkan çayını içib icazə istəyirəm və Fatmanın yanına gedirəm, şükür biraz özünə gəldiyini görürəm. "Daha gedək, bunları yaman incitdik, Səadət Xanım çox əziyyət çəkdi" deyir, durub onun otağına baş çəkib təşəkkür edib ayrılırıq. Bir az əvvəl əhməd Oğuza zəng etmişdim, eşiyə çıxan kimi o da gəlib bizə çatır və Az-Neft Meydanına sarı üz tutur, bir maşına minib əziz dostum Bayram Məmmədovun ocağına yönəlirik. Evə çatar çatmaz Bayram Bəy, mehriban həyat yoldaşı Arzu Xanım, oğulları Məhəmməd, qızları Həmidə və Mahizər bizi həyət qapısında qarşılayırlar. Arzu Xanım, Fatmanın əhəyə dönmüş üzünü görüb nigaran olur və mənə baxışıyla soruşur ki, nə olub, "miqreni tutdu, saatlardır izdirab çəkir, biraz yatıb dincəlsə yaxşı olar" dedikdə o saat qoluna girib otağa aparır və yatırdıb üstünü möhkəm-möhkəm basdırır.
   
   Bayram Bəy, Qazax bölgəsindəndir və tayı-bərabəri az tapılan oğullardan biridir. Onu da, istəkli qardaşım əhməd Oğuz vasitəsilə tanıdım. Onsuz da dostlarımın əksəriyyətini əhməd Oğuz vasitəsilə tanımışam. Bayram Bəyin ocağı mənim öz evim kimidir, illərdən bəridir Azərbaycana gəldikdə onun evində mənim üçün ayırdığı otağında qalıram. Mərhum anası Həmidə Xala ilə dəfələrlə görüşdüm, onun tərcümeyi halını dinlədim. Səyyah Məhəmməd imzasıyla vətən həsrətiylə dolu şeirlər yazan mərhum həyat yoldaşı, Bayram Bəyin atası Məhəmməd kişi ilə bağlı xatirələrini dinlədim, ona hiss etdirmədən səsini yazdım və diktafona yazdığım səsini aparıb Türkiyənin Səsi Radiosunun Azərbaycan Türkcəsi Verilişləri Redaksiyasından efirə buraxdım. Ancaq bunu da deyim ki, Həmidə Xalaya qulaq asarkən dəfələrlə özümü saxlaya bilməyib kövrəldim. Həmidə Xala, "a bala gözünü niyə tez-tez silirsən, gözünə nə olubə" deyə sual verdikdə də, "ay xala bilgisayarda işləyə-işləyə gözüm bu hala düşüb, özümdən asılı deyil" deyib ağladığımı hiss etdirmədim. O proqrama qulaq asan xüsusilə Güneyli bacı-qardaşlarımız İranın müxtəlif şəhərlərindən, Avropadan zənglər etdilər, internet unvanımıza məktublar yolladılar və təkrar efirə buraxmağımızı xahiş etdilər, mən də onların xahişini yerinə yetirdim. Ayrıca bir məqalə yazıb Avrasiya Yazarlar Birliyinin nəşriyyat orqanı "Gənç Kaləmlər" dərgisində də yayımlatdım və mərhum Məhəmməd kişinin faciəli həyatının yazılı ədəbiyyatımızda əbədi olaraq həkk olunmasına nail oldum. İlahi, Sovet Rus işğalı dövründə Azərbaycandakı xalqımızın başına nə bəlalar gətirilib, nə faciəli talelər, nə dəhşətli ömürlər yaranıb..!
   
   Həmidə Xalanın danışdıqlarını, yəni radiodan yaydığım məlumatların bir hissəsinə siz əziz oxucularımın da tanış olmasını istəyirəm. Bəli əzizlərim, ürəyinizin başına daş basın və buyurun Həmidə Xalanı, Məhəmməd əminin ömür yolundan bir hissəyə qulaq asın:
   
   "gHəyat yoldaşım Məhəmməd, 1918-ci ildə Qazax rayonunun Cəfərli kəndində dünyaya gəlib. İptidai və orta məktəb təhsilini burada alıb, sonra Gəncə Pedaqoji İnstitutu riyaziyat bölməsinə daxil olub, müəllim olub. Mən də müəllim məktəbini bitirib Tovuz rayonunun Sofulu kəndində müəllim işləyirdim.
   
   Yoldaşım hələ 21 yaşında olarkən ruslarla finlilər arasında başlayan müharibədə iştirak edir, o hərbin ardınca özünü, təzəcə başlayan İkinci Dünya Müharibəsinin səngərlərində tapır. Onun döyüşdüyü alay kütləvi halda almanların toruna düşür və 1941-ci ildə əsir alınır, dörd il Almaniya və Avstriyanın müxtəlif yerlərində əsir düşərgəsində yaşayır. əsarətdə dəhşətli əziyyət çəkirlər. Mənə deyirdi ki, "əsarətdə hər cürə zülm ilə tanış oldum. Almanlar bizə heyvan kimi rəftar edirdilər. İllər sonra almanların hər cəbhədə uduzması ilə üstümüzdəki təzyiq və nəzarət azaldı. Alaydakı hərbçilər bir araya gəldik və öz aralarımızda qaçıb aradan çıxmaq qərarına yetişdik, 1945-ci ildə fürsətini tapan kimi də qaçıb yaxamızı xilas edərək Qızıl Ordu səflərinə qarışıb təkrar almanlara qarşı döyüşməyə başladıq".
   
   1947-ci ildə əsgərdən gəldiyi vaxt evləndik. Evlənəndən sonra yoldaşım Məhəmmədə, "ali təshil almaq istəyirəm, nə deyirsənə" deyə sual verdikdə, "əlbəttə ala bilərsən" dedi. Qayınanamgil Alagöz dağlarındakı Cantəpə yaylağına getmişdi. Mən də həyəcanla imtahanlara hazırlaşırdım, hətda bir neçəsindən də uğurla çıxmışdım. İki ildir ki, ailə qurmuşduq. Yoldaşımla birlikdə yaylağa getdik və orda on gün qalandan sonra o şəhərə qayıtdı, bir neçə gün sonra da dönüb gəldi, ancaq üzündən-gözündən nigarançılıq yağırdı. Şəhərə gedəndə müəllimlikdən azad etdiklərini və İkinci Dünya Müharibəsində əsir düşənlər üçün tutha-tut başladığını eşibid. Məni atamgilə qoyub məsələnin əsasını öyrənmək üçün Bakıya getdi. Üç gün sonra dayımın qızı gəlib yoldaşımı Qazaxda gördüyünü və axşama evə gələcəyini söylədi. Anam da durub o saat gözəl xörəklər bişirdi, tədərək gördü və gecə səhərə kimi gözləsək də o gəlmədi. Bakıya gedişinin üçüncü gecəsi idi, yatmışdım. Həyət qapısının döyüldüyünü eşidən kimi aman, "A bala kimdi, nə istəyirsiniz" deyəndə, "Biz Məhəmmədi axtarırıq" dedilər. Durub qapını açdıq, gələnlərdən biri bizim kənddənmiş və KKB işçiləri kənd sovetində işləyən kəndlimizi də yanlarınca gətiriblər ki, onlara bələdçilik eləsin. Anam həyatın hər üzünü görmüş bir insandı və qazdan ayıqdı, onlarla danışığından mənə heç nə demədi. Yoldaşım Bakıdan qayıdarkən Qazaxda yaşayan qohumları Zəhra xanımın evində qalır. KKB-nin adamları onun qohumlarının yanına gedəcəyini təxmin edib ora basqın verirlər və yoldaşımı tuturlar. Hadisəni eşidən kimi polis mərkəzinə getdik. Ora çatdıqda yoldaşımın paltarlarını və qayışını divarda asılı görən kimi, Məhəmmədin nəzarət altına alınmayıb həbsə salındığını başa düşdüm. Qohumlarımızdan iki qadın da ora gedib, ancaq görüş üçün icazə verməyiblər. Atamın kirvəsinin oğlu KKB-nin Qazax bölməsində işləyirdi. Yoldaşımla görüş üçün ondan köməklik etməsini xahiş elədik, ancaq o buna icazə vermiyəcəklərini, Məhəmmədi aparan ekipdə özünün də olacağını, onu Bakıya apararkən bizim də həmin qatara minməyimizə kömək ola biləcəyini söylədi. Yoldaşım Bakıya aparılarkan anam, mən və xalam birlikdə onunla eyni vaqona mindik. Qazaxdan Tovuzun Qobular qəsəbəsinə gedənə kimi icazə verdilər və orda bizi saldılar. Sonra eşitdik ki, bizi qatara minməyə icazə verən KKB işçisini, "Niyə cinayətkarın qohumlarının onunla bir stansiyalıq yolu belə eyni vaqonda getməyinə niyə icazə verdinə" deyə işindən azad ediblər. Yoldaşım altı ay Bakıda KKB-nin zindanında yatdı və onunla görüşə qətiyyən icazə vermədilər. İki dəfə Bakıya getdim, yanımca yeyiləcək şeylər apardım qoymadılar, ancaq ordakı KKB işçilərindən biri mənim müəllimimin oğluydu, apardığım əşyaları məndən götürüb yoldaşıma çatdırdı.
   
   Yoldaşım tutulandan bir müddət sonra KKB-nin adamları gəlib evimizdə nəyimiz var nəyimiz yoxdu hamısını müsadirə etdilər, "Daha bura devlətin malıdır, burada yaşaya bilməzsiniz, ancaq satın alsanız qala bilərsiniz" dedilər. Qohumlarımız öz aralarında pul yığıb öz evimizi satın almaq məcburiyyətində qaldıq. Anam 42 yaşında idi və ürəyi buna dözüm gətirmədi, həlak olub dünyasını dəyişdi.
   
   Altı aydan sonra Məhəmmədi Sibirə yolladılar. Əslində hara yollanacağını bilmirdik, ancaq yolda gedərkən bir məktub yazıb bizə onu Sibirə sürdüklərini demişdi. Sibirə yollanmasından altı ay sonra böyük qızım dünyaya gəldi (Bu cümləni deyir və boğazı düyünlənir, bir müddət gözü yol çəkib lal-kar dayanır). Bala, düz yeddi il körpə balamla bir başıma dözdüm və ölməmək üçün mübarizə etdim. Bir yandan günümü axşama kimi ağlamaqla başa vurur, digər tərəfdən Məhəmmədimin dustaqxanada sağlam yaşaya bilməsi üçün cürbəcür yollara üz tuturdum. Sacdan özəl qab düzəltdirir, yağla balı bir birinə qarışdırır ona doldurub yollayırdım. Qabı düzəltdirdiyim şəxs qohumumuzdu. Sacdan düzəltdiyi qabın altına xüsusi, incəcik bir bölmə qoydurur, yığdığım pulları onun içinə qoyandan sonra ağzını lehimlətdirirdim. İlk bağlamanı yollamamışdan qabaq məktub yazıb demişdim ki, bal və yağ olan qabı atma, sənə lazım olar. Məhəmməd mənim mesajımı başa düşmüşdü. O bölməni açıb pulları götürür və onunla həbsxanadakı məmurlara rüşvət verərək işgəncəyə oxşayan heyvancasına işlədilməkdən az da olsa yaxasını qurtara bilir, az-maz da olsa daha yaxşı şəraitdə yaşamağına imkan tapa bilirdi. Mənim yolladıqlarım onun həm maddi həm də mənəvi yöndən möhkəm olmasına kömək olurdu. Bunu da deyim ki, yoldaşımın mənəviyyatı həddən artıq güclü idi, yoxsa Sibirdən sağ-salamat qayıda bilməzdi. Düz yeddi ilə yaxın bu şəkildə Sibirə, insana güc-qüvvə verən ərzaq və əşyalar yolladım. Daim Stalinə qarğış edirdim, çünkü bu bəlanı başımıza o açmışdı. Məhəmmədin Sibirə gedişindən altı il yarım ötmüşdü. Dəmiryolunda mühəndis işləyən qaynım Şamil ilə birlikdə Məhəmmədin yanına, Omsk şəhərinə getmək qərarına gəldik. Dörd gün dörd gecə qatarla yol getdik. Dustaqxana şəhərdən bir xeyli uzaqda idi. Bir taksiyə oturub ora yönəldik, çatanda dustaqları işləməkdən gətirirdilər. Məni görər-görməz hamısı sevinclə, "Heeey Azərbaycandan gəliblər" deyə qışqırdılar. Paltarımdan Azərbaycanlı olduğumuzu başa düşmüşdülər. Həbsxananın müdiri Qazaxstan Türkü idi və yoldaşımla dörd gün günüzləri gəlib görüşməyimizə icazə verdi. əslində bu hərəkəti ilə özünü təhlükə altına salırdı. Ay bala, birlikdə keçirdiyimiz o dört gün mənə dört ömrün xoşbəxtliyini daddırdı, ancaq ordan ayrılarkən duyduğum izdirabı təsvir edə bilməyə sözlərin gücü çatmır.
   
   Yoldaşım çox gözəl şeir yazır və saz çalırdı. Biz onun yanına gedib qayıtdıqdan sonra yazdığı şeirləri mənə yollamışdı. Şeirlərini əzbərləyir, tək qalanda içimdəki həsrətin iztirabıyla onları həm oxuyur, həm də ağlayırdım. Məhəmməd tutulandan sonra sazı divarda asılı qalmışdı. Ona bir köynək daha tikib salmışdım ki, hava təsir edib ziyan vurmasın.
   
   Stalin o dünyalıq olmuş yerinə Xruşşov katib olmuşdu. Qaynım Omskdan qayıdandan sonra yoldaşımın buraxılması üçün ərizə yazdı və nəticəsini gördük, Məhəmmədi altı ay sonra buraxdılar.
   
   Sibirdən qayıdıb gələndə yeddi qurban kəsdik. İkisini mən kəsdirdim. Atalığının adı Tahirdi, ancaq ona Tahir Baba deyirdilər, çox yaxşı insandı. Məhəmmədi evimizə toy və nağaranın müşayiətində gətirdilər. Onların çaldığı yanıqlı havalar hamımızı ağlatdı, gözyaşlarımız sel olub axdı. Elə bil bir boşluğa düşmüşdüm, hamı qaçıb onu qucaqlayıb öpür və mənə gözaydınlığı verirdi, ancaq mən sanki həqiqətlə qaib arasında yaşayırdım. Məhəmməd evə gəlib biraz oturduqdan sonra Tahir Baba, "Uşaqlar, Məhəmmədin sazını gətirin görək yadırğayıbə" deyib. Sazı gətiriblər və Məhəmməd əlinə alan kimi "yanıq kərəmi" havasını çalmağa başlayıb. Tahir Baba özünü döyüb hıçqıra-hıçqıra ağlayaraq, "Bala, yeddi il ərzində bunu necə oldu yadırğamadınə!" deyib. Orda olan hamı ona qarışıb ağlayıb.
   
   Qaynım Şamil, Xuruşçevə iki dənə təşəkkür məktubu yazıb yolladı.
   
   Məhəmməd Sibirdən qayıdandan sonra iki il daha Qazaxda yaşadıq, sonra Şəmkirə köçdük. Müəllimliyə təkrarən qayıtmasına icazə vermədilər, ancaq bir yeməkxanada işləməsinə səs çıxarmadılar.
   
   Bir başımıza qalanda daha çox yanıq kərəmi havasını çalır, həm öz şeirlərini, həm də ustad ozanların şeirləri oxuyurdu. ən çox da "Səfərim var Al Osmana durnalar" şeirini sevir və oxuyurdu. Türkiyəyə getməyi çox istəyirdi, uçunurdu ki, oranı görsün, ancaq fələk icazə vermədi. Ondakı Türkiyə sevgisi atasından miras qalmışdı. Ermənilər 1918-ci ildə Azərbaycanda qırğın törədərkən Osmanlı ordusu Bakını xilas etmək və ermənilərə dərsini vermək üçün köməyə gəlirmiş. Özünü çatdıran ilk qafilə də ancaq zabitlərdən ibarət imiş. Bizim kəndimiz Cəfərliyə çatanda onların on səkiz atı çatlayıb həlak olub. Məhəmmədin atası Bayraməli Kişi varlı-dövlətli imiş və hadisəni eşidən kimi əmr edib ilxısını gətizdirib zabitlərin komandirinə bağışlayıb, ancaq komandir yalnızca on səkkiz at götürüb. O da Bayraməli kişinin bu hərəkətinə əvəz olaraq bir qızıl kəmər bağışlayıb. Osmanlı zabitləri atları minib dörtnal Bakıya sarı cumublar və qısa müddətdə də şəhəri yağılardan xilas ediblər.
   
   Qayınanam bitiyə, fala inanan bir insandı. əlibayramlı şəhərində bir falçı qadın varmış. Arvad durub düz əlibayramlıya gedib və Məhəmməd hələ Sibirdən gəlməmiş ona baxdırıb. Falçı qadın deyib ki; "Məhəmməd həbsdən azad olunsa da çox az yaşayacaq, onun ömür yolu çox qısadır!" Qayınanam sən demə o həbsdən çıxandan sonra günləri sayırmış. Falçı qadın onun nə qədər yaşayacağını da deyibmiş. Sibirdən gələndən sonra qayınanam bir gün dedi ki, "Məhəmmədin vaxtı yaxınlaşır, bugün-sabah Tanrıya qovuşacaq".
   
   Məhəmməd bir gün evdən tələm-tələsik çıxdı, sanki harasa tələsirdi. Yüngülvarı bir iki tikə yeyib, bir istəkan çay içdi, ikincisini süzsəm də içmədi və "tez olun getməliyəm" deyib evdən çıxdı. Üç saat sonra dayısı oğlu gəlib yol qəzası olduğunu söylədi, ancaq ruh kimiydi. Məhəmməd maşından enərkən on üç, on dörd yaşlı bir oğlanın sürdüyü maşın onu vurub və yoldaşım ordaca ruhunu Tanrıya təhvil verib. Bir az sonra qonşumuz maşınıyla gəlib mənə dedi ki, "Məhəmməd yolda yıxılıb, indi xəstəxanadadı sənin yanına getməyini istəyir". Məni götürüb apardı, mən evdən çıxandan sonra yoldaşımın cənazəsini həyətə aparıblar.
   
   O gündən bəridir dünyam qaranlıqlayıb bala. Hər gün azı bir dəfə onu yadıma salıb ağlayıram. Onun həsrəti məni yaman incidir, onsuz çox darıxıram. Onun adını nəvəmə qoydum, o Məhəmmədin məhəbbətini bu Məhəmmədin adında yaşadıram və bir az olsun təskinlik tapıram. İnşallah Tanrım məni ona tezliklə qovuşdurar".
   
   
   
   "Bu dünya deyilən boş bir xanədir
   
   Onu bərk tutanlar kor divanədir.
   
   Demə hər həqiqət bir əfsanədir
   
   Ağı ağdır, çoxu qara dünyadır".
   
   Səyyah Məhəmməd


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK