Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | MÜSABİQƏ AYI - RAMAZAN Adalet.az | MÜSABİQƏ AYI - RAMAZAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MÜSABİQƏ AYI - RAMAZAN

45894    |   2015-06-20 10:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İmam Həsən (ə): "Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu".
"O elə bir aydır ki, əvvəli rəhmət, ortası bağışlama və sonu da Cəhənnəm atəşindən qurtuluşdur".
Ramazan ayında oruc tutulması m?s?lmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bu, oruc tutmaqla ifadə olunur.
Ramazan ayının gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.
Müqəddəslər bu ay haqqında çox gözəl fikirlər söyləmişlər.
Həzrəti Muhəmməd Peyğəmbər (s)":Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan - bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Bu ayda hər cür günahdan çəkinin, Quran oxumağı çoxaldın, Allahdan öz ehtiyaclarınızı istəyin, Rəbbinizi tez-tez xatırlayın. Ramazan ayında oruc tutmadığınız günlərdəki vəziyyətdə olmayın (yəni daha yüksək mənəvi səviyyədə olmağa çalışın)".
Həzrəti Muhəmməd Peyğəmbər (s) belə buyurub: "Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər". Dedilər: "Sənə fəda olum, bu nə yaxşı hədisdir!". Peyğəmbər ona belə cavab verdi: "Amma bu savaba yetməyin şərtləri də necə çətindir!".
Bir gün Muhəmməd Peyğəmbər (s) görür ki, həyat yoldaşlarından biri oruc tutduğu halda öz xidmətçisini söydü. Peyğəmbər xanımına tapşırdı ki, yemək yesin. Qadın təəccüblə soruşdu: "Orucluq zamanı nə yemək?". Peyğəmbər buyurdu: "Bəs sən necə oruc tutmusan ki, xidmətçini söyürsən? Oruc təkcə yeyib-içməkdən çəkinmək deyil".
Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: "Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?". Peyğəmbər cavab verir: "Allahın qadağan etdiyi işlərdən çəkinmək".
"Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur".
"Oruc - cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir".
"Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin".
"Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər".
"Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda".
"Allah-Təala buyurub: "Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm".
"Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür".
"Oruc tutun ki, sağlam olasınız".
"Əsl yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun".
"Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur:::anı başa vurmuş adam qədər savab qazanar".
Peyğəmbər iftar zamanı xurma ilə iftar açmağa çalışardı. Xurmanın təzəcə yetişdiyi vaxtlarda nübar xurma yeyərdi.
Peyğəmbər Ramazanda əsirləri azad edər, dilənçilərə pay verərdi.
O, Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.
İmam Əli (ə): "Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua sizdən bəlanı uzaqlaşdırar, istiğfar isə günahlarınızı məhv edər".
"Sizə Ramazan ayında oruc tutmağı tövsiyə edirəm, çünki bu ayın orucu günahların qarşısını kəsən möhkəm divardır".
"Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür".
İmam Əli (ə) Ramazan ayında hər axşam ehsan süfrəsi açıb camaata iftar verərdi. Süfrə yığışdırılandan sonra camaata nəsihət verib xütbə söyləyərdi.
İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş.
Fatimeyi-Zəhra (ə): "Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun". "Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!"
İmam Zeynulabidin (ə) Ramazan ayında böyük qazanlarda ət xörəyi bişirtdirib iftar süfrəsi açardı. Hətta xörəklərin yaxşı bişməsini də özü yoxlayıb arxayın olardı. Amma iftar vaxtı özü o xörəkdən yeməzdi, sadə və zahidyanə yeməklə kifayətlənərdi.
İmam Cəfər Sadiq (ə): "Ramazanın hər gecəsində Allah çoxlu bəndəni gələcək cəhənnəm əzabından azad edər; bu şərtlə ki, halal ruzi ilə iftar açmış olsunlar. Ramazanın son gecəsində Allah bütün ay ərzində bağışladığı sayda bəndəsini bağışlayar".
Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq bu?da, yaxud xurma və ya ki?mi? miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
Az?rbaycanda 1993-cü ildən Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Milli M?clisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başladı.
Azərbaycanda bu bayramın xüsusi önəmi var. Əvvəlcə bayram namazları qılınır, sonra isə fitrə yığılır. Bu bayramda fitrənin önəmi də çox böyükdür. Fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və nə qədər gözəl qeyd olunsa, o qədər yaxşıdır.
İslam dini ayrıca fənn kimi tədris olunmalıdırmı? - fikri insanlar arasında mübahisələr doğurub. Azərbaycan Təhsil Şurasının sədri, Qafqaz Universitetinin professoru Əjdər Tağıyevin fikrincə, İslam dini yalnız fakültətiv məşğələlər şəklində tədris oluna bilər. Əks halda, Azərbaycanı fundamentalizmi təbliğində ittiham etmiş olacaqlar.
BDU-nun müəllimi Saleh Kazımov isə əksinə, dinin tədrisinin tərəfdarıdır. Onun fikrincə, dini əsasları bilənlər sonradan fanatizmə meyllənmir. Bu insanlar fanat olmur, öz dövlətinə, millətinə, xalqına düşmən olmurlar. Öz milləti, xalqları yolunda canlarını fəda edə biləcək vətənpərvərlik ruhunda böyüyürlər. Onları başqa yola sövq etmək olmur. Çünki bu bilgiləri sağlam qaynaqdan alırlar.
Ekspertin sözlərinə görə, din uşaqlarda mənəvi boşluğun doldurulmasına da yardım edər. Çünki indi yeniyetmə çətinliklə üzləşəndə intihar edir, yaxud yanlış yola düşür, ailədən üz döndərir. "Sağlam dini düşüncəyə malik olan uşaq valideynə hörmətin imandan gələn şərt olduğunu biləcək. Bütün gənclərə iman, ibadət əsasları, əxlaq mövzusunda müəyyən biliklər aşılanmalıdır. İslam sevgi dinidir, insanlara öz ayağı üstündə durmağı, çətinlik anında necə irəliyə getmək lazım olduğunu öyrədir. Ramazan ayında orus tutmaq, günün müəyyən hissəsində qidadan, sudan imtina etmək insanlarda gözütoxluq, insanlara yardım göstərmək hissi formalaşdırır. Orus tutan özünü ac olanların yerinə qoymaqla onun yaşadıqlarını yaşayır, mərhəmətli edir. Bu, həmin yaxşı əməlləri sonrakı aylarda davam etdirmək üçün başlanğıcdır. Orusun mənası təkcə ac-susuz qalmaq deyil, orus həm də insanı günahdan çəkindirir. İnsan Ramazan ayı bitdikdən sonra da günah əməllərdən çəkinməlidir. Orus o zaman qəbul olunur ki, günahlardan çəkindirir. Orucun fəlsəfəsi günahlardan çəkindirməkdir.
Bəli, İslam dini sevgi dinidir. İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. On bir ayın sultanı Ramazan qurtuluş, bağışlanma, təmizlənmə ayıdır. Bu mənəvi təmizlik fürsətindən istifadə edin!
Müqəddəs Ramazan ayınız mübarək!



YAZARIN ARXİVİ

2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK