ANA SƏHİFƏ / YAZARLAR

DAĞ BOYDA GÜNAH...

14771    |   2011-11-19 07:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dünyada günahsız adam yoxdur. Hərənin özünə görə bir günahı var. Günah var ki, fındıq boydadı, günah da var dağ yekəlikdə. Bax, burda tamamilə fərqli bir vəziyyət yaranır. Amma biz insanlar heç vaxt günahımızı görmürük və görsək də elə bilirik ki, günahlarımız fındıq boydadı. Başqasına gələndə isə onun günahını daha tez görürük və hətta tez-tez başına qaxırıq ki, sənin dağ boyda günahın var. Allahın dərgahında bu günaha necə cavab verəcəksən?!
   
   Hamı öz gunahı üçün nə vaxtsa cavab verəcək, bunun geci və tezi var. Sadəcə olaraq, gərək elə yaşayaq və elə işləyək ki, günahlarımız yığılıb dağ boyda olmasın. Günahlarımız yığılıb dağ boyda olanda onun Allah-Təaladan bağışlanması da çox çətin olar. Ən azından ona görə ki, kiminsə evini yıxırsansa, balasının çörəyini kəsirsənsə və nəhayət, baş kəsib, qan tökürsənsə, bu günah elə də yüngül günah sayıla bilməz.
   
   Biz demirik ki, kimsə günahsız deyil. Yazının əvvəlində qeyd elədiyimiz kimi, hamının özünə görə bir günahı var. Yadıma "Qabusnamə"dən bir epizod düşür: Vilayətin çox varlı bir adamı rəhmətə gedir və onu dəbdəbə ilə dəfn eləyirlər. Ancaq bu varlı kişinin övladları deyirlər ki, bizim atamızın çox ağır günahları olub. Ona görə də onu cəhənnəmdə qır qazanında yandıracaqlar. Bu bəladan qurtarmaq üçün böyük oğul fikirləşib bir çarə tapır. Qardaşlarına deyir ki, o dünyada atamızın günahlarını yüngülləşdirmək üçün bir çıxış yolu bilirəm. Gəlin, bu vilayətin ən halal, ən təmiz və ən zəhmətkeş insanını tapaq və dəfn günü başa çatandan sonra onu qəbrin yanında qoyaq. İnkir-minkir də gələndə həmin halal adam desin ki, bu kişinin günahının yarısını mənim adıma yazın və mənə cəza verin. Onlar arayıb-axtarıb vilayətin ən halal, ən təmiz və ən zəhmətkeş adamını tapırlar. Onu başa salırlar ki, atası dəfn olunandan sonra onun yanında olsa, bir torba qızıl verəcəklər. Gərək ki, həmin halal adam atalarının günahının yarısını öz boynuna götürə. Kişi də kasıb insan imiş. Varlı adamın oğlanlarının dediyinə razı olur və meyiti qəbristanlıqda dəfn edib qayıdırlar. Amma həmin təmiz adam meyitin yanında yatır. Bir müddətdən sonra inkir-minkir gəlir, görürlər ki, qəbirdə bir meyit var, bir də diri adam. Diri adamı görəndə inikr-minkirlər rəhmətə gedəni sorğu-suala çəkməmişdən öncə ondan sorğu-sual eləyirlər. Soruşurlar ki, sən kimsən və nə üçün qəbirdəsən? O da cavab verir ki, başınıza dönüm, bu rəhmətə gedənin oğlanları xahiş edib ki, onun günahının yarısını mənim ayağıma yazasınız. İnkir-minkirlər bu adamdan adını və soyadını soruşur. Hər şey bilinəndən sonra onlar diri adama deyirlər ki, sənin çox böyük günahın var. Halal və zəhmətkeş adam bundan təəccüblənir və soruşur ki, mənim günahım nədir?!
   
   Yenə inkir-minkir ondan sorğu edir:
   
   - Sənin qara bir eşşəyin var?
   
   Qəbirdə yatan adam:
   
   - Var, başınıza dönüm.
   
   Yenidən inkir-minkir dillənir:
   
   - Yadındadı, çayı keçəndə yazıq eşşəyə o qədər yük vurmuşdun ki, yükə dözməyib eşşək yıxıldı və qılçı sındı. Ona görə də sənin yerin cəhənnəmlikdi.
   
   İnkir-minkir onu yaxalamaq istəyəndə kişi qəbirdən çıxıb düz varlı adamın malikanəsinə qarşı ayaqyalın-başıaçıq qaçır. Kişinin oğlanları bunu görəndə sevinir. Amma hiss edəndə ki, bu zəhməkeş adamın qorxusundan dili ağzından çıxır, onda təəccüblənirlər.
   
   Böyük qardaş:
   
   - Nooldu, atamızın günahını boynuna aldın?
   
   Zəhmətkeş adam:
   
   - Qardaş, mən bir eşşəyə yüklədiyim yükün sorğu-sualına cavab verə bilmədim. Sizin atanız kəsmədiyi baş qalmayıb, yıxmadığı da ev. Qızılınız başınıza dəysin. Gedin atanıza sahib çıxın. Onun yeri cəhənnəmlikdi, özü də qır qazanında yandıracaqlarg
   
   Düzdür, var-dövlət, qızıl, gümüş və pul çox şeyi həll edir. Amma elə şey var ki, milyardlar da töksən, tonlarla qızıl bağışlasan heç cürə sənin günahın bağışlanmır. Ən azından ona görə ki, hansı əməlin sahibi olmusansa, mütləq onun gec-tez nəticəsini görəcəksən.
   
   Bu yaxınlarda tanınmış ziyalı, jurnalist və yaxın dostum Hacı Eminlə görüşdüm. Xeyli vaxtdır ki, onunla ürək söhbəti eləyə bilmirdim. Zarafat deyil, uzun müddət Emin qardaşımızla Radio zavodda çıxan "İmpuls" qəzetində işləmişik. Bizimlə dostumuz Yaqub Adışirin də çalışıb. İndi o, 12 ilidir ki, Almaniyada yaşayır. Onlar məndən fərasətli çıxıb mərkəzi mətbuata gəldilər. Mən isə 1990-cı ilə qədər həmin qəzetdə işlədim. Allah Aqil Abbasın balasını saxlasın, o vaxt dedi ki, bir qəzet açıram, səni yanıma aparacam. Qəzet də açdı və məni yanına apardı. Məndə də belə bir xasiyyət var ki, heç vaxt işlədiyim yerdən çıxmaq istəmirəm. 10 il radio zavodun qəzetində işləmişəm, 21 ildir ki, "Ədalət"də çalışıram. Elə bil bir qədər mətləbdən uzaq düşdüm. Hacı Emin dedi ki, insan qəbirə qoyulandan sonra o tək qalır. Yeganə xeyirxah əməlləridir ki, onun yanında olur və o xeyirxah əməllər Allahın dərgahında insanı üzü işığa aparır. Yəni bu cür insan günahları o qədər də çox olmadığına görə, yaxşı əməlləri hesabına Allahın dərgahında da rahat olur. Sonra Hacı Emin başqa bir maraqlı hadisəni danışdı. Dedi ki, bu günlərdə internetdə bir yazı oxudum və bir şəkilə baxdım. Həmin şəkildə cavan bir oğlan təsvir olunurdu. O rəhmətə gedəndə saçları qapqara olub. Amma bir neçə gündən sonra məzarı açanda görüblər ki, qapqara saçlar ağappaqdır. Yəni məzarda həmin adam öz cəzasını alıb və "döyülüb"...
   
   Sözümüzün canı odur ki, heç kim özünü Allahın bacısı oğlu kimi aparmalı deyil. Amma bizdə özünü Allahın bacısı oğlu kimi aparan nazirlər, icra başçıları, prokurorlar, rəislər və digər vəzifəli şəxslər var. Görəsən, onlara Qəddafinin taleyi ibrət olmadımı? Dünya banklarında 250 milyard dollar pulu və tonlarla qiymətli daş-qaşa, qızıla, brilyanta malik olan bu adamı axırda it kimi öldürdülər, döyə-döyə öldürdülər, üzünə tüpürə-tüpürə qətlə yetirdilər və ən nəhayət namsuna da toxundular.
   
   Qəzetlərin birində bugünlər oxudum ki, Qəddafi şəhərə çıxarkən 15 yaşındakı qızı bəyənib və saraya apardıb. Yazıq qız da elə bilib ki, bu millətin atası ona atalıq edəcək. Yazıq qız nə bilsin ki, millətin atası ona oğraşlıq edəcək. Qəddafi o qızın başına açmadığı oyun qalmayıb. Hətta cinsi əlaqədə olmamışdan öncə ona narkotika da qəbul etdirib. Ölkədə inqilab baş verəndə o qızı da xilas ediblər. Həmin qızın həyat yoldaşı inqilabi mübarizədə ağır yaralanıb. Qəddafinin ölüm səhnəsinə baxan qızcığaz deyib ki, gərək onu öldürməyəydilər, məhkəməyə verəydilər. Mən də məhkəmədə soruşardım ki, sən niyə mənim başıma olmazın oyunları açdın? Hətta başqa ölkələrdən gələn rəhbərlərlə də bir yerdə olmağa məni məcbur etdin?
   
   Belə bir deyim var: "qudurmuş iti öldürərlər". O qədər qudurmuş adamlar var ki. Bu adamlar dünyanın hər yerində yaşayır və millətə, öz xalqına zülm eləyir. Bizim də məmləkətdə kifayət qədər yolunu azan və özünü Allahın bacısı oğlu sayan, nə qanundan qorxan, nə də dövlətdən çəkinən zülmkar vəzifə sahibləri var. Onlar elə bilirlər ki, ancaq pul yığmalıdılar. Kimliyindən asılı olmayaraq, bu adamların yanına gələndə onları incidir və məqsədlərinə çatmamış insanlardan əl çəkmirlər. Çox qəribədir ki, bu adamların çox şeyi var. Saysız-hesabsız villaları, maşınları, kommersiya şəbəkələri və hətta xarici ölkələrdə biznesləri. Amma gözləri doymur ki, doymur. Doymayan göz yalnız və yalnız var-dövlət və pul yığmaqla məşğuldur. Qədim fironlar da özlərini Allah kimi aparıblar. Hətta fironlar deyirdilər ki, biz Allahıq və bizim sözümüzə baxmayanlar ən ağır cəzaya məhkum olacaqlar. Təbii ki, özlərini Allah sayan fironların sözlərinə baxmayanlar da vardı, onlara etiraz edənlər də. Onların sözlərinə baxmayanları və etiraz edənləri ağır cəza gözləyirdi. Fironlar isə ağır cəza verilərkən həmin səhnəyə baxır, insana necə işgəncə verilməsindən zövq alırdılar. Sanki fironlar insan ölümünə deyil, maraqlı bir tamaşaya, kinoya, komediyaya baxırdılar. Amma axırı nə oldu? Axırı da o oldu ki, o fironlar da günlərin birində öldülər. Çox insanlar onlara rəhmət oxumadı, lənət dedi...
   
   Yazının əvvəlində qeyd elədiyimiz kimi, hamının günahı var. Amma adam var ki, bu günahını yuyur, tövbə edir və Allahın yoluna qayıdır. Həbsdə olan nazirlərdən biri müxalifət qəzetlərinə göndərdiyi yazıda bildirirdi ki, mən indi həbsxanada "Quran" oxuyuram. Çox qəribədir, həmin nazir bu "Quran"ı həbsxanada yox, nazir olanda oxumalı idi. Amma nazir olanda nəinki "Quran", hətta Allah da yadından çıxmışdı və özünü Allah kimi aparırdı. Ürəyində bir damla Allah sevgisi, Allah məhəbbəti və işıq qalmamışdı. Onun dini də, imanı da, Allahı da ancaq pul idi. Milyonlarla yığdığı pul onun da köməyinə çatmadı. İndi neçə ildir ki, türmədə bir udum havaya, bir gün işığına həsrət qalıb. Sadəcə olaraq, o ədalətsizliyin, o insafsızlığın və o tamahın da sonu belə olmalı idi. İndiki bəzi nazirlər at oynadır, vaxt gələcək onlar da cəzasını alacaqlar. Heç vaxt kiminsə haqqını tapdayan, kiminsə haqqını yeyən və kiminsə başını kəsib qanını tökən adam cəzasız qalmır.
   
   İnsan varsa, deməli, cinayət də var, günah da. Amma sadəcə olaraq, günahını başa düşüb onu yumaq istəyənləri Allah çox istəyir. Ancaq ən böyük bədbəxtlik odur ki, günahını anlamayasan və onu dağ boyda eləyəsən...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK