ANA SƏHİFƏ / YAZARLAR

"AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ DOĞACAQ"

Aqil ABBAS

24227    |   2015-06-12 15:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ulu Öndər Heydər Əliyev bu fikri söyləyəndə müstəqil Azərbaycan hələ təzə-təzə ayaq tutub yeriyirdi. Torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş (təbii ki, buna onların gücü çatmazdı məlum dövlətlərdən aldığı dəstək olmasa), iqtisadiyyatı qırx arşın quyunun dibinə düşmüş, türklər demiş, dəngəsi pozulmuş bir ölkədə bu fikri söyləmək böyük hünər tələb edirdi. Bunu yalnız millətinə və öz qüdrətinə inanan bir sərkərdə deyə bilərdi. Dedi və özünün müdrik siyasətinin nəticəsində də Azərbaycanı bütün dünyaya bir günəş kimi doğdurdu.

Bəli, Azərbaycan bu gün dünyaya bir günəş kimi doğub . Günəşdən qorxan yarasalar nə qədər çalışsalar da, nə qədər ürək bulandırsalar da bu günəşin doğulmasına mane ola bilmədilər. Ulu Öndər ölkədə stabilliyi yaratdı, iqtisadiyyatı ayağa qaldırdı, insanlarda həm özlərinə, həm dövlətlərinə inam yaratdı və Azərbaycanı söz sahibi bir dövlətə çevirdi. Yamanlıq eləmək istəyənlərin yamanlıqları da elə özlərinə qaldı. Möhtərəm prezidentimiz İlham Əliyev isə Ulu Öndərin müdrik siyasətini davam etdirərək Azərbaycanı regionda lider dövlətə çevirdi və bütün dünyaya sübut elədi ki, Azərbaycan öz siyasəti olan, öz sözü olan bir dövlətdir və Avropa ilə Asiyanın qovşağında olan bu dövlətin imzası olmayan çox böyük layihələr havadan asılı qala bilər.

Bu gün dünyanın gözü günəş kimi doğan Azərbaycandadı. O günəşin bir qığılcımı məşələ çevrilib Avropanı gəzir. Bir qığılcımı! Bütün dünyanın gözü də o qığılcımdadı. Darıxmayın, günəşdən belə qığılcımlar çox qopacaq və bütün dünyanı dolaşacaq və bu qığılcımın istisinə qızınanlar çox olacaq.

Olimpiya oyunlarına, dünya futbol çempionatlarına ev sahiblik edəcək ölkələrə 6-7 il vaxt verilir. Amma yenə görürsən ki, həmin ölkələr bu işin öhdəsindən vaxtında gələ bilmirlər. Elə sonuncu dünya çempionatında Braziliya lap axırıncı gün hazırlıqlarını tamamlaya bilmişdi. Amma Azərbaycan, çox ağır bir yükün altına çiynini verən Azərbaycan, bu möhtəşəm ilk Avropa oyunlarına cəmi 30 ay içərisində hazır oldu. Əslində bir az da tez. Bu bir daha Azərbaycanın bir qüdrətli dövlət olduğuna sübutdu.

Təbii ki, bunu yeməyənlər də var, daha doğrusu, yemək istəməyənlər, gözü götürməyənlər, Azərbaycanın qüdrətinə sevinməyənlər, Möhtərəm Prezidentimiz İlham Əliyevin dünya çapında bir müdrik siyasətçi kimi tanınmasına dilxor olanlar, day nə bilim hansı kərtənkələlər!

Tək Avropa yox, dünya bu bayrama diqqət kəsilib. Amma Avropanın bəzi məlum təşkilatları bu bayrama kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Milyonlarla insanın haqlarını pozanlar insan haqları təşkilatları adı altında ölkəmizə qarşı böyük kampaniya aparırlar. Eybi yox, Azərbaycan bu təzyiqləri çox görüb, yəqin ki, hələ görəcək də. Amma Azərbaycan bu təzyiqlərə həmişə sinə gərib, öz sözünü deyib, öz siyasətini yürüdüb.

Bu xalqın gözəl bir sözü var: «İt hürər, karvan keçər». Azərbaycan adlı bu karvanı itlərin hürüşü saxlaya bilməz, tapdalayıb keçərik.

BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN! BAYRAMINIZ MÜBARƏK, AZƏRBAYCAN XALQI




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK