warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | "SƏN ÖZÜN İSTƏTDİN ÖZÜNÜ MƏNƏ" Adalet.az | "SƏN ÖZÜN İSTƏTDİN ÖZÜNÜ MƏNƏ" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"SƏN ÖZÜN İSTƏTDİN ÖZÜNÜ MƏNƏ"

Salam, İbrahim Yusifoğlu

23070    |   2011-11-05 05:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Bu gün dünyada halallığın az-çox qaldığı bir yer var. O da Söz dünyası, Söz ölkəsi, Söz məmləkətidi!!! Təbii ki, bu dünyanın belə halal qalmasının müxtəlif səbəbləri var. Bu səbəblərin içərisində ən birincisi isə halal adamların, işıqlı insanların, sözlə yaşayıb sözlə oturub-duran qələm sahiblərinin varlığıdı. Yəni söz bu insanların çörəyi, suyu, havası, dayaq nöqtəsi olduğundan bunlar da məhz o çörəkdən, sudan, havadan bəhrələnib öz dayaqları üzərində sözü də yaşadırlar, sözü də göyərdirlər, sözü də məlhəmə, can dərmanına, ümid yerinə çevirirlər. Və beləcə də söz adamları böyük sözün sayrışan işıqları altında sinələrini ağ vərəq kimi açıb qoyurlar ortaya. Yaddaşlarından, duyğularından, arzularından qanadlanan misraları söz-söz bir-birinə çalayırlar, bir-birinə bənd edirlər, bir durna qatarı, bir söz karvanı yaradırlar. Elə bir karvan ki, onun sarvanı da elə sözə könül vermiş qələm adamının özü olur.
   
   Təbii ki, böyük söz harda yaranmağından, harda doğulmağından, hansı evdə, hansı masanın arxasında, şam işığında və yaxud da eləcə elektrik lampasının altında dünyaya gəlməsindən asılı olmayaraq, öz böyüklüyünü hər kəsə təqdimatsız göstərə bilir və bu görünən böyük sözün tərcümana ehtiyacı olmur. Oxuyursan və elə bilirsən ki, o söz sənin həmsöhbətin, həmdərdin, sirdaşın, lap elə bəzən də sənin öz sözündü. Bax, bu məqama, bu mərtəbəyə yüksələn söz və söz sahibi həmişə gözü-könlü tox, halal, heç kimsədən heç nə ummadan Allahın verdiyi ömrü istedadın və zəhmətin qanı bahasına sözə çevirir. Böyük SÖZə!!
   
   Bu günlərdə yaradıcılığını ardıcıl izlədiyim, "Ədalət"in səhifələrində imzasını oxuculara təqdim etdiyim bir söz adamıyla yenidən görüşdüm. Burda bir məqamı qeyd edim ki, mənim üçün söz adamlarının hamısı son dərəcə qiymətli və doğmadı. Onların hansı bölgədən, hansı kənddən, hansı siyasi düşərgədən olması mənim üçün heç bir əhəmiyyət daşımır. Mən sadəcə o adamların şəxsiyyətlərindən daha çox sözlərinin vurğunuyam, aludəçisiyəm, sorağındayam. Və həmişə də o adamlara qapım da, ürəyim də açıqdı. Bax, bu adamlardan biri də qələm dostum, qədim Naxçıvanın Şərur bölgəsində yaşayan İbrahim Yusifoğludu. Onunla ilk tanışlığım əvvəldə dediyim kimi, qəzet səhifələrindən başlayıb. Sonra redaksiyada görüşlərimiz olub və hər təzə yazısını, hər görüşünü maraqla izlədiyim İbrahim müəllimin səmimiyyəti doğrudan-doğruya məni özünə çəkib. İnana bilməmişəm ki, 60 yaşının astanasında olan İbrahim müəllim özündən yaşca kiçik, yaxud böyük olan insanlara bu qədər mülayim, bu qədər səmimi, bu qədər təvazökar bir münasibətlə yanaşır. Və o hər kəsə elə bir doğmalıq nümayiş etdirir ki, bunun halallığına, ürəkdən gəlməsinə iynə ucu boyda da şübhə yeri qalmır. Özü də Naxçıvandan Bakıya hər gəlişində elə bil ki, özüylə ürəyinin tutumu qədər bir Naxçıvan gətirir, bir Şərur gətirir. İxtisasca pedaqoq olan İbrahim müəllim şəxsən mənimlə söhbətlərində şairliyi ilə yanaşı, müəllimliyinin də böyüklüyünü ruhuma elə hopdurur ki, özümü onun qarşısında az qala tələbə kimi hiss edirəm.
   
   İbrahim Yusifoğlunun kitablarının böyük əksəriyyəti mənə bəllidi və bu kitablarda qələm dostumun xoş arzularını ifadə edən avtoqraflar da var. Mən avtoqraflarla aldığım kitablara xüsusi bir önəm verirəm. Həmin kitablardan biri də indi sizə barəsində söz açdığım İbrahim Yusifoğlunun "Seçilmiş əsərlər-1" kitabıdır. Xatırladım ki, 5 cilddən ibarət olacağı nəzərdə tutulmuş bu əsərlər "Şirvannəşr" mətbəəsində çox nəfis bir şəkildə çap olunmağa başlayıb və artıq kitabın 1-ci cildi də artıq işıq üzü görübdü. Bu yazını da yazmağa məni məhz həmin 1-ci cild vadar etdi.
   
   Mərhum xalq yazıçımız Hüseyn İbrahimovun xeyir-duası ilə başlanan kitaba əməkdar elm xadimi, AMEA-nin həqiqi üzvü İsa Həbibbəylinin və Naxçıvan MR-nın Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi Asim Yadigarın öz sözləri ilə başlanan kitabı demək olar ki, söz-söz, misra-misra oxudum. Bu cilddə şairin müxtəlif illərdə, müxtəlif ovqatlarla qələmə aldığı şeirlər toplanıbdı. Xüsusi qeyd etmək istəyirəm ki, 70-ci illərdən başlayaraq qələmə alınan bu şeirlərdəki səmimiyyət, coşqulu ilham və oxucuya layiqli töhfə vermək istəyi 2011-ci ildə yazılan şeirlərə qədər davamlı bir yol gəlir. Yəni şairin səmimiyyəti də, coşqulu ilhamı da öz axarında, öz mərtəbəsindədi. O, sözləri duyduğu, yaşadığı kimi bərbəzəksiz, necə var o cür də kağıza köçürür. Sadəcə ona öz ruhunu, öz duyğularını, öz düşüncələrini hopdurur. İbrahim Yusifoğlunun uğuru da məncə məhz elə burdadı. Məsələn, onun "Özüm haqqında şeir"inə diqqət yetirək:
   
   
   
   Heç kimlə işi olmayan
   
   Bir parça çörək üçün
   
   Kimsəyə əl açmayan
   
   Yusif kişinin ailəsində
   
   Mənim dünyaya gəlməyimi
   
   Çox adam bilməyib
   
   Adıma aş asılmayıb
   
   Qurbanlar kəsilməyibg
   
   Bu gün gözüm yoxdu varında-dövlətində
   
   Adında-sanında heç kimin.
   
   Qayəsinə, ahənginə baxın şerimin,
   
   Siz Allah, yerini soruşmayın iş yerimin!...
   
   
   
   Bəli, əslində bu həm də avtobioqrafiyadı. Sadəcə, bir parçasını təqdim etdiyim bu şeirdə İbrahim müəllim özünün və soyunun kimliyini, dünənini, bu gününü çox kövrək bir mizrab üstündə oxucuya pıçıldayır və oxucu da bu şeiri çox rahatca həzm edir. Çünki burada şair qışqırığı yox, səmimiyyəti hakimdi. Və yaxud "Şeir oxuyursan titrək bir səslə" şeirində olduğu kimi:
   
   
   
   Yoxgyoxg bu titrəyiş meh ola bilməz
   
   Hələ qəlb isidən gün gəlməliydi
   
   Bəlkə də mələkdig eh ola bilməz
   
   Heç kim məni belə kövrəltməyibdi.
   
   Bu sənsən önümdə necə həvəslə
   
   Şeir oxuyursan titrək bir səslə.
   
   
   
   Doğrudan da könlümü ovlayan, qəlbinə sahib çıxan bir varlıq sənin üçün həmişə qeyri-adi, həmişə əlçatmaz, həmişə təəccüb doğurandı. Və şairin titrək səslə şeir oxuyan Allah bəndəsinin barəsində kağıza köçürdükləri də məhz onun o qəribə varlığa, o sevgi ilahəsinə ehtiramının bir fərqli təqdimatıdı.
   
   İbrahim Yusifoğlunun "Seçilmiş əsərlər"inin birinci cildində toplanmış şeirlər 7 başlıq altında təqdim olunubdu. Mövzu baxımından şeirlərin bölgülənməsi təbii haldı. Ancaq mən İbrahim müəllimin kitabındakı bu daxili bölgünü şərti qəbul etdim. Çünki onun şeirlərində istər özü barəsində yazsın, istər doğulduğu bölgə barəsində, istər bütöv Azərbaycan barəsində, istər sevgidən, istər məmləkətin problemlərindən, istər Qarabağdan, istər Xocalıdan, istər dünyanın dərdlərindəng bir sözlə, bu şeirlərin hamısında bir ürək çırpıntısı, bir səmimiyyət və bir də sözə çox həssaslıqla yanaşmaq məharəti özünü göstərir. Məsələn, onun Xocalı ilə bağlı yazdığı şeirdə deyilir:
   
   
   
   Üzlərə baxmağa gözüm utanır,
   
   Təsəlli verməyə sözüm utanır.
   
   Halına yanmağa üzüm utanır,
   
   Namərdlər əlində qalan torpağım,
   
   Xocalım hey, Xocalımg
   
   
   
   Bu şeirə bir qaçqınlıq həyatı yaşayan söz adamı kimi diqqət yetirəndə məni daha çox mütəəssir edən İbrahim müəllimin son dərəcə böyük səmimiyyətidir. Şair qardaşım digər soydaşlarımızdan fərqli olaraq Xocalının halına təkcə yanmır, həm də bu faciəyə görə özünü günahkar sayır, öz günahına görə başını qaldırıb üzlərə baxmağa utanır. Təəssüf ki, Xocalının odlara qalanmasında günahkar olanlar bu hissi ümumiyyətlə öz varlıqlarında gəzdirmirlər, yaşatmırlar, onlar utanmağın nə olduğunu bilmirlər. Amma Tanrıya üz tutan İbrahim Yusifoğlu hər misrasında böyük Yaradandan bu xalqın dərdlərinə əlac tapmaqda, problemlərinin çözümünə yardım göstərməkdə öz böyüklüyünü əsirgəməməyi xahiş edir.
   
   İbrahim Yusifoğlu bu dünyanın ən xırda problemindən tutmuş ən böyük, ən qlobal dərdlərinə qədər hər birinə həssaslıqla yanaşır. Bir vaxtlar xalq şairi, mərhum Osman Sarıvəllinin yazdığı "Hər kim yüz il yaşamasa, Günah onun özündədi." deyiminə bir şagird səmimiyyəti ilə öz etirazını da bildirir. Yəni İbrahim Yusifoğlu bugünün boyumuzdan hündür olan dərdlərinin içərisində yüz il yaşamağın təkcə qeyri-mümkünlüyünü yox, həm də bu dünyanın çirkablarına bulaşmağın arzuedilən olmadığını da dilə gətirir və belə bir ömürdən imtina edir.
   
   Ümumiyyətlə, insan üçün öz-özünə hesabat verə biləcəyi guşələrdən biri də qəbiristanlıqdı. Hər dəfə itirdiyimiz bir insanın dəfn mərasimində biz daxilən özümüz üçün bir hesabat veririk. Amma təəssüf ki, qəbirsitanlıqdan çıxanda bir qismimiz o hesabatı unudur, yenə öz köhnə ampulamıza qayıdırıq. Amma İbrahim müəllim məzar daşlarına, itirdiyi doğmalara, eləcə də 41-45 arasında itkin düşənlərə, naməlum məzar sahiblərinə ünvanlanan şeirlərində, həmçinin boşalan, iş dalınca digər məmləkətlərə, böyük şəhərlərə üz tutan evlərin sahiblərinə ünvanladığı şeirlərdə o qədər kövrək notlara toxunur ki, onlara biganə qalmaq olmur. Məsələn:
   
   
   
   İzimi tapmadım torpaq, daşımda,
   
   Gözlərim dolaşdı kəndin qaşında.
   
   Mənim üçün qazılan məzar başında,
   
   Mən özüm-özümü ağlayan gördüm.
   
   
   
   Və yaxud:
   
   
   
   Hava şaxtasızdı, səma dupduru,
   
   Bənövşə, dodağın yenə bal dadır.
   
   Səni aldatmasın günəşin nuru,
   
   Hələ qış qabaqda, qar qabaqdadıg
   
   
   
   Və yaxud:
   
   
   
   Bu dünyanın 41-45 arası,
   
   Bu dünaynın dərd-sərinə bəsidi.
   
   Bu dünyanın ən kədərli nidası,
   
   "Oğul" deyən bir ananın səsidi.
   
   
   
   Qələm adamı sözün dünyaya gəlişini o vaxt bayram edib ki, o söz bir nəfəsə oxunur və dərhal da ruha hakim kəsilir. Bu mənada İbrahim Yusifoğlunun hətta kimlərəsə ithaf etdiyi şeirlərdə də, təbiətə ünvanlanan misralarında da şair oxucunu özününküləşdirir. Bir az da açıq desəm, oxucu şairin özünə çevrilir. Və bu da şeirin həm səmimi notlardan bəhrələnməsinin, həm də peşəkarlığın nəticəsidir. Yəni sözün üstündə təkcə əsmək yox, ona həm də ürək, qan vermək lazımdı. Elə İbrahim Yusifoğlu da ruhən həm də sözlə yaşamaq peşəkarlığı prizmasından məhz şeirə bu cür yanaşır, şeirlə bu cür davranır. Onun cənub həsrətli Təbriz nisgilli misraları, bayatıları, həmçinin hər bir qələm adamının əbədi mövzusu olan məhəbbət şeirləri oxucunu doğrudan-doğruya özünə çəkir. Şair yazır:
   
   
   
   Bu yaz gözəllikdə sənə bənzəyir,
   
   Lalər açıbıd yanaqlarında.
   
   Çəmənlər, çiçəklər səni səsləyir,
   
   Arılar bal duyub dodaqlarında.
   
   
   
   Və yaxud:
   
   
   
   Gedir həyəcanla, gedir gör necə,
   
   Yol boyu xoş söz də arayacaqdı.
   
   Nəmli saçlarını onun bu gecə,
   
   Bir gözəl əlləri darayacaqdı.
   
   
   
   Və nəhayət İbrahim Yusifoğlu oxuculara təqdim etdiyi əsərlərinin 1-ci cildində biz oxuculara bir şeir çələngi bağışlayıb. Yəni bu kitab əslində şeir çələngidi. Bu çələngdə təbiətin bütün rəngləri öz əksini tapıb və şair də bu rəngləri məharətlə özü istəyənlərə təqdim edibdi. Uğurlar olsun!


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK