hacklink Adalet.az | KAFTARLAR VƏ BİZ! Adalet.az | KAFTARLAR VƏ BİZ! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KAFTARLAR VƏ BİZ!

25637    |   2011-10-15 06:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mənim Türk milləti üçün görmək istədiyim və bacarmağa cəhd göstərdiyim hər bir şey meydandadır. Məndən sonra məni mənimsəmək istəyənlər, bu əsaslar daxilində ağıl və elmin rəhbərliyini qəbul edərlərsə, mənəvi mirasçılarım olarlar.
   
   Atatürk"
   
   
   
   İnsanın ömründə elə anlar vardır ki, heç kəsin həll edə bilməyəcəyi cəbr tənliklərinə oxşayır. Beləsinə önəmli olan prosesləri indiyə kimi heç bir şəxs müəyyənləşdirə bilməyibdir. İnsanoğlu o proseslərdə sadəcə olaraq köməkçi bir ünsür, necə deyərlər bir vasitədən ibarətdir. Hər bir şeyin planını quran və həyata keçirilməsinə icazə verən, yuxarıda bütün kainatı idarə edən Ulu Tanrı və onun qalubəlada alnımıza yazdığı tale yolumuzdur. Bəzi insanlar birdən durub, "mən onu belə elədim, filan planı qurub həyata keçirdim, filan işi görəcəkdim, ancaq problem yarandıgvə s." şəklindəki ifadələrlə həyatın axarına və ya proseslərin bəzilərinə özlərinin müdaxilə elədiyini, bacara bildiyini və ya bacara bilmədiyini zənn edir. Alnımıza yazılmış Güneylilər demişkən, qəzov-qədər xəttini nəzərə almayanlara şəxsən təəccüblə yanaşıram. İnsan əlbətdə ömür yolunda müəyyən şeyləri həyata keçirə bilir, ancaq onların tamamı Tanrı tərəfindən dediyim kimi qalubəlada yazılmış olanlardır. Ssenarini yazan Tanrı, həmin ssenarini səhnəyə qoyan və boynumuza yüklənmiş işləri yerinə yetirən də bizik.
   
   İnsanlar vardır ki, dünya tarixində müsbət və ya mənfi eləsinə hadisələr reallaşdırıb ki, adları tarix kitablarında silinməz şəkildə həkk olunubdur. Öz tariximizdən xəbər versək, Oğuz Xaqan, Bilgə Xan, Alp Arslan, Fateh Sultan Məmməd, Atatürk, İbni Sina, Farabi, Nizami, Movlana Cəlaləddini Rumi və cildlərlə kitaba sığa bilməyəcək adlar. Digər xalqlardan isə George Washington, Napoleon Bonaparte, I. Piyotr, Mahatma Qandi, Nehru, Edisson və digərləri. Şəxsiyyətlər, hansı din və ya millətdən olarsa olsun Ulu Tanrı özlərinə hansı işi görməyi məsləhət bilibsə o çərçivədə işləyib və bəşər tarixində pis, ya yaxşı ad qoyub gediblər. Milliyyəti də, dini də ayrı olsa da Edissonu danmaq mümkündürmü, onsuz da millət olaraq xarakterimiz onu danmağa icazə verməz.
   
   Türkiyənin ən şərqdəki ucunda, üstdən bacalı bir kənd evində və həddən artıq kasıb bir ailədə dünyaya gəldim. Ömrüm indiyə kimi millətimə xeyir vermək yolunda apardığım mübarizələr və fəaliyyətlərlə yeriyib hazırki mənzilinə çatdı. İbtidai məktəbdə oxuyanda indi dayandığım yerə çatacağımı desəydilər onlara ancaq kinayə ilə gülərdim; çünki indiki səviyyəm o vaxtkı xəyal dünyama sığa bilməzdi. Deməli, Tanrının sevgili quluyam ki, mənə bunları göstərdi, millətimin və dövlətlərimin yolunda yaxşı işlər görməyimə rüsxət verdi. Ona sonsuz şükür olsun.
   
   Ankaraya gəlib TRT-də işləməyə başladıqdan sonra peşəm sayəsində böyük şəxsiyyətlər, nazirlər, baş nazirlər, dövlət rəhbərləri ilə tanış olmaq fürsətini tapdım.
   
   Ömrümün ən anlamlı xatirələrindən biri də Azərbaycanlı mərhum alimimiz Abbas Zamanovu 1990-cı ildə Ankarada qonaq edərkən onunla on beş gün gecəli-gündüzlü bir yerdə olmağımdı.
   
   Əsənboğa hava limanının VİP qapısından onu böyük bir qafilə ilə qarşılayıb Türk Standardlar İnstitutunun qonaq evinə aparmışdıq. Özünü qarşılamağa gələnlərlə gecənin bir vaxtına kimi söhbət edənlərin getməsindən sonra mənə dönüb, "Bala, Alparslan Türkeşlə görüşmək istəyirəm, bu məsələni həll et" dedi. Mən də məsələni səhərisi gün Azərbaycan Kültür Dərnəyinin Başkatibi həmişə ağabəy (qağa) deyə xitab etdiyim, ailəvi böyüyümüz əhməd Qaracaya və Türk dünyasının görkəmli alimi və mənim hədsiz hörmət bəslədiyim Dr. Əhməd Bican Ərcilasuna danışdım. Onlar bu arzunu mərhum Türkeşə çatdırdılar və müsbət cavab gəldi. Bir axşam Dr. Ə. B. Ərcilasun Bəyin evində görüşüləcəkdi. O gün gəldikdə Abbaz Zamanovu götürüb Prof. Dr. Ə. B. Ərcilasun Bəyin evinə apardım. Azərbaycan Milli Mərkəzinin Sədri Mərhum Məmməd Kəngərli, əhməd Qaraca, dərnəyin üzvü mərhum Nurəddin Xəzər həyat yoldaşları ilə birlikdə gəlmişdi. Oturub Türkeşin gəlməyini gözləyirdik və bir az sonra onun maşından endiyini Dr. Əhməd Bican Bəyin indi tarix doktoru olan oğlu Konuralp gəlib xəbər verdi. Abbas müəllim o saat evin qapısına sarı yeridi və çıxıb qapının ağzında Türkeşi gözləməyə başladı. Türkeş pilləkənləri çıxıb ona çatdıqda Türk dünyasının iki böyük şəxsiyyətinin bir-birini qucaqlaması görüləsi mənzərə idi. Hər ikisi də öpüşdükdən sonra bir-birini qucaqlayıb bir müddət gözləri yumulu şəkildə heykələ döndülər. Ayrılıb içəri girdiklərində Abbas müəllim bizə üzünü tutub, "Nağıl qəhrəmanımı gördüm, hamınıza təşəkkür edirəm" -dedi. Gecə yarısına kimi söhbət oldu. O tarixi anı heç vaxt unutmayacağam. Ömrü boyu əsarət həyatında azad və müstəqil Türkiyə Cümhuriyyətinin həsrətini çəkən və onu görməyin xəyalı ilə yaşayan bəstəboy, ancaq dünya boyda cəsarət abidəsi olan görkəmli alim ilə Türk dünyasının dərdi-sərini özünə dərd eləmiş bir siyasi lider müqəddəs bir ocaqda tapışmışdı. Bu hadisədə bir balaca da olsa Tanrı mənə rol təyin etmişdi, ona şükürlər olsun.
   
   Türk dünyası ilə bağlı fəaliyyət yolum, məni mərhum ağsaqqalımız, əvəzsiz insan Müzəffər Özdağa da aparıb çıxarmışdı. Yetişməmdə, müəyyən strateji fikirləri mənimsəməmdə onun böyük rolu olmuşdu, mənə bir növ müəllimlik eləmişdi. Qurduğu Türkiyə-Azərbaycan Dostluq Dərnəyinə, özümüzün yaratdığı və sədri olduğum "Azərbaycanı Tanıtma Dərnəyi" olsa da onun cəmiyyətinə üzv olmuşdum və hər həftə, bəzən həftədə iki-üç dəfə yanına gedir, oturub söhbət edirdik. Türk dünyası ilə bağlı bir çox mövzuda onun dəyərli fikirlərini mənimsəyir, təcrübəylə dolu tövsiyələrini beynimə həkk edirdim. O da məni öz övladı gözündə görür və fikirlərimə dəyər verir, Azərbaycanla bağlı fəaliyyətlərimdə hər hansı çətinliklə üzləşsəm onu o saat həll edir və ya etdirirdi. Dərnəyə xüsusilə təqaüdə çıxmış hərbçilər üzv idi. Məni onlarla tanış etməkdən də böyük həzz alırdı. Təqaüdçü Tümgenral (genral-leytenant) M. İlhan Atabaş Paşa ilə onun vasitəsilə tanış olmuşdum. Bir gün dərnəyə getdikdə Atabaş Paşa mənə özünün hazırladığı "Türkiyənin Milli Gücü və Türk Dünyasındakı Yeri" adlı əsərini öz dəst-xətti ilə imzalayıb verdi. Onsuz da kitablara qarşı aludə olsam da verdiyi bu kitabdan hədsiz sevinmişdim. Kitabı dəfələrlə nəzərdən keçirdim.
   
   Əsərdə qeyd olunan və NATO-da vəzifə yeridən bir zabitimizin başına gələn bir hadisə çox maraqlı idi, onu oxucularla bölüşmək istəyirəm.
   
   NATO-nun qərargahı hələlik Washingtondadır və Avropaya daşınmayıb, fransızlar da onun hərbi cinahında vəzifə yeridir. Türkiyəli zabitlər də təşkilat daxilindədir. Qərargah rəhbərliyi vəzifəsini də fransızlar, ingilislərdən təhvil alır. Qərargahın yeni rəhbəri seçilən Fransız genral qərargahdakı NATO-da layihələrdən məsul zabitləri yığır və hazırlanan hər bir layihənin nüsxələrini zabitlərə paylayır. Türkiyəli albay (polkovnik) Atıf Ərçıkana "Sovetlər Birliyinə Qarşı Həyata Keçiriləcək Psixoloji Hərbi Hərəkat" qovluğu verilir. Yığıncaq qurtarır və zabitlər öz otağlarına gedirlər; ancaq albay Atıf Ərçıkan otağına təzəcə girmişkən içəri biri amerikalı, digəri ingilis iki zırpı albay daxil olur. Qərargah rəisinin ona verdiyi qovluğu özlərinə verməsini tələb edirlər. Qovluğu tələb edərkən də, "Qərargah rəisi bu qovluğu sizə səhvən veribdir, onu istəyir"-deyirlər. Albay Ərçıkan isə həddən artıq ayıq və gözəl yetişdirilmiş bir Türk zabiti olduğundan barmağını dişləyir və bunda bir əmma olduğunu başa düşür. Hələ özü də qovluğun içində nə vardır ondan xəbərsizdir və gələn albaylara; "Qərargah rəisi qovluğu mənə səhvən yox, bilərəkdən verdi, mən onu sizlərə vermərəm"-deyir. Gələnlər bu dəfə onunla mübahisəyə girişir və biri qovluğu qamarlayıb götürmək istəyəndə polkovnik Ərçıkan ondan daha cəld tərpənir və qovluğu götürüb seyfinə qoyub bağlayır. Bu dəfə onu hədələməyə başlayırlar;
   
   -O qovluğun sekret dərəcəsini bilirsən?
   
   Albay Ərçıkan da; -NATO-dakı ən yüksək sekret dərəcəsi "Cosmic top secret"dir-deyir.
   
   Gələnlər:
   
   -Elə deyil, onda daha yüksək sekret dərəcəsi vardır, adı da VAGRAM-dır. Bu qovluqdakı nəinki məlumatlar bircə kəlməsini də eşiyə buraxsan özünü ölmüş bil! - deyirlər.
   
   Albay Ərçıkan:
   
   -Mən bu qovluğu tədqiq etdikdən və oxuduqdan sonra öz Başqərargah rəisimizə təqdim edərəm, orda olanları özgələrinə də demərəm-deyir və gələnlər dallarına baxa-baxa çıxıb gedirlər.
   
   Qovluqda, Sovetlər Birliyinin mərkəzi avtoritetinin məhv edilməsi məqsəd götürülmüş və bu yolda istifadə olunacaq psixoloji hərbi vasitələr, təşkilatlar və s. dilə gətirilmişdir. Psixoloji hərbin hədəf götürdüyü kütlələr isə qeyri-rus millətləridir. Qovluğun axırında isə xüsusi bir hissə ayrılıb. O hissədə, Sovetlər Birliyi dağıldığı vaxt 15-16 yeni dövlətin yaranacağından söhbətdə deyilir ki;
   
   "Yaranacaq bu dövlətlərin 5-6 dənəsi Türk dövləti olacaqdı. Onların yerləşdiyi coğrafiya strateji yöndən həddən artıq önəmli və təbii sərvətlər yönündən də o qədər zəngindir. Türk millətinin döyüşçü qabiliyyəti və xarakteri də tarixdən məlumdur. Bu dövlətlər qərbdəki Türkiyə Cümhuriyyəti ilə birləşərsə o vaxt Hitler Almaniyasından və ya Stalin Rusiyasından daha təhlükəli bir güc kimi qərblilərin qarşısına çıxar. Bu cür bir təhlükənin yaranmasına əngəl olmaq, Türkiyə ilə Şərq Türklərini birləşdirməmək üçün hansı tədbirlər görülməlidir və o tədbirlər nələr olmalıdır?"
   
   Bəli, qovluq həmin sualla axıra çatır. Hadisə 1960-cı ilin əvvəlində yaranıb, yəni 51 il qabaq. Türk dünyasının hər bir oğlu və qızı papağını qabağına qoyub dərindən də dərin fikrə gedib yarım əsr qabaq yaranmış bu hadisəni və indiki vəziyyəti gözünün qabağında canlandırmalı və özünə pay çıxmalıdır. Nə qərblilər bizim sözün həqiqi mənasında dostumuzdur, nə ruslar, nə də çinlilər. Bu dünya elə bir dünyadır ki, imperialist xarakterli millətlər ac kaftarlar kimidir. O kaftarların yiyəcəyi tikə olmamaq üçün Ulu Rəhbər Atatürkün dediyi kimi, "Hər şeydən çox bir şeyə ehtiyacımız vardır, işgüzar olmaq" və əl-ələ verməkdir. Millətimizin və dövlətlərimizin xilası və ömrünü davam etdirməsinin resepti bunlardır.
   
   Qovluqdakı xüsusi bölmədə verilən sualın cavabına gəldikdə;
   
   Türkiyədə əvvəlcə sağ-sol, ardınca ASALA, sonra Hizbullah, sonra PKK hadisələrinin yaradılması və sərv qamətli oğullarımızın, milyardlarla dollarlıq qazancımızın terrora qurban getməsi yoluyla Türkiyənin zəiflədilməsi;
   
   Azərbaycan Türklərinin Qərbi Azərbaycandan, yəni bu gün Ermənistan adı verilən dədə-baba torpaqlarımızdan etnik təmizliklə çıxarılması, ardınca 20 Yanvar qırğını, Xocalı Soyqırımı, Azərbaycan torpaqlarının iyirmi faizinin işğalı;
   
   İraqda dörd milyona yaxın Türkmən əhali yox qəbul edilərək, Yəhudiliyi mənimsəmiş Bərzani tayfasının rəhbərliyində dörd milyonluq kürdə bir dövlət qurdurulmağa, Suriyadakı üç milyon yarım Türkmənin adının da çəkilməyib burdakı bir milyon yarımlıq kürdün də Qüzey İraqdakı Bərzanilərə yamadılmaq surətiylə Nil-Fərat çayları arasındakı torpaqların Tanrı tərəfindən özlərinə vəd edildiyi utopiyası ardınca gedərək bəşəriyyəti qana bulamağa çalışan İsrailin qarşısında bir forpost yaratmaq məqsədi olmasın?!


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK