viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ONUN GÖRDÜYÜ KİMİ... Adalet.az | ONUN GÖRDÜYÜ KİMİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ONUN GÖRDÜYÜ KİMİ...

15936    |   2011-09-24 04:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəlkə də doğulub boya-başa çatdığım yerin təbiəti ilə bağlıdı-çoxlarının əksinə olaraq, yaşıllıqdan, çəmən-çiçəklərdən çox göz işlədikcə uzanan, üfüqlərində kiçik bir qaraltı belə görünməyən bomboz çöllər, düzəngahlar məni daha çox duyğulandırır. Bu yerləri seyr etdikcə elə bil insan xəyalı daha uzaqlara gedə bilir, beyni daha işıqlı, daha xeyirxah fikirlərlə dolur, nəfəsi genişlənir. Etiraf edim ki, əvvəllər bunu kiminsə yanında açıqlamağa ürək eləmirdim. Zövqümün qəribəliyinə görə qınanacağımdan ehtiyatlanırdım. Amma nahaq yerə... Sən demə, mən tək deyiləmmiş. Məndən başqa da "Səhra aşiqləri" varmış...
   
   Bir gün müəllimimiz sözarası elə auditoriyadaca dedi: "Heyf deyil genişlik, sakitlik... Elə ki, Bakıdan üzü o tərəflərə çıxırsan (o, özü də bizim qonşu rayonlardan birindən idi), ətrafdakı boşluq adama ləzzət eləyir. Gözün, beynin dincəlir..."
   
   Son vaxtlar hər dəfə Hacıqabuldan keçib paytaxta gələndə yolun sağında-solunda əkilmiş ağaclar cavan yaşında dünyasını dəyişmiş, filosof düşüncəli müəllimimizin sözlərini yadıma salır. Bu ağaclar boya-başa çatanda (inşallah!) daha yolçuların gözü-beyni dincəlməyəcək, düşünürəm. Görünür, genişlik, boşluq insanın səs-küydən, sıxlıqdan, lap elə yaşıllıqdan doyduğu anlarda gözəldi...
   
   Bir də ki,... hər şey təbiiliyində, özü olanda gözəldi...
   
   
   
   ***
   
   Kəndimizin qırağında sularından balıq iyi qoxuyan axmaz var. Böyüklərin dediklərinə görə, vaxtilə Kür buradan axırmış. Günlərin birində çay "fikrini dəyişir", özünə təzə yataq salır. Yerində indiki axmaz qalır. Hər il yaz gəlib çay daşanda axmazın da suyu artıb təzələnir. Qırx-əlli il bundan qabaq axmazın suyu daha yararlıydı. Qadınlar burada paltar suya çəkir, qab-qazan, xalça-palaz yuyurdular. Kişilər balıq tutur, sıx qamışlıqda qayıqla gəzib su quşlarını ovlayırdılar. Hər bazar günü Hacıqabuldakı hərbi hissədən əsgərləri də buraya gətirirdilər...
   
   Axmazla kəndin arasındakı hündür, on beş-iyirmi ildən bir təzələnib bir az da hündürləşən bənddən də məlumdu ki, bir zamanlar Kür bu sahildə çox "at oynadıb", dönə-dönə camaatı Qarasuya, Küdrü düzünə sıxışdırıb...
   
   Çayın indiki yatağıynan axmazın arasında qalan yerlərdə gözümüzü açandan tuğay meşələri görmüşdük. Hündür, sıx ağaclı meşələr bu sahillərdə yaşayanlarçın əsl həyat mənbəyi idi. Kişilər bütün payız-qış aylarında meşədən qurumuş ağacları kəsib daşıyardılar. Qadınlar böyürtkən yığmağa gedərdilər. Çiyinlərində qazan, vedrə dəstə-dəstə meşədən tut, ərik daşıyan qız-gəlinlərin bəndin üstüynən arxası batan günəşə, üzü kəndə doğru gəlməkləri indi də gözümün qabağındadı... Sonralar qoruq yaradıldı. Daha ov eləməyə icazə vermədilər...
   
   Hələ məktəbə getməmişdən tez-tez qonşu Talış kəndində yaşayan nənəmgilə gedər, həftələrlə orada qalardım. Ən çox yadımda qalan şumlanmış geniş sahələr, traktorçu dayılarımın sürüyüb gətirdikləri iri ağac kötükləridi. Sonralar başa düşəcəkdim ki, bu kötüklər o gömgöy buludları xatırladan meşələrdəki, kim bilir, neçə illərdən bəri Kürün sahillərinə yaraşıq verən ağacların kötükləriymiş... Hələ şumlanmış meşə torpağı... Qum kimi yumşaq və saf idi. Elə axmazın o üzündəki meşənin də başına həmin oyunu açmışdılar. Beşinci sinifdən bizi həmin meşənin ortasındakı talada əkilmiş pambıq sahələrini becərməyə, sonra da məhsulunu yığmağa aparırdılar...
   
   İnsanların əliynən yaradılan düzəngahlar ürəkaçan deyil. Meşənin ortasındakı tala, taladakı pambıq tarlası, tarlanın kənarındakı arxın üstünə əkilmiş tut ağacları, ağacların budaqlarına qonub hərəsi bir cür səs çıxaran alabaxtaların, şanapipiklərin, ağacdələnlərin quş dilində oxuduğu nəğmələr hələ də nəinki qulaqlarımdan getmir, bəzən məni qorxudub bütün günümü korlayan, bəzən də iliyimədək xoşallandıran, dönə-dönə göz önündə canlandırmağa çalışdığım, gerçəkləşməsini dəhşətlə arzuladığım, sirrinə-sehrinə söz çatdıra bilmədiyim yuxularımın da əbədi qonağıdır...
   
   
   
   ***
   
   Yazılarımda tez-tez yada saldığım bir mənzərə var yaşadığım yerdə. Kürlə Arazın qovuşduğu yer. Bəlkə də Yer üzünün ən nadir təbiət incilərindəndi. Ara-sıra adamlardan giley-güzar eşidirəm ki, özümüzünküləri və turistləri cəlb eləməkçin bu yerdə nəsə tikmək, qurmaq olar. Əvvəllər mən də belə düşünürdüm... Təxminən beş-altı ay bundan qabaq qışda bəndin üstüynən xəstə yanına gedirdik. Suqovuşan sağ tərəfdə qalırdı. Bu tərəfə baxmaq maşındakıların heç birinin ağlına da gəlmirdi-bir-birlərinin sözünü kəsə-kəsə danışırdılar. Qovuşandan sonra təxminən yüz-yüz əlli metr sularının rəngi bir-birinə qarışmayan çaylardan gözümü çəkmirdim. Qış olduğuna görə hər tərəf mən istəyən kimiydi. Gözün, qəlbin dincəldiyi bir guşə. Kürün o biri sahilində adayabənzər quru görünürdü. Bir zamanlar meşə olduğu şübhəsizdi. İndi isə quru çör-çöpdən başqa üstündə heç nəyi olmayan bomboz torpaqdı... Yaxşı ki, burada heç nə eləmirlər. Hər şey öz ilkinliyindədi. Eləyib neyləyəcəkdilər ki?!... Tanrı öz qüdrətindən kimsəyə pay verməyib. Adamlar ancaq özləri kimi yarada bilərlər, Tanrı kimi yox. Ürək istəyir ki, heç özləri kimi də yaratmasınlar. Təbiətin bakirəliyini pozanda öcünü amansızlıqla alır. Zərbə isə sadə, əlinin zəhmətiynən dolanan insanlara dəyir...
   
   
   
   ***
   
   Təkcə təbiət yaratdıqlarını qoruyub saxlamağa, bəzən məhv etməyə, bəzən də daha da artırıb gözəlləşdirməyə qadirdi. Uca Yaradan nə edibsə, nə yaradıbsa, insanları yaşatmaqçün eləyib. Çayları, gölləri, balıqları, quşları, heyvanları, bar verən ağacları, şəfalı bitkiləri onun istifadəsinə verib. Verib və zaman-zaman da insan övladını yaratdıqlarının sirrinə vaqif edib. Vaxtında, öz məqamında...
   
   Ancaq dünyanı olduğu kimi qalmağa qoymayanlar, yaradılanları öz istəklərinə, vəhşi ehtiraslarına qurban verməyə hazır olanlar da həmişə tapılıb. Urmu gölü ətrafında gedən oyunları izlədikcə dörd yanıma daha diqqətlə baxmağa başlamışam. Daha dərindən anlamışam ki, təbiət bir yarpağı, ləçəyi, gözlə belə görünməsi mümkün olmayan canlıların heç birini məqsədsiz, gərəksiz yaratmadığı kimi, dünyamızda baş verən hər çıqqıltının da altında böyük gurultular gizlənir. Bu gün insanlar daha qlobal, daha müasir riyakarlıqlarla və alçaq şəkildə bir-birlərinin torpaq üstündə yaşamaq haqlarına təcavüz edirlər.
   
   Dənizlərin, çayların, göllərin sahilində açılan sabahların, qaralan axşamların da özgə hüsnü var. Özlərini Allah adamı sayanlar bu gözəllikləri öz həmcinslərinin əlindən almaq, pərən-pərən salıb əritmək istəyirlər.
   
   Heç bir şey əriyəndən sonra daha əvvəlki şəklini ala bilmir...
   
   Xalqlar, millətlər də...
   
   
   
   ***
   
   Orxan Pamukun "Mənim adım qırmızı" romanında padşahların istəyiynən klassiklərin əsərlərinə lövhələr çəkən nəqqaşların həyatından maraqlı hekayələr var. Son dərəcə həssas, nəfis rəsmlər çəkən bu sənətkarların çoxu ömrünün sonuna yaxın kor olurmuş. Gözlərinin işığını itirəndən sonra hafizəsi bir az da itiləşən nəqqaşlar əllərinin yaddaşıynan da nadir sənət əsərləri yarada bilirlərmiş. Kor və qoca nəqqaşa görə, qədim ustalar bu rəsmləri Allahın xatirələrindən yaradıblar. "... Yalnız kor və ixtiyar nəqqaş kimi, Allahın aləmi yeddi yaşındakı ağıllı uşağın görmək istəyəcəyi təki yaratdığını bilirəm. Çünki Allah aləmi əvvəlcə görülmək üçün yaratdı. Sonra da gördüyümüzü bir-birimizə bölüşək, danışaq deyə bizə sözləri verdi. Amma biz sözlərdən hekayələr düzəltdik, naxışın bu hekayələr üçün çəkildiyini güman elədik. Ona görə də naxış, doğrudan, Allahın xatirələrini çatdırmaq, aləmi Onun gördüyü kimi görməkdi..."
   
   Biz yeddi yaşında ağıllı uşaq qədər də deyilik. Üstəlik, təbiəti bu günə qoymağımızdan bəlli ki, deyəsən, heç olmamışıq da. Bəs, dünyaya qurub-yaratmaqçün gəldiyini güman edən insan yeddi yaşına nə vaxt çatacaq?!..
   
   Aləmi Onun kimi görə bilmiriksə, heç olmasa, yaratdıqlarını qoruyaq!..


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK