Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SALAM, QOCA TARİX! Adalet.az | SALAM, QOCA TARİX! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SALAM, QOCA TARİX!

Öz keçmişini bilməyən gələcəyi üçün də vuruşmayacaq

23393    |   2011-09-06 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncə tarixdən başlayaq. O tarixdən ki, o yazılıb. Biz də orta məktəbin aşağı siniflərindən auditoriyalara qədər bu tarixi az-çox öyrənmişik və hər imtahandan sonra da bizə elə gəlib ki, biz tarixi bilirik. Amma sən demə, biz yanılırımışıq. Doğrudur, deyirlər ki, şairlər fəhmli olur. Görünür elə buna görə də böyük Səməd Vurğun məşhur əsərlərinin birində yazırdı:
   
   
   
   Bilinməyir yaşın sənin,
   
   Nələr çəkmiş başın sənin!..
   
   
   
   Sonra böyük Məmməd Araz yazdı ki, hər daş parçası bir tarixdi. Və onun ardınca da arxeoloq alimə üz tutub öyrəndiyi və təqdim etdiyi tarix üçün ona minnətdar olduğunu xatrladırdı.
   
   Mən butun bunları və ümumiyyətlə, tarixlə poezyianın təmasını istənilən qədər davam etdirə bilərəm. Lakin indiki halda ehtiyac görmürəm. Çünki bizim bugünümüz əslində tarixi bilməyin nə qədər zəruri olduğunu bizə poeziyasız da diktə edir. Yəni zorən cəlb edildiyimiz müharibə, işğal edilmiş torpaqlarımız, düşmənin uydurma arqumentləri bizə birmənalı olaraq tarixi öyrənməyi, tariximizi özümüz kimi tanımağı və ona istinad etməyi bizdən tələb edir.
   
   Mən Dağlıq Qarabağda doğulmuşam. Dünyanın zaman və tapıntıları baxımından ən böyük abidələrindən biri olan Azıx mağarası Quruçay vadisində, Xocavənd rayonunun ərazisində yerləşir . Amma ən qədim insanın çənə sümükləri tapılan bu mağara böyük arxeoloq alim, tarixçi mərhum Məhəmmədəli Hüseynovun böyük zəhməti nəticəsində dünya arenasına çıxarıldı. O sovet dönəmində də ermənilərlə vuruşa-vuruşa bu mağaranın şöhrətini dünya tarixçilərinin, arxeoloqlarının diqqətinə çatdırdı. Böyük alimin zəhməti hesabına Azıx mağarasından cəmi beş-altı kilometr məsafədə yerləşən ikinci bir mağara da tarixə bəlli oldu. Bu da Böyük və Kiçik Tağlar mağaraları idi. İndi bu qədim abidələr işğal altında olmaqla yanaşı, həm də ermənilərin informasiya maşınının təqdimatında düşmən ölkənin mədəniyyət nümunələri kimi, ulu tarixin vərəqləri kimi təqdim olunur və burada Azərbaycan Elmlər Akademiyasının icazəsi olmadan tədqiqatlar aparılır. O cümlədən də Dağlıq Qarabağda və digər işğal altında olmuş ərazilərimiz də həmin acı taleyi yaşayır.
   
   Bu günlərdə yolum Ağcabədiyə düşmüşdü. Açığı yayın istisindən son yağışların gətirdiyi bir dinclikdən və bütövlükdə bir az torpağa, kəndə-kəsəyə yaxınlaşmaq istəyindən bəhrələnən bu səfər mənim üçün gözlənilməz sürprizlərlə yadda qaldı. İlk sürprizim az qala iki ilə yaxındı ki, görmədiyim Ağcabədi rayon mərkəzindəki tikinti-abadlıq, özü də planlı bir arxitektorun məharəti ilə yaradılan səliqə-səhman qəflətən gözlərim önündə açılan gözəlliyi mənə yaşatdı. Açığını deyəcəm, bu gün respublikanın əksər şəhər və rayonlarında tikinti-abadlıq işləri aparılır. Ancaq bəzi şəhər və rayonlarda yol boyunca, küçə uzunu çəkilən ikitərəfli hasarlar öz arxasında çox eyibləri gizlədir. Yəni bu cür abadlıq mənə yamaq kimi görünür, qəbul edə bilmirəm onu. Lakin Ağcabədidə gördüyüm səliqə-səhman məndə bir ev sahibinin, bir ağsaqqalın, torpağa, xalqa, dövlətə bağlı adamın canıyananlıqla, öz ailəsi üçün gördüyü işi xatırlatdı. Sevindim ki, döyüş bölgəsində, Azərbaycanın qədim bir guşəsində bu gün həyat doğrudan da çiçəklənir. Yol boyunca əkilən ağacların sırası da bu işlərə əlavə bir yaraşıq verir.
   
   Ağcabədinin qədimliyini tarixdən də bilirəm, oxuduğum bədii əsərlərdən də. Ancaq bu rayonda olarkən dost-tanışdan eşitdim ki, rayon ərazisində xüsusi arxeoloqlar - tədqiqatçılar qrupu işləyir. Özü də bu beynəlmiləlçi qrupa Almaniyadan olan bir xanım professor rəhbərlik edir. Maraq güc gəldi və elə o dostların təqdimatı ilə də millət vəkilləri Tahir Rza və Aqil Abbasla birlikdə arxeoloqların görüşünə getdik. Yol boyunca bizimlə həmsöhbət olan Tahir Rza və Ağcabədinin digər tanınmış insanları bu arxeoloji qazıntılar barəsində həvəslə, ağızdolusu danışdılar. Eşitdiklərim məni əməlli-başlı səbirsiz edir, tələsdirirdi ki, həmin ünvana tez çatım, deyilənləri öz gözlərimlə görüb, şahid olum.
   
   Bu da Ağcabədi rayonunun Aşağı Aran kəndinin bir tərəfi Xocavənd, bir tərəfi Ağdam olan Haramı düzü. Burada bizi arxeoloqlarla yanaşı, yerli sakinlər də qarşılayır. Bu qarşılanma məqamında millət vəkili Aqil Abbasla ən doğma adam kimi görüşən, üz-gözündən yorğunqluq, həm də maraq tökülən bir nəfərin sevinci, canfəşanlığı diqqətimi çəkir. Öyrənirəm ki, o, tarix üzrə fəlsəfə doktoru, Arxeologyia və Etnoqrafiya institutunun şöbə müdiri Təvəkkül Əliyevdi. Təvəkkül müəllim onunla birlikdə çalışan Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyanın rəhbəri doktor Barbara Helvinqi bizə təqdim edir. Türk dilində rahat danışa bilən Barbara xanım millət vəkillərinə gördükləri işlər barəsində həvəslə, həm də xüsusi bir maraqla məlumat verir. Hiss olunur ki, millət vəkillərinin ekspedisiyanın çalışdığı əraziyə gəlişi onu bir az da sevindirib, ürəkləndirib. Elə sözarası da deyir ki, Ağcabədi rayon rəhbərliyi, xüsusilə rayonun icra hakimiyyətinin başçısı Şahin Məmmədov onlarla demək olar ki, hər gün maraqlanır. Zəruri ehtiyaclarının ödənilməsinə, iş və yaşayış şəraitlərinin qənaətbəxş olmasına diqqət yetirir. Barbara xanımın dediklərindən məlum olur ki, bu gün Ağcabədi ərazisində Kamiltəpə deyilən arxeoloji abidələr - kurqanlar var. Sayı 37-ə çatan bu kurqanların beşində tədqiqatlar aparılır. Qazıntı işləri zamanı məlum olub ki, bu kurqanların yaşı eradan çox-çox əvvəllərə - 7600-8000 il əvvələ gedib çatır. Çox qəribədir ki, qazıntı aparılan kurqanlarda arxeoloqları təəccübləndirən maddi-mədəniyyət nümunələri tapılıb. Burada hətta nərə balığının, eləcə də digər canlıların sümükləri, muncuqlar, küp qalıqları, kərpic, hətta ocaq külü da tapılıb. Ocaq yerinin ətrafında tapılan nümunələr isə həmin yerin kütləvi toplantı yeri olduğunu göstərir. Çünki tapılan maddi-mədəniyyət nümunələri bunu sübut edir.
   
   Öz qədimliyi ilə hətta Mesopotomiya tarixini də xatırladan, bəzən isə onunla müqayisə edilə biləcək bu maddi-mədəniyyət nümunələri arxeoloqlarda belə bir təsəvvür yaradıb ki, Kamiltəpə ərazisi dəniz sahili olubdu. Doktor Barbara xanımın beynəlxalq ekspedisiyası Yaponiya, İngiltərə, Türkiyə, İran alimlərindən ibarətdir. Onların qazıntılar zamanı aşkar etdikləri bütün nümunələr ən yüksək səviyyədə laborator analizlərindən keçirilir. Eləcə də bu abidələri görmək, buradakı gerçəkliklərə şahid olmaq üçün əraziyə tarixçi tələbələrin, arxeoloqların səfərləri də təşkil edilib. Elə bu günlərdə Münhen Universitetinin 25 nəfər tələbəsi buraya təcrübə mübadiləsinə gəlmişdi.
   
   Biz ərazidəki 3-cü, 4-cü və 5-ci Kamiltəpə kurqanlarında aparılan qazıntıları gəzə-gəzə buradakı həm yerli sakinlərlə, həm də arxeoloqlarla təmasda olduq. Onlar bizə kərpic divarları da göstərdilər, bişmiş kərpicdən olan nümunələri də, dəvəgöz daşını da, bıçağı da, bizi də və digər tapıntıları da. Ümumiyyətlə, bu səyahət şəxsən məni məmləkətin hələ də gün işığı düşməyən qoca və uzaq tarixinə apardı. Gördüm ki, biz hələ öz tariximizin, öz keçmişimizin olsa-olsa, bir vərəqini oxumuşuq. Amma hələ oxunası vərəqlərin sayı oxunanlardan min dəfələrlə çoxdug
   
   Biz geri qayıdarkən arxeoloqların məskunlaşdığı ünvana da baş çəkdik. Açığını deyim ki, onlar üçün yaradılmış şərait məni əməlli-başlı təsirləndirdi. Bunu hiss edən ekspedisiyanın üzvlərindən biri çox həvəslə vurğuladı ki, rayon rəhbəri Şahin Məmmədov onlarla mütəmadi əlaqə saxlayır, aparılan qazıntı zamanı ehtiyac duyulan hər bir avadanlıqla, işçi qüvvəsi ilə, hətta onların ərzaq təminatına qədər hər şeylə maraqlanır və qayğılarına qalır. Bu insan rayonun, Azərbaycanın tarixi ilə bağlı olan bu abidələrin öyrənilməsinə son dərəcə böyük diqqət və vaxt ayırır. Onun tapşırığı ilə arxeoloqlar məhz bu cür şəraitli bir mənzillə təmin ediliblər, qazıntı aparılan ərazilər qorunur.
   
   Təbii ki, yol boyu etdiyimiz söhbətlərdə millət vəkilləri birmənalı olaraq vurğuladılar ki, bu abidələrin qorunması, onların yağış və seldən mühafizə edilməsi rayonun gücü daxilində deyil. Buna Mədəniyyət və Turizm Nazirliyi və eləcə də digər dövlət qurumları diqqət, maliyə ayırmalı, tariximizin daha çox öyrənilməsinə yardımçı olmalıdılar. Burada bir məqamı da qeyd etməliyəm ki, həm professor Təvəkkül Əliyev, həm də doktor Barbara xanım vurğuladılar ki, yaxın günlərdə onların ekspedisiyasının nəzərdə tutulan müəyyən proqramı yekunlaşacaq. Bununla əlaqədar onlar rayonda həm sərgi, həm də mətbuat üçün konfrans təşkil edəcəklər. Bunda da məqsəd Ağcabədinin tarixini həm hər birimizə, həm də Ağcabədidə böyüyən gənc nəslə tanıtmaqdı.
   
   Hər qatı bir lay olan, hər daşı altında tarix yaşayan Azərbaycan, sənin müsibətlər çəkən başın həm də əfsanələr və qəhrəmanlıqlarla göylərə ucalıb. Bu əfsanələri sənin övladların yaradıb. Bu tarixi də sənin övladların yazıb - nizələriylə, oxlarıyla, qılınclarıyla. Bu gün də tarix yazılır, böyük siyasətlə, müstəqillik, qurub-yaratmaq eşqiylə. Qalır bu tarixi öyrətmək və öyrənmək. Bu isə bizim hər birimizin vicdan borcumuzdu. Gələcək tarixlər üçün, gələcəyimiz üçün!..


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK