Onun səsi elə ilk gündən dinləyicisini tapıb. Üzünü görməyən dinləyicilər əvvəlcə onu səsindən tanıyıblar. Məmləkətin yeganə televiziya kanalında görünməsə də, konsert salonlarına buraxılmasa da Ağadadaş Ağayev ən populyar müğənnilərin biri sayılırdı.
"Qadir Allah, budur səndən diləyim"
O zamanlar bu heç də asan başa gələn məsələ deyildi. Rəsmi qadağalar, bəzən sağdan-soldan vurulan zərbələrə dözmək lazım gəlirdi. Belə anlarda ədalətsizliyi təbii qarşılamalı olurdu. Əleyhinə məqalə yazıb ifasına dodaq büzənlər qəzetin meloru qurumamış onu övladlarının, yaxınlarının toyuna dəvət edirdilər. Ağadadaş Ağayev bütün bunlara dözdü, çətinlikləri arxada qoymağı bacardı. Geriyə çəkilmədi, yerində saymadı. Öz üzərində çalışmaqdan usanmadı. Və ən əsası- zamanını gözlədi.
"Mən sənə inandım..."
Zamanın ən dürüst hakim olduğunu kim bilmir ki... Ağadadaş Ağayevin zəhməti boşa getmədi, inamı onu yarı yolda qoymadı. Vaxt, zaman yetişdi. Telekanalın, konsert salonlarının qapıları üzünə açılmağa başladı. SSRİ xalq artisti Zeynəb Xanlarova onun oxuduğu və populyar olan mahnılardan birini repertuarına daxil etdi.
Daha heç kim onun televiziya çıxışına qadağa qoya bilmədi. Filarmoniyada, o zamankı Respublika Sarayında solo konsertlərinə, rəsmi tədbirlərdəki çıxışlarına mane olmağı bacarmadı. Xarici ölkələrə qastrolunu əngəlləməyə gücü yetmədi.
Bütün bunlara baxmayaraq, Ağadadaş Ağayev istedadına, ifaçılıq bacarığına rəğmən heç vaxt şöhrətin ardınca qaçmadı, şöhrət onu özü tapdı. Əvvəlcə əməkdar artist, sonra xalq artisti fəxri adlarına layiq görüldü. Dövlət səviyyəli konsertlərin ən arzuolunan ifaçılarından birinə çevrildi. Həm sadə insanların toplaşdığı el şənliklərində, həm də rəsmi şəxslərin qonaq olduğu dövlət tədbirlərində eyni məhəbbətlə qarşılanmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil.
Ağadadaş Ağayev Kamal, Eldar Mansurov, Nəriman Məmmədov kimi tanınmış bəstəkarların mahnılarını böyük sənətkarlıqla ifa edir. "Yarı məndə, yarı səndə", "Karvan", "Sevirəm de", "Sənsiz keçən ömür", "Halımı sorma", "Gəl deyir", "Keçdi daha"... İlk ifasından illər keçməsinə baxmayaraq bu mahnılar bu gün də öz populyarlığını, təravətini saxlamaqdadı.
Bəstəkar Kamalla son illərin davamlı yaradıcılıq əlaqələri istedadlı müğənninin yaradıcılığında yeni bir mərhələ təşkil edir. Birgə əməkdaşlığın nəticəsi kimi yaranan onlarla mahnı hər gün ekrandan, radio dalğalarından eşidilir. Belə bəstələrdən söhbət açılanda ilk yada düşən sözsüz ki, "Xalq Heydər söyləyəcək" mahnısı olur. Bəstəkar Kamalın 1998-ci ildə Heydər Əliyevin 75 illiyinə həsr etdiyi bu əsər ilk dəfə məhz Ağadadaş Ağayevin ifasında səsləndirilib. Bu günə kimi həmin mahnını bir çox tanınmış sənətkarlar öz repertuarlarına daxil etsələr də, Ağadadaş Ağayevin təqdimatındakı səviyyəyə çata bilməyib. "Mahnı ilk ifaçısını sevir" məsəli görünür bu məqamda tam yerinə düşür.
"Bir məna var hər sözündə..."
Sənətdə olduğu kimi, həyatda da Ağadadaş Ağayevin özünəməxsus prinsipləri var. Tanrının verdiyi istedadına, özünün qazandığı iki ali təhsil diplomuna, ana südü qədər halal xalq sevgisinə, fəxri ad və titullarına görə heç zaman qürrələnmir. Vətənə, dövlətə, insanlara sevgi və hörmətlə yanaşmaq, xeyirpərvərlik onun üçün şüar, göstəri yox, bir yaşam tərzidi. Bunu Ağadadaş Ağayevi yaxından tanıyanlar yaxşı bilir. Ağadadaş Ağayev cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq Azərbaycan ziyalısını qiymətləndirməyi bacarır. Özü ağayana ziyalı olduğuna görə...
Bu gün bəzi sənətçilər qardaş Türkiyənin 5-ci-10-cu dərəcəli telekanallarında ikicə dəqiqə görününcə elə tozanaq qoparırlar ki, gəl-görəsən. Amma Ağadadaş Ağayev hələ 1990-cı ilin ortalarında Türkiyənin ən reytinqli kanallarına tez-tez dəvət olunurdu. Qonşu ölkənin ən aparıcı səsyazma studiyalarında onun musiqi albomları hazırlanırdı.
Ağadadaş Ağayev bəlkə də yeganə sənətkardı ki, bu gün daha çox şou verilişlərinə görə reytinq toplayan telekanallarımızdan birinə rəsmi müraciət edərək ifasının səsləndirilməsinə qadağa qoyub.
Ağadadaş Ağayev sözünü və yerini bilən insandı.
"Sən elə zirvəsən ki..."
Bir zamanlar onun istedadına inanmayanların, ifasına qadağa qoyanların bəzilərinin adını zaman heç yadında saxlamadı. Ağadadaş Ağayev isə bu gün sənətkar və insan kimi də zirvədədi. Ürəklərə yatan ifası, özünəməxsus səsi və ağayana hərəkətləri ilə zirvəyə xüsusi yaraşıq verir. Öz halalca yerində möhkəm oturub.
Elə düz də edir. Zirvə ancaq ağayana adamlara yaraşır!