ANA SƏHİFƏ / YAZARLAR

SEVGİNİN XINA ÇİÇƏYİ

Ürəyinizi o çiçəyə tapşırın

35548    |   2015-05-29 18:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu da may ayı. Onun da kürəyini yerə vurduq. Daha doğrusu, kürəyini yerə gətirmişik, bircə ağ bayraq qaldırmağı qalıb. Çünki bu yazını siz mayın 31-dən bir gün öncə oxuyacaqsınız. Deməli, həmin o bir gün ola bilər ki, may ayının arxada qalan 30 gününü yaddaşdan silər və yaxud da 30 günün daha önəmli olduğunu yaddaşa yazar. Necə deyərlər, hər saatın, hər anın öz hökmü var və biz də bu hökmə boyun əyib yaşamağı daha uyğun sayırıq. Təbii ki, ağıllı, ədalətli və zamanında verilən hökm heç kəsin isti aşını soyutmur. Amma neyləyək ki, bəzən biz verilən hökmlərin yalnız və yalnız icraçısı oluruq. Hətta zorən iştirakçısına çevrilirik. Bu da həyatın bir üzüdü, bir dinamikasıdı…

Bəli, mən öz-özümə düşünürəm ki, bu 30 günün şirinli-acılı məqamları əslində müəyyən ştrixləri ilə bütün xalqın yaddaşına yazıldı. Onun kədərli anını təzədən dilə gətirmək, qaysağını yenidən qoparmaq fikrində deyiləm. Çünki o müdhiş hadisə may ayının bir qara səhifəsi oldu. O səhifəni biz bəndələr yazdıq. Neyləyək ki, bu bir həqiqətdi. Yazdıq və sonra da acısını yaşadıq. Hələ uzun müddət də o acını yaşayacağıq. Ən azından ona görə ki, gözümüzün önündə hər gün yeni-yeni binalar tiklir, binalar ucalır. Və bu tikinti bumu da bizə öz qurbanlarını andıracaq. Bizə işarə verəcək ki, kimləri itirdik və nədən itirdik…

Hələ lap kiçik yaşlarımdan yaşlılardan eşitmişdim ki, torpağın üzü soyuqdu, qoynuna aldığı adamı çox qısa bir zamanda unutdurur. Bu eşitdiyim hikmətin böyüdükcə şahidinə çevrildim. Ən yaxın ailə üzvlərimizi, doğmalarımızı öncə topsuz-tüfəngsiz - avtomobil qəzasında, çayda, dənizdə, odda-alovda və bir də hansısa azar-bezarda həmin o üzü soyuq torpağa tapşırdıq. Buna da qədər deyirik. Bunun üçün göz yaşları içərisində bir təəssüf hissi keçirməklə acıdıq da. Amma o, dünyasını dəyişənlər qısa bir zamandan sonra həqiqətən yüz illik, min illik mərhumların sırasında öz yerini tutdu. Biz ancaq xatirə danışdıq və bir də yolumuz düşəndə məzarlarını ziyarət etdik. Bu da insanın bir xüsusiyyətidi, bir xarakteridi. Ağlayır… dəfn edir… sonra əlindəki çiçək ziyarətə gedir… və sonra onun getdiyi yolda, özü də əksəriyyətimizin getdiyimiz yolda yavaş-yavaş ot göyərir… Çünki xatırlayanlar azalır… Elə xatırlayanların özü də xatirəyə çevrilir…

Bax, bu mənada insanı unutqanlıqda qınamaq mümkündü. Amma gerçəyi də deməmək, dilə gətirməmək böyük bir qəbahət sayıla bilər. Ona görə ki, bu günün insanı çox yüklənib. O qədər yüklənib ki, elmi-texniki tərəqqinin, iqtisadi-siyasi auranın, yaşam tələbatının və daha nələrin qarşıya çıxardığı min bir sual onu çiyinlərindən üzü aşağı, torpağa doğru sıxır. İnsan həmin o yükün altında bəzən nəfəs almağı da yadından çıxarır. Sadəcə mövcud olur, yaşamır…

Hə, bu gerçəkdi. Bunu siz də bilirsiniz, mən də bilirəm. Elə bildiyiniz bu gerçəyin ən real nümunəsi gözümüzün qarşısında dayanıb - yəni üzlükləri sökülən binalar. O üzlüklər vurulanda gözlərimiz sevinirdi… O üzlüklər söküləndə də gözlərimiz sevindi… Amma ikinci sevinc kədərlə, yaşla o qədər qovuşmuşdu, o qədər birləşmişdi ki, ancaq parıltısını duymaq olurdu. Və bir də bu ikinci sevinc bizə bizim dərdimizə çilənən, səpilən bir təsəlli idi… bir toxtaqlıq idi… İndi yenə binalar üzlənir, amma fərqli bir şəkildə... İndi yenə gözlərimiz sevinir… yenə fərqli bir şəkildə... Çünki təzə üzlüklər çəkilir… Deməli, həyat inkişaf edir… Deməli, həyat bir nöqtədə dayanmır və…

Lap əvvəldə dediyimiz məqamı xatırlayaq. Torpağın üzünün soyuq olduğunu. Yəqin nə demək istədiyimi anladınız. Hə, mən bu məqamda məhz həmin o anlara ürəyimdə göyərən, sonda misraya çevrilən pıçıltılarımı dilə gətirmək istəyirəm:

Qutu evlər

üst-üstə

adamlar

qutularda

bir qığılcımdan

yanar…

bir titrəyişdən

çökər…

hər ikisində də

evlər

adamlardan

adamlar

evlərdən

qurtular

və sonra…

bir gün kimlərsə

gələr

yanan,

çökən evləri

özüldən sökər…

sonra

yeni qutulara

yeni adamları

aparan

addımlar

göyərər

hər gün

bu qutulara

adamlar

gələr, gedər…

***

Biz adətən «bir-birimiz üçün doğulmuşuq» deyib özümüzə təsəlli veririk. Hətta pafoslu bir şəkildə bəyan edirik ki, insan insanın dostudu. Amma gəlin etiraf edək ki, yer üzündə hər gün sayı artan insanlar doğrudanmı bir-birinin dostudu. Əgər dostudursa, onda bu müharibələr, bu terrorlar, bu qətliamlar və daha nələr, nələr kim tərəfindən törədilir? Niyə törədilir? Bəlkə onlar yad planetin nümayəndələridi. Bizim olduğumuz Yer adlı planetə qənim kəsiliblər. Lap çılpaq, necə deyərlər, birbaşa desəm, onlar insan deyillər!.. Yox, mən bu fikrimdə heç də haqlı deyiləm. Bunu çox yaxşı dərk edirəm. Bilirəm ki, bu mənim əsəbdən, qarşılaşdığım, izlədiyim, müşahidə etdiyim, oxuduğum, eşitdiyim hadisələrə qarşı içimdəki üsyanın, etirazın ifadəsidi. Amma gerçəkdə bu hadisələri törədənlər də axı insandı. Onların da doğum tarixi, ünvanı var… Həyatlarının müəyyən məqamlarında gördükləri müsbət işlər var. Deməli, hər iki məqamı üz-üzə gətirəndə onlar da, biz də insanlarıq. Amma biz bir-birimizin dostu deyilik. Necə deyərlər, yaxşı əmilər, yaxşı dayılar və bir də pis əmilər, pis dayılar kimi bir şeydi. Üz-üzə dayanan və hər ikisinin də adı insan olan varlıq! Bizləri Allah yaradıb – yəni insanları. Amma görünür biz öz insan missiyamızı hardasa şeytanın da ixtiyarına vermişik. Ona görə də həmin o bir-birimizə dost-doğma haqqımızı itirmişik və olmuşuq bir-birimizin Düşməni. Amma yaxşı ki, içimizdə şeytanın üzünə bağlı olan qapının arxasında bir sevgi də var. O, bizi yaşadır, bizi yönəldir, bizi ruhlandırır. Və bizi inandırır ki, sabah bu gündən yaxşı olacaq, işıq qaranlığa qalib gələcək və ümumiyyətlə, işıq iynənin gözündən də olsa süzülüb keçəcəkdi. Deməli, biz nə etməyimizdən, necə etməyimizdən asılı olmadan həmin o içimizdəki sevgini qoruya-qoruya, onu böyüdə-böyüdə ətrafımızı da həmin auraya cəlb etməliyik. Bax onda sevgimiz də qol-budaq atacaq, ətraf də o sevgiyə bələnəcək və insan insanın dostu olmaq yolunu tutacaqdı. Mənim gəldiyim məntiqi nəticə, mənim istinad etdiyim nöqtə bax, budu. Ona görə də hərdən öz-özümə düşünürəm ki, sənə də deyim:

Bütün hallarda

verilən suallar

təbii ki,

cavab üçündü…

çox maraqlıdır ki,

bütün cavablardan

yalnız biri

düzgündü!...

veriləcək

bir sual

gözlənilməz

bir cavab…

sən özünlə

üz-üzə dayan

ikisini də

istədiyin kimi

seç

məni düşünmə,

mən heç...

təki sən

razı qal,

verdiyin cavab

gözlədiyin sual

olsun!..

***

Xeyli vaxtdır ki, öz-özümə təkrar etdiyim bir fikrin təsirindən çıxa bilmirəm. Doğrudur, sonda o fikri bir bənd şeirə çevirmişəm. Amma hələ də o fikir öz çəkisində, öz ağırlığında qalır. Anlaya bilmirəm ki, insan hansısa bir maddi uğura görə, özündən, öz dünyasından uzaqlaşa bilər, dəyişə bilər… yadlaşa bilər… öz çevrəsini təzələyər... Və sair və ilaxır.

Bax, bu fikir az qala çözümü olmayan, cavabı tapılmayan sual kimi yaxamdan əl çəkmir. İnanın ki, mən kiminsə maddi uğurunun hesabını aparan, ona paxıllıq edən, ona köks ötürən Allah bəndəsi deyiləm. Mənim ən böyük həsədim kiminsə kəndinin olmasıdı. Kimsə yanımda söyləyəndə ki, sabah kəndimizə gedəcəm, ürəyim çat verir. Daxilən bir həsəd hissi məni əli süngülü neçə yerdən dəlik-deşik edir. Elə istəyirəm ki, mən də kəndimə gedim, mən də kimisə kəndimə dəvət edim… Amma təəssüf ki, bu mümkün deyil. Bəlkə də nə vaxtsa bu mümkün olacaq. Hələ ki…

Bəli, mən yenə xüsusi bir şəkildə vurğulayıram ki, heç kimin malında, mülkündə, qazancında gözüm yoxdu. Amma kiminsə birdən-birə çiyninə şahlıq quşu qonursa, nağıllarda deyildiyi kimi, xoruzu da yumurta verirsə və o da bundan normal, insan kimi istifadə etməyib öz insanlığından uzaq düşürsə, bax, mən onda bir insan itirdiyimə, bir insanın mənim üçün öldüyünə heyfsilənirəm. O insan o qədər eybəcərləşir ki, gözü ayağının altını görmür. Dünən onun üçün cırılıb atılan, yandırılan bir vərəq kimi bir tullantıya çevrilir. Bunun acısını təbii ki, onun dünənki çevrəsi də çəkir, yaşayır və bu bir uduş, bir qazanc əslində yenə vurğulayıram ki, bir itkiyə nədən olur, səbəb olur. Ona görə də mən içimdə fırlanan, özümlə gəzdirdiyim həmin o fikrin ağırlığı altında cəmi dörd misradan ibarət olan şeiri bir növü özümə təsəlli hesab edirəm. Yəni itirdiyim insanın yoxluğuna bu misralar bir növü su çiləyir, özü də duzlu su.

Yaman havalıydı baxmırdı üzə

Gedirdi bir zaman göylə ürəyim…

İndi yaxınlaşıb ayrılıq bizə –

Bunu hiss edirmi, söylə ürəyin?!

Bu yazıda insanla, insanlıqla duyğuları, gerçəyi bir növü qarşılaşdırmaq və sonda onun şəxsən məndə hansı assosiasiyanı yaratdığını ortaya qoymağa çalışıram və görürəm ki, yazdıqlarımla, ifadə etmək istədiklərimlə pəncərədən baxıb gördüklərim tam əhatə olunmur. Elə bil bu sürət deyilən hər nədisə, o məni qabaqlayır, mənim yazdıqlarımı, ifadə etdiklərimi ötüb keçir. Ona görə də pəncərədən çəkilmək və yaxud da onu bağlamaq, ətrafı görməmək kimi mənasız bir istək də içimdə baş qaldırır. Amma yaxşı anlayıram ki, bu, sadəcə olaraq bir pessimist istəkdi. Onun nə müalicəsi var, nə də reallaşmaq şansı. Yəni bir pəncərəni bağlamaqla, özünü təcrid etməklə heç nəyi dayandırmaq, heç nəyin qarşısını almaq mümkün deyil. Çünki bir fərd bütün dünyaya, bütün insanlara qarşı gedə bilməz. Odur ki, mən özüm üçün, öz iç dünyam üçün bir çıxış yolu tapmışam. O da hər şeyə, hər kəsə sevgi ilə baxmaq, sevgi ilə yanaşmaqdı. Çünki dünyanı təkcə gözəllik yox, həm də gözəlliyin özünün də sevgi olduğunu dərk etmək xilas edə bilər. Bax elə bu sevginin də, bu dərketmənin də poetik ifadəsi həmin o Füzuli sevgisindədi… Hüseyn Cavid məhəbbətindədi…. Müşfiq pıçıltısındadı… Və yeri gəlmişkən, bu yazını bilgisayara söylədiyim anda diqqətimi çəkən bir nüansı elə sevginin bir yarpağı kimi görmək mənə nəsib oldu. Gördüm ki, bilgisayarda bu boğanaq havada mənim söylədiklərimi yazmaq məcburiyyətində qalan xanım qolunun üstündə bir xına çiçəyi açıb. Elə bil təbiətin bir parçası xına gülü kimi yayılıb onun qolunun üzərinə. Həmin nöqtəyə baxdığımı hiss edən xanım bircə kəlmə dedi:

- Dünən xınayaxdıya getmişdim…

Bəli, deməli biz ürəyimizdə, ruhumuzda olan sevgini cismimizdə də ifadə etməyi bacarırıq. Əgər həmin o cəmi bir neçə cümlə öncə söylədiyim böyük sevgi içimizdədisə, biz həsrəti də, vüsalı da, hətta sevgimizin yolunu gözləməyi də o qədər duyğulu, o qədər nikbin qarşılayırıq ki, onu hər bir halımızla göstərməkdən məmnun oluruq. Bax elə qolda açan xına çiçəyi kimi. Bunun özü də bir sevgi nümunəsidi. Kaş, o xına çiçəyi ürəkləri də birləşdirə bilsin, ürəklərdə də açsın. Onda sevgidən yazmaq, sevgidən danışmaq, lap açığını desəm, sevgini göstərmək heç kimi utandırmayacaq, heç kim bir sıxıntı yaşamayacaq. Axı, söhbət sevgidən gedir.

Mən hərdən öz içimin

Zindanına düşürəm

Əlimdəki qələmlə

Ürəyimi deşirəm!...

Üstümdəki göy çadır

Xəyalımdakı cıdır

Yanıram çıtır-çıtır -

Sönməmiş kül eşirəm!..

Bəlkə məni hal udub

Udduğunu unudub…

Kölgəmlə qurşaq tutub -

Özümlə güləşirəm!..

Hə, bunun özü də sevgidən danışmağın, sevgidən yazmağın, mənə aid sevdalı olmağın bir əlamətidi. Deyəsən mənim ürəyimdə sevginin xına çiçəyi öz işin görür. Siz də ürəyinizi xına çiçəyinə doğru istiqamətləndirin, qapını onun üzünə açın, peşman olmazsınız. Mənə inanın!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK