deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | AZALAN SEVGİLƏR... Adalet.az | AZALAN SEVGİLƏR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZALAN SEVGİLƏR...

Və yaxud sevginin qurtardığı yer

21309    |   2011-07-30 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son şənbə yazılarımda toxunduğum məqamlar müəyyən fikirlər oyadıb, diqqət çəkib. Hətta dost-tanış, xüsusilə söz adamı olan yaxın ətraf mənim fikirlərimə dəstək veriblər. Düzdür, bu dəstək bəzən qınaq xarakterli olub, amma hər halda mən də o adamların diqqətini çəkən nə isə yaza bildiyimə görə bu qınaqdan inciməmişəm. Xüsusilə ona görə ki, fikir azadlığıdı. Hər kəs necə düşünür, necə duyur, elə də ifadə edir. Problem yalnız fikrini ifadə edə bilməməkdədir. Mən məmnunam ki, Tanrım mənə bu məsələdə öz səxavətini əsirgəməyib. Necə deyərlər, dilimlə ürəyimin, gözümlə duyğularımın arasında heç kimin hiss edə bilməyəcəyi bir bağlantı, körpü var. Ona görə də duyduğum kimi, gördüyüm kimi danışıram, yazıram...
   
   Hə, dostlardan biri sözarası dedi ki, sən bu fikirləri, bu istəkləri, bütövlükdə bu sevgini necə təbliğ edirsən, necə ona söz ömrü bağışlayırsan. Axı bunlar elə-belə yarana bilməz, bunun mayasında nə isə gerçək bir həyat olmalıdır. Özü də bədii həyat yox, yaşanmış həyat...
   
   Mən də onun fikrini heç bir səmtə yozmadan eləcə gerçəkliyi, yəni yazdıqlarımın nəyə, kimə bağlı olduğunu birmənalı şəkildə ifadə etdim. Bildirdim ki, həqiqətən yaşanan həyat reallıqdı və onlar öz təsir dairəsində mənim mütləq hakimimə çevrilirlər. Mən də o pıçıltıları, o istəkləri olduğu kimi yazıram. Səmimi ifadə edim ki, onları yazanda da yaşayıram. Elə bil hər şey yenidən təkrar edilir. Bu özü-özünü təkrar isə sevginin ömrünü uzadır, onu bir az da cilalayır, bir az da kamilləşdirir. Bax, bu mənada həyatın gerçəkliyi hamını özünə çəkir və hamı da bu gerçəkliyə inanır...
   
   Bir dəfə maraqlı söhbətin şahidi oldum. Əslində o söhbət kədərli notlardan qayanqlanmışdı və biz ağır bir itkinin təsiri altında idik. Ancaq həyatını torpağa, Vətənə həsr edən, onun uğrunda da canından keçən bir qardaşın itgisindən sonra gözləmədiyim halda torpağı canından da çox sevən dostum dedi:
   
   - Bəlkə də heç biriniz inanmayacaqsınız, ancaq mən ürəyimdən nəyinsə qopub düşdüyünü, nəyinsə azaldığını hiss etdim. Mənə elə gəlir ki, qardaşımın ölümü ilə mənim Vətən sevgim azaldı...
   
   Hamımız ona təəccüblə baxdıq. Elə bir təəccüblə ki, onu sözlə ifadə etmək mümkün deyil. Nə qədər qələmin gücünə güvənsəm də, mən o baxışları kağıza köçürə bilmirəm. Amma indinin özündə də həmin o baxışların təsiri altındayam və onun dediyi sözlər də qulaqlarımda səslənir...
   
   Biz həmin fikri xeyli müzakirə etdik. Hərəmiz bir səmtdən yanaşmaqla Vətən sevgisini, bütövlükdə insanın digər sevgi duyğularını araşdırmağa cəhd göstərdik. Və sonda məlum oldu ki, hər bir insan dünyaya gələndə öncə anasını sevir, sonra digər çevrəsini. Sonra ürəyini kiməsə verir, sonra övladları, nəvələri, özünü, həyatı, bir sözlə, bütün bu sevgilər hərəsi böyük sevginin bir kərpicidi, üst-üstə düzülüb sevgi sarayını yaradır. Təbii ki, onlardan biri, yəni o kərpicdən ən xırda parça belə qopub düşəndə böyük sevgiyə xələl gəlir. Bax, mənim dostum da 8 ildən artıq bir zaman kəsiyində səngəri, topu, tüfəngi canından artıq sevən, həyatını torpağa həsr edən qardaşını itirəndə o vətən sevgisinin də həmin o itirdiyi boyda hissəsindən məhrum oldu. Bir az da açıq ifadə etsəm, onun əslində Vətən sevgisinin böyük hərflərlə yazılan adı itirdiyi qardaşının həyatı, fəaliyyəti, ömür payı idi. Məhz itgi də həmin o müqəddəs duyğunu yaraladı, onu azaltdı, onu yarıcan elədi...
   
   Bəli, mən həyatın bu məqamını kimlərinsə qəbul etməyəcəyini yaxşı bilirəm. Olsun, hamı eyni cür düşünüb yaxşı yaşaya bilməz ki. Amma mən özüm də itirdiyim dostlarımla birgə nə boyda sevgimin itdiyini də, azaldığını da hiss etmişəm. Ürəyimdə həmin o hissənin o dostuma, o doğmama aid olan hissənin də necə əridiyini duymuşam. Deməli, mənim gəldiyim nəticə budur ki, bütün sevgilər yarandığı kimi ölə də bilir. Sadəcə, sevgini bizə Tanrı verir. Onun qatili isə biz özümüz oluruq və bununla da biz Tanrımızın bizə olan diqqətinə, qayğısına, lütfünə qarşı da çıxmış oluruq. Onun üçün də zaman-zaman ürəyimiz göynəyir, yaddaşımız göz dağına çevrilir. O dağ bizi həm silkələyir, həm ağrıdır, həm sındırır, həm də irəli getməyə imkan vermir. Nə arxadan, nə də öndən bizə qarşı heç kim gəlmir, ağrıdan başqa.
   
   
   
   bəxtim dərin quyudu
   
   daş atıram səs gəlmir
   
   bizdə dərdin toyudu-
   
   amma ki, heç kəs gəlmir...
   
   
   
   qulaqlarda pambıq var
   
   gözlərdə qara eynək...
   
   kimə pənah aparar-
   
   yuvası uçmuş leylək?..
   
   
   
   sığınıb bir daldaya
   
   dərddə təlaş oyatdım...
   
   ovxar çəkdim baltaya-
   
   barmağımı qanatdım...
   
   
   
   
   
   susdum... daha nə deyim
   
   ömür də bu... gün də bu...
   
   dərdi bəylik tək geydim-
   
   tay üzümə vurum su...
   
   
   
   
   
   ***
   
   
   
   Həyatımın ən ağrılı məqamlarından biri uzun illər dünyaya gəlişini gözlədiyim oğlumla bağlıdır. Ailə həyatımızın 4-cü ili doğluan oğlum çox mətləbləri yerinə qaytardı, pozulmuş nizamları sıraladı və bir çox söz-söhbətlərin, pıçıltıların üstünə su çiləyib altına daş yamadı. Elə bil Allah onun gəlişi ilə içimdə çəkdiyim, amma büruzə verməməyə çalışdığım çox böyük bir acının bir anda bala çevrilməsini mənə yaşatdı. Mən acının bal ola biləcəyini məhz onda hiss etdim, anladım. Və bu da taleyimin elə-belə başlı-başına buraxılmadığını, Allah nəzərlərinin üzərimdə olduğunu mənə anlatdı. Mən gördüm ki, daş üstündə ot bitirən güc hər şeyə qadirdi. Ona görə də keçmişi xəlvətdə xatırlayıb köks ötürməkdən də qorxdum. Düşündüm ki, Allahımın xoşuna gəlməyə bilər...
   
   Bir səhər, daha doğrusu, bu ayın 21-də evdən qayğılı çıxdım. Oğlumun 25 yaşı tamam olurdu. Nə edəcəyimi, ona hansı hədiyyəni alıb bağışlayacağımı düşünə-düşünə qalmışdım. İstəyirdim elə hədiyyə alım həmişə gözünün önündə olsun, həmişə ona bizləri xatırlatsın, 25 yaşını bir anlıq da olsa geri qaytarsın. Amma heç nə tapa bilmədim. Qaldım özümlə, duyğularımla baş-başa, köməyimə ilhamım çatdı. Bir də gördüm ki, ağ kağıza nə isə yazmışam:
   
   
   
   bu da 25 yaş-
   
   mənim illərimin
   
   yarısından
   
   bir yaş az...
   
   gözümün önündə
   
   canına kədər hopmuş
   
   ağrılı-acılı
   
   bir həyat-
   
   mənim ömrüm-
   
   sizsə qol-qanad!!!
   
   və bir də
   
   ağappaq
   
   bəmbəyaz-
   
   25 yaş!
   
   əslində
   
   sən də
   
   qaçqınlıq
   
   didərginlik
   
   bütün
   
   nəslimizə aid
   
   gərginlik
   
   nə varsa
   
   hamısını yaşadın...
   
   böyüdün
   
   əsgər oldun
   
   oxudun...
   
   iş tapmaq
   
   qayğısıyla
   
   özünü yordun...
   
   neyləmək olar
   
   həyat
   
   dözüm və inad istəyir,
   
   inad!
   
   biz ata-oğul
   
   hələ ki
   
   bir ad yaşadırıq-
   
   təmiz ad!
   
   mən öndə gedirəm-
   
   sənin yaşından uzun
   
   bir məsafədə
   
   amma istəsən
   
   mənim məsləhətlərim
   
   köməyinə çata bilər
   
   istənilən məsələdə!
   
   yəqin ki,
   
   25 yaşlı oğluna
   
   zamanında
   
   nəsə deyəcəksən
   
   sən də!..
   
   belə bir ümid var
   
   qəlbimdə...
   
   
   
   Axşam süfrə başına yığışdıq. Evə əliboş gəlmişdim. O da nə bir şey dedi, nə işarə vurdu, nə də evdəkilər dilinə hansısa bir sözü gətirdi. Sadəcə həmin gün mən yazdığım şeiri ona oxumadım. Düşündüm ki, oğluma olan sevginin barı olan bu şeir qoy nə vaxtsa onun əlinə düşsün, məndən xəbərsiz oxusun və bu şeiri necə qarşılayacağını təmtəraqsız, adi bir əhvalda, adi bir ovqatda onun dilindən eşidim...
   
   İndi bu şeiri kağıza köçürürəm və mənə elə gəlir ki, həmin dediyim o böyük sevginin böyük bir parçası da elə budur...
   
   Ataların övlada nə boyda sevgisi olduğunu bir atalar özü bilir, bir də atalar. Mən bu yaşıma qədər atamın məni nə qədər çox istədiyini müəyyənləşdirə bilməmişəm. Adi kənd adamı, torpaq adamı olan atam nə bir hərəkti ilə, nə bir baxışı ilə məni nə qədər çox istədiyini heç vaxt büruzə verməyib. Həmişə onun yanında loru dildə desəm, özümü yığışdırmışam, qınıma çəkib oturmuşam. Elə bilmişəm ki, deyəcəyim söz, edəcəyim hərəkət ona xoş gəlməyəcək, onu narahat edəcək. Bax, bunun üçün də çalışmışam ki, həmişə öz içimdə qalım. Bilmirəm, bu nə qədər doğru hərəkətdi yoxsa yox, onun ata böyüklüyü mənim üçün sevgini əvəz edib və mən də sığınmışam o sevgiyə...
   
   Bax, bu gün də, deyəsən elə atamdan gəlmə xüsusiyyətdi, mən də oğluma onu nə qədər sevdiyimi nə deyirəm, nə hiss etdirirəm, həm də çalışıram ki, mənim onu çox istədiyimi hansısa bir yolla duymasın. Elə bilirəm ki, bu sevgi onu çaşdıra bilər. Düzü, məni bir az Nuhdan qalma adam hesab edirlər, amma heç vecimə də deyil. Ən azı ona görə ki, Nuh da özünə görə bir kişi olub, mən də o kişinin zamanından qalmış və həyatda bütün sevgilərin ən gözəli, ən müqəddəsi mənim payıma düşüb. Mən də o sevgilərin hesabına yaşayıram, düşünürəm, duyuram. Hələ ki, mənim üçün ən dəhşətlisi sevginin ölümüdü. Nə özümün, nə də məni sevənin əlinin qana batmasını heç vaxt istəməmişəm. Çünki ölən sevgi ilə mən də ruhən öləcəyimə tam əminəm.
   
   
   
   ***
   
   
   
   İndi elə bir zamanda yaşayırıq ki, hər şey bayağılaşır, hər şeyin şiti çıxıb, elə bil dünyanın mitili dağılıb, cındırı çıxıb. Bax, belə bir qarışıqlığın, belə bir pərakəndəliyin içərisində sevgi axtarmaq, sevgidən danışmaq gülünc görünə bilər. Amma unutmaq lazım deyil ki, bizləri yaşamağa həvəsləndirən, mübarizəyə aparan, bizləri sınmağa qoymayan məhz sevgimizdi, özü də yazının əvvəlində dediyim bütün mənalarda sevgilərdi.
   
   Hər kərpici ürəyin bir parçası, ömrün bir anı, həyatın bir biçimi olan sevgidən qurulan saraylarda şor-çörək də bal dadır. Çünki o divarlar, o özüllər başdan-başa işığa bürünüb. Elə bir işığa ki, onu söndürmək yalnız və yalnız insanın öz iradəsindən asılıdır. Əgər şər-böhtan, xəyanət, xəbislik, nəfs, bir sözlə, insanlığa yad olan duyğular ürəyə hakim kəsilə bilirsə, orda özünə yuva sala bilirsə, onda sevginin qara günü başlayır. Qara günün qara bəxtli sevgisi isə boğula-boğula, çırpına-çırpına qalır. Sonda da...
   
   Bəli, sonu deməyə ehtiyac yoxdur. Ancaq bir məqamı deməliyəm. O da insanın öz Allahına olan böyük inamıdır. Əgər o inam qəlbində hakimdisə, Allahın göndərdiyi sevgi də sənin üçün o hakimlik mərtəbəsində olacaq, hətta son nəfəsində də. Və sən də son nəfəsdə özünlə apardığın sevgi üçün gözlərinə o doğma gözlərin baxmasını, dodaqlarına o doğma dodaqların toxunmasını istəyəcəksən. Bax, dünyadan əliboş getməmək üçün o müqəddəs sevgi hakimin olmalıdır ki, sən o baxışları da, o dodaqları da özünlə apara biləsən. Nə yazıq ki, indi mesaj ömrü yaşayan sevgilər... bulvar həyatı sürən sevgilər...yarıçılpaq sevgilər...nəşəli sevgilər...təmənnalı sevgilər...məqsədli sevgilər...bir sözlə, ilahi sevgiyə yad olan sevgilər günün qəhrəmanıdı! Çünki onlar sevgidən çox şoudu. Şouda həmişə diqqəti çəkir. Amma çox qısa zaman çərçivəsində. Sonra isə sabun köpüyü kimi əriyib gedir...
   
   Hə, mən indi dünyanın bu qarışıq havasına uyğun yazdıqlarıma nöqtə qoymaq üçün sevgimin ifadəçisi olan bir duyğu pıçıltısını kağıza köçürürəm və düşünürəm ki, nə yaxşı ki, bu sevgi var və mən də onu yaşada-yaşada özüm də yaşayıram, tükənməyinə imkan vermirəm.
   
   
   
   yorulmuş at kimiyəm
   
   sınmış qanad kimiyəm
   
   o qədər yad kimiyəm-
   
   hamı ötür yanımdan...
   
   
   
   yuyulub sərilmişəm
   
   yay kimi gərilmişəm
   
   vədəsiz dərilmişəm-
   
   ağrı çıxmır canımdan...
   
   
   
   demə həyat zorxana
   
   sən də bürün yorğana...
   
   məcnunluqdan qorxana-
   
   qan vurmayın qanımdan...
   
   
   
   bəlkə də siz doğrusuz
   
   bəlkə də... bu qorxusuz
   
   məni, asın sorğusuz-
   
   yarsız ötən anımdan...
   
   
   
   Bəli, sevgilər o vaxt tükənir ki, onun qanına, ruhuna yad hüceyrələr, yəni xəbislik, qısqanclıq, varlanmaq və digər nəsnələr daxil olur... Sevgilər o vaxt ölur ki, onu tamahın, nəfsin quluna çevirib sındırırlar. Bax, bunları unutmayın. Bir də unutmayın ki, hər ölən sevgi ilə, hər tükənən sevgi ilə ürəyin bir hissəsi də ölür, quruyur, daşa dönür, gərəksiz ət parçasına çevrilir. Amma özünüzü sevginizin tükənməyindən və ölməyindən, sevginizi də özünüzün ambisiyalarınızdan qoruyun.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK