hacklink Adalet.az | AĞRILARIM DİLƏ GƏLİR... Adalet.az | AĞRILARIM DİLƏ GƏLİR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AĞRILARIM DİLƏ GƏLİR...

19281    |   2011-06-11 07:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Yenə nə ağrıbazlıqdır deyib qınamayın məni. Yazdıqlarımı da inilti, sızıltı yox, bir şimşək boşalması, içdən gələn hönkürtü kimi qəbul edib anlamağa çalışın. Qoymayın demək istədiklərim ürəyimdə qalıb qubara dönsün, gecə-gündüz duz basılmış Məlikməmməd yarası kimi göynətsin. Sizlərlə hər görüşümü qəlb boşalmasına, ruhi sakitliyə bir addım sayıram mən. Bilirəm, ağrısız-acısız ömür yoxdu. Varsa da, heç qibtəediləsi sayılmaz. Dünyaya gələndə özümüz ağrı duymasaq da, analarımız bir can dolusu ağrı yaşayaraq həyata gətiriblər bizi. Hələ yuxusuz gecələrini, bir dəfə üzümüz gülməyəndə çəkdikləri üzüntüləri demirəm. Dastanlara sığmayacaq sevgilərini yada salmağı artıq bilirəm. Çünki sevgilərdən yox, ağrılardan danışmaq istəyirəm. Həm də elə məhz sevgisizlikdən doğan ağrılardan...
   
   Ağrılar qorxularla doldu canımıza. Anamızın qucağından ayrılmaq qorxusunu, əlimizin atamızın əlindən üzülməsi vahiməsini canımızda gəzdirdik həmişə. Yad baxışlardan üşüyəndə doğmaları axtardı gözümüz. İlan soyuqluğundan, tülkü mehribanlığından üşəndi qəlblərimiz. Amma istəsək də, istəməsək də bunlarla qarşılaşdıq, dözəndə dözdük, dözməyəndə xəyali aləmlərdə təsəllilər axtardıq özümüzə. Sınanımız sındı, əyilənimiz əyildi, sınmadan, əyilmədən düz qalanlarımız isə ortalıqda tək-tənha dolaşdı. Sağını-solunu boş gördü həmişə...
   
   Təzə heç nə demədiyimi bilirəm. Amma hərdən girişsiz də sözə keçid almaq olmur. İnsan yaşa dolduqca sanki içində bir sayqac peyda olur. Və bu sayqac gecəli-gündüzlü olub-keçənləri, yaşananları, səhvləri, xətaları, günahları, savabları şaqqıltıynan hesaba alır. Elə bil imtahana hazırlaşırsan. Hansı bir gözəgörünməz qüvvəyəsə hesabat verirsən. Özünü hər kəsin qarşısında günahkar, borclu hesab elədiyin anlar da olur, mələklərdən əskik saymadığın məqamlar da. Nədə haqlı, nədə haqsız olduğuna hökm vermək isə sənlik deyil. Hamının bəyəndiyi ola bilməmisən, hər kəsin üz döndərdiyi də deyilsən. Bir hesab var ki, onu ancaq özün-özünlə çəkirsən. Qəlbinin dərinliyində, ən mübhəm bir guşəsində. Bu ancaq sənə və sənin Tanrına, bir də özününkü edə bilmədiyin O sirli məxluqa məxsusdu. İş gəlib bu yerə çatanda artıq nə günahlar, nə də onların cəzası səni qorxutmur. Bunlar ancaq sənə məxsus olanlardı. Yaşadıqların sənindisə, xatırlandıqca sevinci artırsa, daha ən ağır cəza da səni qorxutmaz. Sənin olanlara, sənə qalanlara görə cəza verilməməlidi məncə. Çünki insan gözündə və könlündə təkcə bunu aparır bu fani dünyadan...
   
   
   
   ***
   
   
   
   Bir də var təkcə sənə məxsus olmayanlar. Ətrafındakılarla müştərək münasibətlərin, qarşılıqlı duyğuların. Yaşamın ən ağır məqamları da elə bunlardı. Tək özünə aid olanlarla haqq-hesab çürütməyə nə var ki,...
   
   Az çəkməmişdim bu ömür deyilən nə əvvəli, nə də axırı bilinməz olan yoldan. Təkcə mənim olan dərdlərin öhdəsindən gəlməyin yolunu tapmışdım gec də olsa. Kədərin, iztirabın başımın üstünə çıxmasına, məni basıb əzməsinə yol verməmişdim bu günəcən. Canımı dişimə tutub yaşayırdım. "Mən nə əvvəlinci, nə də axırıncıyam" deyib dünya yaranan gündən qadınlığın, analığın yaşantılarını, iztirablarını bir-bir yada salıb dözürdüm. Başımı işlə qatır, özümə təzə vərdişlər tapırdım. Əldən düşənəcən çalışır, gözlərim ağrıyanacan oxuyub-yazır, düşünməyə vaxt qoymurdum. Bir zamanlar şirin xəyallara dalmağı ən yaxşı istirahət sanırdım. Barmaqlarımı başımın arxasında daraqlayıb gözlərimi bir nöqtəyə dikməyim kifayət idi ki, ayaqlarım yerdən üzülsün, xəyallarım quşqonmaz zirvələrdə pərvaz eləsin. Dərdə üstün gəlməyin, qüssənin belini bükməyin yolunu tapmışdım. "Ümidsizlik özü də bir təsəllidir" deyimini qulağıma sırğa eləyib bütün gözləntilərdən göz-qulağımı yığmışdım. Bilirdim ki, məndən ötrü həyatın bütün şirin sürprizləri bitib, ən zəngin, ən dolu bildiyim ömür karvanım bomboz, bomboş səhralara üz tutub. Özümü o yerə qoymurdum, "bu da mənim ömrümdü, qismətimdi" deyib ağlamadan, sızlamadan yol gedirdim. Amma... hərdən elə dəqiqələrim olurdu ki,...
   
   Bir qadın tanıyırdım. Az çəkməmişdi taleyindən, qismətindən. Öz çevrəsində hamıdan namuslu, çoxlarından yaraşıqlı ola-ola ömür yoldaşının nakişiliyi ucbatından bədnam olmuşdu. Bu qadın öz dərdlərini danışanda həmişə yadıma "Al hərf" filmi düşürdü. Bu filmdə bədnam olmuş qadını qəsəbədə hamıdan fərqləndirmək, qınaq, danlaq obyekti etməkdən ötrü yaxasına qırmızı hərf asırlar. Tanıdığım qadının bircə bu bədnam hərfi əskikdi... Bir dəfə dedi ki, indiyəcən hər şeyə dözə bilmişəm. Bundan sonra da dözəcəyəm. Ancaq hərdən elə hallar keçirirəm ki... İstəyirəm gözdən-könüldən uzaq, çox-çox uzaq bir yerə gedim. Elə bir yer ki, orada məndən başqa heç kim olmasın. Ucsuz-bucaqsız səhranın ortasında dayanıb var gücümlə qışqırım. Ürəyim istədiyi qədər hönkürüb ağlayım. Bəlkə onda Tanrım məni gördü. Bapbalaca, qara bir nöqtə kimi də olsa, gördü. Elə bilirəm ki, bu qədər adamın içində O, məni görmür, ya da görmək istəmir...
   
   
   
   ***
   
   
   
   Nə başım ağrıyır, nə ürəyim, nə də bədənimin başqa bir yeri. Mənim canım yox, ruhum ağrıyır. Bunu da ağrıdan sizsiniz, ətrafımdakılar! İndiyədək heç nədən qorxmamışdım, sınmamışdım, qırılmamışdım. Çəkdiklərim, itirdiklərim varlığımı çatır-çatır yandırsa da, ruhumu əzə bilməmişdi. Hər qaranlıq yolun sonunda bir işıq görməyi bacarmışdım. Artıq o işıq yoxdu. Siz söndürdünüz onu. İnsan xislətindən dönməyinizlə, yırtıcı zövqlərinizlə, tamahınız, nəfsiniz, acgözlüyünüzlə. Özünə hörmət hissini itirməyinizlə. Gün-gündən namaz qılanlarınız da çoxalır, oruc tutanlarınız da. Ziyarətə gedənlərinizi yollar, miniklər tutmur. Ancaq allahsızlıq artır, insaf-mürvət xəfə çəkilir, tənhalıq, ümidsizlik baş alıb gedir...
   
   Hələ ki, nicat yolu da görünmür...
   
   "Elnən gələn qada-bəla toy-bayramdı" deyirdilər...
   
   Bəs, bütün eli bürüyən, hər cür qada-bəladan daha betər olan bu saydıqlarım nədi...
   
   Cəzanı kim verəcək?! Yerdəkilər, yoxsa, göydəkilər?!..


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK