Adalet.az | ONUN YERİ ÜRƏKDİSƏ… Adalet.az | ONUN YERİ ÜRƏKDİSƏ… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ONUN YERİ ÜRƏKDİSƏ…

Demək o, ürək döyündükcə yaşayacaqdı

48388    |   2015-05-06 17:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu unuda bilmirəm. Elə bil ki, hər an gözümün önündə dayanır və özünəməxsus təbəssümüylə məni təsir dairəsinə alır və həmin səslə də deyir:

- Əbili, bəlkə Salyanda balıq yeyib qayıdaq?

Onun sözünü eşidər-eşitməz saata baxırdım. Hələ nahara bir saat var. Amma bunu ona demirdim. Özü yenə həmin o təbəssümlə vermədiyim, demədiyim sözün davamını söyləyirdi:

- Bilirəm, nahara bir saat var, yəni saat on ikidi. Biz də burdan tərpənsək, elə nahara Salyana çatacağıq. Kürün üstündə adama bir balıq yeyək, sonra da bir saata üzü geri qayıdıb gələrik işimizin üstünə…

Belə xasiyyəti var idi onun. Ayda azı üç dəfə telefonuma zəng vurardı. «Salam», «xoş gördük»dən sonra məni Salyana balıq yeməyə dəvət edərdi. Mən də artıq onun təklifinə əməlli-başlı vərdiş etmişdim, alışmışdım. Və ömür yolunda böyük haqqı olan bu insanın sözünün qarşısında söz demək çətin olduğundan məmnuniyyətlə razılaşırdım. Deyirlər ki, susmaq razılıq əlamətidi. Telefonda bir anlıq susmağımı gözləyib fikrini davam etdirərdi:

- Düş nəşriyyatın qarşısına, artıq mən çatıram.

Tez-tələsik iş otağımın qapısını bağlayıb qarşıma ilk çıxan həmkarlarımdan birinə bir-iki saata qayıdıram deyib, binanın qarşısına düşdüm. Onun xidməti maşını dayandı yanımda. Oturdum arxada onunla yanaşı. Maşını öncə Bayıl bazarına sürdürdü. Orda illərdi tanıdığı bir nəfərdən mütləq sumax alardı və hər dəfə də mənə deyərdi:

- Əbili, sumax lazım olanda gəlib bu kişidən alarsan. Özü də halaldı, satdığı sumax da halaldı. İçinə heç nə qatmır. Düzdü, bir az baha satır, amma halal mal satır.

Aradabir yüngül bazarlıq da edirdi. Soruşurdum ki, bu nəyə lazımdı? Deyirdi ki, ürəyim istəyir. Birdən uşaqların yanında (həmişə çörək yediyimiz yerdə onu ən doğma adamları kimi qarşılayırdılar və Əlican müəllimə «dayı» deyə müraciət edirdilər. O da öz növbəsində həmin ünvanda çalışanlara «bacıoğlu» deyirdi – Ə.M.) olmaz, əziyyət çəkib ora-bura qaçıb axtararlar. Yaxşısı budur özümüzlə aparaq…

Bakıdan Salyana, daha doğrusu, Kürün üstündəki yeməkxanaya çatana qədər söhbət edərdi, özü də o qədər təmkinli, o qədər həlim bir səslə danışardı ki, vaxtın necə keçdiyini, mənzil başına necə gəlib çatdığımı hiss etməzdim. Çox qəribədir ki, onun danışdığı bütün mövzular daha çox öz həyatıydı, öz gördükləriydi, özünün iştirak etdiyi, şahidi olduğu məqamlardı. İstər hakimiyyətdə olanlardan danışsın, istər dünyadan gedənlərdən, istər söz-sənət adamlarından, istərsə də ailədən, uşaqdan. Mən az qala onun bütün tərcümeyi-halını öyrənmişdim. Elə o da mənim əlifbamı çox gözəl bilirdi. Hətta bir dəfə sözarası bizim evin xanımına dedi:

- Əbili mənlə birlikdə olanda siz narahat olmayın. Çünki biz nə kiməsə quyu qazmırıq, nə kiminsə qeybətini etmirik. Biz özümüzdən, işimizdən, bir də arzularımızdan danışırıq. Aradabir onu badələrlə də şirinləşdiririk…

Bəli, mən yazımın girişinə daxil etdiyim və artıq sizin də oxuduğunuz bu bir parçanı qəsdən önə keçirdim. İstədim ki, nədən, kimdən və hansı ovqatla yazdığımı az-çox hiss edəsiniz. Amma bir gerçək də var ki, mən Əlican Əliyevin həmin o isti münasibətini qazanmaq üçün bir xeyli illər xərcləmişdim, bir xeyli yol gəlmişdim. İndi qayıdıram həmin o illərə, həmin o yolun əvvəlinə…

… Dəqiq yadımdadı. 1980-ci ilin noyabr ayı idi. Mən tez-tez nəşriyyatlara gedir, şair və yazıçı dostlarla görüşür, onlarla həmsöhbət olurdum. Bir dəfə rəhmətlik Nüsrət Kəsəmənli ilə əvvəlcədən vədələşdiyimiz üçün «Gənclik» nəşriyyatının qarşısında görüşdük. Məqsədimiz nəşriyyatda işləyən dostumuz Çingiz Əlioğlunu da götürüb şəhərdən bir kənara sıxmaq idi. Nədənsə Çingiz müəllim bir az yubanmışdı. Bu vaxt maşından düşüb ağır, ləngərli yerişiylə nəşriyyata tərəf (bura həm də «Azərnəşr» idi – Ə.M.) gələn bir nəfər diqqətimi çəkdi. Ona diqqətlə baxdığımı görən Nüsrət Kəsəmənli:

- Əlican müəllimi tanıyırsan? – deyə soruşdu.

Artıq girişə yaxınlaşan, necə deyərlər, bizim bərabərliyimizə çatan Əlican müəllimə yaxınlaşıb ona əl uzatdı. Çox mehriban görüşdülər. Sonra məni təqdim etdi. Əlican müəllim ona tərəf uzatdığım əli bərk-bərk sıxıb bir müddət ovcunda saxlayıb Nüsrət Kəsəmənliyə:

- Bu cavan oğlan da əgər sizin dostunuzdusa, deməli, mütləq mənim də dostum olacaq!

Bəli, Əlican müəllim Nüsrət Kəsəmənli ilə bir qədər söhbətləşib zarafatlaşandan sonra içəri daxil oldu. Onun bizdən uzaqlaşan addım səsinin hələ eşidildiyi andaca Nüsrət Kəsəmənlidən soruşdum:

- Çox istiqanlı kişidi. Amma onunla indiyə qədər qarşılaşmamışam.

Nüsrət Kəsəmənli Əlican müəllim haqqında mənim hələ də yadımda qalan bircə cümlə söylədi:

- Kişi adamdı. Sözünün yerini bilir, xeyirxahlığını kimsədən əsirgəmir. Özü də sayılıb-seçilən bir kişinin kürəkənidi. Zəhmətkeş adamdılar.

Bəli, məhz həmin o gündən sonra mən «Azərnəşr»in binasında «Gənclik» nəşriyyatında onunla qarşılaşanda artıq birbaşa yaxınlaşır, hal-xoş edir və bəzən də dəvətini qəbul edib iş otağına da daxil olurdum. Açıq şəkildə hiss edirdim ki, məni bir az da artıq özünə yaxınlaşdırır, öz çevrəsinə daxil edir. Düzünü deyim ki, ucqar bir kənddən kolxozçu ailəsindən çıxıb gəlib Bakıda təzə-təzə çabalamağa başladığım həmin o illərdə bu cür insanlardan səmimiyyət görmək, onların çevrəsində olmaq əslində çox böyük uğur, qazanc idi. Ən azından ona görə ki, istənilən bir şəxsi sayılıb-seçilən, nüfuzlu bir adamın ətrafında görəndə bizim milli mentalitetimizə uyğun olaraq həmin o şəxs barəsində fikir də formalaşır. Hətta bəzən səni həmin o sayılan insanın, o vəzifə sahibinin yaxını kimi də qəbul edib fərqli bir ehtiram da göstərirlər. Bax, bu mənada Əlican müəllimin Əliyev və üstəlik də mənim soyadımın da Əliyev olması elə bil ki, bizi sanki çox-çox uzaq illərdə artıq doğmalaşdırmışdı, bir soyadın daşıyıcısına çevirmişdi. Bax, xırda bir detal indi adını çəkmək istəmədiyim və o vaxtlar nəşriyyatlarda özlərindən başqa kimsəni görmək istəməyən məmurlaşmış yazarların diqqətindən yayınmamışdı. Düşünmüşdülər ki, mən Əlican müəllimlə qan qohumuyam. Amma zaman göstərdi ki, biz qohumdan da artıq doğmayıq.

Hə, günlərin birində sözarası Əlican müəllim məndən soruşdu ki, niyə yazılarını kitab halında çap olunmaq üçün təqdim etmirsən? Onun bu mesajı məni bir balaca silkələdi. Düşündüm ki, yəqin hardansa eşidib. Xəbəri var ki, «Yazıçı» nəşriyyatına kitab təqdim etmişəm. Amma susub fikrini davam etdirməməsi məni şübhə içərisində buraxsa da, özümü o yerə qoymayıb dedim:

- Əlican müəllim, hazırlayıram. Görək qəbul etsələr, «Gənclik» nəşriyyatına təqdim edəcəm.

Gülümsədi və elə o təbəssümlə də dedi:

- Kitab təqdim etməyindən xəbərim var. Hətta tematik plandan da çıxardıqlarını bilirəm. Gərək əvvəl mənlə məsləhətləşəydin. Nə isə. Yəqin istəməmisən ki, dosta əziyyət verəsən. Amma ruhdan düşmə, hazırla kitabını…

Mən onun artıq hər şeyi bildiyinə iynə ucu boyda da şübhə etmədən nə deyəcəyimi, necə bəraət alacağımı düşünə-düşünə susub durdum. O, yerindən qalxıb mənə yaxınlaşdı və «gedək, nahar edək» dedi.

Günahkar uşaq kimi sakitcə onunla birlikdə otaqdan çıxdıq və həyətdə gözləyən maşına əyləşib Bayıl tərəfə getdik. Bu gün də yolu o istiqamətə düşəndə həmin o yeməkxananı gözlərim axtarır. Kənardan şəxsi ev təsiri bağışlayan həmin yeməkxana kiçik olsa da, çox səliqəli və həm də təmiz, keyfiyyətli yeməkləriylə seçilirdi. Əlican müəllimi burada məxsusi qonaq kimi qarşılayır, az qala bütün personal onun qulluğunda dayanırdı. Mən Əlican müəllimi nahar fasiləsində daha çox dostlarıyla, sayılan-seçilən adamlarla nahara getdiyini bilirdim. Amma bu gün ilk dəfə naharı mənimlə birlikdə edirdi. Həmin o gündən başlayaraq bizim birgə naharlarımız, birgə ziyafətlərimiz bir növü start götürdü… amma bunlar təkcə yeyib-içmək, günü xoş keçirmək məqsədi daşımırdı. Əksinə, həmin o süfrə arxasında mən onu daha yaxından tanıyır, onun yaşantılarını, onun qayğılarını, onun məqsəd və məramını vərəq-vərəq oxuyurdum. Görürdüm ki, bu enlikürək, ucaboylu, həm görkəmcə, həm daxilən çox ağır, sanballı bir kişi necə kövrək bir ürəyin sahibidi, necə incə duyğuları öz içində cilalayıb qoruyub saxlayır. Anlayırdım ki, onun təkcə aid olduğu ailə, içərisində olduğu mühit yox, həm də onun özü bir inamın, bir əqidənin layiqli əsgəridi, zabitidi. Üstəlik də o əqidə, o inanc onun həyat eşqidi. İnanın ki, tam səmimiyyətimlə deyirəm, mən Əlican Əliyevdə gördüyüm inancı, inamı, sədaqəti başqa bir kimsədə görüb hiss etməmişəm. Bu insanın bütün varlığında Azərbaycanın ən böyük şəxsiyyətinə, ən böyük insanına təkcə dəlicəsinə yox, həm də müdrikcəsinə bir sevgi hakim idi. O, hər addımını, hər sözünü məhz o inama, o etiqada, o əqidəyə, xidmətə yönəldirdi. Bir dəfə də olsun mən onun dilindən bir umacaq, bir təmənna eşitmədim, duymadım. Nə edirdisə ürəklə, özü də böyük ürəklə edirdi.

Əlican Əliyev mənim həyatımda həm də digər dostlarımla sıx təmasına görə də xüsusi yer tuturdu. Rəhmətlik jurnalist Pərviz Əliyev, çox dəyərli naşir Qoşqar İsmayıl oğlu Qarayev, eləcə də mətbuat aləmindən kənarda olan digər dostlarım mənim Əlican müəllimlə bağlılığımı hər gün daha da möhkəmləndirir, daha da cilalayırdılar. Bax, bu doğmalıq artdıqca mən onun içindəki ailəsi ilə bağlı sızıltılardan da xəbər tuturdum. Nəvəsi üçün titrəyən ürəyinin səsini də eşidirdim. Xüsusi olaraq xanımı ilə telefon bağlantısı zamanı həmin o əl boyda qızcığazı necə təlaşla soruşduğunu, onun istəkləri üçün canından keçməyə hazır olduğunu ovcumun içi kimi oxuyurdum. Başa düşürdüm ki, Əlican Əliyev ailəsinə, xanımına, qızına, oğluna, nəvəsinə nə qədər bağlıdı, onlarla necə nəfəs alır. Üstəlik oğlunun müalicəsi zamanı onun bir ata kimi yaşadıqları, xəstəxananı bir an da olsun tərk etməməsi, daha nələr, nələr… Bütün bunlar hamısı təkcə yaddaşıma yazılmır, həm də ürəyimə, varlığıma hopurdu. Beləcə…

Günlərin birində, özü də səhər-səhər eşitdiyi xəbər məni sarsıtdı. Telefonuma zəng gəldi. Tanımadığım nömrə idi. Açdım. Danışan şəxs bircə kəlmə dedi:

- Əlican müəllim dünyasını dəyişdi. Bəlkə onun barəsində…

Ardını demədi. Özünü də təqdim etmədi. Hiss etdim ki, bu sözləri deyən adam da kövrəlib, danışa bilmir. Mən həmin günü həmişə müsahibə götürdüyüm, hansısa bir mövzuya münasibətini öyrəndiyim, zəng vurub fikirlərini soruşduğum Əlican Əliyev barəsində vida sözü yazdım. İndinin özündə də mən onun barəsində nə isə yazmaq istəyəndə keçmiş zamanda yaza bilmirəm. Amma neyləyim ki, bu həyatın qaçılmaz qanunudu və o vaxtsız ölüm, bu amansız əcəl öz hökmünü verdi. Mən bir dost ağrısını, bir xeyirxah insanın diqqətini indi ancaq öz içimdə daşımağa, xatırlamağa məhkumam…

Bir dəfə telefonuma Azad müəllim zəng vurdu. Əlican müəllim barəsində danışdıq. Mən bu insanın da Əlican müəllimə olan sevgisini, böyük ehtiramını o söhbətdə təkrar duyub yaşadım. Bu məqamı elə-belə xatırlatmıram. İstəyirəm ki, bu yazını oxuyan hər kəs bilsin ki, mənim üçün dünyasını dəyişən dost yoxdu. Çünki dostun yeri ürəkdədisə, deməli, o ürək döyündükcə o dost da elə orada yaşayacaq. Bax, bu mənada mən barəsində ancaq müəyyən qeydləri diqqətə çatdırdığım Əlican Əliyev mənim ürəyimdə, yəni özünün haqq etdiyi yerdə bu gün də yaşayır.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK