viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | KİŞİSİZ... Adalet.az | KİŞİSİZ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KİŞİSİZ...

21071    |   2011-03-05 07:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

-Olar bu xanım sənin yanında oturub ərizə yazsın?
   
   -Buyursun.
   
   Növbətçi otaqdan çıxan kimi məlul-məlul üzümə baxır:
   
   -Mən kirilnən yazıramg
   
   -Eybi yoxdu...
   
   Onu öz yerimdə oturdub qələm-kağız verirəm. Özüm də üzbəüz əyləşib ilk dəfə gördüyüm qadını diqqətlə süzməyə başlayıram. İstiyə-soyuğa girməkdən cadar-cadar olmuş əllərinə, baxımsız sir-sifətinə, saçlarına baxıram. Vərəqin üzərinə əyilib iri-iri hərflərlə, səliqəsiz xətlə yazır. Həm də elə ürəklə, ciddi görkəmlə yazır ki, bu səhər onu evdən çıxarıb buraya qədər gətirən ümidin böyüklüyünə, gücünə heyran qalmaya bilmirsən. Həm də çarəsizliyinə ürəyin ağrıyır. Hələ üç-dörd cümlə yazmayıb, mənsə onun haqqında artıq çox şey bilirəm...
   
   Türk qızıdı. Hələ qırx yaşı yoxdu. Səkkizinci sinifdə oxuyan qızı, şəkər xəstəliyindən gözləri tutulmuş anasıynan bir yerdə yaşayır. Atası çoxdan rəhmətə gedib, yeganə qardaşı Türkiyədədi. Əri isə... qızı doqquzaylıq olanda Rusiyaya gedib. Elə o gedəndi...
   
   -Sizi niyə aparmadı?
   
   -Özüm getmədim. Möhkəm içən, çəkən idi. Dedim, burada belə eləyən, gör oralarda neynəyər...
   
   -Puldan-zaddan göndərir?
   
   -Yox. Heç nə göndərmir...
   
   -Nikahınız hələ qalır?
   
   -Hə... Məni maraqlandırmır. Onsuz da ikinci dəfə ərə gedən deyiləm..
   
   Axırıncı cavabı elə tez, qəti deyir ki... Elə bilir, ona ərə getməyi məsləhət görəcəm. Mənsə bunu heç eləmərəm. İndi kişilər də imkanlı tərəfə yıxılırlar. İmkansız qadına yiyə durmaq, onu xanıma çevirmək istəkləri çoxdan yoxa çıxıb...
   
   Evləri yoxdu. Bir müddət fermada qalıblar. Sonra da...Deyir, kim Türkiyəyə gedirsə, onun evində müvəqqəti yaşayırıq. İndi qaldığımız evin yiyəsi xəbər göndərib ki, on-onbeş günə evi boşaldaq...
   
   İxtisas təhsili yoxdu. Heç yerdə işləmir.Anasının pensiyası ilə dolanırlar. Bir də... Qohumlardan biri, sağ olsun, bir dana bağışlamışdı. İndi inəkdi, körpə buzovu var, onu sağıb yavanlıq edirik, deyir. Kənddə təxminən 40 sotluq şoran torpaq sahəsi var. Ərizəni də ona görə yazır ki, yeri alsın, həm ev tiksinlər, həm də inəyi saxlasınlar. Bəlkə heyvanın sayını artıra bildik, deyir. Məsləhət görüblər ki, ərizəni kənd bələdiyyəsi sədrinin adına yazsın.
   
   -Bələdiyyə sədri vəziyyəti bilmir?
   
   -Bilir.
   
   -Bəs, niyə kömək eləmir?
   
   Acı-acı gülümsəyir:
   
   -İndi ancaq pulu olana kömək edirlər...
   
   Sonra məsum çöhrəsinə müdrik ifadə verib mənə xeyirxahlıq, bu xeyirxahlığın Tanrı tərəfindən qiymətləndirilməsi barədə rəvayət danışır. Bu rəvayəti dönə-dönə eşitsəm də, onun türk ləhcəsində, sözləri boğazında qaynada-qaynada danışmasına zövqlə qulaq asıram. Həm də anlayıram ki, zaman-zaman iyrənc siyasətin qurbanı olmuş, manyakal düşüncə sahiblərinin fitnəsi ilə eldən-elə, ölkədən-ölkəyə sürüklənən bu adamları nə qədər incə bir duyğu ilə sevdiyimin fərqindəyəm. Hər adama ürək qızdıran, bel bağlayan deyiləm. Əvvəldən belə olmamışam. İçimdə insanlara o qədər böyük, sönməz inam, sevgi olub ki, bu hisslər gözlərimi tutaraq ən bağışlanılmaz nöqsanları belə görməyimi əngəlləyib... İndi isə... çox nadir adamlara etibar edirəm. Bunlarda isə qeyri-adi nəsə var. Adam elə bilir ki, belələrinin nəfsi heç bir halda sevgisinə qalib gələ bilməz...
   
   O isə danışır: Bir kişi həccə getməyə pul yığırmış. Bir gün görür ki, çöplükdə bir qadın eşələnir, yanında da uşağı. Yeməyə bir şeylər axtarırlarmış. Adamı fikir götürür. İxtiyarsız əlini cibindəki ziyarət pulunun üstünə aparır. "Mən indi neyləyim?" deyə düşünür. Qərar verməyi çox çəkmir. Pulun hamısını qadına verir... Vaxt yetişəndə dostları onu çağırırlar. "Mən gedəsi olmadım. Pulum düzəlmir. Siz yolunuzdan qalmayın" deyir dostlarına...Ziyarətdən dönənlər yanına gəlib deyirlər: "Bizi niyə aldatdın? Bəs, deyirdin gedə bilmərəm. Amma orada namaza duranda hamımızdan qabaqdaydın..." Kişi məsələni başa düşüb gülümsünür...
   
   Söhbətini bitirib təzədən vərəqin üstünə əyilir. Mən də ona bir şey danışmaq istəyirəm. Ancaq ürəyimdə. Yoxsa, bu ərizə iş vaxtının axırınacan uzanacaq...
   
   
   
   ***
   
   
   
   İllər öncəsi "Yunost" jurnalında bir povest oxumuşdum. Adını və müəllifini unutduğum əsər bir cümləsi ilə yaddaşımda həkk olunub... Yaşı ötmüş, evlərində tək yaşayan qız bir gün kəndin kənarında yaralı döyüşçünü görüb onu evə gətirir. Saxlayıb qulluq edir. Kimsəyə bir söz deməsə də, sağıcı rəfiqələri onda baş verən dəyişikliyi gözdən qaçırmırlar. Görürlər ki, o, daha qaşqabaqlı, acıdil qız deyil. Tez-tez gülümsəyir, hətta arada dodaqaltı zümzümə də edir. Mehriban və ünsiyyətcil olmağa başlayıb. Pıçhapıç başlanır. Yerin də qulağı var. Məsələdən xəbərdar olan qızlardan biri rəfiqələrinin intizarına son qoyur: "Təəccüblənməyin, ay qızlar. Axı, indi onun evində kişi var..."
   
   "Onun evində kişi var..." Bir qadının həyatını kökündən dəyişməyə, ruhunu dirçəltməyə, qəlbini sevgilərlə doldurmağa, biganəliyin daşını atıb hər şeyə maraq və həvəslə yanaşmağa səbəb olan ilahi bir SƏBƏB!...
   
   Belə, əzizim... Səninsə evində kişi yoxdu. Deməli, nə öz-özünə gülümsəyir, nə də dodaqaltı zümzümə edirsən. Səhərlər yatağından xoş ovqatla qalxıb gününü mənalandırmağa, günün axırında səbirsizliklə qapıdan, pəncərədən boylanmağa səbəbin də yoxdu...Budur sənin canını da, ruhunu da incidən, ağrılarını artıran. Deyirsən ki, qadın xəstəliyim var. Müalicəyə imkanım yoxdu. Eləki, canım ağrıyır, anam da, qızım da gözümə görünmür. Gecə-gündüz xəyalımdan çıxmayan fikirlər heçə dönür. Bir az dirçələn kimi təzədən başlayıram ən xırda şeyləri belə özümə dərd eləməyə. Evsizlik, qızın məktəb qayğıları, anamın dərman xərcləri, inəyin yemi...Fikirlər sürüynən üstümə hücum çəkir. Anam da tez-tez məni qınayır: "Görmürsən, fikir eləmək məni nə günə saldı? Bir şeymi qazandım? Üstəlik, gözlərimi də itirib sənə yük oldum". Xeyri yoxdu. Ürək heç nəynən təsəlli tapmır.
   
   Ona deməyə o qədər sözüm var ki,...Amma ümidsizliyə qapılmasını, qol-qanadının qırılmasını istəmirəm. Necə deyim ki, bura sənin kimi yüzləri gəlir. Kişisi pul qazanmaq adıynan başını götürüb çıxıb aradan. Kimi iki-üç, bəziləri lap dörd-beş uşaqnan qalıb bir damın altında. Yardımla, ianə ilə güzəran qurulurmu?! Qonşu payıynan öynəli olmazsan, demişlər. Amma... heç kəs acından ölmür. Sən də ölməyəcəksən. Ayağındakı ayaqqabını birtəhər iki il sürütdəyə bilərsən. Əynindəki köynək də azı beş il görəcək səni. (İndiki paltarlar da o qədər sintetikdi ki, nə köhnəlmir, nə dağılmır. Kasıbın Allahı verib. Əvəzində allergiyası olmayanları barmaqla sayarsan). Amma ürəyini heç nə açmayacaq. Çünki o ürəkdəkilər heç kimə açılmır, yerində qalıb bütün bədənini, ruhunu zəhərləyir. Bəlkə də necə əridiyinin, çürüdüyünün heç özün də fərqində deyilsən...
   
   
   
   ***
   
   
   
   Cəmi yeddi-səkkiz cümləlik bir ərizə yazdı. Mənsə, arzusu, kamı gözündə qalmış bir qadının ömür hekayətini həmişəlik qəlbimə yüklədim. Ağırlığı gündən-günə artacaq yükünü...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK