Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "BİR ÖMÜRLÜK MƏHƏBBƏT" Adalet.az | "BİR ÖMÜRLÜK MƏHƏBBƏT" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"BİR ÖMÜRLÜK MƏHƏBBƏT"

İsmayıl Öməroğlunun dost ismarıcı

25179    |   2011-02-05 06:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncə bugünkü kitablardan, daha doğrusu, nəşriyyat işindən başlamaq istəyirəm. Məmləkətimiz müstəqillik əldə edəndən sonra bütün sahələrdə olduğu kimi, nəşriyyat-poliqrafiya sahəsində də bir özəl azadlıq yarandı. Ona görə "özəl" deyirəm ki, bu azadlıq əslində bir çox qüsurları da ortaya gətirdi. Yəni, bazar iqtisadiyyatı deyilən meydan buraya hər cür yararlı-yararsız məhsulların ayaq açmasına şərait yaratdı. Necə deyərlər, sözü olan da, olmayanda, yazmağı bacaran da, bacarmayan da özünü atdı bu meydana. Çünki hər şeyi bazar və pul həll edir. İkinci isə birinciyə hökm etmək gücündədir. Bax, bu da həqiqi sözün dəyərli kitabın nüfuzuna xələl gətirməklə yanaşı, onun oxucuya çatmaq yollarında da maneəyə çevrildi.
   
   Digər tərəfdən Azərbaycanın nəşriyyat-poliqrafiya sahəsi qəbul etdiyi sifarişlərin yalnız maliyyəsini önə çəkdiyindən ona təqdim edilən yazılara, ədəbi nümunələrə, bütövlükdə kitab olma iddialı hər nə varsa, onların heç birinə sözün böyük mənasında sahib kimi yanaşmadı. Əksinə, onlar daha çox tacir, kitab çap edib satanlar kimi çıxış etdilər. Bu da pulu, imkanı olanların təqdim etdiyi hər cür kitab adına uyğun gəlməyən mətinlərdən tutmuş, şeirlərdən tutmuş roman, povest də daxil olmaqla hər şeyi qısa müddətdə çap maşınlarının ixtiyarına verdi. Nəticədə gərəksiz, yararsız, ürək bulandıran, adamı böyük sözdən qaçaq salan bomboz "kitablar" ayaq tutub yeriməyə başladı. Biz də bu kitabların bəzən zorən oxucusuna çevrilməli olduq. Ən azı onu təqdim edən müəllifin yanında vərəqləməyə məcbur qaldıq.
   
   Şükürlər olsun ki, bu bulanıq suların müəyyən bir dərəcədə durulması da paralel olaraq davam edirdi. Həmin o durulan sularda işıq üzü görən, araya-ərsəyə gələn kitablar isə bizləri, onu oxumaq istəyənləri öz əhatə dairəsinə çəkir və əsl sözün, həqiqi qələmin nə olduğunu unutmağımıza imkan vermirdi...
   
   Elə bu günlərdə çox dəyərli ziyalımız, Azərbaycanın ictimai-siyasi həyatında öz yeri, öz dəsti-xətti olan, ədəbi-elmi mühitdə öz cığırını açmış qələm dostum İsmayıl Ömrəoğlu Vəliyevin ötən ilin sonlarında işı üzü görən "Bir ömürlük məhəbbət" kitabı ilə baş-başa qaldım. Kitabın ön sözünün müəllifi tanınmış yazıçı-publisist Elçin Mehrəliyev oxuculara xitabən konkret bir şəkildə deyir ki, onun silahı sözdür!
   
   Bəli, mən hələ tələbəlik illərində İsmayıl müəllimin yurd, ocaq yerləri ilə bağlı, vətən sevgisi ilə dolu ilk kitablarından birini sevə-sevə oxuyub onun barəsində dövlət universitetinin qəzetində çıxış etmişdim. Və vurğulamışdım ki, yalnız imzasını tanıdığım İsmayıl müəllim bu kitabı ilə, bir az da konkret desəm, bu kitabda toplanmış ürək pıçıltıları ilə mənim ruhumu özünün həmsöhbətinə çevirdi...
   
   İllər ötdü və günlərin birində mən İsmayıl Vəliyevlə üz-üzə gəldim. Söhbət əsnasında hər ikimiz həmin o universitet qəzetində işıq üzü görmüş yazını xatırladıq və gördük ki, səmimi şeirlərə səmimi yazılmış oxucu fikirləri bizim aramızda bir körpü yaradıbmış. Və biz də o körpüyə doğru zaman-zaman yol gəlirmişik.
   
   Beləcə başladı bizim tanışlığımız, dostluğumuz. Onun kitablarını mütaliə etməyə açılan bu imkan tələbəlik illərində dilə gətirdiyim fikirlərimdə yanılmadığıma məni bir daha inandırdı. Elə o inamla da mən İsmayıl müəllimin sonuncu şeirlər kitabını demək olar ki, əvvəldən axıra kimi maraqla mütaliə etdim.
   
   Səmimi deyəcəm. Bu şeirlərin ruhu həm sevinc, həm kədər notları üzərində gəzişmə edir. Bir şeirdə özünü yeniyetmə gənc hesab edirsən, başqa birində saçlarına dən düşmüş ağsaqqal, ondan sonrakında isə yurd, vətən həsrəti ilə yaşayan, dərddən beli bükülsə də yumruqları düyünlənmiş, ürəyi döyüşmək istəyi ilə dolu olan bir döyüşçü görürsən. Bax, bu müxtəliflik insanı haldan-hala salır, illərdən illər aparır. Zamanların dəyişməsi isə həm də ən kövrək hissləri belə başlı-başına buraxmır. Əksinə, onlar oxucunun qanına, canına hopurlar. Təsəvvür edin ki, İsmayıl müəllimin şeirlərində qarşılaşdığım fikir yüklü misralarda həm də bir poeziya ilə fəlsəfənin həmahəngliyini, qol-boyun olduğunu görürəm. Məsələn:
   
   
   
   Göylərdən nə qədər ulduz
   
   köçsə də,
   
   Sevənin heç zaman ümidi
   
   sönməz.
   
   Yüz illər ötsə də, zaman
   
   keçsə də,
   
   Məhəbbət nağıldı - bitib
   
   tükənməz.
   
   
   
   Və yaxud:
   
   
   
   De, harda axtarım səni,
   
   de, harda?
   
   Köçmüsən ömrümdən
   
   qaranquş kimi.
   
   Qaranquş nəğməylə
   
   dönər baharda,
   
   Gəlmədin nəğməsiz
   
   qoydun eşqimi.
   
   
   
   ...Demə soyumuşam,
   
   şaxtayam, qaram,
   
   Qayıt ürəyimi
   
   ovundurmağa.
   
   Uç qaranquş kimi
   
   mən ki, baharam,
   
   Qayıt ürəyimdə
   
   yuva qurmağa!
   
   
   
   Bu misralar özü-özlüyündə yəqin ki, oxucuya hər şeyi deyir. Çünki burada söhbət saf, səmimi, təmənnasız duyğulardan və o duyğuların ümumi fonunda məhəbbətdən gedir. O məhəbbətdən ki, şair onun üçün qardan, şaxtadan, əzablardan keçməyə, həsrətin döyüş meydanında sona kimi vuruşmağa hazırdı. Təki sevgisinə, istəyinə qovuşsun. Bu istəyi İsmayıl müəllim başqa bir şeirində belə ifadə edir:
   
   
   
   O könül sevgiyə
   
   layiq deyilsə,
   
   At onu daş kimi
   
   pəncərələrdən.
   
   Bir dəfə tapdansa,
   
   yerə əyilsə,
   
   Qürurunu qırıb
   
   götürmə yerdən.
   
   
   
   Bəzən iddia edirlər ki, (hətta bir mahnımızda, nəğməmizdə də o fikir təkrarlanır ki, vüqar, qürur sevgiyə o qədər də uyğun gəlmir -Ə.M) vüqar, qürur sevginin qayçısıdır. Sevgi ilə düz yola getmir. Amma vüsala yetmək istəyən hər kəs vüqarı da, qüruru da sevginin baş tacına, təbii ki, sevgini də onların yaraşığına çevirməyi bacarmalıdır. Çünki sevgi dilənilmir, nə də nəzir verilmir. Onu qazanmaq və ona qovuşmaq üçün bütün çətinliklərdən keçməyə qadir olmalısan. Bax, elə böyük sözün, həqiqi poeziyanın bir missiyası da saf duyğuları tərənnüm etmək, təlqin etməkdir.
   
   İsmayıl Vəliyev bir şeirində yazır:
   
   
   
   Hərdən duyğuları
   
   bölüşdürürsən,
   
   Kədəri bölməyə
   
   adam tapılmır.
   
   Qohumla,
   
   qardaşla ömür sürürsən,
   
   Qədəri bölməyə
   
   adam tapılmır.
   
   
   
   
   
   ...Sim yanır, alışır ürəkdən
   
   keçən
   
   Bu odu çox zaman
   
   pərdə də bilmir.
   
   Daşları tərpədən sözümüz
   
   bəzən,
   
   Daşa dönmüşləri
   
   tərpədə bilmir.
   
   
   
   Məncə indi özünü yeni zamanın adamı sayıb, Avropa təfəkkürü ilə düşünüb yaşadığını iddia edən bir para daş ürəklilərə şairin misraları sərrast atılmış güllədir. Təbii ki, başa düşənlər üçün. Əgər bu anlayışı özləri üçün yad bilənlər olarsa, onlar yəqin ki, yurd həsrətinin ifadəsi olan misraları, Aşıq Ələsgərə ünvanlanmış misraları da heç cür həzm edə bilməyəcəklər. Çünki şair doğulduğu kəndə, yurda qayıtmağı ən böyük arzu, ən böyük məqsəd sayır. Bunun üçün hər şey hazırdı. Elə o coşqu və həsrətlə də yazır:
   
   
   
   O dağları gördüm mələdi
   
   dərdim,
   
   Nəfəsim təngidi göyün
   
   üzündə.
   
   Qurumaz dərdimi göylərə
   
   sərdim,
   
   Gördüm ki, ağlayır göyün
   
   özü də.
   
   
   
   Və yaxud:
   
   
   
   Dumanda itən dağlarım,
   
   Əlimdən gedən dağlarım,
   
   Yuxumda bitən dağlarım,
   
   Ümidinə qar yağmasın.
   
   
   
   ...Ömrümüzdən
   
   zaman keçər,
   
   Güman gələr inam keçər,
   
   Göy üzündən
   
   duman keçər,
   
   Durnam vətənsiz qalmasın.
   
   
   
   Bu gün hər birimiz Qarabağ itkisinin, Qərbi Azərbaycan həsrətini yaşayırıq və bu həsrətin bizlərə təkcə mənəvi sarsıntılarını hesablamaq üçün sözün, qələmin, ömrün yetəcəyinə mənim heç inamım yoxdu. Çünki bu elə bir zərbədir ki, onun bir anının içərisində milyon anlar yerləşir. Bax, acımızın da, mənəvi istirablarımızın da anlara və onun içərisindəki milyonlara vurulması heç bir ömrə, heç bir ömrün sona qədər daşıya biləcəyi mümkün olmayan bir qəm yüküdü, kədər yüküdü. Bu yükü ancaq biz yazmaqla, danışmaqla bir az yüngülləşdirməyə çalışırıq. Əslində bununla biz özümüz özümüzə təsəlli verməklə sabaha ümidimizin sağ-salamat çıxmasına, eləcə də bizi özü ilə sabaha aparmasına cəhd edirik.
   
   
   
   Bir kənd vardı qərib oldu,
   
   Bir dağ vardı gülü soldu.
   
   Cığırlar adam istəyir,
   
   Qapılar qonaq gözləyir.
   
   
   
   Uçub perikib quşları,
   
   Xəbər çatmaz kimsəsinə.
   
   Əyilib qəbir daşları,
   
   Həsrətdi Quran səsinə.
   
   
   
   Təkcə doğma kəndə həsr edilmiş şeirləri oxuyanda mənə elə gəldi ki, İsmayıl müəllim həm də rəsm çəkməyə, rəssamlıq etməyə həvəs göstərib. Daha doğrusu, şairliklə rəssamlığı bir-birinə yoldaş edib və onlardan da biri misraları yazıb, o biri də misraların içərisindəki şəkili çəkibdi.
   
   Bəli, mən İsmayıl Öməroğlunun "Bir ömürlük məhəbbət" kitabının sonuncu şeirində belə bir misra ilə qarşılaşdım:
   
   
   
   Ruhum məni axtarır,
   
   Bu dumanda, bu çəndə...
   
   Xəyal dünyam əriyir,
   
   Buludların içində.
   
   
   
   Həmin son şeirin bir parçası olan bu misralar kitabın mənə etdiyi təsiri əritmədi. Əksinə, xəyalın duman kimi Bakıdan üzü Qarabağa, üzü Qərbi Azərbaycana, üzü bütöv Azərbaycana doğru axıb getməyə başladı. O xəyalın içində mənim ruhum da gedirdi. Və gedə-gedə də hiss edirdim ki, yol yoldaşlarımdan biri də İsmayıl Öməroğludu. O da öz şeirlərinin qanadında üzü həsrətini çəkdiyi yurda tərəf istiqamət almışdı. Bizim yollarımız təkcə paralel deyil, həm də kəsişəndi. Çünki ünvanımız, istiqamətimiz eynidi. Ona görə də mən İsmayıl Öməroğluna ünvanladığım bu balaca məktubda onun şeir çələngindən bəhrələndiyimi və bu şeir çələnginin içərisində özümü çox rahat hiss etdiyimi deməyə çalışdım. Bir də demək istədim ki, İsmayıl müəllim, mən sizin daimi və yaxşı oxucularınızdanam. Bu kitabınızı da bir oxucu kimi sevə-sevə mütaliə etdim. Ola bilsin ki, siz məndən hardasa tənqid, irad da gözləyirdiniz. Amma səmimi deyim ki, mən yaxşı bir oxucu kimi yaşadıqlarımı kağıza köçürdüm. Sizə cansağlığı və uğurlar arzu edirəm.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK