Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Bu günü uğurlu, sabahı işıqlı Adalet.az | Bu günü uğurlu, sabahı işıqlı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bu günü uğurlu, sabahı işıqlı

Azərbaycan Turizm İnstitutu 5 illik yubileyini qeyd edir

24386    |   2011-01-29 06:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2011-ci il Azərbaycanda "Turizm ili" elan edilib. Dövlət başçısının tapşırığına əsasən ilboyu ölkə ərazisində tədbirlər həyata keçiriləcək, turizmin inkişafına yönəlik mühüm layihələr icra olunacaq.
   
   Ölkədə turizm sahəsində yeganə təhsil, tədqiqat və treninq mərkəzi sayılan Azərbaycan Turizm İnstitutu da bu prosesdə yaxından iştirak edəcək. "Turizm ili" bu ali məktəb üçün daha bir hadisə ilə əlamətdardı. Azərbaycan Turizm İnstitutunun bu il 5 yaşı tamam olur.
   
   Rektor tarix elmləri doktoru Cəfər Cəfərovla ölkənin ən cavan ali məktəblərdən sayılan Azərbaycan Turizm İnstitutunun bu qısa müddət ərzində əldə etdiyi uğurlardan, "Turizm ili" çərçivəsində görüləcək işlərdən danışdıq.
   
   Daha yaxından tanışlıq üçün
   
   Cəfər Cəfərov 1960-cı ildə anadan olub. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra bu nüfuzlu ali tədris ocağının aspiranturasına qəbul edilib. 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Əmək fəaliyyətinə isə Bakı Dövlət Universitetində başlayıb. 1987-1994-cü illərdə BDU-nun tarix fakültəsində böyük laborant, müəllim, baş müəllim, dosent kimi çalışıb. 1990-1994-cü illərdə BDU-nun tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi olub. Sonrakı iki ildə isə tarix fakültəsinin dekan müavini kimi çalışıb.
   
   Cəfər Cəfərov 1994-cü ildə Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 4 il bu vəzifədə çalışdıqdan sonra BMT İnkişaf Proqramının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi "Azərbaycanda QHT-lərin institusional potensialının artırılması və Vətəndaş Cəmiyyətinin gücləndirilməsi" layihəsinin milli əlaqələndiricisi olub. 2004-2006-cı illərdə isə milli əlaqələndirici kimi BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədi ilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Gənclər, İdman və Turizm Nazirliyinə institusional yardım" birgə layihəsində çalışıb.
   
   Cəfər Cəfərov ölkə prezidentinin 2006-cı il 5 iyul tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsinə təyin edilib.
   
   Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi və turizmin inkişaf etdirilməsi ilə bağlı Azərbaycanda, o cümlədən xarici ölkələrdə çap edilən 50-yə yaxın elmi əsərin müəllifi, tarix elmləri doktorudu. İki övlad atasıdı.
   
   - Sizinlə iki əlamətdar hadisə ərəfəsində görüşürük. Rəhbərlik etdiyiniz ali məktəbin 5 yaşının tamam olması ölkədə "Turizm ili"nin keçirilməsi ilə eyni vaxta təsadüf edir. Söhbət zamanı hər iki hadisəyə toxunacağıq. İstərdim əvvəlcə Azərbaycan Turizm İnstitutunun yarandığı dövrə qayıdaq...
   
   - Yaşından da göründüyü kimi həmin dövrdən bizi çox az bir zaman ayırır. Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci il avqustun 25-də imzaladığı fərmanda Turizm İnstitutunun yaranması nəzərdə tutulmuşdu. Bir il sonra Nazirlər Kabineti bununla bağlı xüsusi qərar imzaladı. Hökumətin 13 fevral 2006-cı il tarixli qərarı ilə Azərbaycan Turizm İnstitutu yaradıldı. Həmin il iyulun 5-də ölkə başçısı mənim instituta rektor təyin olunmağımla bağlı sərəncam imzaladı. Qarşımıza mühüm vəzifələr qoyulmuşdu. Bu işləri görmək o qədər də asan deyildi. İnstitutu bina ilə təmin etmək, maddi-texniki bazanı yaratmaq üçün xeyli zaman lazım idi. Lakin vaxt gözləmirdi. Çünki həmin il ilk tələbələri qəbul etməli idik. Nəzərə almaq lazımdı ki, həmin dövrdə ölkə təhsilində yeni standartlar tətbiq edilirdi. İşimizi çətinləşdirən digər bir məsələ isə kadrlarla bağlı idi. Turizmlə bağlı ilk dəfə təhsil və təhqiqat aparan müəssisə olduğumuz üçün müəllim kadrlarının tapılması, bu işə cəlb edilməsi çətinliyi var idi. Az saylı kollektivlə bütün çətinlikləri arxada qoymağa çalışdıq. Bəzən həmin günləri xatırlayanda...
   
   Nəhayət 2006-cı il sentyabrın 15-də ilk tələbələrimizi qəbul etdik. Fəaliyyətə başlayanda cəmi bir fakültəmiz var idi. 3 ixtisas üzrə institutumuzda 200 tələbə təhsil alırdı.
   
   Bu gün isə institutumuzda turizm sektoru üçün bakalavr proqramında 11 ixtisas üzrə 1311 tələbə oxuyur. Onların təhsili ilə 186 nəfərlik professor-müəllim heyəti məşğul olur. Həmin heyətdə 30 nəfər dosent və ya professor elmi adına malik alimlərimiz var. Alimlərimizin 9-u elmlər doktoru, 58-i isə fəlsəfə doktorudu. Bu tədris ilindən ATİ-də magistratura pilləsi fəaliyyətə başlayıb və 3 ixtisas üzrə 19 tələb təhsil alır.
   
   Sevinirəm ki, bu gün dərs deyən müəllimlərimiz arasında ilk məzunlarımız olanlar da var.
   
   Bu gün turizm biznesinin təşkili və texnologiyası, turizmdə menecment və marketinq, turizmdə informasiya texnologiyaları, ictimai fənlər, iqtisadiyyat, ingilis dili və turizmin linqivistik təminatı da daxil olmaqla 7 kafedra fəaliyyət göstərir.
   
   Azərbaycan Turizm İnstitutu Avropa Kredit Transfer Sistemli (AKTS) və çoxballı qiymətləndirmə sistemini ölkəmizdə tətbiq edən yeganə dövlət ali təhsil müəssisəsidi. AKTS çərçivəsində 6 tələbəmiz xarici ölkələrdə təhsil almaq imkanı əldə edib.
   
   Azərbaycandakı dövlət ali məktəbləri arasında ilk dəfə olaraq ATİ-də Strateji Plan qəbul olunub. Strateji Plan 2008-2016-cı illəri əhatə edir. Ali turizm təhsili ilə yanaşı bacarıqlı xidmət personalının hazırlanmasına da önəm veririk. Bunun üçün də Təlim Mərkəzi yaratmışıq.
   
   TQDK-nın tələbə qəbulunun nəticələri ilə bağlı reytinq cədvəlində institutumuz son iki ildə 5-ci yerə layiq görülüb.
   
   5 il ərzində institutumuz çox işlər görməyə çalışıb, müəyyən uğurlara imza atmağı bacarıb. Əldə olunan uğurlarda kollektivimizin bütün üzvlərinin əməyi var. Keçmiş uğurlarımızla qənaətlənmək fikrində deyilik. Biz həmişə gələcəyə baxmağa çalışdığımız üçün də yeni nailiyyətlər qazanmaq əzmindəyik.
   
   İnstitutumuz Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir. İlk gündən bizə dəstək olan, fəaliyyətimiz üçün şərait yaradan, təşəbbüslərimizi dəstəkləyən nazir Əbülfəs Qarayevə qəzetiniz vasitəsi ilə təşəkkürümü bildirmək istəyirəm.
   
   - Rəhbərlik etdiyiniz ali məktəbin fəaliyyəti ilə yaxından tanış olanda ATİ-nin beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini görmək olar. Bir qədər də bu barədə danışmağınızı istərdim...
   
   - İnstitutumuzun Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti ilə imzaladığı akademik anlaşmaya əsasən AATP (Avstriya - Azərbaycan Turizm Proqramı) adlı beynəlxalq qrup təşkil olunub. Hər il onlarla tələbə bu proqramı bitirdiyi üçün ikili diplom ala bilib. Avropa İttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində Fransa, İtaliya, Almaniya, Bolqarıstan, Yunanıstan, Litva, Portuqaliya, Niderland və digər ölkələrin nüfuzlu tədris ocaqları ilə əməkdaşlığımız var. Avstriyanın Krems, Almaniyanın Yade, Şimali Türk Cümhuriyyətinin Girnə Amerika və Doğu Akdeniz Universitetləri ilə əməkdaşlıq memorandumları imzalamışıq. 5 il ərzində 34 beynəlxalq təşkilatla əlaqə qurmağa nail olmuşuq.
   
   Tələbələrimizə turizm sahəsində təcrübə qazanmaq üçün praktiki təcrübə proqramları təşkil etmişik.
   
   - Təcrübə proqramları hansı ölkələrdə təşkil olunur?
   
   - Bu proqramlar həm Azərbaycanı, həm də xarici ölkələri əhatə edir. Tələbələrimiz ABŞ, Türkiyə, Şimali Kipr, Ukrayna, Yunanıstan, İsrail, Portuqaliya kimi ölkələrdə praktiki təcrübə keçmək imkanı qazanıblar. Təkcə elə ötən il 30 tələbə xarici ölkələrdə yay tanışlıq təcrübəsində olub.
   
   Bu sahədə işlərimizi davam etdiririk.
   
   - Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi bu il Azərbaycanda "Turizm ili" elan edilib. Rəhbərlik etdiyiniz ali məktəb yəqin ki, bu prosesdə yaxından iştirak edəcək. Bunula bağlı planlarınız varmı?
   
   - Öncədən onu vurğulayım ki, "Turizm ili" elan olunmasının özü çox önəmli bir qərardı. Turizmin inkişafı üçün böyük işlərin görülməsində bu qərarın müstəsna xidməti olacaq. Azərbaycan Turizm İnstitutu olaraq, biz də bu prosesdə yaxından iştirak edəcəyik. Artıq təkliflər planını hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişik. Nazirlik tərəfindən razılıq aldıqdan sonra planın icrasına başlayacağıq.


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK