hacklink Adalet.az | HUNLAR VƏ TÜRKÜSTAN Adalet.az | HUNLAR VƏ TÜRKÜSTAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HUNLAR VƏ TÜRKÜSTAN

25957    |   2011-01-08 06:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Köklərimizə enməli və hadisələrin böldüyü tariximizin içində bütövləşməliyik.
   
   
   
   Atatürk
   
   
   
   Millətlərin böyüklüyü onların yaratdığı böyük dövlətlərlə və ya imperatorluqlarla ölçülə bilməz, əlbəttə bunları gözdən yayındırmaq da olmaz.
   
   Böyük dövlətlər qura bilər, böyük imperatorluqlar yarada bilərsiniz, ancaq tarixə öz möhürünüzü basıb adınızı əbədiləşdirə bilmirsinizsə, böyük bir mədəniyyət yaradaraq bəşəriyyətin istifadəsinə verə bilmirsinizsə, qurduğunuz böyük və güclü dövlətin və ya imperiyanın mənası olmaz, adınız tarixin qəbiristanlığında özünüzə məxsus bir məzar daşı kimi qalar, gəlib gedən nəsillər adınızı sadəcə olaraq tarix kitablarından oxuyarlar. Bugün dünya tarixinə nəzər saldığımız vaxt, qarşımıza bu cür sayı hesabı olmayan dövlətlər çıxır və onların hamısı tarixin ibrət götürüləsi qaranlıq məzarlığında uyuyurlar. Hettlər, Akkadlar, Şumerlər, Babillilər və digərləri. Biz türklər, millət olaraq on minlərlə il əvvəldən dövlət kimi var idik, bugün də varıq, sabah da var olacayıq.
   
   Türk millətinin böyüklüyünün sirri nədir deyə sual versəniz ona bu cavabı verərəm: Biz, millət olaraq tarix səhnəsində çıxış edəndən bəri heç vaxt zalım olmadıq, özgə xalqları və onların mədəniyyətinə, özlərinə yuxarıdan baxmadıq, heç kəsin əməyini sümürmədik, gücsüzü tapdamadıq və güclülərin qarşısında yeddi yerdən əyilib bükülmədik. Tarixdə sındığımız anlar oldu, ancaq Allahdan savayı heç kəsin qarşısında heç vaxt baş əymədik.
   
   Mərkəzi İstanbulda yerləşən PAN nəşriyyatın çap etdiyi "Hunlar və Türküstan" adlı kitab təzəcə əlimə keçdi. G. Ahmətcan Asena yenə möhtəşəm bir əsəri oxucularına təqdim etdi. Kitab, 1854-1921-ci illər arasında yaşayan Alman sinoloq J. J. M. de Groot tərəfindən Çin İmperatorluq Salnamələrində türklərlə bağlı hissələrin Alman dilinə tərcüməsinin dilimizə və mədəniyyətimizə önəmli əlavələrlə qazandırılmış variantıdır. Çin salnamələrində biz türklərlə bağlı həddən artıq önəmli məlumatlar vardır və Şi-ci (Şi-ki) adlanan salnamələrdə hunlar və göytürklərlə bağlı maraqlı məlumatlar yazılıb. Bu salnamələr daha əvvəlcə bəzi qərbli və şərqli alimlər tərəfindən də tərcümə edilmişdi. Chris M. Dom"əich, John E. Hill, A. F. P. Hulsewe, Sima Qian, Ssu ma Ch"ien, Johann Michael Streffer, B. Watson, Otto Franke, Shiratori onların ən məşhurlarıdır, ancaq ən mükəmməl tərcümə isə de Grootunkidir. Bu cür möhtəşəm bir əsərin türkcəyə tərcümə edilərək mədəniyyətimizə təhvil verilməsi həddən artıq önəmli bir hadisədir. Mərhum alimimiz Bahaəddin Ögəl, Hun İmparatorluq Tarixi adlı əsərini yazarkən də Grootun tərcüməsindən istifadə etmişdi, ancaq əsərin tamamının dizilimizə qazandırılması mənim fikrimcə böyük, daha düzü böyükdən də böyük bir hadisədir.
   
   "Hunlar və Türküstan" əsla bir nəfəsə oxunacaq kitab deyildir. Onu oxuyarkən sinirə-sinirə oxumalısınız, çünkü 2500 il əvvələ gedib çıxan məlumatları bir nəfəsə oxumaq olmaz. Sonra o kitab sizdən tarixi, sosioloji, etnoqrafiya, hüquq və filoloji sahəsində də müəyyən səviyyədə bilik tələb edir. "Hunlar və Türküstan" kitabı sadəcə olaraq tarixi hadisələrdən söhbət açmır. Orda bizim minlərlə il əvvəlinə məxsus dövlət anlayışımız, dövlət nizamımız, qanunlarımız, həyata dair fikirlərimiz, tanrı ilə bağlı inamımız, bugün belə dilimizin müəyyən ünsürləri içində yaşayan dəyərlərimiz, Allahın onu yaratdıqdan sonra özünü öydüyü insanla bağlı düşüncələrimiz və özümüzə olan inamımız-güvənimiz öz əksini tapıb. Bəli tapıbdır ancaq Çin salnamələrində yazılanların nə səviyyədə obyektiv yazıldığı məlum deyildir. Onsuz da o vaxt yazılanların həddən artıq obyektiv olmasını gözləmək biraz sadəlövhlük olar. Bugün belə dünyaya demokratiya dərsi keçməyə qalxan ABŞ-ın İraqı sudan bəhanələrlə işğalı, əfqanıstanda etdikləri, Wikileaks rüsvayçılığı dünən reallaşmadı ki?! Romalı tarixçilərin belə hunları "insan əti yeyən vəhşilər", avropalı imperialistlərin qabağını kəsdiyimizə görə və özgə xalqları sümürmələrinə icazə vermədiyimizə görə bizi "vəhşi, barbar" kimi təsvir etməsini, səlib yürüşlərinin hansı səbəblərə görə yarandığını, Arnold Toybəənin "Mavi Kitab"ı başdan ayağa nəyə görə yalan məlumatlarla doldurduğunu nəzərə alaraq Çinli salnaməçilərin o vaxtlar ulu babalarımızla bağlı yazdıqları üçün o qədər də təəccüb etməməliyik.
   
   Əziz G. Ahmətcan Asenaya mədəniyyətimiz adına sonsuz təşəkkürlərimi təqdim etmək istəyirəm, çünkü böyük əmək verərək nəşr etdirdiyi bu əsər bir sözlə möhtəşəmdir. Araşdırmaçılar, tariximiz və mədəniyyətimizlə bağlı əvəzsiz bir xəzinəyə qovuşmuş oldular.
   
   Riyaziyyatda bir əsas vardır; bir məsələni başa düşmək onu yarı-yarıya həll etmək deməkdir. Tarixdə ən güclü olduğumuz vaxtlarda dövlətlərimizi yıxmaq istəyənlər "elçi" və ya özgə sifətlərlə ölkələrimizə adamlarını yolladılar. Bizlər də onları qonaq kimi qarşıladıq, qəbul etdik və istədikləri qədər aramızda qalmalarına icazə verdik. Göytürk yurduna gedən iki Çinli casus aylarla ölkədə qaldı, dövlət nizamımız, xalqla idarəçilər, komandirlərlə əsgərlər, kişilərlə qadınlar, adət və ənənələrimiz, inamlarımız, etiqadlarımız və həyat tərzimizlə bağlı dəqiq məlumatlar yığdılar və onları Çin xaqanına bir arayış kimi təqdim etdilər. Çinli strateglər də o arayışlardan hərəkətlə hazırlıqlar gördülər və on illər çəkən fəaliyyətləri nəticəsində Göytürk imperiyasının dağılmasına nail oldular. Bu işləri təkcə çinlilər gördü? Tariximizə nəzər salarsaq orda başımıza hansı bəlaların hansı səbəblərə görə gəldiyini, bizim də onlar qarşısında hansı tədbirləri vaxtında niyə görmədiyimizi yaxşı başa düşərik.
   
   Lazari Budakov, Çar Rusiyasının tələbiylə türkcənin etimoloji lüğətini hələ 1864-cü ildə St. Peterburqda çap etdirmişdi. Şerbak, Sevortyan, Clauson, Andrəas Tiətzə, Səvan Nişanyan kimilər də Türkcənin etimoloji lüğətini hazırlayan şəxslərdir. Görəsən bu qeyri Türk alimlər niyə illər uzunu göz nuru töküb Türkcənin etimoloji lüğətini hazırladılar?! Görəsən Cluson, Budakov, Sevortyan, Mircəa əliadə, Jəan-Paul Roux, Radloff, Barthold kimi alimlər öz-özlərinə mədəniyyətimizə məhəbbət duyduqlarına görə etimoloji lüğətlər, inam dünyamızla, həyata baxışımızla, sosioloji qurğumuzla bağlı bir yığın əsəri yazıb yaratdılar?! Onların atlarla, mal arabalarıyla və piyada gedərək təpdikləri yüzlərlə kilometrlik yolu indi onların davamçıları təyyarələrlə, müasir maşınlarla gedib televiziya proqramı və ya araşdırma aparmaq məqsədiylə ölkələrimizi addım-addım gəzirlər və götürdükləri qeydlərin bir hissəsini nəşriyyat orqanlarında yayıb həm öz xalqlarını müəyyən səviyyədə bizlər barədə məlumatlandırır, həm də bizim gözümüzü boyayırlar. Strateji səviyyədəki məlumatları isə gizlincə öz dövlətlərinin müəyyən dairələrinə təqdim edirlər. Onlar bu məlumatlarla da bizim zəif yerlərimizi müəyyənləşdirib ordan bizə hücum çəkməyi planlayırlar, səbəbi də yeraltı və yerüstü sərvətlərimizin onların ağızlarını sulandırmasıdır.
   
   G. Ahmətcan Asenanın hazırladığı "Hunlar və Türküstan" adlı kitabı, bax bu yöndən önəmlidir, çünkü onu, bizi özünə düşmən bilən bir millətin salnaməçiləri yazıbdır. Sağol əziz qardaşım G. Ahmətcan Asena, göz nurun, qələmin var olsun, millətinə duyduğun müqəddəs məhəbbətin həmişə alovlanıb yansın çünkü həddən artıq maraqlı bir əsərə imza atmısan.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK