ANA SƏHİFƏ / YAZARLAR

Moskvanı susdurmağın yolu

Biz onu çoxdan tapmalıydıq

20538    |   2010-12-25 07:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyəsən müğənni Rəqsanə Moskvadadı. Dünyanın aparıcı telekanalları, Azərbaycanın normal aparıcısı olmayan teleşirkətləri bu barədə xəbər verməsələr belə müğənninin Rusiyaya uçması dəqiqdi. Şimal qonşularımızdakı sakitliyin başqa izahını tapa bilmirəm.
   
   Nə tez yadınızdan çıxdı? Son günlər Moskva qaynar qazana oxşayırdı. Ruslar Qafqazdan gələnlərin hamısına düşmən gözü ilə baxırdılar. Elə bil Suvorovu biz əsir götürmüşdük, Kutuzovu biz güllələmişdik, Çexovu biz vərəmlətmişdik və yaxud Dostoyevskiyə qumarı biz öyrətmişdik. Amma indi Rusiya paytaxtında sakitlikdi. Elə sakitlikdi ki, Putinlə Jirinovski bir yerdə nahar edir. Son olayları işıqlandırmaq üçün yaxın-uzaq məmləkətlərdən Moskvaya ezam olunan jurnalistləri bekarçılıqdan yuxu tutub. O yekəlikdə meqapolisdə nə piket var, nə millətçi şüarlar səsləndirən. Bütün günü "Rusiya ruslar üçün!" şüarını qışqıranlar indi küçələrdən sakitcə yığışıblar. Sakitcə öz xarabalarına çəkilib "Min bir mahnı" kitabını vərəqləyir, Vüqar Əhmədin həmin kitabı bəzəyən şeirlərini oxuyurlar. Heç nə yadlarına düşmür, Volqa aşıqlarındadı, Ural topuqlarından.
   
   Cəmi bir neçə gün öncə Moskva belə deyildi. Bir vaxtlar bizə orden-medal, keçici qırmızı bayraq göndərən, Salehi, Valehi, Sönməzi, Dönməzi, Musanı, İsanı gül-çiçəklə qarşılayan Rusiya paytaxtı yaralı şirə dönmüşdü. Millətçilər küçələrdə barrikadalar qurmuşdular. Milis şöbələrində ayaq qoymağa yer yox idi. Bütün dünya nigarançılıq içində idi. Dünyanın adlı-sanlı siyasət adamları kimi bizim bəzi santexnik-politoloqlar da Moskvadakı son durumu diqqətlə izləyir, səhər tezdən analiz, günorta yeməkdən əvvəl diaqnoz, axşam yatana yaxın isə proqnoz verirdilər. Deyirdilər ki, Moskva göz yaşlarına inanmır. Rus ağacı, qoz ağacı, hər gələn bir daş atıb gedər. Rus qala-qala qızıla dönər. Anasına bax, rus qızını al. Anası gəzən ağacı rus qızı budaq-budaq gəzər. Könlü balıq istəyən ayağını Lena çayına salar. Uzaq ingilisdənsə yaxın rus yaxşıdı. Suyun lal axanı, rusun yerə baxanı. Rusla dostluq elə, silahı yerə qoyma. Nə bilim nə... Hələ mən əvvəllər metronun "Ulduz" stansiyasının yanında ayaqqabı ustası işləyən son illər isə telekanallarda politoloq kimi çıxış edənin söylədiyi şeiri demirəm:
   
   
   
   Ay mənim rus qardaşım,
   
   sənə qurban başım
   
   və həyat yoldaşım.
   
   
   
   Amma mən elə həmin gərgin günlərdə də deyirdim ki, Rusiyada baş verən hadisələrin qarşısını almağın bircə yolu var. Müğənni Rəqsanəni Moskvaya qaytarırsan, vəssalam. Ruslar Rəqsanənin Moskvaya qayıtdığını eşidən kimi sevinəcəklər. Etiraz mitinqi-filan da yadlarına düşməyəcək. Bilirsiz də, Rəqsanə Azərbaycanda populyar olmazdan öncə uzun müddət Moskvadakı kafelərdə, qəlyanaltıxanalarda oxuyub. Elə o vaxtdan da rusların rəğbətini qazanıb. İndi rusları da qəzəbləndirən odu ki, Moskvada böyüyən Rəqsanə indi niyə Azərbaycan üçün oxuyur, bizim telekanallar qala-qala bütün günü Azərbaycandakı şou verilişləri dolaşır? Bizdə qazandığı pullarla 11 dəfə plastik-estetik əməliyyat keçirir, həkimlərə niyə zülm verir?
   
   Nə qədər dedim, danışdım, yazdım ki, rusların qəzəbini yatırmaq üçün Rəqsanəni Moskvaya qaytaraq, qoy mitinqlərə, etiraz aksiyalarına son versinlər. Oradakı azərbaycanlılarımız da rahat nəfəs alsınlar. Çox təəssüf, həmin günlər sözümü eşidən olmadı. Yaxşı ki, heç olmasa Rəqsanə vəziyyəti düzgün qiymətləndirdi. Özü demişkən, uşağının tanımadığı atasına dedi ki, mən qayıtdım Rusiyaya. Daha soruşma ki, mən səni görmək istəsəm, hara gəlim?
   
   Sözün açığı, dəqiq bilmirəm belə söhbət olub, ya yox. Amma Moskvadakı sakitlikdən belə başa düşürəm ki, Rəqsanə Rusiya paytaxındadı. Şimal qonşularımız da qaxılıb oturublar evlərində, daha piket-filan eləmir, azərbaycanlıları hədələmirlər. Bütün günü Rəqsanənin ifasına qulaq asırlar.
   
   Öz aramızdı, ruslara bu da azdı.


YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK