ANA SƏHİFƏ / YAZARLAR

BİR DÜNYALIQ GÖZƏLLİK

36456    |   2015-04-24 17:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bura Cənnət də deyirlər

Dağın başında, necə deyərlər, buludların bir əl məsafəsində olduğu nöqtədə dayanıb dörd tərəfə baxıram. İnanın, o yerdə dayanıb siz də ətrafa baxmasanız, söylədiklərimə mütləq şübhə edəcəksiniz. Amma burda şübhəli heç bir əl yeri yoxdu. Çünki dörd tərəfdə tamam fərqli bir panorama açılıb. Bir tərəf aypara şəkilli, yəni qövsvari bir məkanda qar qalağı elə parıldayır ki, işığı adamın gözlərini qamaşdırır. İkinci tərəfdə qaya silsilələridi. Bilmirəm onları gün yandırıb, yoxsa şaxta qorxudub, hər nədisə bu sərt qayalar qapqara və həm də zəhmlidi. Öz-özümə fikirləşirəm ki, heç kəs cürət edib yəqin ki, o qayalara dırmanmaz. Amma həmin andaca yanıldığımı sanki təbiət özü mənə göstərir və deyir buyur, bax:

- Qayaların arasından qartal qanadlanır… Qanadların şaqqıltısını rahat eşitmək mümkündü. Gəldiyim istiqamətə baxıram… Bir vadi uzanır… Çay  ilan kimi qıvrıla-qıvrıla axıb gedir… Ağaclar boy-boya verib… Meşə mənzərəsi adamın ruhunu oxşayır... Elə istəyirəm ki, bu durduğum nöqtədən üzü aşağı yüyürüm, qaçım, özümü çatdırım o qıvrılan çaya. Amma buna da cürət gərəkdi. Çünki eniş o qədər sərtdi ki, ayağın büdrəsə və yaxud nəyəsə ilişsə, artıq heç kimi səsləməyə ehtiyac yoxdu. Ən yaxşı halda ya xilasedicilərə zəng vurmalıdılar, ya da mollaya. Odur ki, həmin fikrimdən vaz keçirəm. Sadəcə seyr etməyə, gördüklərimi göz yaddaşıma, ürəyimin səhifələrinə yazmağa çalışıram. Axı, sabah nə olacaq, nələr baş verəcək, ondan xəbərsizəm. Üstəlik, yolum bura düşəcək, ya düşməyəcək, bax, onu da deyə bilmərəm.

Bütün bu fikirlərin içərisində, bütün bu gözəllikləri yaşaya-yaşaya özümdən asılı olmadan içim sıxılır… ürəyim elə bil caynaqlarla dəlik-dəlik olur. Hiss edirəm ki, kirpiklərimin ucu nəmdi. Bu həm içimdəki ağrıdan, sıxıntıdandı, həm də təbiətimdən qaynaqlanan gözəlliyə aşiqliyimdən…

Sıxılan ürəyim bir müqayisə aparırdı mənə demədən. Düşmən əlində olan dağları, dərələri, çayları əriyirdi içimdə. Amma  nə qədər edirdisə də bu ələk heç nəyi özündə saxlaya bilmirdi - bircə ağrılardan başqa, həsrətdən başqa. Mən indiki halda özümdən başqa kimsəni qınaya bilmərəm. Çünki hər kimi qınasam üzümə qayıdıb deyəcək ki:

- Dəlisi olduğun o dağlarda, o dərələrdə, o çayların sahilində ölüb qalaydın. Niyə ölüb qalmadın?

Bəli, haqlı və yerində verilən sual. Mən bu sualın cavabını demək olar ki, hər gün fikirləşirəm, hər gün də nəsə tapıram. Amma cavab məni qane etmir. Əgər məni qane etmirsə, onda gör sualı verənlər bu cavaba nə qədər qulp qoya bilərlər. Şəxsən mən təxmin edirəm bütün bunları. Onlar haqlıdır. Hətta yapışdırdıqları qulpla birlikdə haqlıdırlar. Gerçək olan odur ki, o dağlar, o çaylar məndən uzaqdadı və mən də ancaq xəyallarla, xatirələrlə onlara yaxınlaşıb onların həsrətinə köks ötürməklə su səpmək istəyirəm. Bu, odu söndürmək üçün səpilən su deyil… Bu, həsrətin sozalmasının, vağanımasının qarşısını almaq üçün səpilən sudu. Nə isə…

Hə, çiynimə kimsə toxunur. Dönüb baxıram. Əhməd bəydi. Qayğılı-qayğılı deyir:

- Abi, deyəsən bura gəlməyimiz ürəyincə olmadı, üzdü səni. Bir sıxıntın varsa, dərhal gedək burdan?..

Gülümsəməyə çalışıram. Dostumun mənim kədərimlə yüklənməsini istəmirəm. Amma içimi ondan gizlətmək də mənə çətin olur. Bir halda ki, dostuq, qardaşıq, niyə gizlədim içimi? Odur ki zor gücünə gülümsədiyim həmin o məqamda bir etiraf edirəm:

- Yox, abi, sıxıntım yoxdu. Sadəcə ağrılarım qanadı… Onlar elə ağrılardı ki, yara səddini çoxdan keçiblər. Ona məlhəm, sarğı heç bir əlac edə bilməz…

Əhməd abi nə dediyimi anlayır və əlini çiynimə qoyub:

- Allah böyükdü, abi. Böyük Allah da türkü heç vaxt darda qoymayıb. Mütləq səninlə birlikdə mən də gedəcəm o dağlara. Sən də məni qonaq aparıb gəzdirəcəksən Şuşada, Laçında. Ümidsiz olmayaq!

Bəli, bu sözlərdən sonra elə bil nəfəsim genəldi. Qeyri-ixtiyari dostumu qucaqlayıram. O da məni özünə sıxır. Bəlkə də qıraqdan bizi izləyən olsa elə bilər ki, ya  sərxoşuq, ya da ilk dəfə görüşürk. Amma bu məqamda mütləq etiraf etməliyəm ki, mən o dayandığım nöqtədə dərddən sərxoş olmuşdum…

Üzü aşağı, getdiyimiz yolla  geri qayıdırıq. Bir də görürəm ki, əlimi dəftər-qələmə uzatmışam. Elə maşındaca  bütün bu yaşadıqlarımın kiçik bir anını şeirə çevirməyə çalışıram.

 

Öncə yüksəklik

sonra

bu yüksəklik qədər

eniş –

haldan-hala

saldı  məni…

özümdən

uzaqlaşmaq

və zorən

özünə dönüş

bir əliylə

bağışlayıb

bir əliylə aldı məni –

qan təzyiqinin əlindən

və onda

anladım ki,

insan

həmişə

bir iynə ucu

məsafədə

dayanır ölümdən!..

 

*** 

Ziqana dağından üzü aşağı gəlirik. Bu gözəl, amma ilk dəfə gördüyüm mənzərənin məndə yaratdığı ovqatın hər anı  ayrıca bir yazıdı. Çünki tez-tez maşını saxladıb düşüb baxdığım ağac da, bulaq da, şəlalə də, şəkillərini lentə köçürdüyüm zirvələr də, abidələr də, bir sözlə, hətta yol kənarında kiçik alış-verişlə məşğul olan insanların təbəssümləri də adamda az qala 360 dərəcə dəyişikliklər edir. Hərəsi bir ovqat, hərəsi bir yazı, hərəsi bir xatirə və bütövlükdə yaşanan ömür… Üzü aşağı gələ-gələ mən bunların içərisindən keçirəm. Bu arada Əhməd bəy maşını saxlayır. Yolun kənarında bir istirahət guşəsi var. Pilləvari tikilmiş və az qala bir-birinə söykənən, özü də ağacdan, yəni taxtadan ibarət olan bu evlər müsafirlər üçündü. Orda gecələmək də, orda günü axşam da etmək olar. Həmin evlərin içərisində müsafirə gərəkli olan hər bir şərait yaradılıb. Üstəlik, uşaqların əylənməsi üçün də oyun meydançası nəzərdən qaçırılmayıb. Təbii ki, mənim burada qalmaq niyyətim yoxdu. Sadəcə, dostum öncəki söhbətlərindən belə durumlarla maraqlı olduğumu bilib maşını saxlamışdı. Düşüb bir xeyli gəzdik. Orda xidmət edənlərlə  həmsöhbət olduq, qiymətlərlə maraqlanlıq. Hətta şəkillər çəkdirməyi də unutmadıq. Maşına əyləşəndə Əhməd bəy dedi ki, kəndə gedib balıq yeməsək, bugünkü gəzintimizin heç bir ləzzəti olmayacaq. Mən onun bu zarafatının yozumunu bilirdim. Belə ki, Əhməd bəy ilk gündən demişdi ki, siz Bakıda daha çox kabab yeməyə üstünlük verirsiniz. Mən isə burada sizə daha çox balıq yedizdirəcəm, özü də çay balığı. Və dediyini də həyata keçirirdi. Bu dəfə də dediyini etdi. Biz şəhərə gedən baş yoldan ayrılan daha rahat bir yola çıxırıq. Yol bizi İbrahim hocanın kəndinə aparır…

Yol həqiqətən rahatdı. Hətta bizim bir çox rayonlarımızın baş yolundan da belə… Özü də adama daha çox Şuşanın yollarını xatırladır. Bəzi yerlərdə  maşın az qala qarşıdan gələnə problem yaratmamaq üçün qayaya sürtünərək keçir. Bir neçə yerdə uçqun olduğunu rahatca görmək mümkündü. İbrahim hocanın üzünə baxıram. Nə dediyimi anlayır. Sual verməyimi gözləmir:

- Bu dağlarda tez-tez uçqunlar olur. Ona görə də yolboyu həmin o təhlükəli zonalarda xəbərdarlıq nişanları qoyulub. Maşını asta sürmək, ehtiyatlı hərəkət etmək barədə yazılar böyük plakatlarda, özü də işıqlandırma sistemi ilə hər kəsin  diqqətinə çatdırılır. Bir də ki, dağlarda yaşayanlar hər şeyə hazır olmalıdı – selə də, uçquna da. Biz də buna hazırıq…

Öz-özümə fikirləşirəm ki, biz də də belə kəndlər, belə yerlər var. Hətta sürüşmə zonalarımız var. Buna baxmayaraq, biz orada yaşayırıq…

Bəli, kənd demək olar ki, lap dərənin dibində, vadinin düz ortasındadı. Dörd tərəf dağlar, meşələr və ortadan axıb gedən bir çay. Mənə elə gəldi ki, bu kəndə günəş işığı ancaq  günorta zamanı düşə bilər. Çünki dağlar kəndin üstünə tərəf sanki əyilmişdi. Həyətlərdlə çay kolları, meyvə ağacları - daha çox fındıq, alma diqqəti çəkirdi.  Gül kələmlərin sırası məni cənub bölgəmizə boylanmağa məcbur etdi. Hə, bütün bu oxşarlığın ən gözəl məqamı isə dağ çayının həyətindən axıb keçən yurd sahibinin qurduğu şərait idi. Düz çayın üstündə bir neçə balaca hovuz və çayın suyunun böyük bir hissəsinin həmin hovuzlara yönəldilməsi, burada bəslənən balıqlar adama saatlarla oturub mənzərəni seyr etməyi və ləzzət almağı diqtə edirdi. Nə qədər balığa, çaya laqeyd olsan da, bu mənzərəni görəndə özünü saxlaya bilməzsən. Mütləq yaxınlaşıb gözünü balıqlara zilləyəcəksən, mütləq çayın səsinə qulaq asacaqsan və mütləq də elə o çayın üstündə qaynayan samovardan çay içəcəksən. Sonra da ki, qızardılmış balıq və daha nələr…

 

Düşdüm arasına bu məmləkətdə

Ulduz adamların, Ay adamların…

İşığı bürüdü məni hər yerdə –

Ulduz adamların, Ay adamların…

 

Heyrətlə seyr etdim gördüm ki, burda

Dənizdə yatırmış oyanan günəş!

Yuyunub qalxırmış yatdığı suda –

Özü öz nuruna boyanan Günəş!..

 

Adamlar Ulduz, Ay, adamlar işıq

Hər kəsin dilindən sevgi ələnir!

Burda, Trabzonda mənim tək aşiq –

Olanın ürəyi nura bələnir…

 

***

 

Artıq hava qaralır. Kəndin işıqları yanmağa başlayır. Biz qonağı olduğumuz çayın, balığın, hətta buğlanan samovarın və bir də qarşımıza gətirilən çörəyin sahibinə, əziyyətini çəkənə dərin təşəkkürümüzü bildirib maşına əyləşirik. Artıq şəhərə qayıtmağın vaxtıdı. İndi maşınımız dərənin dibindən təkrar üzü dağa dırmanır. Mənə elə gəlir ki, biz getdikcə qatılaşan qaranlığın dibindən üzü işığa tərəf qalxırıq. Hər dolamanı ötüb keçəndən sonra o işıq bir az da artır. Lap sonuncu dolamada dayanıb arxada qalan o mənzərəni təkrar lentə köçürürük, bir xatirə olsun deyə. Amma burda sükutu pozan bir məqam məni, eləcə də bütün yol yoldaşlarımı heyrətə bürümüşdü. Ətrafda azan səsi hakim idi. Bütün kəndlərin məscidlərində azan oxunurdu. O səsin təsiri şəxsən məni yenidən üzü Qarabağa çəkirdi. Yadıma şair dostlarımdan birinin Şuşada oxunacaq azanla bağlı misraları düşür. Görünür, o misraları burada xatırlamağım da bir hökmün, bir ilahi gücün diqtəsidi!

Bəli, gəlib şəhərə çatırıq. Şəhərin ən yüksək nöqtəsindən üzü aşağı enməliyik. Buradakı məscidin yanından İbrahim hoca bizdən ayırılır. O, məscidə tələsir. Bu, Universitet məhəlləsidi. Biz isə 10 nömrəli Kara yolları istiqamətinə gedəcəyik. Müsafirxanamız orada yerləşir… Otağa daxil olan kimi 3-cü mərtəbənin dənizə baxan pəncərəsini açıram. Qara dənizin mehi  otağa dolur. Sanki dəniz mənə bu misraları pıçıldayır:

 

Dan üzünün adamıyam

Açım səhərin qapısın…

Silib kirpiyimin şehin –

Çırpım qəhərin qapısın!..

 

Ulduzlar köçün çəkməmiş

Soyunum gecə dəstini…

Ayın gözlərindən öpüm -

Duymadan kimsə qəsdimi…

 

Ləpələrin qırışında

Misralayıb fikir biçim!..

Dan üzünün adamıyam -

Süz ver, bir az işıq içim!..

 

İndi isə buradan ayrılırıq. Gözləsəniz, daha doğrusu, gələ bilsəm, yaza bilsəm növbəti şənbədə görüşərik.

 

 



YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK